Həmdulla azərbaycanlı qadınları soyundurub...-FOTOLAR

Hindistandan olan internet dələduzları sosial şəbəkələr üzərindən xarici ölkə vətəndaşları olan qadınlarla tanış olur, onlarla dostluq yaradır, intim görüntülərini əldə edir və daha sonra onları şantaj edərək pullarını alır.

Xanim.az bildirir ki, virtualaz.org Dehli polisinin açıqlamasına istinadən xəbər verir ki, hindistanlı fırıldaqçıların toruna düşən və sayları getdikcə artan qadınların arasında Azərbaycan vətəndaşları olan qadınlar da var. Bu haqda Hindistan mətbuatı yazır.

Dehli polisinin kiber-cinayətkarlığa qarşı mübarizə şöbəsindəki mənbə deyib ki, nə qədər qadının hindistanlı kiber-dələduzların toruna düşdüyünü müəyyən etmək mümkün deyil. Çünki bu cür hallara dair polisə təqdim edilmiş şikayətlərin sayına dair hər hansı rəsmi statistika yoxdur.

Sonuncu dəfə belə hal bir neçə gün əvvəl qeydə alınıb. Hindistanda yaşayan 34 yaşlı əfqan ABŞ-da yaşayan qadından hədə-qorxu və şantaj yolu ilə 86 min dollar alarkən yaxalanıb. O, həmin qadınla sosial şəbəkələr üzərindən tanış olub. Həmdulla adlı həmin əfqan özünü dubaylı bankir kimi təqdim edib, sosial şəbəkələr üzərindən həmin qadınla tanış olub və 2016-cı ilin əvvəllərindən başlayaraq onunla bir neçə dəfə görüşüb. Həmdulla qadının intim foto və videogörüntülərini çəkib, onunla evlənəcəyini vəd edib. Münasibətləri davam etdiyi müddətdə ondan bir neçə dəfə pul alıb. Qadın sonda pul verməkdən imtina edəndə Həmdulla onun görüntülərini internetdə yaymaqla hədələyib və pul tələb edib. Qadının polisə müraciəti əsasında həmin şəxs tələb etdiyi pulu alarkən yaxalanıb.

Dehli polisinin komissarı Ravindra Yadav deyib ki, Həmdulla dəbdəbəli həyat yaşayırmış və bu cür yollarla pul qazanmaqla lovğalanırmış. "O, öz sahəsində peşəkar olub və sosial şəbəkələr üzərindən çoxsaylı qadınları aldadıb. Biz hazırda bu barədə araşdırmalar aparırıq", - komissar deyib.

Dehli polisinin kiber-cinayətkarlığa qarşı mübarizə şöbəsi ilk dəfə xarici ölkə vətəndaşları olan qadınların bu cür şantajla üzləşməsinə dair faktı 2015-ci ildə qeydə alıblar. Həmin vaxt Azərbaycanda yaşayan qadın elektron poçt vasitəsilə Dehli polisinə şikayət edərək onu şantaj edən hindistanlı barədə məlumat verib. Məlum olub ki, Haryana əyalətinin Kurukştera şəhərində yaşayan həmin cinayətkar pakistanlı Həmdulladan fərqli olaraq tora saldığı azərbaycanlı qadınla görüşməsə də, onunla sosial şəbəkələr üzərindən yazışıb, seksual xarakterli videoçat yaradıb. Daha sonra o qadını hədələyib ki, pul verməsə, intim görüntülərini porno saytlarda yerləşdirəcək. Qadın hind polisinə müraciət etməzdən əvvəl həmin şəxsə 600 dollar göndərib.

Məlum olub ki, həmin hindistanlının tora saldığı qadınların sayı yüzlərlədir. Onun Azərbaycan, Əfqanıstan, Bəhreyn və Filippin də daxil olmaqla bir çox ölkədən 900-a yaxın qadını aldadıb görüntülərini çəkdiyi, bir çoxundan ən azı ayda 100 dollar olmaqla pul aldığı üzə çıxıb.

Bu cür kiber-cinayətkarları üzə çıxarmaq üçün "Ciber Army" adlı hind haker qrupu polislə könüllü əməkdaşlıq edir. Qrupun rəhbəri Kislay Çaudhari deyir ki, sosial şəbəkələr üzərindən qadınların tora salınıb şantaj edilməsi halları getdikcə artır və mütəşəkkil cinayətkarlıq səviyyəsinə yüksəlir. Onun sözlərinə görə, bir çox hallarda bu cür cinayətkarları təqib edib yaxalamaq mümkün olsa da, onların həbsi mümkün olmur. Çünki həmin cinayətkarların qurbanları şikayətlərini müvafiq kanallarla çatdıra bilmirlər, nəticədə şübhəlini məsuliyyətə cəlb etmək üçün polisin imkanları hüquqi baxımdan məhdudlaşır.

Məsələn, həmin azərbaycanlı qadın şikayətini Dehlidəki Azərbaycan səfirliyi vasitəsilə rəsmi şikayət etməyib, şikayətini elektron poçtla polisə göndərib. Həmin cinayətkar saxlanılıb və bank hesablarına həbs qoyulub, ancaq həbs edilməyib. Əvəzində Haryana polisi həmin şəxsin tora saldığı bütün qadınlardan üzr istədiyini əks etdirən videomüraciətini yayıb.
Həmdulla azərbaycanlı qadınları soyundurub...-FOTOLARHəmdulla azərbaycanlı qadınları soyundurub...-FOTOLAR

Xəbərlər     Baxılıb: 3649   Tarix: 12 fevral 2017
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Niyə qadınlar 40 yaşdan sonra arıqlaya bilmir? – SƏBƏB

Bəzi qadınlar yetkinlik dövründə arıqlamağın gənclik illəri ilə müqayisədə daha çətin olduğunu bildirirlər. Zərif cinsin nümayəndələrinin yaş keçdikcə artıq çəkidən çətinliklə qurtulmasının 2 mümkün səbəbi var. . -a istinadə

.

Qələmlə yazmağı unuduruq, beyin passivləşir

Müasir insan qələmlə, əllə yazı yazmağı getdikcə az istifadə edir. -a istinadən xəbər verir ki, alimlər orta yaş insanın yarım ayda 1-2 dəfə nəsə yazdığını hesablayıb. Əsasən klaviatura, telefon və kompüter istifadə edilir

.

Xərçəng xəstəliyinin müalicəsində inqilabi İRƏLİLƏMƏ - Fərdi vaksin hazırlandı

Britaniya alimləri xərçəngin müalicəsində yenilik ediblər. -ə istinadən bildirir ki, onlar melanomaya qarşı unikal mRNT vaksini hazırlayıblar. Belə ki, onkoloji xəstəliklər hələ də ölüm səbəbləri siyahısında aparıcı yerlərdə

.

Bədii ədəbiyyat oxumaq beyinə necə təsir edir?

Almaniyanın Vürzburq Universitetindən olan alimlər müəyyən ediblər ki, bədii ədəbiyyat oxumağın koqnitiv bacarıqlara kiçik, lakin əhəmiyyətli təsiri var. -a istinadən bildirir ki, tədqiqat "Journal of Experimental Psychology

.

Ürəyi xəstə olanların nəzərinə - Bu qida ömrü azaldır

Ürək xəstəlikləri ən önəmli sağlamlıq problemlərindən biridir. Ona görə də, bu problemi yaşayan insanlar üçün qidalanmanın təsiri böyükdür. -a istinadən ürək xəstəliyi olan insanların uzaq durmalı olduğu qidaları təqdim edir:

.

Albalı bu xəstəliyin dərmanıdır

a istinadən albalının faydalarını təqdim edir:. Gündə nə qədər kolbasa yemək olar? . Niyə körpələrə yumurta ağı vermək olmaz? . Ən zərərli tərəvəzin adı açıqlandı . - Albalı ürək xəstəlikləri riskini azaldır. - Albalı arıqlamağ

.

Orqanizmi xərçəngdən qoruyan VİTAMİN

D vitamini ilə zəngin qidalar bağırsaqlarda xüsusi bakteriya olan "Bacteroides fragilis"in böyüməsini təşviq edir. Onlar bədənin şiş (xərçəng) hüceyrələrinə qarşı immun reaksiyasını gücləndirə bilər. -a istinadən xəbə

.

Təmiz hava təhlükəli xəstəliyin inkişafına kömək edirmiş - ARAŞDIRMA

ABŞ-nin Nyu-York Universitetinin alimləri müəyyən ediblər ki, havada kükürd dioksidin (geniş yayılmış çirkləndirici) daha az konsentrasiyası əksər hallarda ağır pnevmoniya ilə özünü biruzə verən təhlükəli xəstəlik olan legionellyozu

.

Kompüterdə saatlarla işləməyin FƏSADLARI

Alimlər kompüterdə saatlarla işləməyin fəsadlarını aşkar ediblər.   -a istinadən xəbər verir ki, insanlar adətən dəqiqədə 20 dəfə göz qırpırlar, lakin diqqəti ekrana cəmləyərkən bu nisbət bir və ya üç dəfə azalır. Daha a

turlar.az

sonxeber.az gozel gorunmek geyim necə seçməli qadin dunyasi kampotlarin hazirlanmasi tutun faydalari uz derisine qulluq maskalari ləkələr kosmetika yemek reseptleri toy gecesi tapmaca uşaq nece olur qaynana