Hicablı müğənni Xuraman ən məhrəm SİRRİNİ AÇDI: "Gərək uşaqlar yatandan sonra..."

Hicablı müğənni Xuraman ən məhrəm SİRRİNİ AÇDI: "Gərək uşaqlar yatandan sonra..."Çoxdandır görünmür, şou-biznesin gündəmindən qaçaq düşüb. Müğənni Xuraman Şuşalını deyirəm, film təqdimatlarının birində qarşılaşdıq. Başı xına biznesinə qarışan Xuramanı söhbətə çəkdik.

Xanim.az xəbər verir ki, Yeniçağ.az-a müsahibə verən sənətçi şəxsi həyatı ilə bağlı elə sözlər danışdı ki…

– Biznes-ledi olandan bəri, deyəsən, yaradıcılığına fasilə vermisən?

– Yaxınlarda bir mahnımı eşidəcəksiniz, bomba kimi partlayacaq. Biznesə gəlincə, xına, toy dekorları hazırlayırıq. Deyirlər, Xuraman milyonçudu. Amma o milyonları harda gizlətmişəm, xəbərim yoxdur.

– Doğrudan harada gizlətmisən?

– Neft daşlarında. (gülür) Mənim ürəyim varlıdır. Övladlarım elə var-dövlətimdir.

– Söhbəti çevirmə, doğrudan xərc borcu ödəyir?

– Çoxları xahiş edirlər, bizə çatanda ağlaşma qururlar ki, pulumuz yoxdur. Amma şükür, qazancım olur.

– Bir vaxtlar ən bahalı avtomobili sən sürürdün, bəs indi vəziyyət necədir?

– Elə həmin "AUDİ"-ni sürürəm, o vaxt onu 120 min manata almışdım. Bacı, onda pul var idi, alıb sürürdüm. İndi də olanıma şükr edirəm.

– Sona qədər bağlanacaqsan, yoxsa nə vaxtsa hicabı açmaq fikrindəsən?

– İnşallah ki, belə davam edər. Mənim başımı açmaq niyyətim yoxdur, Allah heç qismət də eləməsin.

– Həyat yoldaşın nə deyir bəs?

– Hicabım onun başının tacıdır. Bəziləri deyirlər ki, guya məni həyat yoldaşım hicaba gətirib, başımı bağlatdırıb. Əslində belə deyil. Allah özü mənə bu yolu göstərib.

– Ailəni qoruyub saxlamaqda güc kimin üzərinə düşür: kişinin, yoxsa qadının?

– Əlbəttə ki, qadına düşür. Amma mən deyərdim ki, 50-50-yədir. Hər iki tərəf ailənin qorunub saxlanması üçün cəhd göstərməlidir.

– Hansı gözəl xasiyyətinə görə həyat yoldaşının mənfilərinin üstündən xətt çəkmək olar?

– Həyat yoldaşım o qədər vicdanlı insandır ki… Cibində 10 manat pulu olsun, onu da kasıba verər. Avtomobil dayanacağındakı nəzarətçiyə hamı 50 qəpik uzadanda, o, cibindəki qəpiklərin hamısını xışmalıyıb verir.

– Evdə kim daha çox pul xərcləyir?

– Mən pulumu özümə xərcləyirəm.

– Büdcəniz bir deyil ki?

– Yox, ayrıdır. Çünki həyat yoldaşım özü bədxərcdir. Pulumu ərimdən gizlətmirəm də. Çünki bilirəm ki, ərim mənim pulumu götürüb xərcləməz. Ay özünə maşın alsın-filan, onda belə xüsusiyyətlər yoxdur. Elə qadın var ki, ərinə maşın bağışlayır. Mən pulumu əziyyətlə qazanıram və hər ikimizin pulu uşaqlarımızın gələcəyi üçün lazımdır. Amma yoldaşım mənim puluma əl vurmur. O belə şeyləri özünə ayıb sayır. Elə mən də. Harada görünüb ki, kişi qadının pulunu xərcləsin, əli də var, ayağı da. Zəhmət çəkib özü pul qazanmalıdır. Amma övladımız üçün ikimiz də xərcləməliyik.

– Sənin hansı xüsusiyyətin onu daha çox cəlb edir?

– O, həmişə deyir ki, sənin ürəyinə qurban. Özümü durub tərifləyə bilmərəm, amma mənim də onun kimi mərdanə xüsusiyyətlərim çoxdur.

– Bəs hansı xüsusiyyətin onu əsəbiləşdirir?

– Deyinməyim. Çox deyinirəm və o, bu xasiyyətimi sevmir. Əvvəllər daha çox olurdu belə hallar. Çünki hamiləlik dövründə stresslər-filan olurdu, bu da deyinməyimə əsas verirdi. Amma indi özümü daha çox kontrol etməyə başlamışam. Çünki buna haqqım yoxdur.

– Evə bazarlığı kim edir?

– Yoldaşım. Mən böyük marketlərə getməyi sevirəm, ona da vaxtım olmur. Bizim evdə bir qayda var: evə nə alındısa dərhal yeyilməlidir. Köhnə məhsulları xoşlamırıq. Evimizdə ən çox ət yeyilir, çünki oğlumun qanazlığı var, hər gün ət yeməlidir. Evdə bir gün ət bişməsə, qırğın olar. Uşağa görə biz də yeyirik.

– Heç küsülü qalırsınız?

– Olur.

– Neçə gün?

– Nə gün? Heç bir saat da çəkmir.

– Barışıq addımını kim atır?

– Mən. Çünki mənə küsülü qalmaq sərf eləmir. Bir də görürsən uşağa nəsə lazım olur, deyirəm ay Elçin, dur onu ver də. O sarıdan çox bicəm. Küsülü qalsam gərək bütün işləri özüm görəm axı.

– Geyimlərinə çox pul ayırırsan?

– Geyinməyi sevirəm. Modelyer-dizayenerlə çalışıram.

– Qarderobda hicablı geyimlərdən başqa nə var?

– Çoxdur, tək hicabla iş bitmir axı, mən məcburam ərim üçün də bəzənib-düzənim. Evdə hicabda olmuram axı.

– Evlilik təbii ki, sevgini azaldır. Kişini hər gün aşiq etmək üçün neynirsən?

– Gərək uşaqlar yatandan sonra kişiylə oturub dərdləşəsən, şeirdənmi deyim, poemadanmı deyim… (gülür)

Xəbərlər     Baxılıb: 12087   Tarix: 01 may 2017
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Siqareti tərgitdikdən sonra niyə kökəlirik?

"Siqareti buraxdıqdan sonra çəki artımı siqareti tərgitmə faktı ilə deyil, pis qidalanma vərdişləri (şəkər, duz və qızardılmış qidalardan sui-istifadə) ilə əlaqələndirilir". "Unikal"a istinadən xəbər veri

.

Saç tökülməsinin qarşısını alan 3 əsas qida

Araşdırmalara görə, 3 məşhur vitamin və mineral saç tökülməsinin qarşısını almağa kömək edə bilər. -a istinadən xəbər verir ki, saç tökülməsi tez-tez stress və ya hormonal dəyişikliklər nəticəsində yaranan ümumi bir problemdir

.

Gözlənilən ömür uzunluğu artacaq - Neçə il?

Beynəlxalq alimlər qrupu əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun artmağa davam edəcəyini müəyyən ediblər.   -a istinadən xəbər verir ki, 2050-ci ilə qədər qlobal ömür uzunluğunun nə qədər artacağı proqnozlaşdırılıb

.

Xoşbəxt cütlüklərin heç vaxt etmədiyi 6 ADDIM

Xoşbəxt münasibətlər harmoniyanı qorumağa və ümumi səhvlərdən qaçmağa kömək edən müəyyən prinsiplərə malikdir.   -a istinadən xəbər verir ki, psixoloqlar əlaqənizi yaxşı vəziyyətdə saxlamağınıza kömək edəcək əsas aspektlər

.

Bu yağlar qanı laxtalandırır

Həkimlər qan laxtalanma riskini artıran yağ növlərini açıqlayıblar.   -a istinadən xəbər verir ki, bu yağlar qızartma zamanı xüsusilə təhlükəli olur. Həkimlər omeqa-6-da yüksək olan yağların istehlakının mümkün təhlükələr

.

Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı

Yaponiyanın Toregem Biopharma startapı dişlərin böyüməsi üçün dünyada ilk dərmanın sınaqlarını elan edərək stomatologiya sahəsinə inqilabi töhfə verib. .   -a istinadən xəbər verir ki, bu dərman, yaradıcılarının iddia etdiy

.

Sarımsağı belə yetişdirin – Alma boyda olacaq

Sarımsaq yetişdirən insanlar əməklərinin nəticələrini geniş miqyasda görüşmək istəyirlər. Ancaq çox zaman istənilən nəticə əldə edilmir. Çünki bunun üçün düzgün yetişdirilmə forması vacibdir. .   -a istinadən xəbər verir ki

.

Orqanizmi qalxan kimi qoruyan RESEPT

Sarıkök və zeytun yağı ayrı-ayrılıqda sonsuz faydaları olan iki qida olsa da, bir araya gəldikdə gücünü ikiqat artırır. . -a istinadən bildirir ki, ekspertlər bir qaşıq zeytun yağına bir çimdik sarıkök əlavə edəndə möcüzəv

.

Qeyri-sabit hava orqanizmə bu cür təsir edir – Həkim

Havanın qeyri-sabit keçməsi təkcə virusların fəallaşmasına yox, temperatur balansının pozulmasına gətirib çıxara bilər. Çox vaxt insanlar buna görə xəstələnirlər. xəbər verir ki, bu sözləri tibb elmləri doktoru, həkim-cərra

turlar.az

sonxeber.az yaz geyimleri 2024 toy gecesi hamiləlik qlazok cinsi infeksiyalar seks prosesi qadindunyasi.az kosmetika rus dilini öyrənək 2 ci dərs burclerin uygunlugu nagillar novruz bayramına aid hakıştalar toyuq salati