Hansı səbəblər yoğun bağırsaq xərçənginə yol açır?

Hansı səbəblər yoğun bağırsaq xərçənginə yol açır?Son illərdə ən geniş yayılan xərçəng növlərindən biri də yoğun bağırsaq xərçəngidir. Mütəxəssislər hesab edir ki, vaxtında aşkarlandığı halda bu xəstəliyin qarşısını almaq, sağalmaq mümkündür. Bunu necə etmək olar? Yoğun bağırsaq xərçənginə səbəb olan amillər hansılardır və onların qarşısını almaq mümkündürmü?
Milli.Az Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi mütəxəssislərinin yoğun bağırsaq xəçəngi barədə məlumatları və tövsiyələrini təqdim edir:
Yoğun bağırsaq xərçəngi nədir?
Yoğun bağırsaq xərçəngi eyni zamanda kolon (yoğun bağırsaq), rektal (düz bağırsaq) və ya kolorektal xərçəng olaraq da bilinir. Yoğun bağırsaq xərçəngi həzm sisteminin aşağı hissəsinə təsir edən bədxassəli şişin yol açdığı xərçəngdir.
Aşağıdakı hallardan hansısa biri baş verərsə, həkim müayinəsindən keçməyiniz lazımdır:
•düz bağırsaqdan qan gəlməsi və ya nəcisdə az miqdarda qan olması
•bağırsaq funksiyasında (qəbizlik və ya ishal kimi) 6 həftə və ya daha uzun bir
müddət ərzində dəyişiklik olması
•xüsusilə yeməkdən sonra başlayan və davam edən şiddətli mədə ağrıları
•səbəbi məlum olmayan çəki itirmə
•səbəbi məlum olmayan qanazlığı (qanda dəmir çatışmazlığı səbəbindən)
Yoğun bağırsaq xərçənginə kimlər daha çox meyillidir?
Yoğun bağırsaq xərçənginə daha çox 50 yaşdan yuxarı insanlarda təsadüf olunur və onlar arasında 20-dən birində yoğun bağırsaq xərçənginə rast gəlinir.
Hansı səbəblər yoğun bağırsaq xərçənginə yol açır?
Yoğun bağırsaq xərçənginin əsas səbəbi bilinmir. Bu xəstəlikdən əziyyət çəkən bəzi insanların ailəsində də bu xəstəliyə rast gəlinir. Bəzi ailələrin yoğun bağırsaq xərçənginə tutulma riski daha yüksəkdir və xəstəliyə tutulma riski yaşla birlikdə artmaqdadır.
Yoğun bağırsaq xərçənginə görə skrininq niyə aparılmalıdır?
Bağırsaqların dövri olaraq yoxlanması (skrininqi) yoğun bağırsağın xərçənginə ilkin mərhələdə diaqnoz qoymaq məqsədi daşıyır. Bu, müalicənin ən effektiv ola biləcəyi bir mərhələdir.
Nizamlı skrininqlərin bağırsaq xərçəngindən ölüm riskini 16% azaltdığı müəyyən olunmuşdur. Yoğun bağırsaq xərçəngi bağırsaqlardakı poliplərdən yarana bilər. Poliplərin kolonoskopiya zamanı götürülməsi xərçəng riskini azaldır.
Kolonoskopiya nədir?
Kolonoskopiya işıq verən lampa, videokamera və xüsusi keçirici kanalları olan çevik boru ilə anal dəlikdən salınaraq kor bağırsağa qədər bütün yoğun bağırsağın daxilini müayinə etməyə imkan verən instrumental metoddur.
Skrininq və ya dövri tibbi müayinə üçün testlər nəyi araşdırır?
•Skrininq testləri nəcisdə gizli qanın olub-olmadığını araşdırır. Nəcisdəki gizli qan testi FOB adlanır.
•Test həmçinin poliplərdəki kiçik dəyişiklikləri də aşkarlaya bilir.
•Bəzən qan görülməsi bir polipin qanamasından qaynaqlana bilər.
•Test bağırsaq xərçəngi olub-olmadığını müəyyən etmir. Nəticələr daha sonrakı
testlərin lazım olub-olmadığını qərarlaşdırır.
Amerika Xərçəng Cəmiyyətinin 2008-ci ildə təklif etdiyi skrininq proqramı aşağıdakı kimidir:
•Hər il nəcisdə gizli qanın müayinəsi
•Nəcisdə DNT testi
•Hər beş ildə bir dəfə Qatlanan Siqmoidoskopiya
•Hər beş ildə bir dəfə İkili Kontrastla Rentgen Müayinəsi
•10 ildə bir dəfə kolonoskopiya
•Hər beş ildə bir dəfə Kompüter Tomoqrafiyası
Yoğun bağırsaq xərçəngi riskini azaltmaq üçün tövsiyələr:
•Qida rasionunuzda meyvə, tərəvəz və taxıl (kəpək, yulaf, arpa, qarğıdalı) məhsullarını artırın. Bu məhsulların tərkibində xərçəng əleyhinə təsirli olan vitaminlər, minerallar, liflər və antioksidantlar vardır. Çalışın ki, qidanızda gün ərzində 5 və daha çox meyvə və tərəvəz porsiyası (gündə ən azı 200 qr meyvə və 200 qr tərəvəz) olsun.
•Qidanızda yağlı yeməkləri azaldın. Xüsusilə də doymuş yağların istifadəsindən qaçın. Doymuş yağla zəngin olan məhsullara heyvan əti, kərə yağı, keçi pendiri, fındıq və palmadan alınmış yağlar aid edilir.
•Bədəninizdə mineral və vitaminləri artıracaq qidalar qəbul edin. Tədqiqatlar göstərir ki, bir çox vitaminlər xərçəng əleyhinə təsirə malikdir. Bunlara vitamin B-6, kalsium, fol turşusu, E vitamini və selenlə maqneziumu misal gətirmək olar.
•Qəbul edilən spirtli içkinin miqdarını maksimal azaltmaq və hətta tamamilə istifadəsindən çəkinmək, dayandırmaq tövsiyə olunur. Spirtli içkilərin müntəzəm və ya çox miqdarda qəbulu insan orqanizminə ümumi mənfi təsir göstərməklə yanaşı, bağırsaq və digər orqanların xərçəng xəstəliyi riskini də artırmış olur.
•Tütünçəkmədən çəkinin. Siqaret çəkirsinizsə, onu tərgitməyə çalışın. Siqareti tərgitməkdə çətinlik çəkirsinizsə, həkimə müraciət edin.
•Müntəzəm fiziki aktivliklə məşğul olun və sağlam bədən çəkisini saxlayın. Çalışın ki, hər gün ən azı 60 dəqiqə fiziki aktiv olasınız. Orta intensivlikli fiziki fəaliyyətlə və ya idmanla məşğul olun. Yaşınıza və sağlamlıq vəziyyətinizə uyğun olan fiziki aktivlik səviyyəsini müəyyən etmək üçün mütləq həkiminizlə məsləhətləşin.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1196   Tarix: 13 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Ürəyi xəstə olanların nəzərinə - Bu qida ömrü azaldır

Ürək xəstəlikləri ən önəmli sağlamlıq problemlərindən biridir. Ona görə də, bu problemi yaşayan insanlar üçün qidalanmanın təsiri böyükdür. -a istinadən ürək xəstəliyi olan insanların uzaq durmalı olduğu qidaları təqdim edir:

.

Konservləşdirilmiş balıqdan imtina etməyin - Amma belə yeyin

Konservləşdirilmiş məhsullar sağlam hesab edilmir.   -a istinadən xəbər verir ki, şəkərlə doldurulmuş konservləşdirilmiş tərəvəz və meyvələrdən imtina etmək daha yaxşıdır. . Mütəxəssislər konservləşdirilmiş balıqdan imtin

.

Təmiz hava təhlükəli xəstəliyin inkişafına kömək edirmiş - ARAŞDIRMA

ABŞ-nin Nyu-York Universitetinin alimləri müəyyən ediblər ki, havada kükürd dioksidin (geniş yayılmış çirkləndirici) daha az konsentrasiyası əksər hallarda ağır pnevmoniya ilə özünü biruzə verən təhlükəli xəstəlik olan legionellyozu

.

Ən zərərli tərəvəzin adı açıqlandı

"Tərəvəzlərin ən zərərlisi kartofdur". . "Unikal"a istinadən xəbər verir ki, bunu rusiyalı qastroenteroloq Daria Utyumova yerli KİV-ə müsahibəsində deyib. . Bu suları içən insan sağlam ola bilməz. Hamını

.

Hamilə qadınlar bu qidaları qəbul etməməlidir

Hamiləlik hər bir qadının həyatında vacib bir mərhələdir, bunun üçün düzgün hazırlanmaq lazımdır. .   -a istinadən bildirir ki, əsas aspektlərdən biri düzgün qidalanmadır. . Ana olmağa hazırlaşan qadın, kifayət qədər miqdard

.

Sağlam qidalanmaqla bağlı yanlış fikirlər

Qidalanma sahəsində yanlış fikirlər sağlamlığınıza əhəmiyyətli dərəcədə zərər verə bilər, .   -a istinadən xəbər verir ki, buna görə də sosial şəbəkələrdən gələn bütün tövsiyələri həqiqət kimi qəbul etməməlisiniz. Bu gün

.

Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb

Ekstrakorporal gübrələmə yolu ilə doğulan uşaqlarda uşaq leykemiyasının inkişaf riski daha yüksəkdir, lakin səbəb texnologiyanın özü deyil, yaşlı insanların buna müraciət etməsi ola bilər.   -a istinadən xəbər verir ki, b

.

Xərçəng əmələ gətirən ət məhsulları bunlardır

Xərçəngi tətikləyən qidalar içində ilk pillədə kanserogenlərlə zəngin ət məhsulları gəlir. -a istinadən xəbər verir ki, britaniyalı diyetoloqlar Dueyna Mellora və Metyu Lamberta 5 ət məhsulunun adını açıqlayıb:. "Əslind

.

Kartofun əzilməməsi üçün BUNU EDİN

Bir çox insanlar əzilməyən və mükəmməl qızardılmış kartof hazırlamaqda çətinlik çəkirlər. Bəzən kartoflar qızardılarkən ya yapışır, ya da əzilir. Bəs, bunun olmaması üçün nə etmək lazımdır? .   -a istinadən xəbər verir ki

turlar.az

sonxeber.az geyim və ayaqqabılar həkim məsləhəti geyim seçimi kokteyl paltarlari şəxsi təcrübə huseyn cavid seirleri qan qruplari haqqinda melumat kosmetika layla maraqlı novruz bayramina aid google hakışdalar