Həkimdən koronavirusla bağlı VACİB AÇIQLAMA: "Günəş girən evə doktor girməz"

Həkimdən koronavirusla bağlı VACİB AÇIQLAMA: "Günəş girən evə doktor girməz""Artıq 5 aydır ki, koronavirusla savaşda biz də ön cəbhədəyik! COVİD-19 xəstəliyinə qarşı mübarizədə daha effektli uğur əldə etmək üçün bir neçə məqama diqqət yetirmək lazımdır".
Milli.Az xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev deyib. Eskpert şəxsi praktikasından vacib qeydləri oxucuların diqqətinə çatdırıb.
1. COVİD-19 xəstəliyi pandemiya ilə mübarizədə aidiyyatlı qurumların fəaliyyəti yetərsizdir! Ona görə də özümüz özümüzə kömək etməliyik! Başqa yol yoxdur hələ ki!
2. Panik olmayın! Panika, stress immun sistemi zəiflədir! Bu zaman xəstəliyi daha ağır keçirərsiz! Yəni qorxunun heç bir xeyri yoxdur! Əksinə ziyanı var!
3. Bacardıqca təmiz havada, günəş altında olun, mənzilinizi tez-tez havalandırın! Mənzilinizə günəş şüalarının düşməsini maksimum təmin edin! Türk atalar sözü var: Günəş girən evə doktor girməz!
4. Sağlam qidalanın, bacardıqca təbii qida məhsullarına üstünlük verin! Normal qidalandıqda orqanizm xəstəliklə mübarizə üçün kənardan bütün lazımi maddələri qəbul edir!
5. Xəstəlik əlamətləri olmayınca heç bir müalicə etməyin!
6. Hər gün, hətta gündə bir neçə dəfə bədən temperaturunuzu-hərarətinizi ölçün!
7. Əgər temperaturunuz yüksəlibsə-yəni 37-37,5-ə qədərdirsə təcili yardıma zəng edin və ya özəl klinkada COVİD-19 xəstəliyinə görə analiz verin!
8. Əgər analiz cavabı müsbətdirsə, yəni sizdə koronavirus tapıldısa qəti panik olmayın! Əksər insanlar bu xəstəliyi yüngül keçirir!
9. Temperatur 37,5-ə qədər heç bir dərman qəbul etməyin! Bu dərəcəyə qədər temperatur orqanizmin müdafiə reaksiyasıdır! Ən effektli mübarizəni orqanizm özü aparır! Çünki indiyə qədər hələ ki, virusu dəqiq öldürən dərman preparatı dünyada yoxdur!
10. Temperatur 37,5-dən yuxarı qalxarsa qandan prokalsitonin analizi verin! Əgər prokalsitonin normadan artıqdırsa demək ki, əlavə bakterial infeksiya qoşulub prosesə. O zaman geniş spektrli antibiotik istifadə etmək olar.
11. Yox, əgər prokalsitonin analizi normaldırsa onda antibiotik qəbul etməyin! Antibiotik virusu öldürmür!
12. Prokalsitonin analizi normaldırsa, lakin temperatur 37,5-dən çoxdursa o zaman parasetamol və virus əleyhinə preparatlardan istifadə edin! Fərqi yoxdur hansı olur olsun.
13. Boğulma, təngnəfəslik, hava çatışmazlığı varsa və temperaturun 37 və 37+ olması artıq 3-cü gündürsə döş qəfəsinin-ağciyərlərin kompüter tomoqrafiyası müayinəsini etdirin!
14. Kompüter tomoqrafiyası müayinəsində ağciyərlərdə "buzlu şüşə" mənzərəsi təqribən 20%-dən çoxdursa artlq stasionar müalicə almalısız, yəni xəstəxanaya yatızdırılmalısız! Bunu tələb edin! Təcili yardımdan və poliklinikadan!
15. "Buzlu şüşə" görüntüləri varsa, lakin prokalsitonin analizi normaldırsa antibiotikə ehtiyac yoxdur! "Buzlu şüşə" mənzərəsini yaradan əsas trombozdur, həmişəki bildiyimiz adi pnevmoniya deyil! Bu halda antibiotik kömək etməyəcək! Bu halda yalnız antikoaqulyantlar (məs.: kleksan, fraksiparin), iltihab əleyhinə preparatlar (qeyri-steroid və steroid preparatları-məs. Parasetamol, deksametazon) və spazmolitik preparatlar (lazım olarsa nitroqliserin) kömək edir.
16. Şəkərli diabeti olan şəxslərdə diabetik angiopatiya-damamarların daxili qişasının zədələnməsi olduğundan damardaxili laxtalanma çox ola bilər, yəni xəstəliyin ağırlaşması daha çox rast gəlinir. Bu xəstələrdə antikoaqulyantlar yüksək dozada istifadə edilə bilər! Spazmolitik, antiinflamator və antikoaqulyantlar xəstəliyin müalicəsində çox effektlidir!
17. Bronxial astma, ostruktiv bronxit, ağciyərlərin xroniki obstruktiv xəstəliyi, xroniki böyrək çatışmazlığı olanlar, ağciyər vərəmi keçirən şəxslər, bcj peyvəndi olunanlar və siqaret çəkənlər covid-19 xəstəliyini yüngül keçirir! Qəti panik olmasınlar!
18. Yüngül və orta dozada spirtli içki qəbulu stress və panikanı yüngülləşdirə bilər. Artıq olmaz! Çünki artıq dozada spirtli içki qəbulu qaraciyəri zədələyir və orqanizmin virusa qarşı mübarizəsini, immuniteti zəiflədir! Bu zaman xəstəliyiniz ağırlaşa bilər!
19. 8-12 gün ərzində temperaturunuz 37,5-i keçməyibsə artıq qorxmayın! Demək ki, siz bu xəstəliyə-virusa qalib gəlirsiz! Artıq yavaş-yavaş yüngülləşmə hiss edəcəksiz!
20. Yox əgər temperatur 37,5-dən yuxarı qalxarsa, boğulma, təngnəfəslik, hava çatışmazlığı hiss edirsizsə, şəkərli diabet xəstəliyiniz varsa, kompüter tomoqrafiyası müayinəsində "buzlu şüşə" mənzərəsi ağciyərlərin 20%-dən çoxunu əhatə edirsə, o zaman mütləq stasionar müalicə almalısız-xəstəxanada yatmalısız! Orda sizə bütün lazımi dərman vasitələri veriləcək! Qəhrəman həkimlərimiz sizin sağalmağınız üçün əlindən gələni edir!
21. Bütün qapalı məkanlarda maska geyinin! Ən yaxşısı N95 tipli maskadır!
22. Bütün qapalı və açıq məkanlarsa 2 metr ara məsafəsi saxlayın!
23. Şəxsi gigiyena qaydalarına maksimal əməl edin! İş yerinə və evə daxil olanda əllərinizi, üzünüzü sabunlu su ilə yuyun, dezinfeksiya məhlulları ilə-xüsusən 95%-li spirt məhlulu ilə dezinfeksiya edin, gözlərinizə toxunmasın ama! Marketlərdən aldığınız məhsulları dezinfeksiya edin, yaxşı-yaxşı yuyun!
24. Sizdə koronavirus varsa ətrafınızdakılarla təmas eməyin, onları özünüzdən qoruyun! Otağınızı ayırın! Otağınızın havasını tez-tez dəyişin! Sizə qulluq edən şəxslər və siz mütləq N95 maskası geyinin. Şikayətinizdən asılı olaraq 10-14 gündən sonra 1 sutka fasilə ilə 2 dəfə burun-udlaqdan və əsnəkdən test analizi verin! Əgər mənfidirsə daha iki həftə izolyasiya edin özünüzü! Kontaktda olmayın heç kimlə!
25. Covid-19 xəstəliyi tam sağalır! Heç bir iz qoymur! Ağciyərlərdə heç bir fibroz əmələ gətirmir! Ağciyərlərdə hər hansı bir xəstəlik 2 aydan tez sağalırsa heç bir fibroz yaranmır! (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1067   Tarix: 28 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

.

Xərçəng əmələ gətirən ət məhsulları bunlardır

Xərçəngi tətikləyən qidalar içində ilk pillədə kanserogenlərlə zəngin ət məhsulları gəlir. -a istinadən xəbər verir ki, britaniyalı diyetoloqlar Dueyna Mellora və Metyu Lamberta 5 ət məhsulunun adını açıqlayıb:. "Əslind

.

Gündə nə qədər kolbasa yemək olar?

"Ürək xəstəliyi riskini azaltmaq üçün heyvani mənşəli məhsullarda olan doymuş yağlar məhdudlaşdırılmalıdır". -a istinadən bildirir ki, bu barədə rusiyalı endokrinoloq və diyetoloq Olqa Çuxaçeva məlumat verib. "Doymu

.

Kakaonun qiyməti kəskin ucuzlaşdı

Aprelin 19-da kakao paxlasının qiyməti tarixi maksimuma çatıb. Həmin gün Nyu York birjasında bu məhsulun 1 tonunun qiyməti 11 722 dollar idi. -a istinadən xəbər verir ki, may ayında məhsulun qiymətində 30 faizə yaxın azalm

.

Konservləşdirilmiş balıqdan imtina etməyin - Amma belə yeyin

Konservləşdirilmiş məhsullar sağlam hesab edilmir.   -a istinadən xəbər verir ki, şəkərlə doldurulmuş konservləşdirilmiş tərəvəz və meyvələrdən imtina etmək daha yaxşıdır. . Mütəxəssislər konservləşdirilmiş balıqdan imtin

.

Min dərdə dərman "ağ çiçəyim"- Ağacda bitən can dərmanı

a istinadən "Şəfalı bitkilər" rubrikasında akasiya çiçəkləri barədə məlumat verir. Bahar gələndə salxım-salxım ağ çiçəklərinin qoxusu insanı məst edən akasiya əslində yüz dərdin dərmanıdır. Bu bitkinin çiçəklərində

.

Armud şirəsi 10 xəstəliyin dərmanı imiş

Armud şirəsi qədimdən bir çox xəstəliklərin şəfası hesab edilib.   -a istinadən armud şirəsinin 10 faydasını təqdim edir:. Çox tərləyənlər bu yazını oxuyun. Banan qabıqlarını ƏSLA ATMAYIN! - Gözünüzün altına qoysanız. Ba

.

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Mayın 9-da gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da  meteohəssas insanla

.

Hamilə qadınlar bu qidaları qəbul etməməlidir

Hamiləlik hər bir qadının həyatında vacib bir mərhələdir, bunun üçün düzgün hazırlanmaq lazımdır. .   -a istinadən bildirir ki, əsas aspektlərdən biri düzgün qidalanmadır. . Ana olmağa hazırlaşan qadın, kifayət qədər miqdard

.

Şaurma və dönərdən zəhərlənmənin əlamətləri – Nə etməli?

Dönərdən zəhərlənmə səbəbindən hər il onlarla insan həyatını itiririr. Ən ağır qida zəhərlənmələrindən hesab olunan bu patologyiyada vaxtında yardım göstərilməzsə xəstə ağırlaşır. "medicina"ya istinadən dönərdə

turlar.az

sonxeber.az toy makiyaji sekilleri donlar 2024 gözəllik məhsulları alin yazisi xanim qafarova seksual hereketler gavali haqqinda xina sozleri kosmetika qiz burcu geyim novruz bayramına aid bahar uşaq şeirləri