Hamiləlikdə cinsi əlaqə: OLAR, YOXSA OLMAZ?

Hamiləlikdə cinsi əlaqə: OLAR, YOXSA OLMAZ?Hamiləlik müddətində cinsi münasibətlər haqda qulaqdan-qulağa eşidilən bəzi fikirlər cütlüklər arasında qorxulara səbəb olur. Qadın, yaxud kişi 9 ay müddətində cinsi əlaqədə olmağa ehtiyat edir. Ailem.az bu yazıda cütlükləri maraqlandıran həmin problemlərə aydınlıq gətirməyə çalışıb.

Hamiləlik zamanı cinsi həyat cütlüklərin çox zaman Həkimlərdən soruşmağa utandıqları mövzudur. Halbuki soruşsalar, problemə aydınlıq gətirmiş olarlar. Çünki həkimlər cinsi həyatın sağlam bir hamiləlik üçün vacib olduğunu deyirlər. Hamiləlik qayda-qanunlarına düzgün riayət etdikdə cinsi həyatı davam etdirmək olar. Hətta bəlli ölçüdə adi vaxtlardakından daha rəngli bir cinsi həyat yaşamaq mümkündür.

Həkimlər bildirir ki, hamiləlik zamanı cinsi əlaqədə olmaq zərərlidir fikri kökündən yanlışdır. Bu yanlış fikrin yayılmasının bir çox səbəbləri var. Hamiləlik müddətində cinsi əlaqə körpəyə heç zaman zərər verə bilməz. Çünki körpənin amnion mayesi (embrionu qoruyan və qidalandıran maye) bütün fiziki dəyişiklikləri içində saxlayacaq şəkildə yaradılıb. Ona görə də hamiləlik dövründə sekslə məşğul olmaq zərərli deyil. Əksinə, anaya və uşağa xeyirdir. Belə ki, hormon nizamında artma olduğu üçün genital bölgədə qan axımı artır, bu zaman oyanma daha asan baş verir və qadınların çoxu üçün hamiləlik zamanı cinsi münasibət daha zövqverici ola bilər. Hamiləlik zamanı mütəmadi seks hər hansı səbəbdən yaranan neqativ enerjini alır və gərginliyin aradan qaldırılmasına kömək olur. Hamiləlik zamanı cinsi münasibət fiziki aktivliyi artırır. Bu isə hamilə qadının artıq çəki almasına mane olur. Bununla yanaşı, istifadə edilən əzələlər sayəsində normal doğuş daha rahat keçir.

Hamiləykən cinsi yaxınlığın uşağa ziyan olduğunu düşünən qadınlar həyat yoldaşlarından soyuyur və bu zaman hamiləlik daha da çətin bir hal alır. Qadınlar bilməlidir ki, hamiləlik bir xəstəlik deyil və normal həyatlarını hamiləliklərinə qurban vermələri düzgün deyil.
Ancaq hamiləlik zamanı körpə və anaya zərər verməyən pozaların seçilməsi mühümdür. Bu movzünu cütlüklər hamiləliyin ilk vaxtlarında həkimlə mütləq müzakirə etməlidirlər. Çünki hamiləlikdən əvvəl istədiyiniz sevişmə pozaları hamiləlik müddətində arzuedilməz ola bilər. Misal üçün, qadının arxası üstə uzandığı və kişinin üstdə olduğu misioner pozası kimi tanınan və cütlüklərin 80 faizinin üstünlük verdiyi bu poza hamiləlik zamanı uyğun deyil. İlk 3 aydan sonra körpə ilə birlikdə böyüyən uşaqlıq arxası üstə yatan hamilə qadının ürəkdən gələn böyük damarlarına təzyiq edir və beləliklə də uşaqlıq, plasenta, həmçinin körpə kifayət qədər qan qəbul edə bilmir.

Eyni zamanda təzyiq səbəbindən ananın ürəyinə kifayət qədər qan geri qayıtmır və ana baş gicəllənməsi, nəfəs çatışmazlığı hiss edir. Bu halda hamilə qadının ürəyi də gedə bilər. Ona görə də hamiləlik zamanı cinsi münasibətdə qaşıq deyilən poza, yəni qadın yanı üstə uzanmalı və ya üstə olduğu pozalar seçilməlidir.

Hamiləlik zamanı cinsi münasibətin qadağan olunduğu hallar da var:

- Dölün düşmə təhlükəsi varsa
- Daha əvvəl iki dəfədən çox düşmə halı baş veribsə
- Səbəbi məlum olan və olmayan vaginal qanama
- Körpənin qadının uşaqlığına yaxın olması (plesentaprevia)
- Uşaqlığın çatışmazlığı hallarında
- Vaxtından əvvəl doğuş təhlükəsi və ya vaxtından əvvəl doğuş baş veribsə
- Hamiləlik kisəsi vaxtından tez açılıbsa və ya su vaxtından tez gəlməyə başlayıbsa
- Kişidə cinsi yolla keçən xəstəliyin olması və ya daşıyıcısı olması (genital bölgədə aktiv kondiloma və ya herpesenfeksiyanın olması)
- Yüksək riskli hamiləlikdə (əkiz və ya başqa hallar)

Bu hallara isə diqqət etmək lazımdır:

- Həkim tərəfindən qadağan olunduğu hallarda cinsi münasibətdə olmaq
- Cinsi münasibətdən sonra az da olsa, qanama baş verərsə, mütləq bunu həkimə bildirmək vacibdir
- Cinsi münasibət zamanı döşlərin ucları çox oyandırılmamalıdır. Çünki bu oyandırma zamanı beyindən oksitosin deyilən hormon ifraz edilir, bu isə uşaqlıqda sıxılmalara səbəb olur və vaxtından tez doğuş baş verə bilər. Qeyd edək ki, bu cür hallar çox zaman döş uclarının stimulyasiyası səbəbindən baş verir.

Bəs hamiləlikdə cinsi yaxınlıq zamanı qoruyuculardan istifadə etmək vacibdirmi?

Hamiləlik zamanı qadın orqanizmindən ifraz edilən maddə cinsi yaxınlıq zamanı vücuda daxil olan sperma və bakteriyaların qarşısını alır. Ancaq spermanın tərkibindəki prostaqlandin adlı maddə uşaqlığın ağzında sıxılmalara səbəb olduğu üçün cinsi əlaqə zamanı qoruyucudan istifadə edilməsi məsləhətdir.

Ailə və Uşaq     Baxılıb: 6041   Tarix: 12 may 2017
f Paylaş

Turlar.az

Oxşar xəbərlər

.

Ana bətnində DAUN SİNDROMU necə müəyyən edilir? - DETALLAR

Ana bətnində Daun sindromlu körpə hərəkətləri, sözügedən sindromun anlaşılması üçün son dərəcə əhəmiyyətlidir. Əgər ana bətnində daun sindromlu körpənin əlamətlərinin nə olduğu ilə maraqlanırsınızsa, məqaləmizi oxumağınız

.

40 ədəd saqqız udan 5 yaşlı balaca oğlan həkimləri şoka saldı

ABŞ-ın Ohayo ştatında yaşayan 5 yaşlı uşaq ümumilikdə 40 saqqız udub. Belə ki, ana təcili yardıma zəng edərək azyaşlı oğlunun böyük bir qutu şəkərsiz saqqız yediyini bildirib. Amma ona mədə problemi olduğu zaman xəstəxanay

.

Bu problem hamilə qalmağa mane olur

Hamilə qalaraq dünyaya övlad gətirmək hər bir qadının arzusudur. Ancaq bu bəzilərində elə də asan həyata keçmir. Bəzi qadınlar uzunmüddət hamilə qala bilmir və ya  düşüklə nəticələnir. Yaranan vəziyyətin səbəblərindən bir

.

Uşağınız gecə yatarkən altını isladırsa SƏBƏBİ BUDUR

Gecə sidik qaçırma bütün dünyada milyonlarla uşağa təsir edən sağlamlıq problemidir. Əgər uşaq 5 yaşındadırsa və hələ də gecə yatağı isladırsa, bu, ciddi problemdən xəbər verə bilər. Təxminən hər beş uşaqdan birində gecələ

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

.

Uşaqlarda sidikqaçırmanın qarşısını almaq üçün AKKUPUNKTUR üsulu

Uşaqlarda enurez ( gecə sidik qaçırması) problemi . Bioloji aktiv nöqtələrin insan bədənində sayı 100-dən çoxdur. Lakin müalicə məqsədilə əsasən 600-700 nöqtə istifadə edilir. Bu nöqtələr qeyd edildiyi kimi müxtəlif üzvlərd

.

Abortdan sonra yenidən hamilə qalmaq - Təhlükəli tərəfləri

ABORTUN EFFEKTİVLİYİ. Bəzi hallarda, abortun keçirilməsinə baxmayaraq hamiləlik qalır və öz inkişafını davam etdirir. Dərman vasitəsi ilə abortdan sonra dölün qalma ehtimalı orta hesabla 2-dən 5%-dəkdir. Vakuum aspirasiyas

.

Uşaqlıq travmalarınız var? - Cəmi 10 SUALA cavab verməklə öyrənə bilərsiniz

 . İnsanlar üçün emosional travmalarını tanımaq və qəbul etmək çətin ola bilər. Sosial şəbəkələrdə məşhurlaşan pediatr Pete uşaqlıq travmaları ilə bağlı maraqlı açıqlama verib. Həkim bildirib ki, cəmi 10 suala cavab verməkl

.

Uşaq bezləri virus yayır – Valideynlərin NƏZƏRİNƏ

 . Uşaq bezləri məlum olmayan yeni viruslar yayır. "Nature Microbiology" jurnalında bununla bağlı məqalə dərc edilib. Məlumata görə, beynəlxalq tədqiqat qrupu körpə nəcisində 10 00 yeni virus aşkar etdiyini bildirib

turlar.az

sonxeber.az qadın geyimi makiyaj instagram geyim seçimi 2024 qis modasi qrip haqqında toy ideyalari 3 kq kosmetika burclər veten haqqinda bayatilar yuxuda qara ilan gormek baldiz qadin saglamlig