Hamiləlikdə lazer epilyasiyası etdirmək olar?

Hamiləlikdə lazer epilyasiyası etdirmək olar?Bir çox ana namizədi hamiləlik hormonlarının da təsiriylə artan tüklənmədən narahat olurlar. Ancaq nəzərə alsınlar ki, doğuşdan sonra bu tüklərin çoxu öz-özünə tökülür. Bu səbəbdən də lazer epilyasiyası etdirməyə tələsməsinlər.

Qadınların çoxu hamiləlik zamanı lazer epilyasiyası etdirməkdən çəkinirlər. Onlar bunun uşağa ziyan olacağından narahatdırlar. Ailem.az hamiləlik dövründə epilyasiya ilə bağlı mütəxəssislərin fikirlərini təqdim edir.

Mütəxəssislər bildirir ki, lazer epilyasiyasının körpəyə və anaya hər hansı bir zərəri yoxdur.

Lazer işıq enerjisi istifadə edilən bir texnikadır. Ortaya çıxan elektromaqnit işıldama rentgendə istifadə edilən X-şüalarından fərqlidir və toxuma içində irəliləmə xüsusiyyəti yoxdur. Yəni bu şüa sizi tüklərdən xilas edərkən toxumalarınıza da təsir edəcəyindən narahat olmağa dəyməz. Lazer epilyasiyası işığı yalnız əməliyyatın edildiyi sahəyə, məsələn yalnız üzə təsir edir və təsir sahəsi yalnız bir neçə milimetrlə məhdudlaşır. Bu səbəbdən də ananın qarnında olan körpəyə çatması və ya zərər verə bilməsi mümkün deyil. Bənzər şəkildə radio dalğalarıyla işləyən epilyasiya sistemləri də körpə ilə əlaqəli risk daşımır. Bu cihazlar X işığı ilə işləyən rentgen cihazlarına nisbətən daha aşağı tezlik və enerjidə radiasiya ilə işləyir.

Bundan daha əhəmiyyətlisi isə budur ki, haqqında danışılan radiasiya, ionlaşdırıcı xüsusiyyəti olmayan radiasiyadır. Əməliyyat bitdikdə ortada radiasiya da qalmır. Bu səbəbdən də hamiləlikdə istifadəsi ilə əlaqədar risk haqqında söhbət gedə bilməz.

Xəbərlər     Baxılıb: 2346   Tarix: 18 fevral 2018
f Paylaş

Oxşar xəbərlər

.

Alçanı belə yemək olmaz - XƏBƏRDARLIQ

Yaşıl alça C vitamini, lif, potasium, A vitamini ilə zəngindir. Diş və sümükləri qoruyur. Tərkibindəki sitrik asid vücuddakı laktik asidi təsirsiz hala gətirə bildiyi üçün yorğunluğun qarşısını alır. Lakin bizdə alçanı çoxlar

.

Darçının möcüzəvi faydaları: Gündə 1 qram... - FOTO

Şirniyyatdan yeməklərə və hətta bitki çaylarına qədər bir çox yemək və içkilərdə geniş istifadə edilən darçın sağlamlıq üçün də çox faydalı olan qiymətli ədviyyatdır. Ləzzət məqsədləri üçün istifadəsi ilə yanaşı, sağlamlığ

.

Sürətli arıqlamaq üçün iki sağlam inqrediyentdən hazırlanan YAĞ YANDIRICI İÇKİ

Əlavə çəkilərdən xilas olmaq üçün pəhriz saxlayan hər kəs bu prosesin nə qədər çətin olduğunu bilir.   -a istinadən xəbər verir ki, incə belə sahib olmağa köməklik edən kefir və kətan toxumundan hazırlanmış yağ yandırıc

.

Bu vərdiş diabet riskini azaldır

Alimlər deyirlər ki, sadə yemək vərdişi diabet riskini azaltmağa kömək edir.   -a istinadən bildirir ki, düzgün pəhriz şəkər səviyyənizi nəzarət altına almağa kömək edəcək. Son elmi araşdırmalar müəyyən bir pəhrizin diabe

.

Gözəllik prosedurları üçün ən ideal yaş dövrü hansıdır?

Rusiyalı kosmetoloq Yekaterina Şostak xüsusi inyeksiyaların köməyi ilə cavanlaşmaq üçün hansı yaşın daha uyğun olduğunu açıqlayıb. -a istinadən bildirir ki, inyeksiya ilə üz dərisini cavanlaşdırmaq üçün ən uyğun yaş menopauzada

.

Xoşbəxt cütlüklərin heç vaxt etmədiyi 6 ADDIM

Xoşbəxt münasibətlər harmoniyanı qorumağa və ümumi səhvlərdən qaçmağa kömək edən müəyyən prinsiplərə malikdir.   -a istinadən xəbər verir ki, psixoloqlar əlaqənizi yaxşı vəziyyətdə saxlamağınıza kömək edəcək əsas aspektlər

.

İmtahana hazırlaşanların NƏZƏRİNƏ: Günün bu saatları dərs oxusanız, beyin

Qısa müddət sonra on birinci sinif şagirdləri buraxılış və qəbul imtahanları verəcək, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri üçün isə yay sessiyası başlayacaq. Bir çox tələbə vərdiş etdiyi gecə dərslərində

.

Bu yağlar qanı laxtalandırır

Həkimlər qan laxtalanma riskini artıran yağ növlərini açıqlayıblar.   -a istinadən xəbər verir ki, bu yağlar qızartma zamanı xüsusilə təhlükəli olur. Həkimlər omeqa-6-da yüksək olan yağların istehlakının mümkün təhlükələr

.

Mütləq səhər yeməyi yeyin

Həkimlərin əksər hissəsi səhər yeməyini əsas qida qəbulu kimi qiymətləndirir. axşam.az-a istinadən bildirir ki, səhər yeməyi orqanizmi "işə salır", ona lazım olan enerji ilə təmin edir. Təəssüf ki, insanların əksə

turlar.az

sonxeber.az gözəllik məhsulları qaşların formalari qadın geyimi qara qaragatin faydalari qadin tumani uşaq yeməyi qonaq otagi dizayni 2024 kosmetika sekisler veten haqqinda bayatilar qiz burcu pehriz novruz hakistasi