Hər gecə eyni saatda yuxudan oyanırsız? – Saata görə problemini axtar

Hər gecə eyni saatda yuxudan oyanırsız? – Saata görə problemini axtarYəqin ki, çoxunuzda belə olur. Şirin yatdığınız halda, gecənin bir yarısı qəfildən oyanırsız, saata baxırsız. Və tez-tez eyni saatda oyandığınızı görürsüz. Bunun səbəbini anlamırsız.
Milli.Az medicina.az-a istinadən bildirir ki, qədim Çin təbabəti bunun səbəbsiz baş vermədiyini bildirir. Problem bədəndəki enerji meridianları boyu blokların olması və bəzi orqanlara Şİ enerjisinin axınının pozulmasıdır.
Belə ki, gecənin müəyyən saatları bir meridian aktivləşir və bura bəzi orqanlar aiddir.
Hansı orqanda ki, problem, xəstəlik, müsbət enerji çatışmamazlığı varsa, həmin saatda insana narahatlıq yaradıb, onu oyadır.
Məsələn, axşam saat 21:00-23:00 arası - qalxanvari vəz saatıdır. Bu saatlarda yatmaq bu orqan üçün çox vacibdir. Yatmadıqda zob, hormonal disfunksiya, kistlər əmələ gəlir. Və bu orqanında problem olanlar bu saatlarda heç yuxuya gedə bilmir. Əgər yatsa da, saat 22-23:00 arası qəfil oyanır. Çox gərgin insanlar da bu saatlarda yata bilmir.
Saat 23:00-01:00 arası - öd kisəsi saatıdır.
Bu saatda qəfil yuxudan oyanma (bu hal hər gün və ya tez-tez baş verirsə) öd kisəsində problem, daş, iltihab olduğunu göstərir. Siz bu orqanı müalicə etməli və axşamlar yağlı, duzlu qidalar yeməməlisiz.
İncik insanlar, məyus olanlar, kimdənsə küsənlər, gizli kini, nifrəti olanlar və ürəyində kimisə asıb kəsənlər ya bu saata kimi yuxuya gedə bilmirlər, ya da yatsalar da mütləq eyni bu saat arası oyanırlar.
Saat 01:00- 03:-00 - qaraciyər saatıdır. Bu saatlarda qaraciyər özünü və qanı təmizləyir. Toxuma və orqanlardan artıq toksinlər, qalıqlar çıxarılır. Bu saatda oyanmaq qaraciyərin çox yükləndiyini və işinin öhdəsindən yaxşı gəlmədiyini göstərir. Bu saatda oyandıqda mütləq 1` stəkan su için. Neqativ enerji ilə yüklənənlər, işindən narazı olanlar, qəzəbli olanlar da bu saatda oyanır.
03:00 - 06:00 - ağciyərlərin vaxtıdır. Bu arada daha çox öskürək, sıxılma, boğulma, asqırıq, burun tutulması, qıcıqlanması ilə oyanırlar. Demək, ağciyərlərinizdə problem var və ya siz çox pis qidalanırsız.
Çox böyük dərdi, gizli kədəri, təzə itkisi olanlar da bu saatlarda oyanır.
Yatmazdan əvvəl tənəffüs gimnastikası edin, su için, bir qədər döş qəfəsini hərəkət etdirən idman hərəkətləri edin.
05:00-07:00- bağırsaqlar. Yuxunun ən şirin vaxtıdır, bu zaman qəfil oyanırsızsa, həzm pozulmanız, bağırsaq probleminiz var. Qəbizliyi, ishalı, artıq çəkisi olanlar ən çox bu saatda oyanır.
Həyatından narazı olanlar, tələsənlər, özünü nədəsə günahkar bilənlər də bu saatda qəfil oyanır. Bu problemlər üzərində işləyin, mədə-bağırsağınızı qaydaya salın.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1183   Tarix: 05 may 2020
f Paylaş

Turlar.az

Oxşar xəbərlər

.

Baş ağrısına dözmək görün nələrə səbəb olur

Həkimlər baş ağrısına dözməyin təhlükəli olduğunu açıqlayıblar.   -a istinadən xəbər verir ki, baş ağrısı təhlükəli xəstəliklərin əlaməti ola bilər. Baş ağrıları müxtəlif tibbi şərtlərin əlaməti ola bilər, lakin çox vax

.

Saç tökülməsinin qarşısını alan 3 əsas qida

Araşdırmalara görə, 3 məşhur vitamin və mineral saç tökülməsinin qarşısını almağa kömək edə bilər. -a istinadən xəbər verir ki, saç tökülməsi tez-tez stress və ya hormonal dəyişikliklər nəticəsində yaranan ümumi bir problemdir

.

Uşağınızda öz fikrini formalaşdırmağın YOLLARI

Bəzən yetkin insanların bir çox məsələlərdə şəxsi rəyi olmur və özünü müdafiə edə bilmir. Məsələ burasındadır ki, bu xüsusiyyət gənc yaşda formalaşır.   -a istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, valideynlər müstəqi

.

Saç boyaları süd vəzi xərçəngi yaradır?

Saçları davamlı olaraq rəngləyən şəxslərdə döş xərçənginə tutulma riski digərlərinə nisbətən 9 dəfə çoxdur.   -a istinadən xəbər verir ki, elmi araşdırmada 46 min 709 qadın iştirak edib. Tədqiqatlarda Afrika əsilli amerikal

.

Qarğıdalı alanda bunlara DİQQƏT EDİN

Bir çox insan qarğıdalının vacib komponentlərdən biri olduğu salatlar hazırlayır.   -a istinadən xəbər verir ki, bununla belə, həqiqətən yüksək keyfiyyətli məhsul tapmaq həmişə mümkün deyil. Bəs, bunun üçün nə etmək lazımdır?

.

Gündə nə qədər "arı çörəyi" yemək olar? – Doğru istifadə qaydası

Arı məhsulları dedikdə ağla bal, polen, arı südü, propolis, arı zəhəri, apilarnil və arı çörəyi gəlir. Bunların hamısı apiterapevtikdir. Elm adamları son illərdə bu məhsullarla bağlı geniş tədqiqatlar aparırlar.   -a istinadən xəbə

.

Hansı çaylar arıqlamağa kömək edir?

Çay sakitləşdirici xüsusiyyətə malikdir. Çayın bəzi növləri maddələr mübadiləsini dəstəkləyərək çəkiyə nəzarətdə potensial rolu ilə tanınır. .   -a istinadən bildirir ki, zəncəfil çayı, gingerol kimi bioaktiv birləşmələrl

.

Xoruldamağın qarşısını necə almaq olar?

Xoruldama, yuxu zamanı tənəffüs yollarından normal hava axınının maneə törədilməsi nəticəsində yaranan ümumi bir hadisədir. Bu, xoşagəlməz səslər şəklində özünü göstərən boğazda, ağızda və ya burunda yumşaq toxumaların titrəməsin

.

Qan təzyiqini aşağı salan ən güclü vasitə - Dağlarda bitir

Dağ sarımsağı adlanan yabanı sarımsaq növü sağlamlığa bir çox faydası ilə diqqət çəkir.   -a istinadən xəbər verir ki, dağ sarımsağının faydalarını bilənlər onu tapanda kilolarla alırlar. Bu bitkinin ürək və bağırsaqlar

turlar.az

sonxeber.az gözəllik məhsulları geyim dəbləri donlar 2024 hamiləlik və analıq portagalin faydasi sirniyyatlar findiq qabiginin faydalari kosmetika vidyolar xanim az novruz haqistalari gözəllik xanim.az