Hamilələrin nəzərinə: mədəniz yanırsa...

Hamilələrin nəzərinə: mədəniz yanırsa...hamiləlikdə yaşanan mədə yanması (reflüks) şikayətlərinin əsas səbəbi bu müddətdə qadın orqanizmində baş verən hormonal dəyişikliklərdir. Hamiləlikdə artan və əsas funksiyası uşaqlıqda olan düz əzələləri boşaltmaq olan progesteron hormonu, eyni zamanda mədə ilə yemək borusu arasındakı qapaqcığın da boşalmasına səbəb olur. Bunun nəticəsində mədə turşusu yuxarı, qida borusuna qayıdaraq yanmaya səbəb olur. Aile.lent.az hamiləlikdə mədə yanması haqqında bilmədiyiniz faktları təqdim edir.

Hamiləliyin ilk dövrlərində progesteron hormonu yüksəlməyə başladığı üçün reflüks şikayətlərinə ilk aylarda da rast gəlmək mümkündür. Ancaq körpənin uşaqlıqla birlikdə böyüyərək daxili orqanlara təzyiq etməyə başladığı son aylarda (20-ci həftədən sonra) mədə də sıxışdığında görə reflüks problemi ilə daha tez-tez qarşılaşmaq olar.

Hamiləlikdə tez-tez mədə yanmasından şikayət edirsinizsə, əvvəlcə qidalanmanızı nəzərdən keçirilməlisiniz. Gündə 2-3 pay yeməkdənsə tez-tez aralarla və kiçik paylarla yemək həm mədə yanması riskinin qarşısını alır, həm də hamiləliklə bağlı digər şikayətləri azaldır. Eyni zamanda yemək yeyərkən də yavaş və yaxşı çeynəyərək yeməyə çalışın.

Hamiləlikdə mədə yanmasına səbəb olan qidalar:

- Qəhvə
- Şokolad
- Turş içkilər
- Limon, sirkə, xardal kimi turşulu qidalar və çox turşulu meyvələr
- Kolbasa və sosiska kimi işlənmiş ətlər
- Çox ədviyyatlı yeməklər
- Çox yağlı yeməklər və qızartmalar

Bununla yanaşı, dar paltarlar geyinmək də mədənin sıxılmasına səbəb olur. Yatarkən yüksək yastıq istifadə etsəniz, mədənizdəki mayenin yuxarı çıxmasına mane olaraq rahat yata bilərsiniz.

Hamiləlikdə mədə yanması üçün dərman istifadə etmək olar?

Əgər yediklərinizə diqqət etməyinizə baxmayaraq, mədə yanması şikayətiniz keçmirsə, mədə yanmasıyla yanaşı öskürək, sinə ağrısı da yaşayırsınızsa, ilk növbədə həkimə müraciət edin. Antiasit dərmanlar istifadə etmək hamiləlik dövründə təhlükəsizdir. Ancaq əgər qandakı dəmir çatışmazlığına qarşı dərman içirsinizsə, onu antiasit içdikdən iki saat əvvəl və ya sonra qəbul edin.

Ailə və Uşaq     Baxılıb: 2906   Tarix: 28 may 2017
f Paylaş

Oxşar xəbərlər

.

Hamiləlikdə aybaşı ola bilərmi? - SƏBƏBLƏRİ

Hamiləlikdə görülən qanaxmanın menstrual qanaxma olub-olmaması qadınları çox düşündürür. Hamiləlik zamanı qanaxmanın səbəbləri müxtəlif ola bilər. Körpə müjdəsini alan bəzi qadınlar hamilə qaldıqdan sonra bir neçə dəfə d

.

Uşaqlarıda baş ağrısının səbəbləri - GÖZARDI ETMƏYİN

 . "Baş ağrısı həm uşaqlarda, həm də böyüklərdə ağrıya səbəb olan ən çox yayılmış xəstəliklərdən biridir. Kiçik yaşlardan başlayan bu problem valideynləri də narahat edir". Bunu Uşaq Sağlamlığı və Xəstəlikləri Mütəxəssis

.

Uşaqlar arasında yayılan KOKSAKİ virusu

 Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən şikayətlər son günlərdə uşaqlar arsında sıx rast gəlinən virus xəstəlikdir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədə

.

Körpələr yuxu görürmü? - YATAN UŞAĞIN REAKSİYALARININ SƏBƏBLƏRİ

Bir çox insan körpələrin yuxuda niyə gülümsədiyi və mırıldadığı bağlı düşünür. Körpələrin bu davranışlarını bəzi insanlar sadəcə bir refleks olaraq qəbul edir, bəziləri isə körpələrin əslində yuxu gördüyünü fikirləşir. Körpələ

.

Nəmləndirici kremlər körpələrdə bu riski artırır - ANALARIN NƏZƏRİNƏ

Üç aylıq körpələrin dərisinə tez-tez nəmləndirici sürtmək körpəlikdə qida allergiyasının ortaya çıxmasına səbəb ola bilər. "Allergy and Clinical Immunology" jurnalında dərc edilən yeni araşdırmanın nəticələrind

.

Hamiləliyiniz belə keçirsə OĞLUNUZ OLACAQ - Əlamətləri bunlardır

Hamiləlik zamanı uşağın cinsiyyətinin oğlan olmasını necə anlamaq olar? Uzun illərdir yayılan fikirlərə görə, əsas əlamətləri bunlardır:. Qarın uclu və aşağıya doğru olur. Ananın ürəyi daha çox şirniyyat istəyir. Sidiyi

.

Uroloqdan uşaqlarla bağlı ÇAĞIRIŞ: 1 gün gecikmək

Uşaqlarda sidik yolu infeksiyası son zamanlar  tez-tez rast gəlinən bir problemdir və bəzən bu infeksiyaların səbəbi altda yatan ciddi bir xəstəlikdən yarana bilər. Bu səbəblə əgər bu infeksiyalar təkrarlanırsa, bunları

.

Böyrəklərdən qaraciyərə... Vitamin artıqlığı ciddi zərər verə bilər

"Vitamin çatışmazlığı qədər vitamin artıqlığı da orqanizmə ciddi zərərələr vura bilər". Bunu uşaq sağlamlığı və xəstəlikləri mütəxəssisi Dr. İhsan Şehla məlumat verib. "Həkim göstərişi olmadan, orqanizmə lazımsı

.

Hər yaşın öz musiqisi - Uşaqlarınızın seçimini bu SİYAHI-dan edin

Hər yaşda musiqi insana bircür təsir edir və zövqləri də müxtəlif istiqamətlərə yönləndirir. Musiqi bir incəsənət növüdür, amma sağlanlığımızı da formalaşdırmağa qadirdir. Sağlamolun.az müxtəlif yaş qrupları üzrə sağlam v

turlar.az

sonxeber.az geyim necə seçməli qis geyimləri 2024 geyim seçimi sızanaqlara qarşı maska dirnaq pilkalamaq xiyar tursusunun hazirlanmasi qaydasi döşlər kosmetika qurd xəstəliklərinə qarşı mualicə heyati burcler novruz bayramina aid arıqla