İBN SİNADAN HƏR DƏRDƏ DƏVA MƏSLƏHƏTLƏR – Cinsi zəifliyin çarəsi

İBN SİNADAN HƏR DƏRDƏ DƏVA MƏSLƏHƏTLƏR – Cinsi zəifliyin çarəsiTibb və fəlsəfə ilə bağlı məşhur əsərlər yazan İbn Sina İslam Qızıl Dövrünün ən mühüm həkim, astronom və mütəfəkkirlərindən biridir. Onun fəlsəfi baxışları bir neçə əsr ərzində Qərb mütəfəkkirlərinin diqqətini cəlb etmiş, kitabları fəlsəfənin ən mühüm mənbələri sırasında olmuşdur.
Tibb sahəsində onun "El-Kanun fit Tıbb" (Tibbin əsasları) adlı ensiklopedik kitabı 12-ci əsrin sonlarına doğru Latın dilinə tərcümə edilib. 17-ci əsrin sonlarına qədər Avropa universitetlərində tibbi tədqiqatlar üçün əsas mənbələrdən hesab edilib.
Orta əsrlər dövrünün ən böyük təbiblərindən biri İbn Sinanın min il əvvəl qələmə aldığı "Kiçik Tibb Qanunu" kitabında yazılan reseptlər bu gün də bir çox xəstəliklərin müalicəsində istifadə edilir.
Kitabdakı faydalı məlumatlardan bir neçəsini təqdim edirik:
Baş ağrısından xilas olmaq üçün...
"Şiddətli baş ağrılarına qan səbəb olur. Əlaməti isə bunlardır: üz qızarması, damarların nəzərə çarpması və nəbzin artması. Bu xəstəliyin əsas dərmanı qan vermək və hacamat (bədəndəki çirkli qanın atılması) etdirməkdir. Faydalı olan ərzaqlar: yumurta sarısı, armud və sirkə".
Eşq acısı, depressiya və hamam
Depressiya, yuxusuzluq, sayıqlama, zehni yorğunluğu aradan qaldırmaq üçün İbn Sina xəstələrə sulu xörəklər yeməyi məsləhət görüb. Bu zaman sulu xörək bədəni nəmləndirir. Məşhur loğman eyni zamanda belə insanlara hamama getməyi də tövsiyə edib. O deyərdi ki, zehni yorğunluğu olan insanlara bənövşə yağı qoxlatdırın. Bu, bədənin dərmanıdır: "Eşq acısı isə psixoloji xəstəlik növüdür. Belə adamlara ağrıları yüngülləşənə qədər nəsihət verilməlidir. Ya da daim işlə məşğul olmalıdır ki, fikri qarışsın".
Nəfəs darlığı, təngənəfəslik
İbn Sina 1000 il əvvəl astmaya qarşı bu şəfalı bitkiləri təklif edib: "Bir kimsə gəzərkən nəfəs darlığı, təngənəfəslik və sinəsində ağrı hiss edərsə, ona bişirilmiş quru dərman çödükotu verilir, ada soğanı, gəvən, sarı əncir, qabıqsız badam bal ilə birlikdə içirilir. Qoz yağı ilə birlikdə noxud suyu və isti su içirilir, şüyüd yedirilir".
Böyrək daşlarına qarşı
"Böyrəklərdə şiddətli ağrıların və sidik kisəsində qum yığılmasının səbəbi böyrəklərdə yaranmış daşlardır. Xəstəyə bu dərmanlardan biri verilir: Qabıqsız qarpız çəyirdəyi, üyüdülmüş üzüm çəyirdəyi, kərəviz və ya cirə toxumu. Tikan çəkirdəyi, gülxətmi toxumu, üyüdülmüş molehiya toxumu təzə və turşməzə alkoqolsuz içkiylə birlikdə əzilərək içilir. Ağır yeməklər və süd məhsulları qadağan edilir, acı badam yağı ilə qara noxud verilir".
Uçuq və göbələk
"Dodaq uçuqlaması və ya göbələyi sağaltmaq üçün həmin nahiyələrə sarı semyami toxumu ilə meyan kökü yarpağının qarışığını sirkə ilə birlikdə sürtün".
Cinsi istəksizlik
"Xəstəyə yağlı acı və soyuq şəkərli südlə zəncəfil içirilir. Belinə bənövşə yağı sürtülür, şirin içkilər qadağan edilir, balıq əti verilir. Soyuq təbiətli insanlara isə zəncəfil, qaynadılmış yumurta və uzun bibər verilir. O cümlədən, bal ilə soğankimilər, toyuq, quş əti verilib bayat içkilər içirilir. Bel jasmin yağı ilə masaj edilir".
Aşırı cinsi istək ziyandır
"Yaşından asılı olmayaraq bir kəsin cinsi isyətinin həddən artıq olması ziyandır. Cinsi arzunun çox olması insanı yorur, iştahasını azaldır. Bu məsələ haqqında həddindən artıq düşünmək gözləri zəiflədir və zehni pozur".
Xəmir yeməkləri və şirniyyat buna səbəb olur
İbn Sina şirniyyatlar haqqında min il əvvəl fikrini belə ifadə edib: "Şirniyyatlar iki növdür: Ballı və xəmir. Ballı varinatları ağızda əriyib mədəyə gedərsə, həzmə kömək olur. Xəmirli variantlar isə həzmi ağırlaşdırır. Damarların tıxanmasına və oynaqların ağrımasına gətirib çıxarır. Şirniyyatlar qan yaradır, cinsi gücü artırır".
Yeməkdən sonra ilıq qaynar içmək olarmı?
"Qızartma ilə qaynamış, qırmızı ət ilə balıq, quru ilə təzə, ət ilə süd, yumurta ilə ət, paxlakimilər ilə balığı bir yerdə yemək düzgün deyil. Su içmək susuzluğu aradan qaldırır. Lakin suyun miqdarı yeməkdən çox olmamalıdır ki, yanğını yatıra bilsin. Yəni yeməklə mədənin kütləsi arasına girsin. Suyun temperaturu nə çox soyuq, nə də isti olmalı deyil. Qaynar suda xeyir yoxdur".
Təhsil başlamaq üçün ideal yaş həddi
"7 yaşı tamam olmayan uşaqları yorucu və çətin işlərlə yükləmək düzgün deyil. Çünki bu, uşağın dinamikliyini azaldır, yaxşı yetişməsinə mane olur".
Çox və az yatmaq
"Yuxu orqanları sakitləşdirir və yeməklərin həzminə köməklik edir. İnsanı və nəfsini qoruyur. Bədəndəki təbii hərəkətlər yuxu ilə inkişaf edir. Lakin çox yatmaq orqanizmi soyudur, insanı keyləşdirir, üzü qurudur. Yuxusuzluq isə bədəni qurudur, enerjinizi alır, temperamenti pozur. Yuxusuz qalmaq zehni yorğunluğa gətirib çıxarır".
1-17 yaşında hazır meyvə suları içməyin
"Ana uşağı süddən kəsdikdən sonra qidalara yönəlir. Bu zaman uşağı qidalandırmağa yeməklərin ən yüngül və həlimilə başlamalı, tədricən ağıra doğru getmək lazımdır. Lakin 7 yaşından 14 yaşına çatana qədər uşağa meyvə şirəsi içirtmək olmaz. Çünki bu, beyin və sinir sistemini zəiflədir".
Saglamolun.Az

Sağlamlıq     Baxılıb: 5011   Tarix: 04 iyul 2023
f Paylaş

Turlar.az

Oxşar xəbərlər

.

Samirə Bağırova: "Hər qız evinin xanımı olmaq, evində çılpaq gəzmək istəyir

Bir neçə gündür, aparıcı Xoşqədəm Hidayətqızının ARB TV-də yayımlanan "Səni axtarıram" verilişində ortaya atılan gəlin-qaynana mövzusu sosial şəbəkələrdə müzakirə yaradıb. Belə ki, verilişdə psixoloq Əli Nağıye

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

70% insan intim həyatından narazıdır – SƏBƏB

İnsanlar arasında aparılan sorğu 70% insanın intim münasibətlərindən razı qalmadığını üzə çıxarıb.  . "Medicina" xəbər verir ki, 14 fevral münasibətilə keçirilən sorğuda 18% insan demək olar ki, normal cinsi əlaq

.

Doğuşdan sonra intim əlaqə niyə bitir?

Qadınların əksəriyyəti doğuşdan sonra cinsi istəksizlik və disfunksiya ilə üzləşirlər. "Medicina" xəbər verir ki, alimlərin fikrincə, 70% qadın uşaq dünyaya gətirdikdən sonra cinsi sağlamlıqlarının dəyişdiyini görür

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

turlar.az

sonxeber.az geymler 2024 toy gecesi qadin dunyasi yuxu yozmalar həsrət şəkilləri boyurtken kompotu hamiləlik təqvimi kosmetika statuslar hakıştalar bayatılar baldiza aid haxisda