Həkim-diyetoloq: Sağlam qidalanma rasionuna hər bir ərzaq növü düzgün şəkildə daxil edilməlidir

Həkim-diyetoloq: Sağlam qidalanma rasionuna hər bir ərzaq növü düzgün şəkildə daxil edilməlidirSağlam qidalanma orqanizmə qəbul edilən karbohidrat, zülal, yağ, vitamin və mineralların vəhdət halında olmasını nəzərdə tutur. Əslində qəbul edilən qidada karbohidratlar 55-60, zülal 13-16, yağ isə 25-30 faiz təşkil etməlidir. Gündəlik su miqdarı isə bədən çəkisinə görə müəyyən edilir. Bədən çəkisinə uyğun olaraq hər kiloqrama 0,033 litr su içilməsi məsləhət görülür, Məsələn, çəkisi 75 kiloqram olan şəxs gün ərzində 75×0,033=2,5 litr su içməlidir. Lakin fiziki iş və idmanla məşğul olanlar daha çox su qəbul edə bilərlər. Düzgün qidalanma zamanı qidalanma rejimi, zövqə uyğun çeşidli qida rasionu ilə yanaşı, həm də normal yuxu çox vacibdir.
Milli.Az bildirir ki, həkim-diyetoloq Məlahət Kərimova bu barədə AZƏRTAC-a məlumat verərək deyib: "Karbohidrat qrupu əsasən bədən üçün enerji mənbəyidir və enerji əldə olunması üçün onlar orqanizmdə qlükozaya çevrilirlər. Karbohidratlar iki hissəyə bölünür: sadə və mürəkkəb karbohidratlar. Sadə karbohidratlar orqanizmdə tez mənimsənilir. Bunlara meyvə və meyvə şirələri, süd və süd məhsulları, xəmir yeməkləri, şokolad, mürəbbələr, rafinə edilmiş şəkərlər, bal və bəhməz aiddir. Mürəkkəb karbohidratlar isə daha gec və yavaş mənimsənilir. Ona çörək, dənli bitkilər, düyü, makaronlar, paxlalılar və kartof aiddir".
Həkim-diyetoloq qeyd edib ki, bitki lifləri sağlam və düzgün qidalanmada əsas rol oynayır: "Digər karbohidratlardan fərqli olaraq, liflərin orqanizmdə qan şəkərinə heç bir təsiri yoxdur. Zülallar daha çox yumurta, kəsmik, qırmızı ət, balıq, noxud, mərcimək, lobya, qoz, fındıq və badamda yüksək miqdarda olur. Qida rasionunda yağların düzgün və yaxşı mənimsənilməsi üçün həm bitki mənşəli, həm də heyvan mənşəli yağlar qəbul olunmalıdır. Çoxlu miqdarda istər karbohidrat, zülal, istərsə də yağların qəbul edilməsi piylənməyə səbəb olur. Buna görə də sağlam qidalanma rasionunda hər bir ərzaq növünü düzgün şəkildə menyuya daxil etmək lazımdır. Tərəvəz və meyvələr həzm prosesində, yağların parçalanmasında, orqanizmin tələbatının tam ödənilməsində mühüm rol oynayır. Meyvə və tərəvəzlər orqanizmə vitamin və duzlarla bərabər, həm də oksigen, su və günəş enerjisi də daşıyır. Bunu digər qidalardan almaq mümkün deyil, çünki onlar orqanizmə yalnız zülal, yağ və şəkər daşıyır, halbuki meyvə-tərəvəzlərin tərkibində nişasta, şəkər kifayət qədərdir. Yağlı şirniyyatlar və xəmir yeməklərinin çox qəbul edilməsi tez xəstələnməyə səbəb olur. Meyvə-tərəvəzə üstünlük verənlər isə uzun ömür sürürlər".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1170   Tarix: 06 iyun 2021
f Paylaş

xidmetler

Oxşar xəbərlər

.

Yemək bişirəndə duzu nə zaman əlavə etməliyik?

Duz yeməyin dadının dəyişməsinə kömək edir. Məhz bu səbəbdən duz olmadan yemək yemək son dərəcə çətindir. .   -a istinadən xəbər verir ki, bəzi yeməkləri başlanğıcda duzlamaq lazımdır. Söhbət istənilən növ dənli bitkilərdə

.

Bu dərmanı içəndə tərəvəz yeməyin

İngiltərədə mütəxəssislər antibiotik qəbul edən və onu xəstələrə yazan həkimlərə səslənib. . -a istinadən xəbər verir ki, insanlara antibiotik içərkən çiy tərəvəz və salatdan uzaq olmaları bildirilib. Bu, orqanizmdə mikro

.

Keyfiyyətli kolbasanı necə seçmək olar? – DİQQƏTLİ OLUN

Kolbasaları çoxlarının sevdiyi məşhur qidalardan biricif. Bəs, doğru kolbasaları necə seçmək olar? .   -a istinadən xəbər verir ki, hər zaman tərkibinə diqqət etməlisiniz. Buna görə də, tərkibindəki maddələri təhlil etməy

.

Gündə nə qədər kolbasa yemək olar?

"Ürək xəstəliyi riskini azaltmaq üçün heyvani mənşəli məhsullarda olan doymuş yağlar məhdudlaşdırılmalıdır". -a istinadən bildirir ki, bu barədə rusiyalı endokrinoloq və diyetoloq Olqa Çuxaçeva məlumat verib. "Doymu

.

Qızılca ilə bağlı XƏBƏRDARLIQ - Yenidən

İnfeksionist: "Əgər bir həftədən yuxarı yüksək qızdırma müşahidə edilərsə. Uzun fasilədən sonra qızılca virusu yenidən özünü göstərməyə başlayıb. Bu dəfə Hacıqabulda virusa yoluxan 17 yaşlı yeniyetmə dünyasını dəyişib

.

Xərçəngdən qoruyan yeni üsul açıqlandı

Vaxtaşırı aclıq qaraciyər iltihabından və xərçəngindən qoruyur. -ə istinadən bildirir ki, bu barədə alimlər araşdırma aparıblar. Almaniya Xərçəng Tədqiqatları Mərkəzinin (DKFZ) və Tübingen Universitetinin alimləri müəyyə

.

Armud şirəsi 10 xəstəliyin dərmanı imiş

Armud şirəsi qədimdən bir çox xəstəliklərin şəfası hesab edilib.   -a istinadən armud şirəsinin 10 faydasını təqdim edir:. Çox tərləyənlər bu yazını oxuyun. Banan qabıqlarını ƏSLA ATMAYIN! - Gözünüzün altına qoysanız. Ba

.

Ağrı yoluxucudur – ARAŞDIRMA

Uydurma tibbi prosedurdan əvvəl bir insana bunun ağrılı olduğunu göstərsəniz, o, özünütəlqin səbəbindən narahatlıq duya bilər.   -a istinadən xəbər verir ki, bunu nəticələri "Communications Psychology" (Commun

.

Alçanın faydaları: Yeməyiniz üçün vacib səbəblər

Yayın gəlişi ilə piştaxtalarda yerini alan alça tərkibindəki vitamin və minerallarla şəfa mənbəyidir. Tərkibində A, C, K vitaminləri, kalium və fosfor mineralları olan alça beta-karoten, lutein və zeaksantin kimi antioksida

turlar.az

sonxeber.az sade makiyaj sekilleri aksessuarlar geyim necə seçməli kokteyl paltarlari yay donlari 2024 xiyarın faydaları boşanma səbəbləri kosmetika uşaq şeirləri damla aybawi ariqlamaq qurd xəstəliklərinə qarşı mualicə