Hamilə qadınlar dərilərini necə qorumalıdırlar?

Hamilə qadınlar dərilərini necə qorumalıdırlar?Hamiləlik dövründə qadınların bədənlərində bir çox dəyişikliklər baş verir. Hamilə qadınları narahat edən bu dəyişikliyin təsirini azaltmaq üçün bədənə qulluq etmək labüddür.

Hamiləlik qadının bədənində bir çox dəyişikliyin sürətli şəkildə yaşayacağı bir dövrdür. Bu dəyişikliklər sadəcə hamilə qadınların çəkisinin artması və bədənin formasının dəyişməsi ilə məhdudlaşmır. Müxtəlif hormonal dəyişikliklər bədəninin hər yerinə təsir göstərir. Dəridə, saçlarda, dırnaqlarda, diş və diş ətlərində də bir çox dəyişikliklər meydana gəlir.

Ən çox dəyişiklik dəridə yaranır. Hamilə qadınların üz dərisində quruluq, döş və qarın nahiyəsində çatlaqların yaranması, üzdə hamiləlik maskası adlandırılan ləkələrin meydana gəlməsi, dəri rənginin tündləşməsi, sızanaqların artması kimi narahatlıqlar yaşana bilər.

Hamilə qadınlar bədənini yaxşı qorumaq üçün hamiləlik müddətində gigiyenik qaydalara və bədən qulluğuna diqqət etməlidirlər. Dərisində quruluq yaşayan bir qadın normal sabun istifadə etmək yerinə, dərini nəmləndirən, qliserin tərkibli sabunlardan istifadə edə bilər. Vanna qəbul edərkən bədən üçün yağlardan, duşdan çıxdıqda isə mütləq nəmləndirici kremlərdən istifadə etməlidirlər. Omba, qarın bölgəsində və döşdə meydana gələ biləcək çatlaqlara qarşı nizamlı olaraq bu bölgələri badam yağı, kakao yağı və ya çatlaqlar üçün kremlər sürtərək masaj etmək lazımdır.

Dəridə meydana gələn rəng dəyişikliklərin və ləkələrin əksəriyyəti qalıcı olmadığı üçün doğuşdan sonra keçib gedirlər. Bu ləkələri gün ərzində kosmetik vəsaitlərdən istifadə edərək örtmək olar. Axşam yatmazdan əvvəl isə dərinin hava qəbul etməsi üçün üzdən makiyaj təmizlənməlidir. Həmçinin dərinin çox həssaslaşdığı bu dövrdə, yayda günəşə çıxmazdan əvvəl ultrabənövşəyi şüalara qarşı yüksək qoruyucu tərkibli kremlərdən istifadədə etmək tövsiyə olunur.

Duş qəbul edərkən nələrə diqqət etmək lazımdır?

Hamilə xanımlara gigiyenik təmizliyi təmin etmək üçün tez-tez duş qəbul etmək tövsiyə edilir. Hamamda ən çox diqqət edilməsi lazım olan nüans isə yaş döşəmədə sürüşüb yıxılmağın qarşısını almaq üçün müəyyən tədbirlərin alınmasıdır. Hər ehtimala qarşı hamamın qapısını bağlamamağınız məsləhətdir. Su çox soyuq və ya çox isti olmamalıdır. Suyun ideal istiliyi 36-37 dərəcə hesab edilir.

Hamiləlikdə sinəyə necə qulluq etmək lazımdır?

Hamiləliyin xüsusilə, son dövrlərində döş vəziləri fəallaşır və bu dövrdə döşdən kolostrum dediyimiz ağ-sarı rəngli südün gəldiyi müşahidə edilir. Bunun ana namizədin sağlamlığı baxımından hər hansı bir zərəri yoxdur. Döş giləsindəki ilk südü ilıq sabunlu bir bezlə təmizləmək lazımdır. Əgər gün ərzində narahatlıq verəcək qədər çox süd gəlirsə sinə üçün gündəlik qoruyucular istifadə edilə bilər. Hamiləliyin xüsusilə ikinci yarısından sonra büstqalterləri dəyişdirmək lazımdır. Döşü altdan dəstəkləyəcək, çox sıxmayan, pambıq alt paltarlardan istifadə etsəniz, özünüzü daha rahat hiss edərsiniz.

Ailə və Uşaq     Baxılıb: 2301   Tarix: 24 iyun 2014
f Paylaş

Oxşar xəbərlər

.

Ata-uşaq münasibəti: Özgüvəni artırır, şəxsiyyəti formalaşdırır

Uşağın inkişafında analarla yanaşı ataların da rolu böyükdür. Bununla əlaqədar psixiatriya mütəxəssisi Dos. Dr. Serhat Tunç məlumat verib. Güclü ata-övlad ünsiyyəti olan uşaqların müsbət şəxsiyyət xüsusiyyətlərini inkişa

.

Hamiləliyiniz belə keçirsə OĞLUNUZ OLACAQ - Əlamətləri bunlardır

Hamiləlik zamanı uşağın cinsiyyətinin oğlan olmasını necə anlamaq olar? Uzun illərdir yayılan fikirlərə görə, əsas əlamətləri bunlardır:. Qarın uclu və aşağıya doğru olur. Ananın ürəyi daha çox şirniyyat istəyir. Sidiyi

.

Uşaqlar arasında yayılan KOKSAKİ virusu

 Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən şikayətlər son günlərdə uşaqlar arsında sıx rast gəlinən virus xəstəlikdir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədə

.

Ana bətnində DAUN SİNDROMU necə müəyyən edilir? - DETALLAR

Ana bətnində Daun sindromlu körpə hərəkətləri, sözügedən sindromun anlaşılması üçün son dərəcə əhəmiyyətlidir. Əgər ana bətnində daun sindromlu körpənin əlamətlərinin nə olduğu ilə maraqlanırsınızsa, məqaləmizi oxumağınız

.

Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?

Sağlam olan qalxanabənzər (tiroid) vəzi hamiləlik dövründə tiroid hormonlarının istehsalını artıra bilər, lakin qalxanvari vəziniz zəif çalışırsa (bu, hipotiroidizm kimi tanınır), o bunu edə bilməyəcək. Hamiləlikdə hipotiroidiz

.

Hamilə qadın diş çəkdirə bilərmi?

Hamilə olduğunuz müddətdə hormon səviyyənizdəki dəyişikliklər diş əti xəstəliyi və digər diş problemlərini inkişaf etdirə bilər. Buna görə də, hamilə qadınlar bu müddətdə diş həkimi ilə müntəzəm olaraq əlaqə saxlamalı, dişlərin

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

.

Körpələri yelləyərək yatırmayın – RİSKLƏRİ NƏLƏRDİR?

Valideynlərin əksəriyyəti körpəni yelləyərək yatırırlar. Bu üsul kifayət qədər faydalı görünsə də, əslində körpələr titrəmənin təsiri ilə bayılma deyilən bir vəziyyətə düşürlər. Bu, qədim zamanlardan bəri tətbiq olunan v

.

Uşaq bezləri virus yayır – Valideynlərin NƏZƏRİNƏ

 . Uşaq bezləri məlum olmayan yeni viruslar yayır. "Nature Microbiology" jurnalında bununla bağlı məqalə dərc edilib. Məlumata görə, beynəlxalq tədqiqat qrupu körpə nəcisində 10 00 yeni virus aşkar etdiyini bildirib

turlar.az

sonxeber.az yay kolleksiyasi sade makiyaj sekilleri qis geyimləri 2024 1 hefteye 5 kq ariqlamaq balaca qablarda keks yarpizin faydalari sözlü şəkillər kosmetika janrlar qoğalın nağlı öpüşme ikizler novruz bayramına aid hakıştalar