Hind quşu yumurtasının faydaları

Hind quşu yumurtasının faydalarıHind quşu yumurtası qida sənayesində toyuq yumurtası əvəzinə istifadə edilə bilir. Bunun səbəbi isə hind quşu yumurtasının tərkibinin toyuq yumurtasının tərkibi ilə təxminən eyni olmasıdır. Orta ölçülü hind quşu yumurtasının çəkisi 70-75 qram olur. Hind quşu yumurtasının rəngi krem ağı rəngdə və üstü qəhvəyi xallarla örtülü olur. Yumurtanın ölçüsü və qabığının rəngi onun qidalanmasından asılı olaraq az miqdarda dəyişə bilir.
Hind quşunun vətəni Amerika hesab edilir. Onun dünyada məşhur olması Xristofor Kolumbun Amerikanı kəşf etməsi ilə bağlıdır. Belə ki, hind quşunu ilk dəfə Avropa ölkələrinə Xristofor Kolub gətirib. Hind quşu ilk dəfə İspaniyaya gətirilmiş və sonralar artırılıb çoxaldılaraq bütün dünyaya yayılmışdır. Onu ilk əvvəllər ispan toyuğu adlandırmışlar. Hind quşu yumurtasından müxtəlif şirniyyatların, salatların, desertlərin, omletlərin hazırlanmasında istifadə edilir. Hind quşu yumurtası ədviyyat, sarımsaq, sitrus meyvələr və digər qoxulu qidalarla eyni yerdə saxlanıldıqda onların qoxusunu özünə çəkir. Ətrafdakı qoxuları özünə çəkməmək üçün isə hind quşu yumurtasını yağlayıb və ya parafinləyib saxlamaq lazımdır.
100 qram hind quşu yumurtasının qida dəyəri:
- Zülallar - 13,7 qr
- Yağlar - 11,9 qr
- Karbohidratlar - 1,1 qr
- Su - 73 qr
- Kalori - 171kKal.
Hind quşu yumurtasının tərkibindəıki faydalı maddələrin olmasına görə yumurtaların sırasında üçüncü yerdə durur. Onun yumurtası çox qidalandırıcı və faydalı xüsusiyyətlərə malikdir. Tərkibində olan vitaminlər və mikroelementlər hind quşunun qidalanmasından asılı olaraq dəyişə bilir. Ən dadlı hind quşu yumurtası yay aylarında olan yumurtalardır. Bu aylarda hind quşları təzə otlarla qidalandığına görə onların yumurtaları daha dadlı olur. Mütəmadi olaraq hind quşu yumurtası yemək sinir sisteminin və beynin işini yaxşılaşdırır, maddələr mübadiləsini yaxşılaşdırır və immuniteti yüksəldir. Hind quşu yumurtası yemək saçların, dişlərin və dırnaqların möhkəmlənməsinə səbəb olur. Bu yumurtanın tərkibində A, D, E, B, B6 vitaminləri, yod, kolbat, fosfor, sink, dəmir, kalsium, natrium, xlor və s. minerallar var. Hind quşu yumurtası orqanizm üçün çox faydalıdır. O nadir hallarda allergiyaya səbəb olduğuna görə bir yaşına qədər olan uşaqlara da vermək mümkündür.
Kosmetologiyada hind quşu yumurtasından müxtəlif maskaların hazırlanması zamanı istifadə edilir.
Hind quşu yumurtasının zərərli xüsusiyyətləri
Böyrək və qara ciyər xəstəlikləri səbəbindən qanında zülalın miqdarı çox olduğu xəstələrə hind quşu yumurtası yemək məsləhət görülmür. Hind quşu yumurtası orqanizm tərəfindən çətin sorulur. Bu səbəbdən də tox qarına bu yumurtanı yemək məsləhət görülmür.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 985   Tarix: 26 aprel 2022
f Paylaş

xidmetler

Oxşar xəbərlər

.

Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb

Ekstrakorporal gübrələmə yolu ilə doğulan uşaqlarda uşaq leykemiyasının inkişaf riski daha yüksəkdir, lakin səbəb texnologiyanın özü deyil, yaşlı insanların buna müraciət etməsi ola bilər.   -a istinadən xəbər verir ki, b

.

Kakaonun qiyməti kəskin ucuzlaşdı

Aprelin 19-da kakao paxlasının qiyməti tarixi maksimuma çatıb. Həmin gün Nyu York birjasında bu məhsulun 1 tonunun qiyməti 11 722 dollar idi. -a istinadən xəbər verir ki, may ayında məhsulun qiymətində 30 faizə yaxın azalm

.

Yemək bişirəndə duzu nə zaman əlavə etməliyik?

Duz yeməyin dadının dəyişməsinə kömək edir. Məhz bu səbəbdən duz olmadan yemək yemək son dərəcə çətindir. .   -a istinadən xəbər verir ki, bəzi yeməkləri başlanğıcda duzlamaq lazımdır. Söhbət istənilən növ dənli bitkilərdə

.

Bu yaşdan sonra prostatdan yoxlanmaq lazımdır

5 il öncəyə qədər 50 yaşdan yuxarı kişilər prostat xərçənginə qarşı yoxlanmalı idisə, artıq bu tələb dəyişib. -a istinadən xəbər verir ki, uroloq Aleksandra Vinnikova prostat xərçənginin müasir kişilərdə ən çox rast gəlinə

.

Hıçqırıqdan necə qurtulmaq olar? - 6 sadə üsul

Mütəxəssislər hıçqırıqdan qurtulmağın yollarını açıqlayıblar. -a istinadən xəbər verir ki, hıçqırıqdan qurtulmağın 6 sadə üsulu var. 1. Əgər su içirsinizsə, onda yalnız buzlu su və yalnız kiçik qurtumlarla için və ya sadəc

.

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Mayın 9-da gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da  meteohəssas insanla

.

Konservləşdirilmiş balıqdan imtina etməyin - Amma belə yeyin

Konservləşdirilmiş məhsullar sağlam hesab edilmir.   -a istinadən xəbər verir ki, şəkərlə doldurulmuş konservləşdirilmiş tərəvəz və meyvələrdən imtina etmək daha yaxşıdır. . Mütəxəssislər konservləşdirilmiş balıqdan imtin

.

COVID-19-dan sağ qalanların 64 faizinin vəziyyəti bir il ərzində pisləşir – ARAŞDIRMA

San-Fransiskodakı Kaliforniya Universitetinin tədqiqatçıları ağır formada COVID-19-dan sağ çıxan insanların üçdə ikisinin bir ildən sonra sağlamlığının pisləşdiyini müəyyən edən bir araşdırma aparıblar.   -a istinadən xəbə

.

Armud şirəsi 10 xəstəliyin dərmanı imiş

Armud şirəsi qədimdən bir çox xəstəliklərin şəfası hesab edilib.   -a istinadən armud şirəsinin 10 faydasını təqdim edir:. Çox tərləyənlər bu yazını oxuyun. Banan qabıqlarını ƏSLA ATMAYIN! - Gözünüzün altına qoysanız. Ba

turlar.az

sonxeber.az maskalar adlarin menasi geymler 2024 marqarita pizza hamiləlik hesablama hamilə qadın hakışta sözləri kosmetika yumurta naz mila cantalar hekaye janri fitat