Heyva ilə hazırlanan MÖCÜZƏVİ MASKA - Bütün qırışlardan AZAD OLUN

Heyva ilə hazırlanan MÖCÜZƏVİ MASKA - Bütün qırışlardan AZAD OLUNHeyvanın özü, qabığı, tumları, hətta yarpağı və çiçəyi ayrı-ayrılıqda min bir dərdə şəfadır. Bir sözlə, kalorisi az olan meyvənin faydaları saymaqla bitmir.

Onun şəfası barədə hələ qədim insanlar da məlumatlı idi. Məsələn, qədim dövrlərdə romalılar ətirləri də heyva tumu ilə zənginləşdirərdilər. İndi isə ən bahalı kremlərin xam maddəsini heyva tumu və digər inqrediyentlər təşkil edir. Ona görə də heyva tumu gözəllik sektorunda daha çox gənclik iksiri kimi tanınır.

xanim.az publika.az-a istinadən bildirir ki, heyva antioksidant xüsusiyyəti sayəsində yara və ləkələri yox edir, o cümlədən sızanaqlar üçün də təbii dərman funksiyasını yerinə yetirir.

Qırışlar üçün maska

Dəriyə təbii botoks effekti verən maska hazırlamaq üçün 7-8 ədəd heyva tumunu çıxardıb 1 stəkan ilıq suda, ağzı açıq şəkildə 1 gün saxlayın. Jele kimi bir məhlul alınacaq. Onu üzə, boyuna sürtün və 20 dəqiqə dərinizdə saxlayın. Üzünüzü ilıq suyla yuyun. Tez başa gələn maska dərini yumşaldır və onun elastikliyini bərpa edir, qırışları azaldır. Yaxşı nəticə üçün maskanın 20 gün müddətində müntəzəm istifadəsi şərtdir.

Qeyd edək ki, su yerinə gül suyu da istifadə edə bilərsiniz. Əlbəttə, bu daha yaxşı effekt verər.

Solğun və qırışmış dəri üçün heyva maskası

Heyva dilimləri ilə üzü silmək qırışlara və dəridəki solğunlu aradan qaldırmaq üçün ideal vasitədir.

Yağlı dəri üçün heyva suyu

Dəymiş bir heyvanı sürtgəcdən keçirərək suyunu çıxarın. Bu suya pambıq batıraraq dərinizi silin. Yağlı dərilər üçün mükəmməl təmizləyicidir. Həmçinin çillərin rənginin açıq şəkildə açılmasını təmin edir.

Təmizləyici heyva maskası

1 heyvanı ürtgəcdən keçirin, içinə 1 yumurta ağı əlavə edib qarışdırın, üzünüzə sürtün. 15-20 dəqiqə gözlədikdən sonra yuyun. Bu maska qırışlar və yağlı dəri tipinə uyğundur. Bundan başqa dəridə təmizləyici, təravətləndirici və canlandırıcı təsiri var.

Yağlı saçlara heyva maskası

30 qram heyva tumlarının üzərinə 1 stəkan su töküb 1 saat saxlayın. Sonra zəif odda qaynadıb süzün. Bunu isti-isti yağlı saçların dibinə sürtün. Saçlar quruduqdan sonra isti su ilə yaxalayın. Bu maskanı 1 həftə ərzində hər gün etməyiniz məsləhət görülür. Qarışığı soyuducuda saxlaya bilərsiniz.

1 ədəd iri yetişmiş heyvanın tumlarını çıxarıb kub şəklində doğrayın. Üzərinə 2 stəkan su töküb 5 dəqiqə qaynadın və soyumağa qoyun. Qarışıq soyuduqdan sonra saçlarınız dibinə masaj edərək sürtün. 1 saat gözlədikdən sonra saçlarınızı şampun istifadə etmədən yaxalayın.

Yanıqlar üçün heyva

5 ədəd heyvanın tumlarını çıxarın. Ağzı qapalı bir bankanın içinə tumlarını əlavə edərək üzərinə yarım stəkan qaynar su tökün və 5 dəqiqə ərzində yaxşıca çalxalayın. Bu qarışığı yanıqlara gündə 1-2 dəfə sürtün.

Heyva tumunun sağlamlığa faydaları

Heyva tumu ancaq gözəllik sektorunda deyil, sağlamlıq problemləri ilə əlaqədar da istifadə edilir. Belə ki heyva tumunun bronxitə, öskürəyə, mədə və bağırsaq problemlərinə müsbət təsiri danılmazdır. Heyva tumu ciyərlər də üçün olduqca faydalıdır.

Heyva yarpağı və çiçəkləri soyuqdəymədə və mikroblarla bağlı narahatlıqlarda istifadə edilə bilər.

Uşaqlarda rast gəlinən ishal problemini ortadan qaldırır.

Heyva tumu ağız yaraları və qoxusunun qarşısını almaqda da olduqca təsirlidir.

Öskürək: Heyva tumunu alma çəyirdəyi və bal ilə birlikdə qarışdırıb məcun halında qəbul etsəniz və su ilə qaynadıb içsəniz, öskürəyi kəsər.

Sidik yolu iltihabı: Heyva tumunu qaynadıb suyunu şəkərsiz konfetlə içmək sidik yolu iltihabına yaxşı təsir etsə də, acqarına içmək təklif edilir.
Anemiya: Heyva suyu üzüm kompotu ilə bərabər, içildiyi zaman qan azlığı kimi problemləri yox edir. Heyvanın tükləri qanayan yaraya qoyulsa, qanaxmanın qarşısını alır.

Sakitləşdirici vanna: Heyva yarpaqlarını qaynadıb suyunda vanna qəbul etmək sinirləri sakitləşdirər.

Susuzluq: Heyva sərinləşdirici xüsusiyyəti ilə həm susuzluğu aradan qaldırır, həm də bədənə sərinlik gətirir.

Ürək: Heyvanın özü, kompotu və tumu, bunları çiy yemək ürək xəstəliklərində ən əsas qidalardır.

Gözəllik və Moda     Baxılıb: 7258   Tarix: 01 noyabr 2016
f Paylaş

Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qəpik-quruşa başa gələn məlhəm: Və ya qüsursuz ərəb şahzadələrinin 8 gözəllik sirri

Şərq gözəlləri cazibədarlıqlarını qorumaq üçün təbii yanaşmaya sadiq qalır və bu baxım sirlərini nəsildən-nəsilə ötürürlər. Qərb kosmetologiyasında çıxan yeni məhsullar, yerini çox zaman ənənəvi üsullara verir. " sayt

.

Keçmişin dəhşət doğuran 8 gözəllik standartı

Müasir dövrdə qızlar mümkün qədər möhtəşəm görünmək üçün çox pul və səy sərf edirlər. Ancaq keçmiş dövrlərdəki qadınların yaşadıqlarını bununla müqayisə etmək olmaz. İntibah dövrü – qırxılmış alınlar. İntibah dövründə hündür

.

Dəb ikonalarının gözəllik reseptləri

İllərə meydan oxuyan dəb ikonalarının hər birisinin özünəməxsus gözəllik reseptləri var. Onlardan bəzilərini  sizə təqdim edirik. Ceniffer Lopez. Hollivudun dəb ikonası Ceniffer Lopez heç dəyişilməyən və daim təravətli ola

.

Bu ilin trend saç kəsimi: "Curve cut"

Yazın gəlişi ilə saçınızda müəyyən dəyişikliklər etmək istəyirsinizsə, bu yeni trend tam sizin üçündür. 2023-cü ilin ən populyar saç kəsimi adlandırılan "Curve cut" uzun zamandır axtardığınız dəyişikliyin ünvan

.

2024-cü ilin gözəllik trendi necə olacaq?

2024-cü ildə plastik cərrahlar daha orijinal, təmkinli estetika üçün həddindən artıq estetik prosedurlara qarşı xəbərdarlıq edərək, hüceyrə baxımı və sağlam yaşayışı vurğulamaqla təbii gözəlliyi qəbul etmək istiqamətind

.

Yaz üçün saç düzümləri: 80-dən bir PARTLAYIŞ

1980-ci illərdə məşhur olan saç düzümü yenidən dəbdədir. Bu barədə "New York Post" məlumat yayıb. Söhbət "permanent wave" (daimi dalğalı) saçlardan gedir. Bu tendensiya modellər Emili Ratajkovski, Bell

.

Qadınları daha cavan göstərən saç modeli

Saç ustası Qari Duqlas "Bob" modelini qadınlara daha cavan göstərən saç düzümü adlandırıb.  Yaş artdıqca saç quruluşu da dəyişir. Beləliklə, dəri daha az sebum istehsal etməyə başladığı üçün saçlar daha incə v

.

Gözləri ifadəli göstərən makiyaj dəbi

Düzgün edilən makiyaj üzdə əsl möcüzələr yarada bilər. Fırça və süngərlərdən məharətlə istifadə edənlər yalnız ənliklə yanaqlarına əməliyyatsız liftinq effekti verə, dodaqlarını həcmli, gözlərini isə daha ifadəli göstər

.

Bu qışın DƏBİ: "Üşümüş qız" makiyajı

"Tiktok" video platformasının həyatımıza qatdığı maraqlı gözəllik trendlərinə daha biri əlavə olunub. Belə ki, bu dəfə qışın gəlişi ilə yeni "Cold girl" (üşümüş qız) makiyajı dəbə minib. Bir çox qız b

turlar.az

sonxeber.az geyim necə seçməli geyim seçimi kosmetoloq qadın psixologiyası fitrə kimlərə verilir tutmalar sonsuzluq kosmetika brusell bakteriyası oğlaq novruza aid hakistalar big.az tut ağacı tutdudu