Həzmə kömək edən, immuniteti gücləndirən, arıqladan... bitki - Cəmi 20 qəpiyə

Həzmə kömək edən, immuniteti gücləndirən, arıqladan... bitki - Cəmi 20 qəpiyəTəzə limon suyu tərkibindəki antioksidantlar və xərçəngə qarşı maddələri sayəsində əsrlərdir müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur. Eyni zamanda, dərini təmizləyir. Limon suyu tərkibindəki C vitamini ilə bədəni toksinlərdən təmizləyir və beyin fəaliyyətini yüksəldir. Aile.lent.az limon suyunun çoxlarına məlum olmayan faydaları ilə sizi tanış edir.

Limonun ən əhəmiyyətli faydalarından biri zehni gümrah saxlamağa kömək etməsidir.
Günortadan sonra enerji itkisi hiss edirsinizsə, limon suyundan faydalana bilərsiniz. Sadəcə olaraq əllərinizin bilək hissəsinə bir neçə damcı limon suyu damcıladın və yüngülcə ovun. Bununla yaddaş, diqqət və dil-ağız kimi zehni funksiyalarınızı dinamik saxlayarsınız.

Limon suyunun digər faydalarını bu cür sıralamaq olar:

1. Həzmə kömək edir. Limon suyu həzm sistemini toksinlərdən təmizləyir, mədədəki göynəmə və köp kimi narahatlıqlara müsbət təsir edir.

2. Arıqlamağa kömək olur. Nizamlı olaraq ilıq limonlu su içdikdə mədənin turşuluq nisbəti tənzimlənir. Mədə turşusu yüksək olan insanlar davamlı yemək istəməklə mədəni sakitləşdirməyə çalışırlar. Bu da qısa müddətdə acmağa və kökəlməyə səbəb olur. Limonun içərisində olan pektin lifi isə acmaq hissini gecikdirir.

3. İmmunitet sistemini gücləndirir. Stress immunitet sistemini zəiflədir. Buna görə də immunitet sistemini dəstəkləyən C vitaminli qidalar yemək stressli vaxtlarınızda prioritet olmalıdır. Limon da mükəmməl bir C vitamini qaynağıdır.

4. Nəfəsi təravətləndirir. Diş əti iltihablarına və diş ağrılarına yaxşı təsir etdiyi kimi ağızdan pis qoxu gəlməsinin də qarşısını alır. Ancaq diş minasına zərər vermək istəmirsinizsə, limonu birbaşa yeməyin. Limonlu su içdikdən sonra dişlərinizi fırçalasanız, daha faydalı olar.

5. Ph dəyərini tarazlayır. Limon qələvi qidalardan biridir və tərkibində olan sitrik turşusu həzmdə turşuluq yaratmır. Hər gün limonlu su içsəniz, bədəninizin ümumi turşuluq nisbəti müəyyən müddət sonra düşər. Eyni zamanda, oynaqlarda yığılan urik turşu limon sayəsində yox olur.

6. Enerjini artırır. Limon suyu sinir sistemində sakitlik, depressiya və narahatlığa yaxşı təsir edərək xoşbəxtlik hissi yaradır. Bunun sayəsində isə insan özünü daha gümrah hiss edir. Limon həzm sisteminə daxil olan kimi bədənə enerji verir.

7. Viral infeksiyalarla mübarizə aparır. İlıq limon suyu boğaz ağrısı, soyuqdəymə kimi simptomların azalması üçün olduqca təsirlidir.
lent.az

Xəbərlər     Baxılıb: 1792   Tarix: 16 yanvar 2017
f Paylaş

Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ürəyə zərərli olan arıqlama əlavələri

Arıqlamaq üçün nəzərdə tutulmuş əlavələr qida boşluqlarını doldurmaq və sağlamlığı qorumaq üçün məşhurdur, lakin onlardan bəziləri təhlükəli ola bilər.   -a istinadən xəbər verir ki, kofein əsaslı arıqlama məhsulları, efedri

.

Dırnağını yeyənlərdə 10 cür xəstəlik yaranır

Onixofagiya uşaq yaşlarından başlayan, dünyada çox yayılmış zərərli vərdişlərdən biridir. "medicina"ya istinadən dırnaq yeməkdən yaranan xəstəlikləri təqdim edir:. Gecə növbəsində işləmək orqanizmə necə təsir edir?

.

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

Alimlər psixodelik təsir yaradan qurbağa zəhərindən depressiya və anksiyetenin müalicəsi üçün istifadə edilə biləcəyini düşünürlər.   -a istinadən xəbər verir ki, halüsinasiya təsirli göbələklərdəki LSD və psilosibin kim

.

Fiziki fəaliyyət xərçəng riskini azaldır?

"Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". -a istinadən bildirir ki, bu barədə xərçəngin reabilitasiyası sahəsindəki mütəxəssisi, Hull Universitetində

.

34 ölkədə qadağan olunan məhsul Azərbaycanda çiçəklənmə dövrünü yaşayır: Sağlamlığımız təhlükədədir

Hazırda dünyada 34 ölkədə qadağan olunan bu məhsul, Azərbaycanda demək olar ki, çiçəklənmə dövrünü yaşayır. Söhbət elektron siqaretlərdən gedir. Uşaq, böyük, qadın, kişi - istənilən insanın əlində bu kiçik, rəngli alətlər

.

Avokado gözəlliyi qorumaq istəyənlərə necə kömək edir?

Avokado yüksək qida dəyəri olan meyvə kimi "Ginnesin Rekordlar Kitabı"na daxil edilib.   -a istinadən xəbər verir ki, 100 q meyvədə təxminən 160 kalori var. . Bunlar pəhriz hesab olunur, çünki tərkibində yalnı

.

Təzyiq dərmanını səhər, yoxsa axşam içməli?

Hipertoniyaya qarşı təzyiq salıcı dərmanları günün hansı saatında içmək lazımdır ki, xəstələr özlərini qorusun?.   -a istinadən xəbər verir ki, rusiyalı həkimlər Yelena Malışeva və German Gandelman hipertoniklərə tövsiyələ

.

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI

Hipertoniya illər boyu aşkar edilmədən ürəyə və böyrəklərə zərər verə bilər.   -a istinadən xəbər verir ki, bu barədə rusiyalı həkim Olqa Malinovskaya məlumat verib. Həkimin sözlərinə görə, yüksək qan təzyiqi həmişə başgicəllənməy

.

Broyler toyuqlarının bu hissələrini yeməyin

Məlumdur ki, toyuq əti qiymətli kalium, flüor, kalsium, maqnezium, natrium, yod, dəmir, həmçinin bir çox vitamin, mikro və makroelementlər mənbəyidir. . Bununla belə dünya alimləri qeyd edirlər ki, quşun bəzi hissələri insa

turlar.az

sonxeber.az yaz geyimleri 2024 qadin dunyasi aksessuarlar saç tökülməsi 2024 yaz yay kolleksiyasi qadın və texnologiya əqrəb bürcü kosmetika ikizler birlik penis oyunlar uşaq şeirləri