Hansı daha faydalıdır: Səhər, yoxsa axşam çimmək?

Hansı daha faydalıdır: Səhər, yoxsa axşam çimmək?Amerikalı mütəxəssislərin apardıqları araşdırma nəticəsində məlum olub ki, səhər çimmək beyin üçün faydalıdır.
Qadınsaytı.az xəbər verir ki, çoxumuz səhər oyandıqdan sonra, ya da gecə yatmazdan əvvəl duş qəbul edirik. Aparılan yeni araşdırma göstərib ki, duş qəbul etdiyimiz saatlar beyinə təsir edir. Araşdırmaya görə stressli işdə çalışanların çimməsi üçün ideal vaxt səhərdir. Belə insanların səhərlər duş qəbul etməsi yaradıcılığı artırır. Alimlər yuxusuzluqdan əziyyət çəkənlərə isə axşam çimməyi məsləhət görüb.

Harvard Universitetində psixologiyadan dərs deyən Şelley Karson bildirib ki, araşdırma nəticələri işlərindən dolayı stressə düşən və ya yaradıcılıq baxımdan üzərilərində təzyiq hiss edən şəxslər üçün əhəmiyyətli olacaq:

"Duş rahatlatıcı təsirə malikdir, eyni zamanda səhərlər yuyunmaq beyin hüceyrələrinə müsbət istiqamətdə təsir edir. Bu da yaradıcılığa təkan verir. Sinirlər sakitləşir, yenilənir və canlanır. Yeni fikirlər və həll yolları öz-özünə yaranır. Digər tərəfdən axşam duş qəbul etmək bədən temperaturunu nizama salır və daha rahat yuxuya getməyi təmin edir. Hamamdan çıxdıqda bədəndə meydana gələn sərinlik təbii yuxu hərəkətvericisidir. Bu şəkildə bədəninizi yuxu vaxtının gəldiyinə inandıra bilərsiniz".

Psixoloqun sözlərinə görə, hamam saatı qədər suyun temperaturu da mühümdür. O, etiraf edib ki, isti duş insana özünü yaxşı hiss etdirsə də, sağlamlıq baxımdan ilıq duş çox daha faydalıdır.

Publika.az

Xəbərlər   Baxılıb: 268   Tarix: 12 yanvar 2017  
f Paylaş




DİGƏR XƏBƏRLƏR

mp3 yukle
Mp3 yukle sayti