"Həmişə deyərdi ki, nədənsə 40 yaşdan qorxuram"-Şəhidimizin həyat yoldaşının bu sözləri ÜRƏK DAĞLADI - FOTOLAR

Bu gün aprel döyüşlərində qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı, Milli Qəhrəman Murad Mirzəyevin doğum günüdür. O, ötən il ad günündən bir neçə gün sonra şəhid olub.

Murad Mirzəyev 1976-cı ildə Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub. 1998-ci ildə Türkiyədə Ali Hərbi Məktəbi bitirib, ABŞ, Ruminya, İordaniya kimi ölkələrdə təlimlər keçib. M.Mirzəyev 2-5 aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olub.

Zabitin nəşi aprelin 10-da Beynəlxalq Qırmızı Xaçın vasitəçiliyi ilə döyüş meydanından götürülərək Azərbaycana təhvil verilib. Aprelin 11-də II Fəxri Xiyabanda dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2016-cı il 19 aprel tarixli sərəncamı ilə ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə polkovnik-leytenant Mirzəyev Murad Telman oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.
AzVision.az-ın əməkdaşları doğum günü münasibətilə Milli Qəhrəmanın evinə baş çəkib.

Şəhid hərbçinin həyat yoldaşı Fizzə Mirzəyeva Murad Mirzəyevin doğum günü ilə bağlı xatirələrini bölüşüb. Fizzə xanımın sözlərinə görə, Murad ad günlərini heç vaxt təmtəraqla qeyd etməyib.

"31 Mart Azərbaycanlıların Soyqırımı günüdür. Ona görə Murad heç vaxt 31 martda ad gününü qeyd etməzdi. Ümumiyyətlə, Murad təmtəraqlı doğum günü keçirmək həvəskarı deyildi. Biz ya bir gün tez, ya da bir gün gec qeyd edirdik. İndiki evimizə yeni köçmüşdük, mart ayı idi, qar yağmışdı. Bu evdə doğum gününü qeyd etmişdik. Həmin gün heç vaxt yadımızdan çıxmaz".
Milli Qəhrəmanın həyat yoldaşı bildirib ki, Murad sonuncu dəfə ötən ilin mart ayının 28-də evdə olub: "Murad o gündən sonra evə gəlmədi. Ancaq mesajla əlaqə saxlayırdıq. Doğum gününü mesaj yazıb təbrik etdim. Bildirdim ki, biz səninlə fəxr edirik. O da bizimlə fəxr etdiyini qeyd etmişdi. Uşaqlar deyirdi ki, ata gəlsin, ad gününü bir yerdə keçirək. Məndə bildirdim ki, ata üçün sürpriz edərik. Muradın 40 yaşı tamam olurdu. Həmişə mənə deyərdi ki, nədənsə 40 yaşdan qorxuram, birdən sürpriz hazırlıyarasan? Gəl, sakitcə bu yaşı ötürək getsin. Sanki qabaqcadan nə isə olacağını bilirmiş".
Fizzə xanım Muradsız keçən 1 ilin onlar üçün çox çətin olduğunu deyib: "Hələ də gözümüz yoldadır. Muradla ən çox 3 ay uzaq qalmışdıq. Həmin vaxt kurslarda olurdu. Elə günlər olub ki, uşaqlar atalarını tələb ediblər. Ən çox qızımız Dəniz atasını tələb edib. Geridə qalan bir il ərzində Muradın Türkiyədə birgə təhsil aldığı hərbçi yoldaşları evimizə baş çəkiblər. Həmçinin hərbçi yoldaşları daim bizimlə əlaqə saxlayırlar.

Mart ayı başlayandan düşünürəm ki, ötən il bu vaxt son günlərimizi yaşamışıq. Murad mart ayında evə gec gəlirdi. Bir dəfə ötən il bayramda günortadan sonra evə gəldi. O günləri xatırlayanda pis oluram".

Söhbətimizi daha sonra Milli Qəhrəmanın 2-ci sinifdə oxuyan oğlu Nurlan Mirzəyevlə davam etdirdik. Nurlan atası kimi hərbçi olmaq istəyir.

"Ata həmişə dərslərimlə maraqlanırdı və mənə köməklik edirdi. Ən çox riyaziyyatdan kömək edirdi. Həmçinin ingilis dilində də dəstək olurdu. Atam deyirdi ki, ingilis dilini öyrənin, mənimlə bu dildə danışın. Atam işdən çıxıb evə gələndə mən çox xoşbəxt olurdum. Çünki bizə vaxt ayırırdı, bizi öyrədirdi. Atam bizə idman dərsləri keçirdi. Güləş və boks öyrədirdi. Məni özü ilə iş yerinə aparırdı. Bir dəfə məni helikopterə mindirmişdi. Atamı tez-tez yuxuda görürəm. Bir dəfə yuxuda dedi ki, mən işə gedirəm, gələndə sizi gəzməyə aparacağam. Ata həmişə gedəndə deyirdi ki, mən gedirəm, bu evdə əvəzimə Nurlan qalır".
Murad Mirzəyevin 1-ci sinifdə oxuyan qızı Dəniz Mirzəyevaya ilk dəfə saymağı və hesablamanı atası öyrədib:

"Atam mənə ingilis dilində öyrədirdi. Boks əlcəkləri almışdı. Vaxtı olanda bizi parka gəzməyə aparırdı. Mən atamı çox istəyirəm".

Milli Qəhrəmanın həyat yoldaşı söhbətə qoşularaq deyib ki, Murad onları tez-tez istirahətə aparmağı çox xoşlayardı: "Murad ən çox Xınalıq kəndini xoşlayırdı. Bir dəfə ailəvi ora getmişik. Mənə deyirdi ki, bir dəfə Heydər Əliyev və Çingiz Mustafayev zirvəsinə birgə çıxacağıq. Adrenalin həvəskarı idi. Onun canında qorxu yox idi. Ötən il demişdi ki, yayda sizi Göygölə aparacam, amma qismət olmadı".
Fizzə xanım tez-tez Muradı yuxuda gördüyünü deyib: "Hərdən elə hadisələr baş verir ki, düşünürəm Murad yanımdadır. Sadəcə görünmür. Hərdən elə hadisə olur ki, deyirəm axşam Murad gəlsin, bu ona deyəcəyəm. Ümumiyyətlə, hər gün söhbətimizdə Muradı xatırlayırıq".

Sonda Murad Mirzəyevin həyatı yoldaşı Milli Qəhrəmanın adına doğulduğu Sabirabad rayonunda küçə verilməsini xahiş edib.
"Həmişə deyərdi ki, nədənsə 40 yaşdan qorxuram"-Şəhidimizin həyat yoldaşının bu sözləri ÜRƏK DAĞLADI - FOTOLAR"Həmişə deyərdi ki, nədənsə 40 yaşdan qorxuram"-Şəhidimizin həyat yoldaşının bu sözləri ÜRƏK DAĞLADI - FOTOLAR"Həmişə deyərdi ki, nədənsə 40 yaşdan qorxuram"-Şəhidimizin həyat yoldaşının bu sözləri ÜRƏK DAĞLADI - FOTOLAR"Həmişə deyərdi ki, nədənsə 40 yaşdan qorxuram"-Şəhidimizin həyat yoldaşının bu sözləri ÜRƏK DAĞLADI - FOTOLAR"Həmişə deyərdi ki, nədənsə 40 yaşdan qorxuram"-Şəhidimizin həyat yoldaşının bu sözləri ÜRƏK DAĞLADI - FOTOLAR"Həmişə deyərdi ki, nədənsə 40 yaşdan qorxuram"-Şəhidimizin həyat yoldaşının bu sözləri ÜRƏK DAĞLADI - FOTOLAR"Həmişə deyərdi ki, nədənsə 40 yaşdan qorxuram"-Şəhidimizin həyat yoldaşının bu sözləri ÜRƏK DAĞLADI - FOTOLAR"Həmişə deyərdi ki, nədənsə 40 yaşdan qorxuram"-Şəhidimizin həyat yoldaşının bu sözləri ÜRƏK DAĞLADI - FOTOLAR"Həmişə deyərdi ki, nədənsə 40 yaşdan qorxuram"-Şəhidimizin həyat yoldaşının bu sözləri ÜRƏK DAĞLADI - FOTOLAR

Xəbərlər     Baxılıb: 2114   Tarix: 31 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Yaz çillərindən bu yolla xilas olun

Çillər xüsusilə yaz aylarında, günəş şüalarının təsiri ilə yaranır. Adətən, saçları kürən və açıq rəngdə olan insanlarda daha tez-tez təsadüf edilir. axşam.az-a istinadən xəbər verir ki, dəridə melanin ifraz edən melanosi

.

İdmanla məşğul olanlara ŞAD XƏBƏR: güc məşqlərinin gözlənilməz faydası

Güc məşqləri bədənlə yanaşı beyindəki əzələləri də gücləndirir.   -a istinadən xəbər verir ki, bu, aparılan araşdırmalar nəticəsində məlum olub. Ağırlıq məşqləri beynin qlükoza əldə etmək və emal etmək qabiliyyətini yaxşılaşdırır

.

Uşağınızda öz fikrini formalaşdırmağın YOLLARI

Bəzən yetkin insanların bir çox məsələlərdə şəxsi rəyi olmur və özünü müdafiə edə bilmir. Məsələ burasındadır ki, bu xüsusiyyət gənc yaşda formalaşır.   -a istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, valideynlər müstəqi

.

Qan təzyiqini aşağı salan ən güclü vasitə - Dağlarda bitir

Dağ sarımsağı adlanan yabanı sarımsaq növü sağlamlığa bir çox faydası ilə diqqət çəkir.   -a istinadən xəbər verir ki, dağ sarımsağının faydalarını bilənlər onu tapanda kilolarla alırlar. Bu bitkinin ürək və bağırsaqlar

.

Mütləq səhər yeməyi yeyin

Həkimlərin əksər hissəsi səhər yeməyini əsas qida qəbulu kimi qiymətləndirir. axşam.az-a istinadən bildirir ki, səhər yeməyi orqanizmi "işə salır", ona lazım olan enerji ilə təmin edir. Təəssüf ki, insanların əksə

.

Mədə divarını necə bərpa edək? – Bunları için

Həzm orqanlarının selikli qişasını bərpa etmək, qastrit və xoraları dərmansız sağaltmaq üçün 2 vasitə var.   -a istinadən xəbər verir ki, qastroenteroloq Dilara Lebedeva ən təbii vasitələri açıqlayıb:. "Həzm orqanlarını

.

Satışda saxta gigiyenik vasitələr var: Necə tanımaq olar?

Ölkədə bir müddətdir ki, saxta gigiyenik vasitələr və kimyəvi məhsullar istehsal edən sex aşkar edilib. Bu isə bazarda satılan gigiyenik və yuyucu vasitələrin orijinallığı məsələsini gündəmə gətirib. Beləliklə, müştərilə

.

Gözlənilən ömür uzunluğu artacaq - Neçə il?

Beynəlxalq alimlər qrupu əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun artmağa davam edəcəyini müəyyən ediblər.   -a istinadən xəbər verir ki, 2050-ci ilə qədər qlobal ömür uzunluğunun nə qədər artacağı proqnozlaşdırılıb

.

Yaxşı yatmaq üçün YOLLAR: Minnətdar olacağınız məsləhətlər

Kifayət qədər yuxunuzu alıb, səhər rahat oyanmaq istəyirsinizsə, bəzi addımları yerinə yetirməlisiniz. .   -a istinadən xəbər verir ki, qadgetlarınızı bir kənara qoyub yatmazdan bir saat əvvəl kitab götürsəniz, yəqin ki

turlar.az

sonxeber.az kosmetika mehsullari kosmetoloq makiyaj instagram qoç bürcü şirniyyat resepti eşq və məhəbbət nişanlılıq kosmetika toy gecesı efsane tərəzi webnem tovuzlu qiz evi ucun