Hiperaktiv uşaqlar necə qidalanmalıdır?

Hiperaktiv uşaqlar necə qidalanmalıdır?Günümüzdə bir çox uşaq oturaq həyat tərzi keçirir, bu da onların obez uşaqlara və gələcəkdə obez yetişkin insanlara çevrilmə riskini artırır.
Mövzu ilə əlaqədar türkiyəli diyetoloq Rıdvan Arslan məlumat verib.
"Uşağınızın yüksək enerjisinin səbəb olduğu hərəkətliliyi ənhgəlləmək yerinə, bu enerjini idman və oyun kimi fəaliyyətlərlə çıxarmasına dəstək olmalısınız. Təbii ki, digər vacib məsələ qidalanmadır. Əgər enerjili övladınız varsa, onun qidalanmasına xüsusi diqqət yetirməlisiniz",-deyə mütəxəssis bildirib.
Onun sözlərinə görə, bir insanın aktivlik səviyyəsi nə qədər yüksəkdirsə, gündəlik qəbul etməli olduğu enerji miqdarı bir o qədər çox olmalıdır. Gün ərzində daim hərəkətdə olan uşaq böyümə və inkişafı təmin etmək üçün qida ilə kifayət qədər enerji almalıdır. Yediyi yeməkləri tərəvəz yeməklərinə qiymə, küftələrə yumurta əlavə etmək kimi üsullarla zənginləşdirərək, yemək sırasına diqqət edərək enerji ehtiyacını qarşılaya bilərsiniz.
Diyetoloq qeyd edib ki, daim yolda olan uşaqlar daha çox ac olur. Bu səbəbdən də şəkər və ya yağ dəyəri yüksək olan qablaşdırılmış, qeyri-sağlam qidalarla aclıqlarını yatırmağa çalışırlar. Bu qidaların istehlakının qarşısını almaq üçün süd, qatıq, kefir, ayran kimi süd məhsullarına, təzə quru meyvələrinə və ya badam, fındıq kimi qoz-fındıq əlavələrinə üstünlük vermək lazımdır.
Mütəxəssis onu da əlavə edib ki, tərkibində konservantlar və əlavələr olan qidalar hiperaktiv davranışı artıra bilər. Çipsi, kraker, turşulu içkilər, hazır meyvə şirələri, ağ şəkər əlavə edilmiş süd və süd məhsulları, şirniyyatlar və rəngləndiricilər olan qidalar, kolbasa, sosiska kimi işlənmiş ət məhsulları, hazır şorbalar, və hazır souslar istehlak edilməməlidir.
"Adrenalinin həddindən artıq ifrazı maqnezium çatışmazlığına səbəb ola bilər. Xüsusilə bir yerdən tullanmaq və ya təhlükəli hərəkətlər etmək kimi vəziyyətlərdə uşaqlar adrenalin ifraz edirlər. Adrenalinin həddindən artıq ifrazı maqneziumun sürətlə istehlakına səbəb olur və bu zaman maqnezium çatışmazlığı müşahidə oluna bilər. Qoz-fındıq, paxlalılar, yaşıl yarpaqlı tərəvəzlər və bütün taxıllar kimi maqnezium mənbələrini istehlak etməyə diqqət yetirilməlidir",-deyə diyetoloq qeyd edib.
medicalmedia.az 
Saglamolun.Az

Ailə və Uşaq     Baxılıb: 6299   Tarix: 06 iyun 2023
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Hər yaşın öz musiqisi - Uşaqlarınızın seçimini bu SİYAHI-dan edin

Hər yaşda musiqi insana bircür təsir edir və zövqləri də müxtəlif istiqamətlərə yönləndirir. Musiqi bir incəsənət növüdür, amma sağlanlığımızı da formalaşdırmağa qadirdir. Sağlamolun.az müxtəlif yaş qrupları üzrə sağlam v

.

Hamiləlikdə HEPATİT B təhlükəsi

Hepatit B virusu nədir?. Hepatit B qaraciyəri zədələyən virus infeksiyasıdır. Hepatit B virusu hepadnavirus ailəsinə aiddir. İnfeksiyalı insanlarda virus aşkar olunur:. Qanda. Tüpürcəkdə. Tərdə. Göz yaşı mayesində. Ana südündə

.

Uşaqlar arasında yayılan KOKSAKİ virusu

 Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən şikayətlər son günlərdə uşaqlar arsında sıx rast gəlinən virus xəstəlikdir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədə

.

Uşaqlarda saç yolma: Səbəbi idarəolunmaz stress ola bilər

Uşaqlar da böyüklər qədər stressə məruz qala bilər və stress altında böyüklərdəki kimi müxtəlif psixoloji problemlər yaşaya bilərlər. Bu problemlərdən biri də saç yolma xəstəliyi, trixotillomaniyadır. İbtidai məktəb və y

.

Uroloqdan uşaqlarla bağlı ÇAĞIRIŞ: 1 gün gecikmək

Uşaqlarda sidik yolu infeksiyası son zamanlar  tez-tez rast gəlinən bir problemdir və bəzən bu infeksiyaların səbəbi altda yatan ciddi bir xəstəlikdən yarana bilər. Bu səbəblə əgər bu infeksiyalar təkrarlanırsa, bunları

.

Hamiləliyiniz belə keçirsə OĞLUNUZ OLACAQ - Əlamətləri bunlardır

Hamiləlik zamanı uşağın cinsiyyətinin oğlan olmasını necə anlamaq olar? Uzun illərdir yayılan fikirlərə görə, əsas əlamətləri bunlardır:. Qarın uclu və aşağıya doğru olur. Ananın ürəyi daha çox şirniyyat istəyir. Sidiyi

.

Ana südünü artıracaq təbii qidalar

Bu gün ana südünü artıran qidalar barədə danışmaq və süd verən analara nələr yeməli olduqlarına dair tövsiyələr vermək istəyirik. Əmizdirmə dövrü analar üçün  hər nə qədər stresli bir dövr olsa da bilirik ki, əmizdirmə körpəni

.

Körpələr yuxu görürmü? - YATAN UŞAĞIN REAKSİYALARININ SƏBƏBLƏRİ

Bir çox insan körpələrin yuxuda niyə gülümsədiyi və mırıldadığı bağlı düşünür. Körpələrin bu davranışlarını bəzi insanlar sadəcə bir refleks olaraq qəbul edir, bəziləri isə körpələrin əslində yuxu gördüyünü fikirləşir. Körpələ

.

Körpələri yelləyərək yatırmayın – RİSKLƏRİ NƏLƏRDİR?

Valideynlərin əksəriyyəti körpəni yelləyərək yatırırlar. Bu üsul kifayət qədər faydalı görünsə də, əslində körpələr titrəmənin təsiri ilə bayılma deyilən bir vəziyyətə düşürlər. Bu, qədim zamanlardan bəri tətbiq olunan v

turlar.az

sonxeber.az reseptler aksessuarlar geyim şəkilləri veten haqqinda atalar sozu bilinçik resepti xarici ulduzlar qadin dunyasi 2024 kosmetika birlik qaynanaya aid şəhid kökəlmək üçün rus dilin nece orenek