Həkim-pediatrdan azyaşlılar arasında yayılan xəstəliklə bağlı MÜHÜM AÇIQLAMA

Həkim-pediatrdan azyaşlılar arasında yayılan xəstəliklə bağlı MÜHÜM AÇIQLAMA"Tənəffüs sisteminin qapısı burun-boğaz olduğu üçün əsasən burun tutulma, burun axma, boğaz ağrısı, boğazda qaşınma hissi, boğazın qıcıqlanması kimi əlamətlər üstünlük təşkil edir. Eyni zamanda, orqanizmin müdafiə-qoruyucu refleksləri olan, öskürmə və asqırma da ilk əlamətlərdən sayıla bilər".
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Tərlan Əyyubov nazirliyin rəsmi "Instagram" səhifəsində izləyici suallarını cavablandırarkən qeyd edib.
Onun sözlərinə  görə, xəstəliyi yoluxduran virusların xarakterindən asılı olaraq bədən hərarətinin artması müşahidə edilə bilər:
"Məsələn, pikarnoviruslara aid olan rinoviruslara yoluxma zamanı bu viruslar yalnız yerli - burun-boğazın selikli qişasında immun aktivliyi artığından, onlar tərəfindən törədilən yuxarı tənəffüs yolları xəstəliklərində temperaturun qalxması müşahidə edilmir. Əksinə qrip (influenza) virusları tərəfindən törədilən xəstəliklərdə isə müdafiəyə orqanizmin bütün müdafiə sistemi qoşulduğu üçün bədən temperaturunun artması səciyyəvidir".
Tənəffüs yolu xəstəliklərinə yoluxmanın qarşısının alınması üçün uşaqların geyimlərinin necə olması, xəstə uşaqların məktəb və bağçalara buraxılması ilə bağlı normativləri qeyd edən pediatr vurğulayıb ki, geyim havanın temperaturuna uyğun olmalıdır və eyni zamanda uşağa nə soyuq olmalı deyil, nə də ki, çox isti:
"Qalın geyim uşağın bədəninin termorequlyasiyasının pozulması, həddən artıq tərləmə, nəticədə bədənin soyumasına gətirib çıxarar. Nazik geyim nəticəsində isə yenə də bədənin soyuması baş verəcək. Hər iki halda viruslarla mübarizədə bədənin müqavimətinin azalması və xəstələnmə riskinin artması baş verəcək. Ona görə də, optimal variantın seçilməsi əhəmiyyət kəsb edir.
Bağça, məktəb və digər qapalı müəssisələrə gəldikdə, yuxarı tənəffüs yollarının virus xəstəliklərinə tutulan uşaqların müəssisələrə buraxılmaması kimi tədbirlərin həyata keçirilməsi, əksər hallarda, lazım deyil və bunun heç əhəmiyyəti də yoxdur. Çünki virusa yoluxan insanda xəstəlik əlamətləri həmin an yaranmır. Xəstəlik əlamətlərinin yaranması üçün müəyyən vaxt tələb olunur. Buna tibdə "inkubasion period" deyilir. Bu dövrdə heç bir xəstəlik əlaməti olmur, dövr adətən 4-7 gün çəkir. Başqa sözlə, uşaq virusa yoluxdu, virusun bədəndə artıb çoxalması baş verir, eyni zamanda yoluxan ətrafa virus yayır, ancaq heç bir əlaməti olmur. Müəyyən müddətdən sonra (4-7 gün) virusun sayı orqanizmdə o həddə çatır ki, artıq xəstəlik əlamətləri başlayır. Beləliklə də, əlamət yoxdursa, siz uşağın virus yayıb-yaymadığını bilməyəcəksiniz".
T.Əyyubov bildirib ki, 4-5 yaşadək uşaqların kəskin respirator virus xəstəliklərinə yoluxması il ərzində 10-12 dəfəyə qədər norma sayılır:
"Yəni elə aylar olacaq uşaq xəstələnməyəcək, elə aylar da olacaq uşaq ay ərzində 2-3 dəfə xəstələnəcək. Bundan qorxmaq lazım deyil. Buna görə də, bir həftə - yaşadək uşaqlarla 4 yaşdan böyük uşaqlar və böyüklərin qan parametrlərində (limfosit və neytrofil) fərqlər var".
Milli.Az

Xəbərlər     Baxılıb: 792   Tarix: 02 noyabr 2023
f Paylaş

xidmetler

Oxşar xəbərlər

.

Kivini qabığı ilə yesək nə olar?

Kivinin faydaları haqqında hər kəs eşidib. Lakin az adam bilir ki, bu meyvəni qabığı ilə yemək daha faydalıdır.   -a istinadən bildirir ki, kivi qabığı çox sağlamdır. Tərkibində çoxlu lif, fol turşusu, kalium, C və E vitaminlər

.

Mütləq səhər yeməyi yeyin

Həkimlərin əksər hissəsi səhər yeməyini əsas qida qəbulu kimi qiymətləndirir. axşam.az-a istinadən bildirir ki, səhər yeməyi orqanizmi "işə salır", ona lazım olan enerji ilə təmin edir. Təəssüf ki, insanların əksə

.

Həkimlər həyəcan təbili çalır: "İnfeksional xəstəliklər öldürür"

Son günlər qızdırmadan ölənlərin sayı artıb. Həmçinin azyaşlılar arasında geniş yayılan qızılca səbəbindən bir neçə uşaq baş verən virus və bakterial infeksiyanın ağırlaşmasına görə həyatını itirib.  Baku TV-yə istinadə

.

Bu davranışlar ciddi xəstəliyə səbəb ola bilər

Əksər insanlar üçün adi görünən bəzi davranışlar obsesif-kompulsiv pozğunluqdan (OKB) əziyyət çəkən insanlar üçün ciddi problem hesab olunur. Başqa sözlə desək, OKB olan insanlar istər-istəməz təkrarlanan düşüncələri və b

.

Kartof əvəzinə bu tərəzdən istifadə edin - 70 dəfə daha faydalıdır

Kərəviz də kartof kimi kök tərəvəzdir. Tərkibində çoxlu mineral olan kərəvizi kartof əvəzinə istifadə etmək olar.   -a istinadən xəbər verir ki, xüsusilə karbonhidratdan uzaq durmaq istəyənlər, pəhriz saxlayanlar yemək v

.

Bu yağlar qanı laxtalandırır

Həkimlər qan laxtalanma riskini artıran yağ növlərini açıqlayıblar.   -a istinadən xəbər verir ki, bu yağlar qızartma zamanı xüsusilə təhlükəli olur. Həkimlər omeqa-6-da yüksək olan yağların istehlakının mümkün təhlükələr

.

Bu ədviyyatı zeytun yağı ilə qarışdırın – Orqanizmi qalxan kimi qoruyur

Sarıkök və zeytun yağı ayrı-ayrılıqda sonsuz faydaları olan iki qida olsa da, bir araya gəldikdə gücünü ikiqat artırır. Ekspertlər bir qaşıq zeytun yağına bir çimdik sarıkök əlavə edəndə möcüzəvi təsirlərin üzə çıxdığın

.

Satışda saxta gigiyenik vasitələr var: Necə tanımaq olar?

Ölkədə bir müddətdir ki, saxta gigiyenik vasitələr və kimyəvi məhsullar istehsal edən sex aşkar edilib. Bu isə bazarda satılan gigiyenik və yuyucu vasitələrin orijinallığı məsələsini gündəmə gətirib. Beləliklə, müştərilə

.

Şabalıdın bilinməyən faydaları: Siz də yararlanın

Şabalıd pəhriz lifləri, minerallar, sağlam yağlar, vitaminlər və antioksidantlar da daxil olmaqla qida maddələri ilə zəngindir. -ə istinadən bildirir ki, şabalıd C vitamini ilə zəngindir. Xüsusilə soyuq qış günlərində qızardılmış

turlar.az

sonxeber.az reseptler kosmetika mehsullari hamiləlik cinsi isteksizlik düz qarın etiraflar terevezler kosmetika babasil bürclər tərəzi kəlamlar aybawi