Hamiləlik zamanı dəri problemləri

Hamiləlik zamanı dəri problemləriHamiləlik zamanı qadının orqanizmində çox ciddi dəyişikliklər baş verir. Bu dəyişikliklər qadının dərisinin vəziyyətinə də təsir edir.
Ən xoşagəlməz hal dəridə gərilmələrin əmələ gəlməsi. Döl böyüdükcə dəri çox güclü dartılır. Bir çox qadınlarda dərinin alt qatı bu gərginliyə tab gətirmir və cırılır. Dəri özünü tez bərpa etsə də, dəridə çapıqlar qalır. Bu çapıqlar dərinin üzərində qırmızı-göy zolaqlar kimi görünür. Müəyyən vaxt keçdikdən sonra çapıqlar ağarır. Bu ağ parıldayan çapıqlar dərinin üzərində əksər hallarda həmişəlik qalır. Bu məhz gərilmələrdir (onları həmçinin "striya"lar adalndırırlar). Gərilmələr əsasən qadınların qarın nahiyəsində və bir çox hallarda döşlərin və budların üzərində əmələ gəlir.
Bəzi sadə vasitələrin köməyi ilə gərilmələrin əmələ gəlməsini azaltmaq mümkündür. Bu vasitələrin arasında:
- Düzgün və sağlam qidalanma. Meyvə-tərəvəz, süd məhsulları, balıq dərinin vəziyyətinə müsbət təsir edir, onun elastikliyini artırır.
- Xüsusi krem ya yağlar. Bu krem və yağları hamiləliyin əvvəlindən sonuna kimi istifadə etmək olar. Bu vasitələrin tərkibinə təbii yağlar, vitaminlər, kollagen daxildir. Gərilmələr əleyhinə vasitələr dərinin elastikliyini artırır, dərini möhkəmləndirir ki, bunun nəticəsində gərilmələr daha az-az əmələ gəlir. Bu vasitələr gündə bir neçə dəfə dərinin problemli zonalarına çəkilməlidir.
- Ev şəraitində çox təsirli gərilmələr əleyhinə vasitələri hazırlamaq olar. Misal üçün, zeytun yağı və badam yağı qarışığı, zeytun yağı ilə ərik yağı qarışığı. Adi uşaq yağları (tərkibində çobanyastığı, aloe olan) da çox yaxşı kömək edir.
- Kontrast duş (soyuq və isti suyun növbələşməsi) dərinin vəziyyətinə çox müsbət təsir edir, dəridə gərilmələrin əmələ gəlməsinə mane olur. (Kontrast duş istifadə etdikdən əvvəl ginekoloqla məsləhətləşin). Duşdan sonra dərini yüngülcə massaj edin.
- Hamilə qadınlar üçün olan xüsusi bandajlardan (həkimlə məsləhətləşdikdən sonra) və büstqalterlərdən istifadə edin. Onlar dərinin dartılmasına mane olur.
Hamiləlik zamanı növbəti dəri problemi - dəridə piqment ləkələrin əmələ gəlməsidir. Onlara "meazma" və ya "xloazma" deyilir. Əksəh hallarda tünd ləkələr alın və yanaq nahiyələrində əmələ gəlir. Bunun səbəbi hamilə qadının orqanizmində hormonal fonun dəyişilməsidir. Bu ləkələr doğuşdan sonra adətən yox olur.
Ləkələrin əmələ gəlməsinin qarşısını almaq üçün hamilə qadın özünü gün şüalarından qorumalı, gündən qoruyan kremlərdən, iri gün eynəklərdən, şlyapalardan, çətirlərdən  istifadə etməlidir.
Hamiləlik zamanı qadının dərisinin yağlılığı artır. Bunun səbəbi hamilə qadının orqanizmində hormonların artmasıdır. Hormonlar piy vəzilərin fəliyyətini stimullaşdırır və nəticədə dəri daha yağlı olur. Məhz bu səbəbdən hamilə qadınların bir çox hissəsi  sızanaqlar, səpgilər və s. problemlərdən əziyyət çəkir. Dərini yaxşı təmizləyin, həftədə 1-2 dəfə skrabdan istifadə edin, dərinin məsamələrini kiçildən xüsusi vasitələrdən, losyonlardan, təmizləyici maskalardan istifadə edin.
Əgər dəri çox pis vəziyyətdədirsə, dermatoloqa müraciət edin. Lazım olduqda həkim müalicə təyin edəcək.
Hamiləlikdən sonra əksər hallarda dəri öz normal yağlılığına qayıdır.
Hamiləlik zamanı üz dərisində kapilyarlar bəzən daha aydın görünməyə başlayır. Bu da təhlükəli deyil və hamiləlikdən sonra keçir.
Hamiləliyin sonuna yaxın qadınların əksəriyyətini qarının nahiyəsində dərinin quruluğu və qaşınması çox narahat edir. Qaşınmasını azaltmaq üçün dəriyə yağlı krem çəkin, duş qəbul etdikdə xüsusi duş kremlərindən (sabundan yox!) istifadə edin.
Hamiləliyin 4-cü-5-ci aylarında qarının dərisində tünd zolaq (göbəkdən qasıq nahiyəsinə kimi) əmələ gəlir. Bu zolaq hamiləlik üçün xarakterlidir. Zolaq hamiləlikdən sonra adətən yox olur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 941   Tarix: 30 oktyabr 2021
f Paylaş

Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Min dərdə dərman "ağ çiçəyim"- Ağacda bitən can dərmanı

a istinadən "Şəfalı bitkilər" rubrikasında akasiya çiçəkləri barədə məlumat verir. Bahar gələndə salxım-salxım ağ çiçəklərinin qoxusu insanı məst edən akasiya əslində yüz dərdin dərmanıdır. Bu bitkinin çiçəklərində

.

Keyfiyyətli kolbasanı necə seçmək olar? – DİQQƏTLİ OLUN

Kolbasaları çoxlarının sevdiyi məşhur qidalardan biricif. Bəs, doğru kolbasaları necə seçmək olar? .   -a istinadən xəbər verir ki, hər zaman tərkibinə diqqət etməlisiniz. Buna görə də, tərkibindəki maddələri təhlil etməy

.

Qaynadılmış yumurtanı axşam yeməyin FAYDALARI

Qaynadılmış yumurtanı səhər yeməyindən daha çox axşam yemək daha faydalıdır.   -a istinadən xəbər verir ki, yumurtanın tərkibində çox miqdarda protein var. Axşam yumurta yemək yuxu zamanı yağ yandırma prosesini stimullaşdırır

.

Yuxusuzluq piylənməyə səbəb olur

Piylənməyə səbəb olan bir çox faktorlar vardır. -a istinadən xəbər verir ki, onlardan biri də düzgün yuxu rejiminin olmamasıdır. Yuxusuzluq piylənmə və şəkər xəstəliklərini yaradır. Amerikalı diyetoloqlar 7 sağlam qadın v

.

Çox tərləyənlər bu yazını oxusun

Tər qoxusunu aradan qaldırmaq üçün müxtəlif antipersperantlardan istifadə edilir. -a istinadən xəbər verir ki, bu vasitələr orqanizm üçün zərərlidir. Həddən artılq istifadəsi müxtəlif dəri xəstəliklərinə o cümlədən, qadınlard

.

Bu problemləri yaşamaq istəmirsinizsə, stressdən uzaq olun

Dərimiz gündəlik həyatımızın qaçılmaz hissəsi sayılan stressin ən ağır yükünü daşıyır. Buna görə də bir çox dəri xəstəlikləri yaranır. . -a istinadən xəbər verir ki, dərimiz bədənimizin ən böyük orqanıdır və ətraf mühit faktorların

.

Baş ağrılarını bu çayla dərhal aradan qaldırın

Səhər oyananda müşahidə olunan baş ağrısı bütün günü təsir edən və həyat keyfiyyətini aşağı salan bir vəziyyətdir. Baş ağrısı problemi yarananda ağıla tez-tez gələn üsul ağrıkəsicilərdən istifadə etməkdir. -a istinadən xəbə

.

Niyə qadınlar 40 yaşdan sonra arıqlaya bilmir? – SƏBƏB

Bəzi qadınlar yetkinlik dövründə arıqlamağın gənclik illəri ilə müqayisədə daha çətin olduğunu bildirirlər. Zərif cinsin nümayəndələrinin yaş keçdikcə artıq çəkidən çətinliklə qurtulmasının 2 mümkün səbəbi var. . -a istinadə

.

Sağlam qidalanmaqla bağlı yanlış fikirlər

Qidalanma sahəsində yanlış fikirlər sağlamlığınıza əhəmiyyətli dərəcədə zərər verə bilər, .   -a istinadən xəbər verir ki, buna görə də sosial şəbəkələrdən gələn bütün tövsiyələri həqiqət kimi qəbul etməməlisiniz. Bu gün

turlar.az

sonxeber.az qadın geyimi həkim məsləhəti kosmetoloq tortlar sərxan kərəmoğlu içi doldurulmuş badımcan turşusu evlilik kosmetika burcler birlik sperma yuxuda qara ilan gormek novruz bayramına aid hakışda