Həyatımız üçün olduqca maraqlı məlumatlar

Həyatımız üçün olduqca maraqlı məlumatlarHəyatımız üçün olduqca maraqlı məlumatlar

Prezervativ alarkən göstərilən bəhanələr

Bir çox ölkələrdə normal qəbul olunan prezervativler bəzi müsəlman ölkələrində hələ də tam qəbul edilməmiş qalır, əsasən də müsəlman ölkələrində aptekdən prezervativ almaq olduqca çətin bir iş sayılır hələ bir də satıcı xanım alıcı isə kişi olsa bu iş olduqca çətinləşir. ABŞ-da fəaliyyət göstərən preservative.com saytı əsasən prezervativ alarkən ən çox istifadə olunan bəhanə və yalanları araşdırmışdır.
Satıcıya bir dostuma alıram demək
Prezervativ aldığı bəlli olmasın deyə onunla bərabər başqa lazımsız şeylər də almaq
Alarkən prezervativ sözünü başqa sözlə əvəz etmək bu zaman satıcı sizi başa düşməsə daha gülünc vəziyyətə düşərsiniz.
Ən çox istifadə edilən üsul isə kişi satıcısı və kənar bir yerdə olan aptek axtarmaqdır.

Dejavu nədir?

Bəzən bizdə rastlaşdığımız bir hadisəni daha əvvəl də yaşadığımız və ya ilk dəfə getdiyimiz bir yerdə daha əvvəl də olduğumuz kimi hisslər yaranır ki, bu hallarla qarşılaşan insanlar bəzən özlərini fövqəl gücə sahib hiss edirlər. Lakin bu hal tibbə məlumdur və elmi dildə beynin bu reaksiyasına Dejavu deyilir.
Dejavu daima nevroloqların diqqət mərkəzində olmuş və bu gündə tədqiq edilməktədir. Aparılan bəzi araşdırmalar göstərir ki, dejavuya səbəb olan əsas amil dejavu zamanı beynin bəzi bölgələrinin daha aktiv fəaliyyətdə olmasıdır.
Dejavunun hər bir insanda həftədə bir və ya iki dəfə olması normaldır lakin bu halların daha tez-tez təkrarlanması uşaqlarda epilepsiya xəstəliyinin yaşlılarda isə beyin pozğunluğunun xəbərçisi ola bilər.

İnsanlar niyə psixopat olurlar?

Londondakı Kinqz Kollecin Psixiatriya İnstitutunun alimləri bəzi insanların niyə psixopat olmalarının mexanizmini öyrəndiklərini bəyan ediblər. Ruhi xəstələr üçün təcridxanalarda aparılmış araşdırmaya əsasən, bunda günahkar beynin iki yarımkürəsi arasında qeyri-sabit ünsiyyətdir.
Bunun nəticəsində, qorxu, emosiya və aqressivlik kimi hisslər barədə informasiyanın ötürülməsində nöqsanlar baş verir və nəticədə, insanda psixopatik davranış ortaya çıxır.
İnstitutun mütəxəssisi doktor Maykl Kreyq beynin hissələri arasında mesajlaşmanın belə tərzini, kələ-kötür yolla maşın sürməyə bənzədir:
"Psixopatların beyin yarımkürələri arasındakı ünsiyyət magistralında sanki böyük sayda çala-çuxur var. Bu magistralın qayğısına heç kim qalmır və onunla hərəkət edən informasiya axını çalalarda itib-batır."
Doktor Kreyq deyir ki, öz-özlüyündə belə bir hal psixopatiya diaqnozunun qoyulması üçün kifayət deyil. Beləki, o başqa psixatrik pozuntularda da baş verir. Lakin bu psixopatiya üçün vacib faktorlardan biridir.
Digər sözlə, bu yalnız psixopatiya üçün spesifik bir göstərici deyil, lakin, psixopatlarda daima müşahidə olunan bir haldır.
Alimlər 9 psixiatrik xəstəni müayinə ediblər. Onlar çoxsaylı zorlama və adam öldürmədə məhkum olunan şəxslər olublar. Bu kiçik bir araşdırma olsa da, bunun ədliyyə sistemində cinayətlərə dair qərarların qəbul edilməsinə təsiri ola bilər. Ələxüsus, zorakı canilərin yenidən cinayət törətməsi nəzərə alınan hallarda.

Arzularınızı sağ qulağa pıçıldayın

İtaliya tədqiqatçıları hər hansı bir istək və ya xahiş edərkən arzunu sağ qulağa söyləməklə onu reallaşdırma şansının daha yüksək olduğunu bildirirlər. 3 il ərzində 286 insan üzərində aparılan tədqiqatlarda yüksək musiqi və səs-küylü bir mühütdə insanların qulağına hər hansı bir istək pıçıldamış və nəticədə informasiyanı sağ qulağı ilə qəbul edənlərin istəkləri reallaşdırdıqları ortaya çıxmışdır.
Tədqiqatçılar sağ qulaqla alınan informasiyanın beynin sol yarımkürəsində təhlil olunduğundan nəticənin effektli olduğunu müəyyən etmişlər. Başqa sözlə desək sağ qulaqdan alınan informasiya sola nisbətən daha effektli nəticəyə malikdir.
Həmçinin tədqiqatçılar insanların telefonla danışdıqları zaman əksər hallarda dəstəyi sağ qulağa tutduqlarını da diqqətə çatdırmışdır.

Mobil telefonları arxa cibinizdə gəzdirin!
Gündəlik həyatımızın ən önəmli bir parçasına çevrilən mobil telefonların həyatımızı nə qədər asanlaşdırdığı danılmaz bir faktdır, lakin ABŞ-ın Kaliforniya Universitetində aparılan araşdırmalar göstərmişdir ki, mobil telefonların xeyiri qədər ziyanı da mövcuddur.
Belə ki, əsasən kişilər mobil telefonlarını cinsiyyət orqanına yaxın bir bölgədə şalvarın ön cibində gəzdirməkləri kişilərdə spermanın azalması kimi bir problemə gətirib çıxarır. Araşdırmalar göstərmişdir ki, mobil telefonun yaydığı elektromaqnit dalğalar kişi cinsiyyət orqanında bəzi hüceyrə pozğunluqlarına səbəb olur. Bununla yanaşı telefonun ürək və beyin bölgələrinə yaxın olduğu zaman həmin nahiyələrə də asanlıqla ziyan verdiyi müəyyən olunmuşdur.
Mütəxəssislər mobil telefonları şalvarın arxa cibində gəzdirməyi və sperma miqdarının azalmasının qarşısını almaq üçün E vitamini qəbul etməyi və ya tərkibində E vitamini olan qoz, fındıq və zeytun kimi qida maddələri istehlak etməyin vacib olduğunu vurğulayırlar.

Heroini ürəyi müalicə etmək üçün yaratmışdılar

Bu gün dünyada ağ ölüm olaraq qəbul edilən heroin sən demə xərçəngə qarşı bir dərman vasitəsi niyyəti ilə istehsal olunduğunu bilirdinizmi?
1987-ci ildə Almaniyadakı Bayer laboratoriyasında xərçəng xəstəliyi ağrılarına qarşı ağrıkəsici kimi istehsal olunan heroin hidroxlorun istifadə edənlərin sonradan dəli kimi apteklərə xəstəxanalara hücüm edərək yenə heroin istəmələri nəticəsində dəhşətli əlavə təsirləri ortaya çıxmağa başladı. Bunu görən həkimlər heroinin reseptini yazmağı dərhal dayandırdılar. Lakin artıq gec idi. Heroinin ilk adını alması da maraqlıdır. Heroinin ilk yaradıcılarından biri bu dərmanın keyfiyyətini öz üzərində yoxlayan zaman onun dediyi (I feel like a hero) Özümü qəhrəman kimi hiss edirəm kəlməsindəki hero-qəhrəman sözü Heroinin adı üçün zəmin yaradıb. Nəticədə o vaxtdan günümüzə qədər bir müddətdə heroin din, dil, irq fərqi qoymadan öz qəhrəmanlarını yaratmağa davam edir
Heroinin ixtiraçısı Dr.Felix Hoffman həm də Aspirinin ixtiraçısı sayılır.
Heroini axırıncı dəfə I dünya müharibəsi zamanı qanunu olaraq yaralı əsgərlərin ağrılarını kəsmək üçün istifadə etmiş ondan sonrada tibb dünyasından bir dərman kimi çıxartmışlar.

Insan beyini 30 yaşdan sonra zəifləməyə başlayır

ABŞ-ın Vircinya ştatında ki, eyni adlı unuversitetdə aparılan tədqiqatlar göstərmişdir ki, insan orqanizmində qocalığın ilkin əlamətləri özünü ilk öncə beyində göstərir. Belə ki, 30 yaşdan sonra insanda unutqanlıq, yaddaş zəifliyi kimi hallar özünü göstərir. Həmçinin araşdırmalar göstərmişdir ki, insan beyninin ən yaxşı inkişaf dövrü 22 yaşında olur.
Vircinya Universitetinin əməkdaşlarının 18-60 yaş arası 2000 nəfər üzərində apardığı bu araşdırmada əsasən yaxşı təhsilli və sağlam qadın və kişilər iştirak etmişlər. Araşdırmalarda müxtəlif ağıl oyunlarından və vizual tapmacalardan istifadə olunmuşdur. Müsabiqənin qalibləri arasında üstünlüyü əsasən 22 yaş qrupunun əldə etdiyi müəyyən olunmuşdur. İkinciliyi 27 yaş qrupu əldə etdiyi halda 30 və ondan yuxarı yaş qruplarında isə cüzi nailiyyətlər əldə olunmuşdur.
Araşdırmanın rəhbəri professor Timothy Salthouse bildirmişdir ki, 30 yaşdan yuxari insanlarda yaddaş zəifliyinə səbəb insanlarda yaşlanma zamanı beyin hüceyrələrinin ölümünə səbəb olan Aletsheymer xəstəliyinin olmasıdır.

Heç düşünmüsünüzmü insan niyə yatır?

İnsan həyatının üçdə biri yuxuda keçir. Bu sual əsrlər boyu alimləri düşündürmüş lakin dəqiq bir cavab tapılmamışdır.
İnsan yatmaqla gün ərzində itirdiyi enerjini bərpa etməklə yanaşı, beynin dincəlməsinəstimul verir.
Əgər biz yatmasaq nə baş verər ümumiyyətlə yuxsuz yaşamaq mümkündürmü?
Yuxusuzluq insan beyninə öz funksiyasını yerinə yetirməkdə güclü təsir edir. İnsan bir gün yuxusuz qalan zaman əsəbi gərginlik, yaddaş zəifliyi, diqqətin dağılması və yorğunluqla rastlaşır.
İnsan gün ərzində nə qədər yatmalıdır? Tədqiqatlar göstərir ki,normal bir insan gün ərzində norma 7,5 saat olmaqla minimum 5 maksimum 11 saat yata bilər.

Bəs niyə əsnəyirik?

İnsanın beynini tədqiq edən Nyu York_dakı Binghamton Universitetinin alimi Endryu Qəllop belə bir nəticəyə gəlib ki, insan beyninin hərarəti yüksəldiyinə görə əsnəyir. Bu haqda xəbər verən beynin fəaliyyətini kompyuterin hard diskinə bənzədir və yazır ki,gərginlik keçirən insan beyninin hərarəti qalxır.Onu sərinləşdirmək üçün insan başlayır əsnəməyə - sərin havanı kəllə qutusunun ənginliyinə sovurmağa.
Beynin hərarətini ən çox qaldıran isə yuxusuzluqdur.Alimlər həmçinin belə bir qənatə gəliblər ki, əsnəmək əslində yuxunun qarşısını alır. Əsnəmək qan dövranını təmin edir ki, bu da beynin iş qabiliyyətini həm də orqanizmi gücləndirir, - deyə tədqiqatçı alim bildirib.

Maraqlı     Baxılıb: 1932   Tarix: 04 fevral 2015
f Paylaş

Oxşar xəbərlər

.

Repetitorların qiyməti yüksəldi: 1 fənn üzrə 200 manat

Yeni tədris ili valideynlərin qayğılarını artıb. "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, xüsusilə 10 və 11-si sinif şagirdlərinin valideynləri övladlarını məktəbdən əlavə hazırlıqlara yönəldirlər. Məqsəd onları

.

Eynşteyn yenə haqlı çıxdı - Kainatın modeli dəyişir

Xəbər verdiyimiz kimi, kainatda qara dəlik aşkar edilmişdi. Lakin bu dəfə kəşf edilən qara dəlik qeyri-adidir. Kainat modelinə sığmayan bu qara dəlik indiyə qədərki kainat haqqında təsəvvürləri kökündən dəyişə bilər. -a istinadə

.

Yerin heyrətamiz yeni görüntüsü yayıldı

NASA və ABŞ Milli Ekoloji Peyk İnformasiya Xidməti VIIRS sistemi tərəfindən çəkilmiş ilk görüntüləri dərc edib. Bu barədə Amerikanın Səsi məlumat yayıb. Məlumata görə, bu sistem noyabrın 10-da Vandenberq kosmik bazasında

.

İlham Əliyev yeni inqilaba başladı - BAŞ REDAKTOR YAZIR

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin qapalı iclası keçirilib. İclasda iyulun 28-də Prezident İlham Əliyevin imzaladığı elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəz

.

Prezident təqaüdünə layiq görülən tələbələr - ADLAR

Prezident İlham Əliyevin "2023-2024-cü tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında" Sərəncamına əsasən, bu təqaüdə layiq görülən 102 nəfə

.

Direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi başlayır

Bu gün şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi keçiriləcək. report-a istinadən xəbər verir ki, esse mərhələsi barədə məlumat namizədlərin şəxsi səhifələrin

.

Azərbaycanlı reperin treki imtahan sualına salındı - FOTO

Reper Orxan Zeynallının (AİD) sözləri imtahanda istifadə olunub. olay-a istinadən xəbər verir ki, sənətçinin "Bir gün ökkədən qaçıb azmaq iri arzum, Elə bilmə səni yaddaşdan pozmaq idi arzum. Artıq donub əlləri, gücl

.

Ölkəmizdə məktəblər bağlanır? – Xəbərdarlıq

Ölkədə qızılca xəstəliyi sürətlə yayılmaqdadır. Son məlumata görə, hazırda 284 xəstə var. Onlar arasında isə daha çox uşaqlar bu xəstəliyə yoluxub. Maraqlıdır, belə davam edəcəyi təqdirdə məktəblərdə karantin elan oluna bilərmi?

.

Neptunun halqalarının fotosu çəkildi - FOTO

"James-Webb" kosmik teleskopu Günəş sisteminin ən uzaq planeti olan Neptunun halqalarının fotosunu yerə yollayıb. Fotonu NASA yayıb. Bildirilir ki, Neptun planetinin ən yaxın fotosunu 1989-cu ildə Voyager-1 kosmi

turlar.az

sonxeber.az gozel gorunmek yay geyimləri 2024 həkim məsləhəti ədəbiyyat testləri müxtəlif pehriz salatlar valideynə məsləhət kosmetika eqreb klitor novruz bayrami rus dilini oyrenek 2ci ders sanamalar