Həyatının ən böyük sevgisi ilə zamanında qarşılaşmamaq dəhşətli faciədir

Həyatının ən böyük sevgisi ilə zamanında qarşılaşmamaq dəhşətli faciədirBiz həmişə ayrılığa çox çətin dözürük. Çünki çox sevdiyimiz, lakin itirdiyimiz adam üçün göz yaşı tökür, onu arzulayırıq. Amma zaman hər şeyi həll edir və nəticədə qarşımıza başqa adam çıxır. Zamanla əvvəlki sevgi bizə uzaq görünür və hətta unudulur.

Amma başqa ayrılıqlar da olur. Siz nə etsəniz də həmin adamı fikrinizdən çıxara bilmirsiniz. Elə bir gün olmur ki, siz sevdiyiniz haqqında fikirləşməyəsiniz, ürəyiniz isə dərddən parçalanır. Bu tez-te baş verir, çünki siz düşünürsüz ki, münasibətləriniz hələ bitməyib. Siz bunu özünüzə etiraf edə bilmirsiniz, inanmaq istəmirsiniz, çünki bu fikir sizi dəli edir.

Əvəzində öz-özünüzü hər şeyin yaxşı olduğuna inandırısınız. Amma özünüzü aldadırsınız. Bu o vaxta qədər davam edir ki, siz onunla yaşadıqlarınızı bölüşmək, paylaşmaq istəyirsiniz və ya onun düşünərək oyanırsınız. Sonra hər şey öz çevrəsinə qayıdır.

Bizim həyatımıza çox insanlar daxil olsa da, tezliklə həyatımızdan çıxır. Bəzi insanlarla siz yalnız cəmi bircə dəfə rastlaşırsınız və bir daha onları görmürsünüz. Bəziləri sizin çox xoşunuza gəlir, amma həmin insanla heç nə alınmır. Bəziləri sizin hisslərinizi ayaq altına atır, nəticədə sizə bu ağrını unutmaq üçün aylar lazım olur.

Amma bu başqa hissdir. Bu o hissdir ki, siz bilirsiniz ki, münasibətləriniz həmişəlik deyil və indi sona çatmalıdır. Siz ona sadəcə "sənə həyatda ən yaxşı şeyləri arzulayıram"deyib, həyatınıza davam edə bilmirsiniz. Siz əsas məsələni bitirə bilmirsiniz, çünki bilirsiniz ki, münasibətləri kəsə bilməyəcəksiniz. İndi yox...bəlkə də heç vaxt.

Sonra siz "sevgi məşhəri"ndə batırsınız. Bu elə bir yerdir ki, siz bütün həyatınızın sevgisinin kim olduğunu, amma hal-hazırda birlikdə olmadığınızı bilirsiniz. Ola bilər ki, kiçik görüşləriniz olub, ola bilsin ki, mükəmməl münasibətləriniz olub, amma siz heç vaxt rəsmi olaraq birlikdə olmamısınız. Bu insanla əlaqələr o qədər real, güclü və cazibəlidir ki, siz həmişə geri çəkilmisiniz. Münasibətlər öz kulminasiya nöqtəsinə çatmayıb, buna görə də bitə bilmir.

Fakta əsasən, bu münasibətləri bitirdiyiniz adam da ola bilər. Amma vaxt azlığından, işlərin çoxluğundan və s. onunla birlikdə deyilsiniz, həmişə onunla birgə olmaq imkanını itirirsiniz.
Buna görə də siz sevgi məhşərində əyləşib bir-birinizi tapacağınız vaxtı gözləyirsiniz. Siz nəinki sadəcə oturub gözləyirsiniz, qəmli müsiqiləri dinləyərək gözləyirsiniz. Nə iləsə başınızı qatırsınız, sağlam düşüncəli insan olmaq və normal həyat yaşamaq üçün fikir və düşüncələri özünüzdən qovursunuz.

Siz digər mehriban, yaraşıqlı insanlarla qarşılaşırsınız və istəyirsiniz ki, nə isə alınsın, amma bu heç vaxt baş vermir, çünki nə isə qaydasında getmir.

O sadəcə _________ (boşluğu adla doldurun) kimi deyil.

"O Reyçel kimi deyil"— bu "Dostlar" serialından məhşur frazadır. Bu elə həmin adamdır ki, sizi sevgi məhşərində tutub saxlayır, sizi hiss etməyə məcbur edir. Bu hissi heç nə ilə müqayisə etmək olmaz.

Belə bağlılıq ömürdə bir və ya iki dəfə olur. Dostlarınız belə hisslərinizə görə sizin dəli olduğunuzu düşünür. Nəyə görə dünyada bu qədər adam varkən, siz yalnız birini seçmisiniz. Bu suala cavab verə bilmirsiniz.

Ürəyin öz ağlı var, hansı ki, bizim ağlımız bu barədə heç nə bilmir.
~ Blez Paskal

Bəziləri qarşılaşdıqları adamla görüşür, aşiq olu və xoşbəxt həyat yaşayırlar. Amma digərləri o qədər də bəxtəvər olmurlar. Bizdən bəzilərimiz o insanla alınsın deyə mübarizə aparmağa, ayrılıq acısı çəkməyə, cəhənnəm əzabı yaşamağa məcbur oluruq. Bəlkə də problem yenə vaxtdadır. Bəlkə də sakitləşmdədən öncə siz daxilən böyüməli, yetkinləşməlisiniz.

Nə problem olursa olsun, bilirsiniz ki, nəticədə siz bir-birinizi yenidən tapacaqsınız. Sizin vəziyyətiniz Ross və Reyçel, Kerri və Biq, Alli və Noy və digər sevgi hekayələrində olduğu kimidir. Sizin də buraxmaq istəmədiyiniz və buraxa bilmədiyiniz insan var.

Amma çıxış yolu tapmazdan əvvəl, sizin sevgi məşhərində əyləyib kimisə və ya nəyisə gözləyərək, fikirlərinizi başqa istiqamətlərə yönəltməyiniz yanlışdır. Bəziləri düşünürlər ki, "Sevgi başqa cür olmalıdır". Amma bu fikirlərlə razılaşmayın, onalara "siz hardan biləsiniz" deyərək etiraz edin. Əgər siz sevgini asanlıqla əldə etmisinizsə, bu o demək deyil ki, başqalarında da belə olmalıdır. İnsanlar çox mürəkkəb varlıqlardır və sevgi heç də həmişə xoş olmur.

Əgər sizdə belə olmayıbsa, bu o demək deyil ki, bu doğru deyil. Bu o deməkdir ki, sizin yolunuz daha asan olub. İndi sevgi məhşərində olan insanlar mütləq öz sevdikləri ilə birlikdə olacaqlar.

Ailə və Uşaq     Baxılıb: 2131   Tarix: 22 oktyabr 2015
f Paylaş

Oxşar xəbərlər

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

.

Uşaqlarda saç yolma: Səbəbi idarəolunmaz stress ola bilər

Uşaqlar da böyüklər qədər stressə məruz qala bilər və stress altında böyüklərdəki kimi müxtəlif psixoloji problemlər yaşaya bilərlər. Bu problemlərdən biri də saç yolma xəstəliyi, trixotillomaniyadır. İbtidai məktəb və y

.

Uşaq bezləri virus yayır – Valideynlərin NƏZƏRİNƏ

 . Uşaq bezləri məlum olmayan yeni viruslar yayır. "Nature Microbiology" jurnalında bununla bağlı məqalə dərc edilib. Məlumata görə, beynəlxalq tədqiqat qrupu körpə nəcisində 10 00 yeni virus aşkar etdiyini bildirib

.

Abortdan sonra yenidən hamilə qalmaq - Təhlükəli tərəfləri

ABORTUN EFFEKTİVLİYİ. Bəzi hallarda, abortun keçirilməsinə baxmayaraq hamiləlik qalır və öz inkişafını davam etdirir. Dərman vasitəsi ilə abortdan sonra dölün qalma ehtimalı orta hesabla 2-dən 5%-dəkdir. Vakuum aspirasiyas

.

Körpələri yelləyərək yatırmayın – RİSKLƏRİ NƏLƏRDİR?

Valideynlərin əksəriyyəti körpəni yelləyərək yatırırlar. Bu üsul kifayət qədər faydalı görünsə də, əslində körpələr titrəmənin təsiri ilə bayılma deyilən bir vəziyyətə düşürlər. Bu, qədim zamanlardan bəri tətbiq olunan v

.

Uşağınız gecə yatarkən altını isladırsa SƏBƏBİ BUDUR

Gecə sidik qaçırma bütün dünyada milyonlarla uşağa təsir edən sağlamlıq problemidir. Əgər uşaq 5 yaşındadırsa və hələ də gecə yatağı isladırsa, bu, ciddi problemdən xəbər verə bilər. Təxminən hər beş uşaqdan birində gecələ

.

Hər yaşın öz musiqisi - Uşaqlarınızın seçimini bu SİYAHI-dan edin

Hər yaşda musiqi insana bircür təsir edir və zövqləri də müxtəlif istiqamətlərə yönləndirir. Musiqi bir incəsənət növüdür, amma sağlanlığımızı da formalaşdırmağa qadirdir. Sağlamolun.az müxtəlif yaş qrupları üzrə sağlam v

.

Süni ana bətnində körpələr dünyaya gələcək - ŞOK PROQNOZ

Yaponiyanın Kyuşu Universitetində çalışan alimlər laboratoriya şəraitində süni bətn içərisində yetişdirilərək "doğulacaq" körpələrin 2028-ci ilə qədər mümkün ola biləcəyini açıqlayıblar. . Tədqiqatçılar özlərini

.

Uroloqdan uşaqlarla bağlı ÇAĞIRIŞ: 1 gün gecikmək

Uşaqlarda sidik yolu infeksiyası son zamanlar  tez-tez rast gəlinən bir problemdir və bəzən bu infeksiyaların səbəbi altda yatan ciddi bir xəstəlikdən yarana bilər. Bu səbəblə əgər bu infeksiyalar təkrarlanırsa, bunları

turlar.az

sonxeber.az yemek reseptleri geymler 2024 qaşların formalari badimcan murebbesi xına bayatıları pehriz salatlar və qəlyanaltılar kosmetika efsaneler paxlava kley lekesi məsəllər novruz hakistasi