Hamiləlikdən qorunmaq üçün 6 vasitə

Hamiləlikdən qorunmaq üçün 6 vasitəhamiləlikdən qorunmağın yolları çoxdur.

Bu barədə suallarınıza mama-ginekoloq İradə Allahmanova cavab verir.

Hamiləlikdən qorunmaq üçün ən çox istifadə olunan üsullar, vasitələr bunlardır:

1. Kombinə olunmuş oral kontraseptivlər

2. Qoruyucu iynələr

3. Laktasion amenoreya

4. Uşaqlıqdaxili vasitə–spirallar

5. Spermisitlər

6. Təbii üsul, təqvim üsulu

Kombinə olunmuş oral kontraseptivlər həb şəklində olur. Aybaşının birinci və ya 5-ci günündən başlayaraq 21 (yaxud 28) ədəd həb içilir. Bu həblər hormonaldır. Onların tərkibi qadının yumurtalıqlarında ifraz olunan hormonların sintetik bənzəridir. Bu həblər yumurta hüceyrənin inkişafına və spermanın hərəkətinə mane olaraq hamiləliyin qarşısını alır.

Həbləri qadın ardıcıl olaraq qəbul etdikdə hamilə qalmır. 21 həbi qəbul etdikdən sonra 7 gün fasilə verib növbəti həb qutusunu açmaq lazımdır.

Oral kontraseptivlərdən istifadə zamanı hamiləlikdən qorunma ehtimalı 99%-dir, ancaq bu həblərin ürək xəstəliyi riskini artırdığı sübut olunub. Ana mütləq müayinə olunmalı, analizlər aparılmalıdır. Kontraseptivlər hansısa xəstəliklə bağlı qanaxma verə bilər, depressiya, ləkələnmə əmələ gələr. Həkim məsləhəti olmadan istifadə qəti qadağandır.

Qoruyucu iynələr müxtəlif olur, 3 aylıq, 2 aylıq, 1 aylıq iynələr var. Bu kontraseptivlərdən istifadə zamanı hamilə qalmaq ehtimalı çox azdır, 0.3 -0.4%-dir. Amma əlavə təsirləri ola bilər, mütləq həkimin icazəsi olmalıdır.

Laktasion amenoreya ananın körpəyə süd verdiyi zaman menstruasiyanın kəsilməsidir. Ana uşağa yalnız süd verirsə (gündə azı 8 dəfə əmizdirirsə), əmizdirmə zamanı ifraz olunan prolaktin hormonu mayalanmanın qarşısını alır və ana 6 aya kimi (südü kəsmədiyi halda) hamiləlikdən qorunmuş olur. Amma müəyyən müddətdən sonra ana süd versə də, aybaşı tsikli bərpa olur, ona görə də laktasion amenoreya hamiləlikdən qorunmağa 100% təminat vermir.

Uşaqlıqdaxili vasitələr–spirallar var. Spirallar müxtəlifdir, hormonal, mis, qızıl, gümüş, prapolis tərkibli olur. Onlar uşaqlıqda, fallop borularında mayalanmanın baş verməsi üçün lazım olan kimyəvi mühiti dəyişir və mayalanma baş vermir. Spirallardan istifadə zamanı hamiləlik ehtimalı 0.8%- dir. Yəni 99% qoruyur.

Spirallar 3, 5, 10 illik olur, məsələn, mis tərkibli spirallar uşaqlıq daxilində 10 ilə kimi qala bilər.

Spiralın xüsusi fəsadı yoxdur. Aybaşının xarakterini 3 ay dəyişə bilər. Qanaxma olur bəzən, orqanizm öyrəşəndən sonra bunlar keçir. Amma güclü qanaxma zamanı həkimə müraciət olunmalıdır və spiral çıxarılmalıdır.

Spermisitlər krem şəlkində, həb, şam, köpük , əriyən plyonka , jele şəklində ola bilər. Cinsi əlaqədən 1 saat əvvəl bu spermesitlərdən istifadə olunur, əlaqədən sonra yuyunmaq məsləhət deyil. Təkrar cinsi əlaqə olanda təkrar istifadə olunmalıdır.

Spermisitlərlə hamilə qalmaq ehtimalı birinci il 18%, sonraki il 29 % olur .

Təbii üsul 2 cürdür. Biri təqvim üsuludur. Bu üsuldan aybaşı dövrü 26-32 gün olan qadınlar istifadə edə bilər. Çünki bu qadınlarda aybaşı dövrünün 9-cu günündən 20-ci gününə kimi hamilə qalmaq ehtimalı çoxdur (aybaşı dövrü aybaşı başlayan gündən hesablanır). Yəni qadın aybaşı dövrünün 9-cu günündən sonra və 20-ci günə qədər qorunmalıdır. Amma bu üsulun etibarlılığı azdır, 25%-dir.

İkinci təbii üsulu aybaşı dövrü standart olmayan (eləcə də standart olan) qadınlar istifadə edə bilər. Bunun üçün qadın fertillik dövrünü (qadının hamilə qalmaq ehtimalı böyük olan günləri ) özü müəyyən edir.

Necə? Qadın bir ilin 6 aybaşı dövrünün (aybaşıların arasındakı dövrlərin) günlərini qeyd etməlidir, sonra 6 ay ərzində ən qısa aybaşı dövrü ilə ən uzun aybaşı dövrünü seçməlidir. Ən qısa aybaşı dövründən 18 çıxılır və alınan rəqəm fertilliyin 1-ci günü olur. Ən uzun aybaşı dövründən 11 çıxılır, bu olmalıdır fertilliyin axırıncı günü.

Tutaq ki, bir qadının uzun aybaşı dövrü 32 gün, qısa aybaşı dövrü 27 gündür. 27-dən 18 çıxırıq, qalır 9. Deməli, fertillik dövrü aybaşıdan sonrakı 9-cu gün başlayır. Uzun aybaşı dövründən, yəni 32-dən 11 çıxırıq, qalır 21. Bu deməkdir ki, həmin qadının fertillik dövrü aybaşının ilk günündən sonrakı 21-ci gündür. Yəni aybaşıdan sonrakı 9-cu gündən 21-ci günə kimi bu qadın qorunmalıdır. Amma bu üsulun da etibarlılığı 25%-dir.

Bütün bunlardan başqa təcili kontraseptivlər var ki, nəzərdə tutulmayan cinsi əlaqələrdən sonra (dərhal) istifadə olunur, 12 saatdan sonra təkrarlanır. Bunları 5 gündən artıq olmayaraq istifadə etmək olar.

Daha çox hansı üsul faydalı və zərərsizdir?

Ən yaxşısı laktasion amenoreyadır. Doğuşdan sonra heç bir şeydən istifadə etmirsən. Uşağı gündə 8 dəfədən az olmayaraq əmizdirirsən, heç nəyə ziyanı yoxdur. Təbii üsul da faydalıdır, günlərin hesablanmasının heç bir şeyə ziyanı yoxdur.

Spiralların da xüsusi fəsadı yoxdur. Ancaq spiral qoydurmaq istəyən qadın mütləq müayinə olunmalıdır, elə hallar var ki, spiral qəti qadağandır.

Hamiləliyə qarşı hər-hansı addımı atmazdan əvvəl qadını mütləq mama-ginekoloq müayinə etməlidir. Uşaqlıq boynunda eroziya olmasın, qanazlığı olmasın, cinsi yolla keçən infeksiyalar, kiçik çanaq orqanlarında xəstəlik olmasın. Çünki bu halda qadın azı 3 ay müalicə olunmalıdır ki, spiraldan istifadə edə bilsin. Yaxud vərəmi, qaraciyər xəstəliyi olan, qan təzyiqi yüksək olan qadın kontraseptiv qəbul edə bilməz. Eləcə də qoruyucu iynələri hər qadına vura bilmərik.

/ Aktual.az

Ailə və Uşaq     Baxılıb: 6040   Tarix: 14 sentyabr 2015
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ata-uşaq münasibəti: Özgüvəni artırır, şəxsiyyəti formalaşdırır

Uşağın inkişafında analarla yanaşı ataların da rolu böyükdür. Bununla əlaqədar psixiatriya mütəxəssisi Dos. Dr. Serhat Tunç məlumat verib. Güclü ata-övlad ünsiyyəti olan uşaqların müsbət şəxsiyyət xüsusiyyətlərini inkişa

.

Hamiləliyiniz belə keçirsə OĞLUNUZ OLACAQ - Əlamətləri bunlardır

Hamiləlik zamanı uşağın cinsiyyətinin oğlan olmasını necə anlamaq olar? Uzun illərdir yayılan fikirlərə görə, əsas əlamətləri bunlardır:. Qarın uclu və aşağıya doğru olur. Ananın ürəyi daha çox şirniyyat istəyir. Sidiyi

.

Körpələrə doğum zamanı bunu etmək ƏLİLLİK VƏ ÖLÜM RİSKİNİ ARTIRIR

Vaxtından əvvəl doğulmuş körpələrdə göbək kəsilmədən əvvəl 60 saniyə gözləmək lazımdır. Bu üsulla vaxtından əvvəl doğulan hər 20 körpədən biri böyük xəsarət almadan sağ qalacaq. Yeni bir araşdırmaya görə, yeni doğulmuş körpəni

.

Uşaqlıq travmalarınız var? - Cəmi 10 SUALA cavab verməklə öyrənə bilərsiniz

 . İnsanlar üçün emosional travmalarını tanımaq və qəbul etmək çətin ola bilər. Sosial şəbəkələrdə məşhurlaşan pediatr Pete uşaqlıq travmaları ilə bağlı maraqlı açıqlama verib. Həkim bildirib ki, cəmi 10 suala cavab verməkl

.

Süni ana bətnində körpələr dünyaya gələcək - ŞOK PROQNOZ

Yaponiyanın Kyuşu Universitetində çalışan alimlər laboratoriya şəraitində süni bətn içərisində yetişdirilərək "doğulacaq" körpələrin 2028-ci ilə qədər mümkün ola biləcəyini açıqlayıblar. . Tədqiqatçılar özlərini

.

Uşaqlarda oğurluq vərdişi: Kleptomaniya

Kleptomaniya, insanın ehtiyacı olmasa belə, oğurluq istəyinə qarşı dura bilməyəcəyi bir vəziyyət olaraq təyin olunur. Ən çox nəzarət problemi olan və yüksək impulsivliyi olan insanlarda rast gəlinir. Erkən uşaqlıq və yeniyetməli

.

Şiddət görən uşaqların inkişaf problemi: 1 şillə belə təsir edir

Yeni bir araşdırma uşaqları döyməyin beyin inkişafına təsirini aydınlaşdırıb. Bir çox valideynlər mübahisə edə bilər ki, səhv bir şeyi təkrarlamamaq üçün uşağına yüngül bir şillə vurulmalıdır. Ancaq bu valideynlər bilməlidirlə

.

Analıq estetik əməliyyatı nədir? - NƏLƏR İCRA EDİLİR?

Hamiləlik dövründə bir qadının bədəni fiziki və hormonal dəyişikliklərə məruz qalır. Körpəni qidalandırmaq üçün döşlər süd vəzilərində inkişaf gedir və süd vəziləri böyüməyə başlayır. Ana olduqdan sonra da bu proses dava

.

Hamiləlik zamanı krampların qarşısını necə almalı?

Hamiləlik dövründə bəzi fizioloji və psixoloji təsirlər baş verir. Bu təsirlərdən biri Hamiləlik Kramplarıdır. Xüsusilə hamiləliyin ikinci trimestrində (təxminən 20 həftədən sonra) başlayan və bəzi hallarda çox ağrılı ol

turlar.az

sonxeber.az kosmetik vasiteler qadin dunyasi makiyaj etmek qaydalari plov reseptləri seks hekayəsi qadin dunyasi.az duru yeməklər kosmetika mekteb cinsi atalar sozleri lakonizim anabaci