Himba: qadınların heç vaxt yuyunmadığı bir xalq - FOTO

Himba: qadınların heç vaxt yuyunmadığı bir xalq - FOTODünya xalqlarından biri də himbalardır. Afrikada yaşayırlar və fərqli adət-ənənələri var. Sivilizasiya bu qəbilədən uzaqdır. Onlar əcdadlarından qalma adətləri bu gün də davam etdirir və bundan xüsusi zövq alırlar. Qızları "qara qitə"nin ən gözəl qızları hesab olunur. Amma tərslikdən bu "gözəllər" heç vaxt yuyunmur. Bədbəxtlikdən yuyunmaq onların adətinə uyğun deyil. Buna baxmayaraq, Himba qəbiləsindən olan qızların şəkilləri dünyanın aparıcı nəşrlərinin üz qabığını bəzəyir.
Himba: qadınların heç vaxt yuyunmadığı bir xalq - FOTOHimba qəbiləsi Afrikanın cənub-qərbində yaşayır. Onlar almaz yataqları ilə zəngin Namibiya ilə qonşudur. Bölgədə çoxlu etnik qruplar həyat sürür. Hər birinin özünəməxsus dili, adət-ənənəsi var. Belə qruplardan biri də "dilənçilər" mənasını verən Himba xalqıdır.
Bu pinti insanlar ölkənin şimalındakı sərt səhra iqlimində yaşayırlar. Onlar Afrikada yarıköçəri xalq hesab edilirlər. Himba xalqının əsas məşğuliyyəti mal-qara saxlamaqdır. Heyvanları otarmaq üçün xüsusi otlaqları var. Yağışlı və quraqlıq mövsümlərində ayrı-ayrı otlaqlardan istifadə edirlər. Buna görə də Himba ildə iki dəfə yerini dəyişir. Bu xalqın sayı elə də çox deyil. Cəmi beş min nəfərə yaxındır.
Himba yaşayış yerləri
İnsanların ənənəvi yaşayış yerləri həddindən artıq sadədir. Nazik ağac gövdələrindən hörülmüş hündür konusvari daxmada yaşayırlar. Daxmanın hər yeri peyinli palçıqla örtülür. Peyin kütləsi quruyan kimi evdə qonaqlıq təşkil edirlər.
Himba: qadınların heç vaxt yuyunmadığı bir xalq - FOTOHimbaların evində mebel olmur. Evi əsasən heyvan dəriləri bəzəyir. Bütün kəndlərin mərkəzində əcdadlarının müqəddəs simvolu - Okuruvo alovu yanır. Müqəddəs ocağa yalnız yaşlı insanlar nəzarət edir. Himba xalqı inanır ki, müqəddəs od yandıqca, ölən əcdadlarının ruhları onlara kömək edir. Onlar dünyanı Mukuru adlı ali varlığın yaratdığına inanırlar. Buna görə də hər səhər tezdən bütün himbalılar müqəddəs ocağın ətrafına toplaşır və ölənlərinin ruhu ilə danışırlar.
Himba ailəsi
Himbalar oğlan uşağını həddi-büluğa çatmamış sünnət edirlər. Onlar bunu bir keçid ayini sayırlar. Oğlan evlənənə kimi onu kişi hesab etmirlər. Məsələ burasındadır ki, ərə gedən qız uşaq dünyaya gətirənə qədər qadın hesab edilmir. Himba kişiləri çoxarvadlılığı sevir. Bir kişinin eyni vaxtda iki arvadı olur. Qadınlar da eyni anda iki kişinin arvadı ola bilər. Himbalarda qısqanclıq hissi yoxdur. Bu yarıköçəri xalqın genetik tədqiqatları sübut edir ki, uşaqların 48 faizinin atası nikahdankənar kişilərdir. Bəzən ailədə doğulan yeddi uşağın yeddi atası olur.
Himba: qadınların heç vaxt yuyunmadığı bir xalq - FOTOKişilər və qadınlar arasında vəzifələrin bölüşdürülməsi də qəribədir. Qadın ən çox əmək tələb edən ev işlərini yerinə yetirir. Mənzili qadınlar tikir. Odun yığır, yemək bişirir, inək və keçi sağır, paltar tikir, ənənəvi zinət əşyaları hazırlayırlar. Uşaqlara baxmaq da qadının üzərinə düşür. Kişilərin işi yeyib-yatmaq və qonşunun arvadıyla gün keçirməkdir. Arada mal-qaraya da qulluq edirlər.
Himba: qadınların heç vaxt yuyunmadığı bir xalq - FOTONə yeyirlər və necə geyinirlər?
Himbalar pis yaşamırlar. Əsas yeməkləri süd məhsullarıdır. Kəsmik, xama, pendir və yağ Himba süfrəsinin bəzəyidir. Yaxınlıqda əkin üçün yararlı torpaq görən kimi qarğıdalı və darı əkirlər. Çöl quşlarının yumurtaları, yeməli otlardan da istifadə edirlər. Tırtıl sürfələri mopan ağaclarından toplanır. Onlar çox qidalıdır, çünki tərkibində əlli faizdən çox protein var. Onlar qurudulur və bu formada kifayət qədər uzun müddət saxlanıla bilər.
Himbalar ət yeməyini sevmirlər. Kəndlərdə ət yalnız böyük bayramlarda bişirilir. Himbalar arasında mal-qara sürüsü kapital sayılır. Xalq öz nəslinin qayğısına qalır.
Himba: qadınların heç vaxt yuyunmadığı bir xalq - FOTOHimba geyimi çox unikaldır
Qadınlar qısa dəri yubkadan istifadə edir, zinət əşyalarını sevirlər. Misdən hazırlanmış boyunbağı, müxtəlif növ muncuqlar və bilərziklər qadınlara xüsusi "gözəllik" verir. Əllərinə keçən hər şeyi zinnət əşyası kimi istifadə edirlər. Bəzən bir qadının üzərindəki "zərgərlik məmulatı" bir neçə kiloqram ağırlığında ola bilər.
Himba qadınlarının geyindiyi dəri yubka çox mürəkkəb dizayna malikdir. O, qadın geyiminin mühüm atributu - dəri kəmərlə saxlanılır. Kəmər qadına həm də kiçik əl çantası kimi xidmət edir. Amma sivilizasiya onlara az da olsa çatır. Kişilər köhnə avtomobil təkərlərindən özlərinə sandalet düzəldirlər. Gənclər getdikcə daha çox köynək və şort geyinirlər.
Saç düzümü xüsusi rol oynayır. Saçın düzülüşü onun sosial vəziyyəti barədə də məlumat verir. Bir qızın başındakı hörgülərin sayına görə onun evli olub-olmadığını və ya sadəcə evliliyə hazırlaşdığını müəyyən etmək olar. Eyni zamanda, ərlərinin və uşaqlarının da sayı saç düzümüylə ifadə olunur.
Subay kişilər bir hörük taxır. Evli kişi başının arxasını lentlə bağlayır. Dul qadın saçını hörməz, başına örtük taxmaz.
Gigiyena
Himba: qadınların heç vaxt yuyunmadığı bir xalq - FOTOHimba qadınları yuyunmaq istəsələr də, bu onların adətinə zidd olduğundan buna həvəs göstərmirlər. Ənənəyə görə, yalnız kişilər yuyuna bilər. Ən maraqlısı odur ki, Himba qadınları ilə təmasda olan hər bir kişi onların xoş qoxuya sahib olduğunu deyir. Yuyulmamış bədənin xoşagəlməz qoxusu sadəcə kişiləri məst edir. Qadınlar vulkanik gil, otlar və aromatik yağların qarışığını bədənlərinə sürtürlər. Saçlar da eyni üsulla "yuyulur". Bu üsul həm də Himba "gözəlləri"ni günəşin yandırıcı şüalarından qoruyur. Axşam qadın bütün bu "əşyaları" bədənindən təmizləyir və vanna qəbul edir. Bu vanna siz düşünən su vannası deyil. Himba gözəlləri tüstü vannasına girir.
Himba: qadınların heç vaxt yuyunmadığı bir xalq - FOTOOnların yaşadıqları ərazidə komifora adlı bitki bitir. Həmin bitkinin ətirli qatranlarından parfümeriya, tibb və ritual məqsədlər üçün istifadə olunur.
Yanan kömürlərin üzərinə zərif budaqlar və ağac yarpaqları atırlar. Aromatik tüstü ətrafı bürüyəndə Himbaların üzündə sevinc görünür. Qadın tüstünün üstündə əyilir, bu prosedur üçün xüsusi hazırlanmış yorğana bürünür və tərləməyə başlayır. Bundan sonra bədən mükəmməl təmizlənir, dezinfeksiya edilir və xoş bir "qoxu" ətrafa yayılır. Ancaq bu hamısı deyil. Bundan sonra qadın dərisinə komifora yarpaqlarından əldə edilən aromatik komponent və heyvan yağından hazırlanan məlhəm sürtür. Bəzən də gənc qızlar bu proseduru gündə iki dəfə "hamam" və "makiyaj"la edirlər.
Maraqlıdır ki, avropalılar tayfanın qadınlarının qırmızımtıl boya altında hamar dərilərini, qəribə, lakin cəlbedici saç düzümlərini ilk dəfə görəndə onları dünyanın ən gözəl qadını adlandırıblar.
KONKRET.AZ / milli.az

Xəbərlər     Baxılıb: 717   Tarix: 03 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

.

Bu problemləri yaşamaq istəmirsinizsə, stressdən uzaq olun

Dərimiz gündəlik həyatımızın qaçılmaz hissəsi sayılan stressin ən ağır yükünü daşıyır. Buna görə də bir çox dəri xəstəlikləri yaranır. . -a istinadən xəbər verir ki, dərimiz bədənimizin ən böyük orqanıdır və ətraf mühit faktorların

.

Min dərdə dərman "ağ çiçəyim"- Ağacda bitən can dərmanı

a istinadən "Şəfalı bitkilər" rubrikasında akasiya çiçəkləri barədə məlumat verir. Bahar gələndə salxım-salxım ağ çiçəklərinin qoxusu insanı məst edən akasiya əslində yüz dərdin dərmanıdır. Bu bitkinin çiçəklərində

.

Baş ağrılarını bu çayla dərhal aradan qaldırın

Səhər oyananda müşahidə olunan baş ağrısı bütün günü təsir edən və həyat keyfiyyətini aşağı salan bir vəziyyətdir. Baş ağrısı problemi yarananda ağıla tez-tez gələn üsul ağrıkəsicilərdən istifadə etməkdir. -a istinadən xəbə

.

Yemək bişirəndə duzu nə zaman əlavə etməliyik?

Duz yeməyin dadının dəyişməsinə kömək edir. Məhz bu səbəbdən duz olmadan yemək yemək son dərəcə çətindir. .   -a istinadən xəbər verir ki, bəzi yeməkləri başlanğıcda duzlamaq lazımdır. Söhbət istənilən növ dənli bitkilərdə

.

Hazır qəhvədə xəstəlik yayır? - İçki həvəskarlarının 90%-i yanılır

Bir çox insanlar səhərlər dəmlənmiş qəhvə əvəzinə hazır qəhvə içirlər. Bəzi qəhvə həvəskarları bu vərdişi etiraf etməkdən utanırlar. Utanmaqlarına səbəb onlar əmindirlər ki, içdikləri içki keyfiyyətsizdir və orqanizm üçü

.

Tez yuxuya getmək üçün nə etməli - MƏSLƏHƏT

Ümumi fiziki və emosional vəziyyətimiz sağlam və keyfiyyətli yuxudan asılıdır, amma bir çox insanlar, xüsusən də böyük şəhərlərin sakinləri yuxuya getməkdə problem yaşayırlar.   -a istinadən xəbər verir ki, bunun səbəbi stress

.

Yuxusuzluq piylənməyə səbəb olur

Piylənməyə səbəb olan bir çox faktorlar vardır. -a istinadən xəbər verir ki, onlardan biri də düzgün yuxu rejiminin olmamasıdır. Yuxusuzluq piylənmə və şəkər xəstəliklərini yaradır. Amerikalı diyetoloqlar 7 sağlam qadın v

.

Kartofun əzilməməsi üçün BUNU EDİN

Bir çox insanlar əzilməyən və mükəmməl qızardılmış kartof hazırlamaqda çətinlik çəkirlər. Bəzən kartoflar qızardılarkən ya yapışır, ya da əzilir. Bəs, bunun olmaması üçün nə etmək lazımdır? .   -a istinadən xəbər verir ki

.

Ağrı yoluxucudur – ARAŞDIRMA

Uydurma tibbi prosedurdan əvvəl bir insana bunun ağrılı olduğunu göstərsəniz, o, özünütəlqin səbəbindən narahatlıq duya bilər.   -a istinadən xəbər verir ki, bunu nəticələri "Communications Psychology" (Commun

turlar.az

sonxeber.az donlar 2024 aksessuarlar yemek reseptleri dünya mətbəxi roya ayxan donlar 2024 yay adət ənənələr kosmetika aybawi öpüşme burclər sağlamlığın sirleri qizliq perdesi