Hər dörd qadından birində bu xəstəlik var - ƏLAMƏTLƏRİ

Hər dörd qadından birində bu xəstəlik var - ƏLAMƏTLƏRİAilem.az ailə həkimi, onkoginekoloq və mamoloq Cəlil Bağırovun qadınlarda miomalar haqda məqaləsini təqdim edir.

Miomalar qadın cinsiyyət üzvlərinin ən çox yayılmış şiş xəstəliklərindən biridir. Hər dörd qadından birində rast gəlinir. 30-40 yaşlarında görülən miomalar menopuzadan sonra kiçilir. 40 yaşdan yuxarı qadınların yüzdə 40-da mioma var və bu qadınların 75 faizi bundan xəbərsizdir.

Mioma niyə yaranır?

Miomaların yaranmasının əsas səbəbi bilinməsə də, qadınlıq hormonu olan esterogenin miomaların böyüməsinə yol açdığı deyilir. Hamiləlik zamanı artan esterogen sayəsində bu miomalar daha da böyüyür. Menopuza zamanı isə esterogen səviyyəsi azalır və mioma kiçilir. Ailə üzvlərində, anasında, bacısında mioma olan qadınlarda miomanın yaranma ehtimalı yüksəkdir.

Hansı sürətlə böyüyür?

Hamiləlik zamanı və esterogen tərkibli dərman qəbul edəndə daha sürətlə böyüyür.
Ad nəzarət həblər qəbul edənlərlə qəbul etməyənlər arasında miomanın yaranma sıxlığında fərq görülməyib.

Miomaların tipləri hansılardır?

Uşaqlıqda olan miomalara uşaqlıq ağzında da rast gəlinir.

Subseryoz miomalar: Uşaqlığın xarici təbəqəsində yerləşir.
İntramural miomalar: Uşaqlığın orta təbəqəsində yerləşir.
Submüköz miomalar: Uşaqlığın daxili təbəqəsində yerləşən miomalar.
Saplı miomalar: Uşaqlığın xaricinə doğru böyüyən miomalar.
Parazitar miomalar: Qarın içində uşaqlığın xaricində yerləşən miomalar.

Əlamətləri nədir?

Bir çox mioma özünü heç büruzə verməz. Miomaların səbəb olduğu ağrılar böyüklüyü, yerləşməsi və sayına görə dəyişir. Qasıq, qarın ağrısı, qasıq və qarında dolğunluq, təzyiq hissi, cinsi yaxınlıq zamanı ağrı, çox və uzun davam edən menstruasiya qanaması və ara qanamalar əlamətləri sayılır. Miomaların uşaqlıq daxilinə təzyiq etməsi nəticəsində bu anormal qanamalar görülür. Tez-tez sidiyə getmə ehtiyac olur. Uşaqlığın alt təbəqəsində olan mioma bağırsaq və sektuma zərər verə bilər. Nəticədə qəbizlik, babasil yaranır.

Miomalar sonsuzluğa yol açarmı?

Uşaqlıq daxilində olan miomalar sonsuzluğa yol aça bilər. Yumurta kanallarına təsir edərək spermanın yumurtaya çatmasının, döllənmənin qarşısını alır. Mioması olan qadınlarda hamilələyin pozulması, düşmə ehtimalı yüzdə 40 faiz yüksək olur. Miomalar böyüyərək dölün böyüməsini əngəlləyir. Əməliyyatla miomalar çıxarılandan sonra qadınların yüzdə 80 faizi sağlam uşaq sahibi ola bilirlər.

Miomaların diaqnozu üçün ginekoloji müayinə lazımdır. Bütün miomaların əməliyyatla çıxarılmasına ehtiyac yoxdur. Ağrı, təzyiq hissi, nizamsız, çox anormal qanamalar olmayan xəstələrdə mioma ölçüləri müntəzəm nəzarətlə izlənilir.

Mioma ilə kista arasındakı fərq nədir?

Mioma uşaqlıq daxilində, ya xaricində yaranan əzələ hüceyrələrinin bir araya gəldiyi qatı şişlərdir. Kista isə yumurtalığın içində su dolu kisələrdir və hər ikisi də xoş xassəlidir.

Sağlamlıq     Baxılıb: 2920   Tarix: 20 noyabr 2017
f Paylaş

Turlar.az

Oxşar xəbərlər

.

40 gündən bir menstruasiya - TƏHLÜKƏLİDİR?

Menstruasiya nizamsızlığı qadınların tez-tez qarşılaşdıqları və onları narahat edən problemdir. Hormonal problemlər sonsuzluqdan xərçəngə qədər bir çox mühüm xəstəliklərin xəbərçisi ola bilər. Xüsusi İstanbul Şafak Xəstəxanas

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Cinsi həyatı zəifləyən evlilər üçün - Tövsiyələr

Evlilikdən bir neçə il sonra cütlüklər cinsi münasibətdə problem yarandığının fərqinə varır. Bunun səbəblərini araşdırmadan bir-birini günahlandıranlar da olur, aşkar və ya gizli çıxış yolu, məsləhət axtaranlar da. "Medicina"

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

Şarmlı qadınlarda kişiləri başdan çıxaran şeylər - BU YALNIZ QADIN SİRRİDİR - FOTOLAR

Qadınlar kişilərin diqqətini cəlb etmək üçün bir çox üsullardan istifadə edirlər. Bu üsullar nəticə vermədikdə özünü bədbəxt hiss edir, amma əslində vəziyyət o qədər də mürəkkəb deyil. Kişilərin qadınlara baxdığı bəzi məqamla

.

QURUDULMUŞ TUT - Minbir dərdin çarəsi

Tut qurusu günəşdə və ya süni şəkildə qurudula bilər. qurudulmuş tut toxumları kiçilir və onların dadı daha sıx olur. Bəs qurudulmuş tut nəyə faydalıdır?. Tutun tərkibində təxminən 80 faiz su var. Buna görə də qurutma nəticəsind

.

Cinsi akt niyə pozulur? - Təsbitlənmiş 5 tibbi faktor

Cinsi hərəkət qeyri-razı və ya məcburi davranış, məlumatlı razılığın olmaması və ya iradəsinin əksinə olaraq kiməsə məcbur edildiyi zaman pozula bilər. Cinsi pozuntular cinsi təcavüz, zorlama, cinsi qısnama və arzuolunma

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

turlar.az

sonxeber.az makiyaj instagram geymler 2024 adlarin menasi hakişta gənc ana at gucu nece hesablanir qonaq otağı üçün pərdələr kosmetika qaynana qız bürcü seksual tapmaca kurtlar vadisi