Hamiləlik zamanı USM ziyanlıdırmı?

Hamiləlik zamanı USM ziyanlıdırmı?Ultrasəs müayinəsi (USM) – hamiləliyin gedişinə nəzarət edilməsi üçün ən çox məlumat verə biləcək müayinə üsuludur. Məhz USM-in köməyilə hamiləliyin gedişi, dölün vəziyyəti barədə məlumat almaq olur.
Bu isə bir çox pozulmaları vaxtında aşkar edərək müvafiq tədbirlər görməyə imkan verir. Qadınlar hamiləlik dövründə USM-dən keçməkdən qorxmamalıdırlar. Bu barədə çox danışılsa da, ultrasəs müayinəsinin dölə mənfi təsir etməsi barədə ciddi sübutlar aşkar edilməmişdir.[/b]
Hamiləliyin müddəti ərzində ən azı 3-4 dəfə ultrasəs müayinəsindən keçmək lazımdır. Bu, hətta ideal şəkildə normal keçən hamiləlik üçün də ən minimal say hesab olunur.
İlk ultasəs müayinəsi hamiləliyin 5-6-cı həftəliyində olan dövrdə aparılmalıdır. Bu, dölün uşaqlığın daxilində olmasına əmin olmaq və bununla da uşaqlıqdan kənar hamiləliyi istisna etmək üçün tələb olunur. Hamiləliyin bu dövründə aparılan ultrasəs müayinəsi əksər hallarda vaginal (uşaqlıq yolundan) üsulu ilə aparılır: rüşeym yumurtasının ölçüləri çox kiçik olduğu üçün ultrasəs aparatı ilə onu qarın boşluğunun ön divarından görmək olmur. Narahat olmayın, bu təhlükəli deyil və hamiləliyin pozulmasına səbəb ola bilməz.[/b]
Ultrasəs müayinəsi 2-ci dəfə hamiləliyin 10-11-ci həftələrində aparılır. Bu, uşağın inkişafında mümkün ola biləcək ağır anomaliyaların aşkar edilməsi məqsədi ilə aparılır. Digər tərəfdən, məhz bu dövrdə hamiləliyin müddətini daha dəqiqliklə müəyyən etmək, həmçinin həmin dövrə qədər dölün, artıq formalaşmış olan ürək fəaliyyətinə nəzarət etmək də mümkün olur.[/b]
Üçüncü ultrasəs müayinəsi üçün optimal vaxt hamiləliyin 19-21-ci həftələri hesab olunur. Bu vaxta qədər olan müddət ərzində uşağın bütün əsas orqan və sistemləri formalaşmış olur ki, bu da onun inkişafının düzgün getməsinin qiymətləndirilməsinə imkan verir.[/b]
Sonuncu (4-cü) ultrasəs müayinəsi isə doğuşdan bir qədər əvvəl – hamiləliyin 30-cu həftəsindən sonra aparılır. Bu, təbii doğuşun aparılmasına maneçilik törədə bilən faktorların aşkar edilməsinə imkan verir: məsələn, dölün ana bətnində düzgün yerləşməməsi (köndələn və ya üzü qabağa olmaqla və s.); dölün baş ölçülərinin ananın çanaq ölçülərindən artıq olması və s.[/b]
Bir daha təkrar etmək istəyirik ki, aparılan bu ultrasəs müayinələri hamiləliyin hətta tam normal şəkildə getdiyi hallarda da vacib hesab edilir. Əgər hamiləliyin gedişində hər hansı patoloji dəyişikliklərin olmasına şübhə yaranarsa, bu halda USM daha tez-tez aparıla bilər. Bu, həmin patoloji halların inkişafına nəzarət edilməsinə və vaxtında müvafiq qərarların qəbul edilməsinə imkan verir. Bir sözlə, belə hallarda aparılan ultrasəs müayinələrinin sayı bir çox faktorlardan aslıl olur və müalicə həkimi tərəfindən müəyyən edilir.
Hal hazırda üç- və dörd-ölçülü (əvvəlki ultrasəs müayinələri iki-ölçülü idi) ultrasəs müayinələri daha çox populyarlıq qazanmağa başlayır. Fiziki mənada (ultrasəs dalğasının gücü) üç- və dörd-ölçülü ultrasəs müayinələri iki-ölçülü müayinələrdən heç də "daha zərərli" hesab olunmur. Əksinə, onlar diaqnostik baxımdan iki-ölçülü ultrasəs müayinəsinə nisbətən xeyli dərəcədə daha informativ hesab olunurlar. Hamilələr bu növ ultrasəs müayinələrinə o halda göndərilirlər ki, bu zaman dölün inkişafında hər hansı bir qüsurun (ətrafların, sifətin, onurğa sütununun, ürəyin, beyinin və s.) olmasına şübhə yaranmış olsun. Bütün digər hallarda isə iki-ölçülü utrasəs müayinəsinin aparılması adətən kifayət edir.

Ailə və Uşaq     Baxılıb: 2684   Tarix: 02 mart 2017
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ata-uşaq münasibəti: Özgüvəni artırır, şəxsiyyəti formalaşdırır

Uşağın inkişafında analarla yanaşı ataların da rolu böyükdür. Bununla əlaqədar psixiatriya mütəxəssisi Dos. Dr. Serhat Tunç məlumat verib. Güclü ata-övlad ünsiyyəti olan uşaqların müsbət şəxsiyyət xüsusiyyətlərini inkişa

.

Telefonla sakitləşdirilən uşaqlar RİSK ALTINDADIR - Valideynlər oxusun

Valideynlərin övladlarını sakitləşdirmək üçün onlara telefon vermələri və bunu vərdiş halına gətirmələri uşaqlar üçün təhlükəlidir. İnsanların həyatını asanlaşdırmaq üçün istehsal edilən və inkişaf etdirilən texnologiyanı

.

Uşaqlarıda baş ağrısının səbəbləri - GÖZARDI ETMƏYİN

 . "Baş ağrısı həm uşaqlarda, həm də böyüklərdə ağrıya səbəb olan ən çox yayılmış xəstəliklərdən biridir. Kiçik yaşlardan başlayan bu problem valideynləri də narahat edir". Bunu Uşaq Sağlamlığı və Xəstəlikləri Mütəxəssis

.

Bu problem hamilə qalmağa mane olur

Hamilə qalaraq dünyaya övlad gətirmək hər bir qadının arzusudur. Ancaq bu bəzilərində elə də asan həyata keçmir. Bəzi qadınlar uzunmüddət hamilə qala bilmir və ya  düşüklə nəticələnir. Yaranan vəziyyətin səbəblərindən bir

.

Uşaqlarda sidikqaçırmanın qarşısını almaq üçün AKKUPUNKTUR üsulu

Uşaqlarda enurez ( gecə sidik qaçırması) problemi . Bioloji aktiv nöqtələrin insan bədənində sayı 100-dən çoxdur. Lakin müalicə məqsədilə əsasən 600-700 nöqtə istifadə edilir. Bu nöqtələr qeyd edildiyi kimi müxtəlif üzvlərd

.

Körpələrə doğum zamanı bunu etmək ƏLİLLİK VƏ ÖLÜM RİSKİNİ ARTIRIR

Vaxtından əvvəl doğulmuş körpələrdə göbək kəsilmədən əvvəl 60 saniyə gözləmək lazımdır. Bu üsulla vaxtından əvvəl doğulan hər 20 körpədən biri böyük xəsarət almadan sağ qalacaq. Yeni bir araşdırmaya görə, yeni doğulmuş körpəni

.

Nəmləndirici kremlər körpələrdə bu riski artırır - ANALARIN NƏZƏRİNƏ

Üç aylıq körpələrin dərisinə tez-tez nəmləndirici sürtmək körpəlikdə qida allergiyasının ortaya çıxmasına səbəb ola bilər. "Allergy and Clinical Immunology" jurnalında dərc edilən yeni araşdırmanın nəticələrind

.

Hamiləlikdə HEPATİT B təhlükəsi

Hepatit B virusu nədir?. Hepatit B qaraciyəri zədələyən virus infeksiyasıdır. Hepatit B virusu hepadnavirus ailəsinə aiddir. İnfeksiyalı insanlarda virus aşkar olunur:. Qanda. Tüpürcəkdə. Tərdə. Göz yaşı mayesində. Ana südündə

.

Abortdan sonra yenidən hamilə qalmaq - Təhlükəli tərəfləri

ABORTUN EFFEKTİVLİYİ. Bəzi hallarda, abortun keçirilməsinə baxmayaraq hamiləlik qalır və öz inkişafını davam etdirir. Dərman vasitəsi ilə abortdan sonra dölün qalma ehtimalı orta hesabla 2-dən 5%-dəkdir. Vakuum aspirasiyas

turlar.az

sonxeber.az yay geyimləri 2024 geyim şəkilləri sac duzumleri cinsi mövzular ana və körpə geyimler 2024 elm biliye aid atalar sözləri kosmetika şəhid eqreb oğlan evine aid hakisda big.az novruza aid hakistalar