İlahi ziyafətə hazirliq – orucluq öncəsi nə etməli?

İlahi ziyafətə hazirliq – orucluq öncəsi nə etməli?İlahi ziyafətə hazirliq - orucluq öncəsi nə etməli?Bir sıra faydalı tövsiyələr
Allaha ibadət və bəndəçilik etmək üçün zaman və məkanın rolu böyükdür. Mənəvi məkanlara, o cümlədən, Allahın evi Kəbəyə və yaxud Peyğəmbər və imamların türbələrinə daxil olmaq üçün, xüsusi ədəb-ərkan qaydalrına riayət olunduğu kimi, əlamətdar günlər də belədir.
Məxsusən, ilahi ziyafət süfrəsinin açıldığı mübarək Ramazan ayına daxil olmağın ədəb qaydalarına riayət insana bu bərəkətli aydan layiqincə bəhrələnməkdə kömək edir.
Elə bu səbəbdən, mübarək Ramazan ayına hazırlıqla bağlı məsum rəhbərlərimizdən (ə) nəql olunan bir sıra faydalı tövsiyələri əziz möminlərin diqqətinə çatdırır və Allah-Taaladan istəyirik ki, həmin tövsiyələrə əməl etmək üçün tofiqatımızı daha da artırsın:
1. TÖVBƏ VƏ İSTİĞFAR
Əba-Səlt adı ilə tanınan Əbdüssalam ibn Saleh Hərəvidən belə nəql olunur: "Şəban ayının son cüməsi imam Rzanın (ə) hüzuruna getmişdim.
İmam (ə) buyurdu: "Ey Əba-Səlt! Şəban ayının çox hissəsi keçdi və bu gün Şəban ayının son cüməsidir. Şəban ayının qalan günlərində Allah-Taaladan keçən günlərdə qurşandığın günahların bağışlanmasını istə, dua et, Allahın xalis və saleh bəndələrindən olmaq istəyirsənsə, günahlarından tövbə et, Quran oxu, üzərindəki bütün haqları və əmanətləri ödə, qəlbindən kin-küdurəti çıxar, günah işlərdən uzaq ol, Allahdan həya et, hər zaman - gizli və aşkar - Allaha təvəkkül et.
Allaha təvəkkül edən şəxsə Allah kifayətdir. Bu ayın son günləri və saatlarında bu duanı təkrar-təkrar oxumağı unutma:
اَللّهُمَّ اِنْ لَمْ تَكُنْ غَفَرْتَ لَنا فيما مَضى‏ مِنْ شَعْبانَ، فَاغْفِرْ لَنا فيما بَقِىَ مِنْهُ
Duanın oxunuşu: Əllahummə illəm təkun ğəfərtə ləna fima məza min Şə`ban, fəğfir ləna fima bəqiyə minh.
Duanın tərcüməsi: İlahi, əgər Şəban ayının keçən günlərində bizi bağışlamayıbsansa, onda, qalan günlərində bizi bağışla! ("Vəsail", 10-cu cild, səh.301.)
2. ŞƏBAN YININ SON GÜNLƏRİNDƏ ORUC TUTMAQ
Ramazan ayına hazırlıq üçün tövsiyə olunan əməllərdən biri də Şəban ayının son günlərində oruc tutmaqdır. Bu isə, bir növ mübarək Ramazan ayını qarşılamaq deməkdir.
Nəql olunur ki, hər kim mübarək Şəban ayının son üç gününü oruc tutub Ramazan ayına birləşdirərsə, Allah-Taala ona iki ayın orucunun savabını əta edər. ("Məfatihul-cinan", "Şəban" ayının son günlərinin əməlləri" bölümü.)
3. HALAL QİDA
Mübarək Ramazan ayına hazırlıq əməllərindən biri də qidanın islahıdır, başqa sözlə, halal yeməklə qidalanmaqdır. Sözsüz, bu mühüm işə laqeydlik və ondan qəflət etmək mübarək Ramazan ayının bütün əməl və ibadətlərini puça çıxması ilə nəticələnəcəkdir.
Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Qiyamət günü dağlar qədər yaxşı işlərə sahib olan bir zümrə məhşər səhrasına daxil olar. Bir halda ki, onların bu işləri Allah-Taala dərghında qəbul olunmaz. Bu zaman əmr olunar ki, onları yaxşı işlərə sahib olmadıqları üçün cəhənnəmə atın."
Salman: "Ey Allahın Rəsulu! Onlar kimlərdir?" - deyə soruşduqda, Həzrət buyurdu: "Onlar namaz qılıb oruc tutan və gecələri ibadətlə keçirən, lakin haram qida ilə üzləşdikdə, onu əldə etmək üçün tələsən (yemək-içmək məsələsində halal-haramı gözləməyən) kəslərdir."
Peyğəmbəri-Əkrəm (s) başqa bir hədisdə belə buyurur:
الْعِبَادَةُ سَبْعُونَ جُزْءاً وَ أَفْضَلُهَا جُزْءاً طَلَبُ الْحَلَالِ
"İbadət yetmiş hissədən ibarətdir və onun ən fəzilətlisi halal qida qazanmaqdır." ("Vəsailuş-şiə", 17-ci cild, səh.24.)
İmam Sadiq (ə) buyurur:
تَرْكُ لُقْمَةِ حَرَامٍ أَحَبُّ إِلَى اللَّهِ تَعَالَى مِنْ صَلَاةِ أَلْفَيْ رَكْعَةٍ تَطَوُّعاً
"Haram tikədən uzaqlaşmaq Allah-Taala dərgahında min rükət müstəhəb namaz qılmaqdan sevimlidir." ("Biharul-ənvar", 92-ci cild, səh.373.)
Ustad Qəraəti necə də gözəl demişdir: "Təyyarə hər benzinlə deyil, xüsusi benzinlə işə düşür və uçuş edir. Bizim ibadət və əməllərimiz də hər tikə ilə yuxarı qalxmır. Onların qəbulu və bəhrə verməsi üçün halal və pak qidaya ehtiyac vardır."
Qeyd etmək lazımdır ki, malın zəkat və xümsünü ödəməmək günümüzün ən problemli məsələlərindən biridir. Xüms və zakatı çıxarılmayan malın istifadəsi ibadətə, namaz və oruca mənfi təsiri danılmazdır. Nə yaxşı olar ki, mübarək Ramazan ayı öncəsi malımız və pulumuzu təmizləyək, haqq sahiblərinin və boynumuzda haqqı olanların haqqını ödəyək!
4. BAŞQALARINI HALAL ETMƏK
"İstiğfar" ayı və insanın günahlarının bağışlanmasına səbəb olan mübarək Ramazan ayına daxil olmazdan öncə, yaxşı olar ki, haqqımızda haqsızlığa və nalayiq rəftarlara yol verənlərin xətalarına göz yummaqla özümüzü Allahın bəxşiş və rəhmətinə doğru tuşlayaq.
Əgər qarşı tərəfi bağışlaya bilmiriksə, necə Allah-Taaladan istəyə bilərik ki, bizi bağışlasın?! Elə isə, qəlblərimizdən kin-küdurəti çıxarmaqla, saf və təmiz qəlblə bu mübarək aya qədəm qoyaq!
Milli.Az

Xəbərlər     Baxılıb: 887   Tarix: 24 avqust 2022
f Paylaş

Oxşar xəbərlər

.

Qaynadılmış yumurtanı axşam yeməyin FAYDALARI

Qaynadılmış yumurtanı səhər yeməyindən daha çox axşam yemək daha faydalıdır.   -a istinadən xəbər verir ki, yumurtanın tərkibində çox miqdarda protein var. Axşam yumurta yemək yuxu zamanı yağ yandırma prosesini stimullaşdırır

.

Albalı bu xəstəliyin dərmanıdır

a istinadən albalının faydalarını təqdim edir:. Gündə nə qədər kolbasa yemək olar? . Niyə körpələrə yumurta ağı vermək olmaz? . Ən zərərli tərəvəzin adı açıqlandı . - Albalı ürək xəstəlikləri riskini azaldır. - Albalı arıqlamağ

.

Kakaonun qiyməti kəskin ucuzlaşdı

Aprelin 19-da kakao paxlasının qiyməti tarixi maksimuma çatıb. Həmin gün Nyu York birjasında bu məhsulun 1 tonunun qiyməti 11 722 dollar idi. -a istinadən xəbər verir ki, may ayında məhsulun qiymətində 30 faizə yaxın azalm

.

Min dərdə dərman "ağ çiçəyim"- Ağacda bitən can dərmanı

a istinadən "Şəfalı bitkilər" rubrikasında akasiya çiçəkləri barədə məlumat verir. Bahar gələndə salxım-salxım ağ çiçəklərinin qoxusu insanı məst edən akasiya əslində yüz dərdin dərmanıdır. Bu bitkinin çiçəklərində

.

Gündə 50 qram püstə yeyin - FAYDALARI

Püstə zəngin qida mənbəyidir. Xüsusilə zülal, sağlam yağlar, lif, maqnezium, fosfor və B vitamini ilə zəngindir. Antioksidantlar, digər minerallar və vitaminlər baxımından da əhəmiyyətli bir tərkibə malikdir. -ə istinadə

.

Baş ağrılarını bu çayla dərhal aradan qaldırın

Səhər oyananda müşahidə olunan baş ağrısı bütün günü təsir edən və həyat keyfiyyətini aşağı salan bir vəziyyətdir. Baş ağrısı problemi yarananda ağıla tez-tez gələn üsul ağrıkəsicilərdən istifadə etməkdir. -a istinadən xəbə

.

Niyə qadınlar 40 yaşdan sonra arıqlaya bilmir? – SƏBƏB

Bəzi qadınlar yetkinlik dövründə arıqlamağın gənclik illəri ilə müqayisədə daha çətin olduğunu bildirirlər. Zərif cinsin nümayəndələrinin yaş keçdikcə artıq çəkidən çətinliklə qurtulmasının 2 mümkün səbəbi var. . -a istinadə

.

Ən zərərli tərəvəzin adı açıqlandı

"Tərəvəzlərin ən zərərlisi kartofdur". . "Unikal"a istinadən xəbər verir ki, bunu rusiyalı qastroenteroloq Daria Utyumova yerli KİV-ə müsahibəsində deyib. . Bu suları içən insan sağlam ola bilməz. Hamını

.

Orqanizmi xərçəngdən qoruyan VİTAMİN

D vitamini ilə zəngin qidalar bağırsaqlarda xüsusi bakteriya olan "Bacteroides fragilis"in böyüməsini təşviq edir. Onlar bədənin şiş (xərçəng) hüceyrələrinə qarşı immun reaksiyasını gücləndirə bilər. -a istinadən xəbə

turlar.az

sonxeber.az kosmetika mehsullari yemek reseptleri geyim necə seçməli dunyanin en seksual qadinlari ibrətamiz sözlər geyimler 2024 ciyər qovurması kosmetika tapmacalar masturbasiya birlik haqqinda veten aybawi