Həkim-funksionalist: Epilepsiya tutmaları onu yaradan ocağın lokalizasiyasından asılıdır

Həkim-funksionalist: Epilepsiya tutmaları onu yaradan ocağın lokalizasiyasından asılıdırEpilepsiya müasir dövrdə geniş yayılmış xəstəliklərdən biridir. Xəstəlik qıcolma tutmaları ilə müşayiət olunur. Epileptik tutmalar qıcolma ocağının fəallaşması və beynin qıcolmaya hazırlıq həddinin aşağı qıcıq qapısına yaxınlaşması nəticəsində baş verir. Epileptik tutmalardan əvvəl aura əmələ gəlir. Auralar müxtəlif olur və epilepsiya ocağının lokalizasiyasından asılıdır.
Milli.Az bildirir ki, bunu AZƏRTAC-a açıqlamasında həkim-funksionalist Gülər Miriyeva deyib.
O bildirib: "Epilepsiya xəstələrində miqren, depressiya kimi hallar, daha ağır vəziyyətlərdə epileptik psixozlar, affektiv pozuntular, qorxu, aqressiya, ekstatik əhval-ruhiyyə müşahidə oluna bilər. Epileptik tutmalar zamanı ilk yardım həkim müdaxiləsinə qədərki dövr çox əhəmiyyətlidir. İlk növbədə, xəstənin rahat nəfəs alması üçün şərait yaradılmalıdır. Xəstə təhlükəsiz vəziyyətdə olmalıdır və tutma bitənədək gözləmək lazımdır. Kiçik tutmalar zamanı huşitirmə halları olur və bir müddət davam edir. Tutmalar keçəndən sonra xəstə zəiflik və halsızlıq hiss edə bilər".
Həkim xəstəliyin müayinəsi ilə bağlı deyib ki, epilepsiya diaqnozunun qoyulması və epilepsiya sindromunun müəyyən edilməsi üçün elektroensefaloqrofiya müayinəsi aparılması tövsiyə olunur. Aparılan müayinə epileptik ocağın varlığı, lokalizasiyası və ocağın aktivlik dərəcəsi haqqında məlumat verir. Epilepsiya xəstələri normal həyat sürə bilərlər. Onlar ətrafdakılar üçün təhlükəli deyillər. Bu xəstələr mümkün qədər stresdən uzaq olmalı və onların yuxu rejimi tənzimlənməlidir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1490   Tarix: 29 mart 2021
f Paylaş

Oxşar xəbərlər

.

Tez yuxuya getmək üçün nə etməli - MƏSLƏHƏT

Ümumi fiziki və emosional vəziyyətimiz sağlam və keyfiyyətli yuxudan asılıdır, amma bir çox insanlar, xüsusən də böyük şəhərlərin sakinləri yuxuya getməkdə problem yaşayırlar.   -a istinadən xəbər verir ki, bunun səbəbi stress

.

Albalı bu xəstəliyin dərmanıdır

a istinadən albalının faydalarını təqdim edir:. Gündə nə qədər kolbasa yemək olar? . Niyə körpələrə yumurta ağı vermək olmaz? . Ən zərərli tərəvəzin adı açıqlandı . - Albalı ürək xəstəlikləri riskini azaldır. - Albalı arıqlamağ

.

Hıçqırıqdan necə qurtulmaq olar? - 6 sadə üsul

Mütəxəssislər hıçqırıqdan qurtulmağın yollarını açıqlayıblar. -a istinadən xəbər verir ki, hıçqırıqdan qurtulmağın 6 sadə üsulu var. 1. Əgər su içirsinizsə, onda yalnız buzlu su və yalnız kiçik qurtumlarla için və ya sadəc

.

Xərçəng əmələ gətirən ət məhsulları bunlardır

Xərçəngi tətikləyən qidalar içində ilk pillədə kanserogenlərlə zəngin ət məhsulları gəlir. -a istinadən xəbər verir ki, britaniyalı diyetoloqlar Dueyna Mellora və Metyu Lamberta 5 ət məhsulunun adını açıqlayıb:. "Əslind

.

Bu dərmanı içəndə tərəvəz yeməyin

İngiltərədə mütəxəssislər antibiotik qəbul edən və onu xəstələrə yazan həkimlərə səslənib. . -a istinadən xəbər verir ki, insanlara antibiotik içərkən çiy tərəvəz və salatdan uzaq olmaları bildirilib. Bu, orqanizmdə mikro

.

Ürəyi xəstə olanların nəzərinə - Bu qida ömrü azaldır

Ürək xəstəlikləri ən önəmli sağlamlıq problemlərindən biridir. Ona görə də, bu problemi yaşayan insanlar üçün qidalanmanın təsiri böyükdür. -a istinadən ürək xəstəliyi olan insanların uzaq durmalı olduğu qidaları təqdim edir:

.

Hamilə qadınlar bu qidaları qəbul etməməlidir

Hamiləlik hər bir qadının həyatında vacib bir mərhələdir, bunun üçün düzgün hazırlanmaq lazımdır. .   -a istinadən bildirir ki, əsas aspektlərdən biri düzgün qidalanmadır. . Ana olmağa hazırlaşan qadın, kifayət qədər miqdard

.

Kartofun əzilməməsi üçün BUNU EDİN

Bir çox insanlar əzilməyən və mükəmməl qızardılmış kartof hazırlamaqda çətinlik çəkirlər. Bəzən kartoflar qızardılarkən ya yapışır, ya da əzilir. Bəs, bunun olmaması üçün nə etmək lazımdır? .   -a istinadən xəbər verir ki

.

Zeytun yağının daha bir faydası ortaya çıxdı

Son araşdırmalar göstərib ki, gündə təxminən yarım xörək qaşığı zeytun yağı demensiyadan ölmə ehtimalını azalda bilər. Ürək damarlarını qoruyan, stressi azaldan çay. Min dərdə dərman "ağ çiçəyim"- Ağacda bitən ca

turlar.az

sonxeber.az hamilelikde qidalanma maskalar kosmetika mehsullari milli yeməklər 2024 cu ilin modasi qadın məsləhətxanaları qazan katleti kosmetika sperma novruza aid hakista xanim.az vətənə aid bayatılar kokelmek