Hamiləlikdən qorunma üsulları

Hamiləlikdən qorunma üsullarıElə qadınlar var ki, onlara ən müasir kontraseptivlər belə qəbul etmək olmaz. İki qadın hormonu - estrogen və progesterondan ibarət olan birləşdirilmiş hormonal preparatların qəbuluna daha çox qadağa şamil olunur. Damarlarında ciddi problemlər mövcud olan şəxslərə (venaların varikoz genişlənməsi, miqrenlər, hipertoniya və ya ağır ürək xəstəlikləri) bu preparatların köməyi ilə hamiləlikdən qorunmaq və ya müalicə olunmaq olmaz. Trombların əmələ gəlməsinə meylli və ya qanın laxtalanma sistemi pozulmuş insanlara hormonal həblər qəbul etmək qəti qadağandır.
Qaraciyər, böyrəklərin kəskin və xroniki xəstəlikləri və şəkərli diabet də kontraseptivlərdən istifadə etməyə imkan vermir. Hormonlar problemli qaraciyəri yükləyir və ödün qatılaşmasına səbəb olur. Böyrəklər xəstə olduqda, hormonlar orqanizmdən çox ləng və pis xaric olunur və onların əks təsiri cəmlənir. Süd vəziləri, yumurtalıq və endometriumun hormon asılı şişləri zamanı da bu preparatları qəbul etməkdən çəkinin.
İlk günlərdə qeyri-adi baş və ya ürək ağrıları əmələ gəldikdə, arterial və kəllədaxili təzyiq artdıqda, görmə və eşitmə qabiliyyəti kəskin zəiflədikdə, həblərin qəbulunu dərhal dayandırın. Sarılıq inkişaf etdikdə, güclü qaşınma əmələ gəldikdə, epileptik tutmalar tezləşdikdə də həblərdən imtina edin.

Uşaqliqdaxili vasitələr
Uşaqlıqdaxili vasitələr yalnız hamiləliyin qarşısını almaq məqsədi ilə istifadə olunur. Spiralların heç bir müalicəvi dəyəri yoxdur. Uşaqlıqdaxili spiralların bir neçə çatışmayan cəhətləri mövcuddur. İlk növbədə etibarlılığı yüz faiz deyil, 70-75 faizdir. İkincisi, uşaqlıq
boşluğunun daimi "aralı" qalması infeksiya üçün birbaşa yoldur. Hətta köməksiz uşaqlığı "çağırılmamış mikrob-qonaqlar"dan müdafiə etmək üçün nəzərdə tutulmuş mis və ya gümüş məftilciklər belə heç də hər zaman yardım etmir.
uşaqlıqdaxili vasitəUşaqlıq daxilində yerləşmiş yad cisim eyni zamanda bol, davamlı və çox ağrılı menstruasiyalara səbəb olur. Aybaşı zamanı uşaqlıqdan xaric olunan qan təbiətin fikirləşdiyi kimi deyil, qarın boşluğu tərəfə axmağa başlayır. Bu da, uşaqlıqdan kənar hamiləlik, endometrioza səbəb ola bilər. Spiralın "ayaqcıq"larının uşaqlıq divarına dirəndiyi yerlərdə qan dövranı azalır, bu isə miomatoz düyünün əmələ gəlməsi üçün ideal şəraitdir. Yəqin məlumdur ki, spiralı olan qadınlarda uşaqlıqdan kənar hamiləliklərin faizi başqa qadınlardan 4 dəfə artıqdır.
Bəzi xəstəliklər zamanı spiraldan istifadə etmək ümumiyyətlə qadağandır. Bu, uşaqlıq boyu eroziyası, uşaqlıq və artımların xroniki infeksiyaları, uşaqlıq cismi və boynunun bəd xassəli şişləri, endometriumun iltihabıdır. Uşaqlıq boynunun çapıq deformasiyası olan qadınlarda isə doğuşdan sonra spiral ümumiyyətlə qalmır.
Son zamanlarda hormonal uşaqlıqdaxili vasitələr də əmələ gəlmişdir. Onlar adi spiralların analoqudur. Hər gün spiraldan kiçik dozada hormon ifraz olunaraq, mayalanmanın qarşısını alır. Hormonlar qan axınına daxil olmur, bu səbəbdən də belə spirallar hormonal həblərə xas olan bəzi əks təsirlərdən məhrumdur. Bununla belə, hormonal spirallar da bir sıra çatışmazlıqlara malikdir. Onlar menstrual dövrdə pozuntular törədə bilər. Və yalnız hormonal spiral xaric olunduqdan yarım il sonra 50% qadınlarda uşaq doğma qabiliyyəti bərpa olunur. Hər halda, üstünlüyü hormonal həblərə vermək məsləhətdir.

Kimyəvi kontraseptivlər
Bu vasitələrin tərkibində həm spermatozoidləri, həm də, demək olar ki, bütün zərərli bakteriya və virusları zərərsizləşdirən maddə olan spermisidlər mövcuddur. Onlar vaginal şamlar, kremlər və tamponlar formasında təmsil olunmuşlar və beləliklə, yerli üsul ilə istifadə olunur.
Kimyəvi kontrasepsiyanı uşaqlıqdaxili və hormonal vasitələrin tətbiqi göstəriş olmayan, təzə doğmuş və uşaq əmizdirən qadınlar istifadə edə bilər. Hamilə qadınlar üçün isə belə "kimya" əks-göstərişdir.
Kifayət qədər yumşaq olan kimyəvi kontrasepsiyanın öz nöqsanları da var. "Farmateks", "Patenteks-Oval", "Sterilin" kremləri arzuolunmaz hamiləlikdən tam qorumur. Xüsusən də, menstrual dövrənin ortasına yaxın və ovulyasiya zamanı. Bu kremlər sabun ilə təmasdan sonra aktivliyini itirir və ümumiyyətlə uzun müddətli təsirə malik deyil. Təkrar yaxınlıq zamanı yenidən vasitədən istifadə etmək lazım olur.
Kimyəvi kontraseptivlərdən tez-tez istifadə etdikdə, təbii uşaqlıq yolu mikroflorası pozula bilər. Antiseptikin təsiri altında faydalı bakteriyalar zərərlilər ilə birlikdə məhv olur. Və nəticədə xoşagəlməz bir hal - yerli disbakterioz inkişaf edə bilər. Xarici cinsiyyət orqanlarının kəskin iltihabı xəstəlikləri olan qadınlara bu kontraseptivlərdən heç istifadə etmək olmaz əvvəlcə müalicə olunmaq lazımdır.

Hormonal iynələr
Depo Provera hormonal iynəsiHormonal inyeksiyalar, misal üçün, Depo-Provera, uzun müddətli kontrasepsiya vasitəsidir. Onlar yalnız doğmuş və ya yetkin yaşlı qadınlar üçün nəzərdə tutulub. Preparatın inyeksiyası tərkibində levonorgestrel hormonu mövcuddur. O, tədricən azad olunaraq, qanda preparatın daimi qatılığını qoruyub saxlayır. İnyeksiyaların kontraseptiv effekti bundan ibarətdir.
Bu üsulun əsas üstünlüyü ondan ibarətdir ki, qadın hər gün eyni vaxtda hormonal həbləri qəbul etmək məcburiyyətində deyil. Əsas odur ki, 2-3 ayda bir dəfə həkimə müraciət etməyi və iynə vurdurmağı unutmayasınız.
Lakin menstrual dövrəsi tam formalaşmamış cavan qızlara və 40 yaşından yuxarı qadınlara belə inyeksiyalar vurmaq olmaz. Axı, onlar yumurtalıqların funksiyasını boğur və menstruasiyalar, demək olar ki, kəsilir. Yaşından asılı olmayaraq, hələ doğmamış qadınlara da risk etmək olmaz. Eləcə də, uşaqlıqdan kənar hamiləliyi olmuş qadınlara, çünki bu hadisənin təkrarlanması riski mövcuddur.

Hormonal implantantlar
Hormonal implantatları artıq uşaq doğmağı planlaşdırmayan qadınlar istifadə edir. Hormon tərkibli kapsullar cərrah tərəfindən dərinin altına tikilir. Hormonlar kapsulun divarından müntəzəm şəkildə azad olunur və qan dövranına daxil olur.
Hormonal həblərdə olduğu kimi, bu kontrasepsiya üsulu qan xəstəlikləri, qaraciyərin kəskin xəstəlikləri, vena və arteriyaların trombozu, süd vəzi xərçəngi xəstəliklərinə ziddir.
Hormonal implantatları cavan, doğmamış qadınlara qətiyyən istifadə etmək olmaz. Onlarda menstrual funksiyanın və nəticədə, uşaq doğmaq qabiliyyətinin bərpa olunmayacağı riski çox yüksəkdir.
Beləliklə, ideal kontraseptiv mövcud deyil. Əgər biz qadının fizioloji xüsusiyyəti olan hamiləliyin qarşısını alırıqsa, mütləq əks-təsirlər olacaqdır. Onları minimuma endirmək üçün kontraseptivləri yaxşı həkim ilə birlikdə seçin.

Ailə və Uşaq     Baxılıb: 19145   Tarix: 10 fevral 2014
f Paylaş

Oxşar xəbərlər

.

Bu problem hamilə qalmağa mane olur

Hamilə qalaraq dünyaya övlad gətirmək hər bir qadının arzusudur. Ancaq bu bəzilərində elə də asan həyata keçmir. Bəzi qadınlar uzunmüddət hamilə qala bilmir və ya  düşüklə nəticələnir. Yaranan vəziyyətin səbəblərindən bir

.

Uroloqdan uşaqlarla bağlı ÇAĞIRIŞ: 1 gün gecikmək

Uşaqlarda sidik yolu infeksiyası son zamanlar  tez-tez rast gəlinən bir problemdir və bəzən bu infeksiyaların səbəbi altda yatan ciddi bir xəstəlikdən yarana bilər. Bu səbəblə əgər bu infeksiyalar təkrarlanırsa, bunları

.

Keysəriyyə əməliyyatı keçirmiş qadınlarda ANA SÜDÜ PROBLEMİ

"Təbii doğumla uşaq dünyaya gətirən ananın südü dərhal gəlir və o doğumdan sonra qısa müddətdə körpəsini ana südü ilə qidalandıra bilər. Amma keysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirən qadınlardqa süd dərhal gəlmi

.

Yayda uşaqlar ən çox bu xəstəliyə tutulur

Yay aylarının gəlişi ilə xüsusilə uşaqlarda ishalda böyük artım yaşanır. Bununla bağlı mütəxəssislər ailələrə xəbərdarlıq edib. Prof. Dr. Şanlıay Şahin bildirib ki, hər il dünyada 1,5 milyon uşaq ishaldan ölür və hər uşa

.

Nəmləndirici kremlər körpələrdə bu riski artırır - ANALARIN NƏZƏRİNƏ

Üç aylıq körpələrin dərisinə tez-tez nəmləndirici sürtmək körpəlikdə qida allergiyasının ortaya çıxmasına səbəb ola bilər. "Allergy and Clinical Immunology" jurnalında dərc edilən yeni araşdırmanın nəticələrind

.

Körpəlikdən formalaşan bu duyğu bütün həyat boyu özünü göstərir - ANALAR DİQQƏTLİ OLSUN

Güvən insanın həyatının müxtəlif dövrlərində yaranan və inkişaf edən hissdir. Bu hissin kökləri insanın həyatında erkən başlayan və sonrakı həyat təcrübələri ilə formalaşan müxtəlif amillərdən qaynaqlanır. Körpəlik dövr

.

Süni ana bətnində körpələr dünyaya gələcək - ŞOK PROQNOZ

Yaponiyanın Kyuşu Universitetində çalışan alimlər laboratoriya şəraitində süni bətn içərisində yetişdirilərək "doğulacaq" körpələrin 2028-ci ilə qədər mümkün ola biləcəyini açıqlayıblar. . Tədqiqatçılar özlərini

.

Körpələrə doğum zamanı bunu etmək ƏLİLLİK VƏ ÖLÜM RİSKİNİ ARTIRIR

Vaxtından əvvəl doğulmuş körpələrdə göbək kəsilmədən əvvəl 60 saniyə gözləmək lazımdır. Bu üsulla vaxtından əvvəl doğulan hər 20 körpədən biri böyük xəsarət almadan sağ qalacaq. Yeni bir araşdırmaya görə, yeni doğulmuş körpəni

.

Hamilə qadın diş çəkdirə bilərmi?

Hamilə olduğunuz müddətdə hormon səviyyənizdəki dəyişikliklər diş əti xəstəliyi və digər diş problemlərini inkişaf etdirə bilər. Buna görə də, hamilə qadınlar bu müddətdə diş həkimi ilə müntəzəm olaraq əlaqə saxlamalı, dişlərin

turlar.az

sonxeber.az makiyaj etmek qaydalari gözəllik məhsulları geyim şəkilləri sevgi ve seks artiq cekiden azad olmaq psixoliji məsləhətlər biskvitli tort resepti kosmetika novruz hakıştası şebnem tovuzlu bürcler novruz bayrami baldiz