Hamilələrdə sidik-ifrazat yollarının infeksiyaları

Hamilələrdə sidik-ifrazat yollarının infeksiyalarıHamiləlik zamanı ifraz olunan hormonların sidik-ifrazat yollarının, sidik axarlarının quruluşunu dəyişərək sidiyin böyrəklərə geri qayıtmasına səbəb olur.
Sidikdə olan infeksiyalar sadə sistitlə yanaşı  ciddi böyrək xəstəliklərinə gətirib çıxara bilər.
Belə hallar hamilələrdə tez-tez təsadüf edilir və vaxtında müalicə olunmazsa düşüklərə və vaxtından qabaq doğuşa səbəb ola bilər.
Hamilə qadınlar hamiləlik müddətində düzgün və sağlam qidalanmaları, bol su icməli və ən əsası daim həkim nəzarətində olmalıdırlar.
Böyüyən uşaqlıq sidik kisəsini sıxır ki, sidik tam boşalmır, sidik kisəsində qalan sidik cöküntü verir və bu da infeksiyaların artmasına əlverişli şərait yaradır.
İlk öncə sistit kimi başlayan bu proses düzgün müalicə olunmazsa tədricən daha ağır formada özünü büruzə verməyə başlayır, böyrəklərin iltihabı prosesləri yaranır və vaxtından qabaq doğuşun təhlükəsi artır.
Beləliklə hamilə qadın sidiyin tam boşalmasına nəzarət etməli və pozulmanın ilk əlamətləri üzə çıxdıqda dərhal həkimə müraciət etməlidir.
Hansı kliniki simptomlar müşahidə olunur?
-          Sidiyə gedəndə ağrı, göynəmə hissinin olması
-          Tezləşmiş sidik ifrazı
-          Sidiyin tam boşalmaması
-          Sidiyin spesifik iyli və bulanıq olması
-          Sidikdə qanın olması (hematuriya)
-          Titrəmə
-          Qarnın aşağı nahiyəsində və beldə ağrılar
-          Hərarətin artması
Bu şikayətlərdən bir neçəsinin olması hamilənin dərhal həkimə müraciət etməsi üçün ciddi səbəb   sayılır.
Hamilə qadın ilk növbədə sidiyin ümumi analizini verməlidir. Daha sonra həkim böyrək iltihablaşmasının qarşısını almaq ücün antibiotik, sidik-ifrazat yollarının aseptikasını bərpa etmək ücün müalicə təyin edə bilər.
Müalicə yalnız və yalnız hamiləni nəzarət edən həkim tərəfindən aparılmalıdı. Qadınların özbaşına antibiotik gəbul etməsi qəti qadağandır. Əgər hamilənin vəziyyətində ağırlaşma müşahidə olunarsa həkim xəstənin müalicəsini stasionarda (xəstəxanada) davam etdirə bilər.
Bol su icmək
Hamilələrdə sidik-ifrazat yollarının iltihabi proseslərinin azaldılması və profilaktikası məqsədi ilə bol suyun içilməsi məsləhət görülür. Su sidiyin miqdarını artırır və bədəndə olan mirobları xarıc edir. Hamilə qadınlar meyvə şirələrinin qəbulunu azaltmalı və ya tam imtina etməlidir ki, şirədə olan şəkər infeksiyanın artmasına səbəb olur.
Digər tövsiyələr:
-          Kafeinli ickilərdən uzaq durmaq.
-          Sidiyi saxlamamaq.
-          Duzlu, istiotlu, ədviyyatlı, şirin yeməklərdən uzaq olmaq.
-          Sağlam qidalanma qaydalarına riayət etmək.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 981   Tarix: 02 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

.

Bu yağlar qanı laxtalandırır

Həkimlər qan laxtalanma riskini artıran yağ növlərini açıqlayıblar.   -a istinadən xəbər verir ki, bu yağlar qızartma zamanı xüsusilə təhlükəli olur. Həkimlər omeqa-6-da yüksək olan yağların istehlakının mümkün təhlükələr

.

Orqanizmə faydalı 5 balıq növü

Həkimlər ən sağlam 5 balıq növünü müəyyənləşdiriblər.   -a istinadən bildirir ki, balıq aşağı kalorili, yüksək proteinli qidadır. Həkimlər həm böyüklərə, həm də uşaqlara bu məhsulu mütəmadi olaraq pəhrizlərinə daxil etməy

.

Cinsi gücü artıran, orqanizmi gənc saxlayan qidalar – İllərə meydan oxuyun

Sağlam cinsi həyat psixi və fiziki sağlamlıq baxımından mühüm rol oynayır. Cinsi həyat stress kimi səbəblərdən təsirlənsə də, istehlak edilən qidalar da böyük əhəmiyyət kəsb edir. Tərəvəzlər və yağsız zülallarla zəngin, həmçini

.

Bu qida ən aqressiv forma xərçəng yaradır – TOP 3

Avropalı mütəxəssislər adi yox, aqressiv forma xərçəng yaradan qidaları açıqlayıb.   -a istinadən xəbər verir ki,elmi araşdırmanın nəticələri Britaniya Tibbi dərgisində çap olunub. Söhbət çox şirin, yağlı və güclü termik

.

Siqareti tərgitdikdən sonra niyə kökəlirik?

"Siqareti buraxdıqdan sonra çəki artımı siqareti tərgitmə faktı ilə deyil, pis qidalanma vərdişləri (şəkər, duz və qızardılmış qidalardan sui-istifadə) ilə əlaqələndirilir". "Unikal"a istinadən xəbər veri

.

İdmanla məşğul olanlara ŞAD XƏBƏR: güc məşqlərinin gözlənilməz faydası

Güc məşqləri bədənlə yanaşı beyindəki əzələləri də gücləndirir.   -a istinadən xəbər verir ki, bu, aparılan araşdırmalar nəticəsində məlum olub. Ağırlıq məşqləri beynin qlükoza əldə etmək və emal etmək qabiliyyətini yaxşılaşdırır

.

Bu davranışlar ciddi xəstəliyə səbəb ola bilər

Əksər insanlar üçün adi görünən bəzi davranışlar obsesif-kompulsiv pozğunluqdan (OKB) əziyyət çəkən insanlar üçün ciddi problem hesab olunur. Başqa sözlə desək, OKB olan insanlar istər-istəməz təkrarlanan düşüncələri və b

.

Baş ağrısına dözmək görün nələrə səbəb olur

Həkimlər baş ağrısına dözməyin təhlükəli olduğunu açıqlayıblar.   -a istinadən xəbər verir ki, baş ağrısı təhlükəli xəstəliklərin əlaməti ola bilər. Baş ağrıları müxtəlif tibbi şərtlərin əlaməti ola bilər, lakin çox vax

.

Çiyələyi bu qidalar ilə birlikdə yemək olmaz

Çiyələyin müəyyən qidalarla birləşməsi həzm problemlərinə səbəb ola bilər. .   -a istinadən bildirir ki, mütəxəssislər çiyələyi süd məhsulları ilə birləşdirməyi məsləhət görürlər. Ağciyəri toksinlərdən təmizləyən qidalar

turlar.az

sonxeber.az yay kolleksiyasi gözəllik məhsulları kosmetik vasiteler gəlin paltarları ciy kartofun faydasi necə hamilə qalmaq olar vetene aid bayatılar kosmetika baliq ariqlamaq qiz adlari heyati hakista