İdeal saçlara sahib olmaq üçün doğru qaydalar

İdeal saçlara sahib olmaq üçün doğru qaydalarİdeal saçlara sahib olmaq üçün doğru qaydalar

İdeal saçlara sahib olmaq üçün bu məsləhətlərə əməl edin.

Ulduzlarınkı kimi gözəl və qüsursuz saçlara sahib olmaq üçün onların saç ustalarına müraciət etmək yox, bu ustaların məsləhətlərinə qulaq asmaq lazımdır. "Aysel" dünyanın ən məşhur stilistlərinin saçlara qulluq sirlərini sadalayır.

1. Saçınızı incədən-incəyə yaxalayın. Mütləq saçınızda olan şampun və maskanı yuyun. Yağlı saçları soyuq su ilə yuyun ki, piy vəzlərinin tez əmələ gəlməsinə təkan verməyəsiniz.

2. Haçalanmış saç ucları ilə mübarizə aparın. Haçalanmış və qırılan saç uclarına avokado maskası kömək olur. Avakadonun qabığını soyub çəyirdəyini çıxarın. Daha sonra onu əzərək saçınıza çəkin. 15 dəqiqə saxlamağınız kifayətdir. Bu maskadan sonra saçınızı mütləq isti su ilə yuyun.

3. Şampunu saçınızın dibindən ucuna doğru vurun
Şampunu ovcunuzun içinə və ya süngərin üzərinə töküb bərabər şəkildə saçınızın bütün hissəsinə yaxın. Beləcə siz saçınızın bütün hissələrini şampunlamış olacaqsınız. Nəticədə saçlarınız ideal təmiz olacaq.

4. Saçınızı yumazdan öncə maskadan istifadə edin. Nəmləndirici maska saça lazım olan maddələri artırır. Lakin maskanın qalığını mütləq su və şampunla təmiz yuyun.

5. Saçlarınızın açıq rəngini çobanyastığı ekstraktı vasitəsilə qoruyun. Çobanyastığı tərkibli şampunlardan istifadə edin. Daha yaxşı effekt əldə etmək istəyirsinizsə, saçlarınızı çobanyastığı və qurudulmuş limonun həlimi ilə yuyun.

6. Özünüz üçün ideal rəng seçin. Saçınızın rəngini nəzərəçarpacaq şəkildə dəyişməyin. Təbii saç rənginizdən bir-iki çalar açıq və ya tünd rəng seçin. Əgər uzunmüddətli rəngləmələrdən sonra saçınızın təbii rəngini unutmusunuzsa, onda qaşınız sizə düzgün rəngi seçməkdə kömək edəcək.

7. Saçınızı boyayarkən dərinizi qoruyun. Boyaya başlamadan öncə qulaq, alın və boyun hissənizə saç üçün yağ sürtün. Əmin olun dəriniz ləkələnməyəcək.

8. Saçlarınızı düzgün naços edin. Xırda dişli daraqla saçı dibdən naços etməyə başlayın. Saçınızı nə qədər nazik tellərə ayırsanız, naços bir o qədər həcmli olacaq.

9. Saçlarınızı parıltılı edin. Yarım litr mineral suya yarım stəkan alma sirkəsi əlavə edin. Saçınızı yaxşıca yuduqdan sonra, hazırladığınız məhlulla yaxalayın.

10. Saçınızı formaya salarkən dəniz suyundan istifadə edin. Əgər əlinizin altında dəniz suyu yoxdursa, onda pulverizatoru adi su ilə dodurun, bir neçə çimdik dəniz duzu əlavə edin və saçınızı bu su ilə isladın. Daha sonra feni ən isti rejimlə işə salın və saçınızı qurulayın. Nəticədə iri buruq saçlara sahib olacaqsınız.

11. Hovuzda üzdükdən sonra saçlarınıza qulluq edin. Hovuzun xlorlu, dənizin isə duzlu suyu və günəş şüaları nəticəsində saçlarınız yaşıl rəngə çalırsa, ketçupdan maska kimi istifadə edin. Onu 10-12 dəqiqə saxladıqdan sonra saçınızı isti su ilə yuyun.

12. Saçınızı saç lakı ilə düzləşdirin. Lakı saçın uzunu boyu vurun. Daha sonra fenlə düzləşdirməyə başlayın. İşinizi bitirdikdən sonra bir daha saçınıza lak vurun.

Gözəllik və Moda     Baxılıb: 3023   Tarix: 30 dekabr 2014
f Paylaş

Oxşar xəbərlər

.

Üzü masaj etməyin qaydaları - VİDEO

Masaj xidməti ilə üzünüzü cavanlaşdıra bilərsiz. İstənilən qadın müəyyən yaşdan sonra "sehirbaz" olmaq, 30, 40, 50 yaşlarında da 20 yaşında olduğu kimi görünmək istəyir. Bu məqsədlə bəziləri kosmetik prosedurlarda

.

İsti havada çox tərləyənlər üçün 3 ÇARƏ

Tərləmək və tər vəzilərinin fəaliyyəti təbii hal hesab olunur. Ancaq bəzən həmin vəzlərin fəaliyyətinin artması nəticəsində pis qoxu yaranır. -a istinadən tər qoxusunun qarşısını alan təbii üsulları təqdim edir:. 1. Limo

.

40 yaşdan yuxarı qadınlar üçün saç modelləri

Hazırda moda sahəsində 40 yaşdan yuxarı qadınlar üçün lakonik saç düzümü dəbdədir.  Belə saç modelləri xanımların təbii gözəlliyini vurğulamağa imkan verir. Bu saç düzümləri həmçinin çox diqqət də tələb etmir. Belə ki, səhə

.

2024-cü ilin gözəllik trendi necə olacaq?

2024-cü ildə plastik cərrahlar daha orijinal, təmkinli estetika üçün həddindən artıq estetik prosedurlara qarşı xəbərdarlıq edərək, hüceyrə baxımı və sağlam yaşayışı vurğulamaqla təbii gözəlliyi qəbul etmək istiqamətind

.

Dəb ikonalarının gözəllik reseptləri

İllərə meydan oxuyan dəb ikonalarının hər birisinin özünəməxsus gözəllik reseptləri var. Onlardan bəzilərini  sizə təqdim edirik. Ceniffer Lopez. Hollivudun dəb ikonası Ceniffer Lopez heç dəyişilməyən və daim təravətli ola

.

Ev şəraitində DUZ SKRABI – Hamar, təmiz, cavan dəri

Duz dəri üçün çox faydalıdır. Duz iltihabları azaldır, dərini ölü hüceyrələrdən təmizləyir, cavanlaşdırır, hamar və dartınmış edir. -a istinadla oxucularına çox effektli duz skrabının reseptini təqdim edir. İnqrediyentlər:

.

Dodaqların daha parlaq, sağlam və cazibədar görünməsi üçün nə etməliyik?

Qadınlar həmişə gözəl və cazibədar görünmək istəyir. Əslində gözəl qadın yoxdur, baxımlı qadın vardır. Hər bir xanım lazımı diqqəti özünə göstərsə, istədiyini əldə edə bilər. Təbii ki, baxımlı olmaq tək qadınlara məxsus anlayı

.

Xanımların gözəllik sirləri

Görəsən qadınların  neçə yüz il əvvəl gözəl qalma üçün  hansı  sirləri var idi? Gəlin bu sualların cavabına birlikdə baxaq. Manikürün banisi. Sən demə,  manikür və dırnaqlara qulluq proseduru Kleopatra tərəfindən icad edib

.

Bu il qırmızı dodaq boyasının ən aktual variantı hansı olacaq?

Daim dəyişən gözəllik cərəyanları arasında belə dəyişməz bir ənənə var. Məsələn, qırmızı dodaq boyası. O, yüzilliklər ərzində qadınlıq və zərifliklə sinonim olaraq qalan və heç vaxt öz aktuallığını itirməyən əbədi klassikadır

turlar.az

sonxeber.az kosmetik vasiteler kosmetika mehsullari gözəllik məhsulları qırmızı xalça hamilələrin qidalanması geyim 2024 boşanmalar kosmetika qizliq perdesi azerbaycanli is adami amerikada gullelendi kahfe kali kondom qoğalın nağlı