İbrətamiz və maarifləndirici hekayə

İbrətamiz və maarifləndirici hekayəİbrətamiz və maarifləndirici hekayə təqdim edirik sizlərə. Buyurub yararlana bilərsiz.

Sizin həyatınızı dəyişdirə biləcək və dərin düşündürəcək pritça təqdim edir.

Professor əlinə su dolu stəkanı götürüb tələbələrdən soruşdu:

- Siz necə düşünürsünüz, bu stəkanın ağırlığı nə qədərdir?

Zaldan müxtəlif cavablar eşidildi:

- Təxminən 200 qram!

- Yox, 300 qram!

- Bəlkə də 500 qram.

Professor dedi:

- Mən özüm də dəqiq bilmirəm. Çəkməmişəm deyə bilmərəm. Amma indi əsas məsələ bu deyil. Mənim sualım başqadır: mən bu stəkanı bir neçə dəqiqə əlimdə tutsam, nə baş verəcək?

- Heç nə! – tələbələr dedi.

- Doğrudur! – professor davam elədi. Bəs bu stəkanı əlimdə 2 saat tutsam, o zaman nə olar?

- Əliniz ağrımağa başlayacaq.

- Bəs bütün gün?

- Əliniz keyiyəcək. Əzələlərinizdə ağrılar olacaq. Hətta xəstəxanaya da düşə bilərsiniz.

Professor davam elədi:

- Bəs sizcə mən onu bütün günü əlimdə tutsam, stəkanın ağırlığı azalacaqmı?

- Xeyr! – tələbələr əminliklə cavab verdilər.

- Bəs bütün bu problemi həll etmək üçün nə etmək lazımdı?

- Sadəcə stəkanı masanın üstünə qoyun. – tələbələrdən biri gülə-gülə dedi.

- Dəqiq! – sevincək professor cavab verdi. – Bax həyatdakı çətinliklərlə də belə davranmaq lazımdır. Bir problem haqda bir neçə dəqiqə düşün və artıq o problem sənlədir. Onun haqda bir neçə saat düşün, o sənə hopmağa başlayacaq. Sən o problem haqda bütün günü düşünsən, onda səni iflic edəcək. Problem haqda düşünmək olar, amma bu onun həll edilməyinə gətirib çıxarmayacaq. Onun "çəkisi" azalmayacaq. Problemin həlli ancaq hərəkətlə mümkün olur. Ya onu həll et, ya da təxirə sal. Səni iflic edəcək ağır daşı ürəyində daşımağa ehtiyac yoxdur.

Maraqlı     Baxılıb: 3437   Tarix: 31 yanvar 2015
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bu gün Azərbaycan müəllimlərinin XVI Qurultayı keçiriləcək

Bu gün Bakı Konqres Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən Azərbaycan müəllimlərinin XVI Qurultayı keçiriləcək. report-a istinadən xəbər verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev

.

Eynşteyn yenə haqlı çıxdı - Kainatın modeli dəyişir

Xəbər verdiyimiz kimi, kainatda qara dəlik aşkar edilmişdi. Lakin bu dəfə kəşf edilən qara dəlik qeyri-adidir. Kainat modelinə sığmayan bu qara dəlik indiyə qədərki kainat haqqında təsəvvürləri kökündən dəyişə bilər. -a istinadə

.

NASA "Yaradılış Sütunları"nın yeni fotolarını yayıb - FOTO

ABŞ-ın aeronavtika və kosmik fəzanın tədqiqatı üzrə milli idarəsi (NASA) "Yaradılış Sütunları"nın yeni fotolarını yayıb. "Report"a istinadən bildirir ki, fotolar Ceyms Vebb kosmik teleskopu vasitəsil

.

Neptunun halqalarının fotosu çəkildi - FOTO

"James-Webb" kosmik teleskopu Günəş sisteminin ən uzaq planeti olan Neptunun halqalarının fotosunu yerə yollayıb. Fotonu NASA yayıb. Bildirilir ki, Neptun planetinin ən yaxın fotosunu 1989-cu ildə Voyager-1 kosmi

.

Yerin heyrətamiz yeni görüntüsü yayıldı

NASA və ABŞ Milli Ekoloji Peyk İnformasiya Xidməti VIIRS sistemi tərəfindən çəkilmiş ilk görüntüləri dərc edib. Bu barədə Amerikanın Səsi məlumat yayıb. Məlumata görə, bu sistem noyabrın 10-da Vandenberq kosmik bazasında

.

Lütfi Zadənin doğum günüdür - FOTO

Dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin (Lütfəli Rəhim oğlu Ələsgərzadənin) anım günüdür. Kaliforniya Universitetinin məşhur professorunun bu gün 102 yaşı tamam olur. 1921-ci il fevralı

.

Əziz Sancar AMEA-nın fəxri üzvü seçildi

Nobel mükafatı laureatı Əziz Səncər AMEA-nın fəxri üzvü seçilib. xəbər verir ki, bununla bağlı məsələ AMEA-nın bu gün keçirilən ümumi yığıncağında müzakirəyə çıxarılıb. Qeyd olunub ki, AMEA prezidenti, akademik İsa Həbibbəyl

.

Ağasıoğlunun 30 ildir üzərində işlədiyi kitab

Tanınmış türkoloq alim, filologiya elmləri doktoru, professor Firudin Ağasıoğlunun 30 ildir üzərində işlədiyi doqquz cilddən ibarət "İslamöncəsi Türk Tarixi" adlı ensiklopediya elmi ictimaiyyətə təqdim olunub. -

.

Azərbaycanda təhsil xərcləri artırılır

Gələn ilin dövlət büdcəsində Azərbaycanda təhsil xərcləri 4 milyard 549,9 milyon manat proqnozlaşdırılıb ki, bu da 2023-cü illə müqayisədə 142,8 milyon manat və ya 3,2% çoxdur. report-a istinadən xəbər verir ki, bu barəd

turlar.az

sonxeber.az makiyaj instagram gözəllik məhsulları gozel gorunmek buga burcu hamiləlik təqvimi içi doldurulmuş badımcan turşusu balaca qablarda keks kosmetika fitat həsən bəy zərdabi terezi sekis veten haqqinda bayati