Hansı bitki çayı nəyə xeyirdir? DİQQƏTLƏ OXUYUN+FOTOLAR

Hansı bitki çayı nəyə xeyirdir? DİQQƏTLƏ OXUYUN+FOTOLARBitki çayları qəbul etməyin insan orqanizminə faydası çoxdan sübut olunub və ona görə də hər kəs bitki çayları qəbul edərək ondan faydalanmağa çalışır. Sağlam olmaq üçün qidalarla yanaşı, içilən çayların da çox böyük əhəmiyyəti var. Şəfalı birkilərdən dəmlənilmiş sayların içilməsi immuniteti gücləndirir, artıq çəkidən qoruyur, eyni zamanda, bəzi problemlərin aradan qalxmasına yardım edir.

Xanim.az Azərtac-a istinadən həkim və mütəxəssislərin rəyinə əsasən bitki çaylarının hər birinin müalicəvi xüsusiyyətləri barədə məlumatları oxucularına təqdim edir.

Alma çayı nəfəs darlığını aradan qaldırır, ürək problemlərində faydalı təsir göstərir.

Razyana çayı mədə və bağırsaq xəstəlikləri zamanı xeyirlidir.

Gicitkən çayı maddələr mübadiləsini sürətləndirir, böyrək xəstəlikləri zamanı müsbət təsirə malikdir.

Cökə çayı soyuqdəymə zamanı qəbul ediləndə xəstəliyin tez aradan qalxmasına yardım edir, öskürəyi azaldır.

Mixək çayı həzm prosesinə müsbət təsir edir, diş ağrılarını yüngülləşdirir.

Adaçayı təbii antibiotik funksiyasını yerinə yetirir, boğaz ağrıları zamanı çox faydalıdır. Qadınlarda hormonal pozğunluqların aradan qalxmasına yaxşı təsir göstərir.

Limon çayı soyuqdəyməyə qarşı əvəzsizdir, C vitamini ilə zəngindir, qrip və zökəm xəstəliyindən xilas edir, toksinlərin orqanizmdən xaric olunmasına təsiri yüksəkdir. İmmunitetin güclənməsində də onun böyük rolu var. Üz dərisini hamarlaşdırır və antioksidant təsir göstərir.

Arpa çayı xərçəngdən qoruyur, temperaturu aşağı salır, boğaz ağrısını aradan qaldırır, astma xəstəliyini yüngülləşdirir.

Böyürtkən çayı bir sıra xüsusiyyətləri ilə fərqlənir. Xərçəng xəstəliyindən qoruyur, ürək üçün faydalıdır, varikozun müalicəsində istifadə edilir, ishala qarşı əvəzsizdir, babasil xəstəliyinə yaxşı təsir edir.

Kəklikotu çayı boğaz ağrısını sağaldır, diş əti və ağız içi yaralar zamanı təsirli vasitədir. Soyuqdəyməyə qarşı geniş istifadə edilir, stressi azaldır və sakitləşdirir.

Çobanyastığı çiçəyinin çayı istifadə olunmaqla yanaşı, həm də soyuq halda içilir. Demək olar ki, bütün xəstəliklərə qarşı istifadə olunması faydalıdır.

Lavanda çayının psixoloji problemlərə böyük təsiri var. Stress, narahatlıq və depressiyanı azaldır, ağızdan gələn xoşagəlməz qoxuları aradan qaldırır, soyuqdəyməyə qarşı faydalıdır. Astmaya qarşı onun müsbət əhəmiyyəti var. Qızdırmasalıcı xüsusiyyətə malikdir.

Yarpızın yabanı növlərinə yarpız nanəsi də deyilir, xalq təbabətində daha çox istiotlu yarpızdan istifadə edilir. Ürək sancması, revmatizm, böyrək, vəba və digər xəstəliklərin müalicəsində səmərəlidir. Onunla dəmlənən çay mədə turşuluğunun artırılması və öd kisəsi ağrılarının qarşısını almaq üçün işlədilir. Dəmləməsi böyrəklərdə, oynaqlarda, sidik yollarında duz, kirəc və daş olan xəstələrə, mədə-bağırsaq və sinə nahiyəsi ağrılarına yaxşı kömək edir, qan dövranını tənzimləyir.

Xəbərlər     Baxılıb: 5090   Tarix: 17 fevral 2019
f Paylaş

Turlar.az

Oxşar xəbərlər

.

Hazır qəhvədə xəstəlik yayır? - İçki həvəskarlarının 90%-i yanılır

Bir çox insanlar səhərlər dəmlənmiş qəhvə əvəzinə hazır qəhvə içirlər. Bəzi qəhvə həvəskarları bu vərdişi etiraf etməkdən utanırlar. Utanmaqlarına səbəb onlar əmindirlər ki, içdikləri içki keyfiyyətsizdir və orqanizm üçü

.

Bu yaşdan sonra prostatdan yoxlanmaq lazımdır

5 il öncəyə qədər 50 yaşdan yuxarı kişilər prostat xərçənginə qarşı yoxlanmalı idisə, artıq bu tələb dəyişib. -a istinadən xəbər verir ki, uroloq Aleksandra Vinnikova prostat xərçənginin müasir kişilərdə ən çox rast gəlinə

.

Çox tərləyənlər bu yazını oxusun

Tər qoxusunu aradan qaldırmaq üçün müxtəlif antipersperantlardan istifadə edilir. -a istinadən xəbər verir ki, bu vasitələr orqanizm üçün zərərlidir. Həddən artılq istifadəsi müxtəlif dəri xəstəliklərinə o cümlədən, qadınlard

.

Sağlam qidalanmaqla bağlı yanlış fikirlər

Qidalanma sahəsində yanlış fikirlər sağlamlığınıza əhəmiyyətli dərəcədə zərər verə bilər, .   -a istinadən xəbər verir ki, buna görə də sosial şəbəkələrdən gələn bütün tövsiyələri həqiqət kimi qəbul etməməlisiniz. Bu gün

.

Bədii ədəbiyyat oxumaq beyinə necə təsir edir?

Almaniyanın Vürzburq Universitetindən olan alimlər müəyyən ediblər ki, bədii ədəbiyyat oxumağın koqnitiv bacarıqlara kiçik, lakin əhəmiyyətli təsiri var. -a istinadən bildirir ki, tədqiqat "Journal of Experimental Psychology

.

Qaynadılmış yumurtanı axşam yeməyin FAYDALARI

Qaynadılmış yumurtanı səhər yeməyindən daha çox axşam yemək daha faydalıdır.   -a istinadən xəbər verir ki, yumurtanın tərkibində çox miqdarda protein var. Axşam yumurta yemək yuxu zamanı yağ yandırma prosesini stimullaşdırır

.

Min bir dərdin dərmanı – Zəncəfilli çay

Min bir dərdin dərmanı - Zəncəfil. Təkcə immunitetin artmasına deyil, eyni zamanda payız aylarında əhvalınızın yaxşı olmasına kömək edəcək. Əgər təzə zəncəfil yerinə toz halına salınmış zəncəfil istifadə etsəniz, o zama

.

Bu dərmanı içəndə tərəvəz yeməyin

İngiltərədə mütəxəssislər antibiotik qəbul edən və onu xəstələrə yazan həkimlərə səslənib. . -a istinadən xəbər verir ki, insanlara antibiotik içərkən çiy tərəvəz və salatdan uzaq olmaları bildirilib. Bu, orqanizmdə mikro

.

Alçanın faydaları: Yeməyiniz üçün vacib səbəblər

Yayın gəlişi ilə piştaxtalarda yerini alan alça tərkibindəki vitamin və minerallarla şəfa mənbəyidir. Tərkibində A, C, K vitaminləri, kalium və fosfor mineralları olan alça beta-karoten, lutein və zeaksantin kimi antioksida

turlar.az

sonxeber.az yay kolleksiyasi qadın geyimi həkim məsləhəti boyurtken kompotu tutmalar zeytun yağının faydaları öpüşmək kosmetika cinsi dolca əqrəb qoğalın nağlı buga burcu