İlaxır çərşənbə falları

İlaxır çərşənbə fallarıBu gün xalqımız ilaxır çərşənbəni qeyd edir.

İlaxır çərşənbə Novruz bayramından əvvəl qeyd edilən ən təntənəli bayramlardan biridir. Torpaq çərşənbəsi adlanan bu çərşənbəni xalqımız xüsusi təmtəraqla qeyd edir. Süfrələr ləziz təamlarala bəzədilir. Müxtəlif xalq oyunları, mərasimlər keçirirlir. Bu bayram insanlara pozetiv enerji verir. Bu gün insanlarda xüsusi bir canlanma baş verir, hər kəsin qəlbi bayram nəşəsi ilə dolur.

İlaxır çərşənbədə subay oğlanlar özlərinə gələcək həyat yoldaşı axtarmaq üçün daha aktiv olurlar. Papaq atma mərasimində oğlanlar evlərin qapı – bacasından papaq atar, ev sahibləri isə bayram tədarülkərindən olan nemətlərdən papağa qoyaraq həmin insanları sevindirərlər.
Bu bayram gənc qızların da sevimli bayramlarından biridir. Onlar ilaxır çərşənbədə müxtəlif fallardan istifadə edər, doyunca əylənərlər. Əsasən gələcək həyat yoldaşlarının kim olacağını bilmək arzusu onlara çox zövq verər.

1. Bu fallardan ən məşhuru qulaq falıdır. Ürəyində arzu tutan qızlar gizlincə qonşu evlərin qapısını pusmağa gedər, ilk eşitdiyi sözü arzusunun cavabı olaraq yozarlar. Ona görə də çərşənbə axşamı hamı yaxşı sözlər söyləməyə çalışar. Çünki hər zaman qapının arxasında birinin dayanıb onlara qulaq asa biləcəklərindən xəbərdardılar.

2. İlaxır çərşənbə günü qadınlar, qızlar bir evə evə toplaşaraq fal mərasimlərini yerinə yetirirlər. Qızlar bulaqdan, yaxud çaydan axar sudan "lal su" gətirilir. Buna ona görə "lal su" deyirlər ki, bu suyu gətirməyə gedən şəxs su gətirəcəyi qabı əlinə götürəndən ta suyu gətirib evdə, iynə salınacaq qaba tökənəcən dinməməlidir (həmin su şər qarışandan sonra gətirilir və bu suyu gətirən şəxs bir neçə adam tərəfindən müşayiət oluna bilər).
Suyu qaba tökəndən sonra iki iynənin ulduzlu tərəfinə bir azca pambıq dolayır, birini qız, birini oğlan deyə fikirdə tutur (falı açılan şəxslər) və hərəsini bir tərəfdən üsulluca suya qoyurlar. Sonra həmin iynələrin hərəkəti ilə müəyyən mülahizələr söyləyirlər.
Qovuşacaq adamlarda iynələr müxtəlif səmtlərə hərəkət etsələr də axırda bir-birinə yaxınlaşıb bitişirlər. Əksinə olanda isə iynələr o tərəf-bu tərəfə hərəkət edir və bir-birinə qovuşurlar. Iynə suyun dibinə çökürsə - elə ilk dəfə qoyulanda, deməli, su "lal su" deyil. Su gətirən adam üstündə danışmışdır. O, heç olmasa, "a" deyə səs çıxarmışdır.

3. Yumurta və karandaşlar
Axır çərşənbə günü tövlənin pəncərəsinin ağzına (qabağına) bir yumurta, iki karandaş – qara və qırmızı karandaşlar qoyulur. Səhər həmin yumurtanın üstündə (üzərində) xətt olur (guya Xıdır xətt çəkir). Əgər qırmızı karandaşla xətt çəkilibsə, yumurta kimin bəxtinə qoyulubsa, o xoşbəxt olacaq. Qara karandaşla xətt çəkilibsə əksinə olacaqdır.

4. Duzlu kökə yemək
Axır çərşənbə axşamı gec yatırlar. Yatanda işə əvvəlcədən hazırlanmış duzlu kökə yeyib yatırlar, su içmirlər. Gecə yuxuda (susuzluqdan) su görünür: içməyə kimsə su verir. Guya, həmin su verən adam yuxu görənin qismətidir.

5. Yeddi ulduz
Bu falı istənilən vaxt icra etmək olar. Yatmağa gedəndə yeddi ulduz sayırlar. Ulduzları sayandan sonra bir kəlmə də olsa, danışmaq olmaz. Bu halda öz qismətini yuxuda görürlər.

6.
Şax konfeti
Əvvəllər gəlin üçün şax bəzənərdi. Bu, taxtadan, daha doğrusu, odundan düzəldilmiş və bütün çıxıntılarına mıx çalınmış konusvarı, təxminən 1-1.5 metr hündürlüyündə figur idi ki, bunu da müxtəlif şirniyyatla, qoz-badamla, meyvə ilə bəzəyirlər. Həmin şaxdan qoparılmış konfeti axşamyeyib yatanda, guya adam yuxuda öz qismətini görür.

7. Subay qızlar bir evə yığışıb nişanlı qızların üzüklərinə sap bağlayaraq bir stəkanın yarısına qədər havada saxlayarlar. Bir-bir subay qızların adları çəkilərək üzüyün stəkanın divarına neçə dəfə dəydiyini sayarlar. Üzük stəkanın divarına neçə dəfə dəyərsə həmin qız elə o yaşda da ərə gedər.

Bu bayram xalqımıza xoşbəxtlik gətirsin, bütün ocaqlarda səadət işığı yansın, evlərdən ruzi- bərəkət, sağlıq əskik olmasın!!!
Xalqımızın bu əziz bayramı mübarək olsun!

Ailə və Uşaq     Baxılıb: 4840   Tarix: 17 mart 2015
f Paylaş

Oxşar xəbərlər

.

Oyuncaqlı uşaq menyuları tələsinə ALDANMAYIN

Mütəxəssislər fast food şəbəkələrinin uşaqları qida dükanlarına daxil etmək üçün həyata keçirdiyi "oyuncaqlı uşaq menyusu" tələsi ilə bağlı valideynlərə xəbərdarlıq ediblər. Türkiyəli prof. Dr. Ali Kağan Gökak bununl

.

Hamiləlik zamanı mərhələli müayinələr - NƏLƏR EDİLMƏLİDİR?

Hamiləlik (lat.graviditas) – qadının reproduktiv orqaninda embrion və ya dölün inkişafı  ilə gedən xüsusi bir haldır. Hamiləlik qadın və kişi cinsi hüceyrələrinin uşaqlıq borularında mayalanıb 46 xromosomdan təşkil olunmu

.

Ana südünü artıracaq təbii qidalar

Bu gün ana südünü artıran qidalar barədə danışmaq və süd verən analara nələr yeməli olduqlarına dair tövsiyələr vermək istəyirik. Əmizdirmə dövrü analar üçün  hər nə qədər stresli bir dövr olsa da bilirik ki, əmizdirmə körpəni

.

Nəmləndirici kremlər körpələrdə bu riski artırır - ANALARIN NƏZƏRİNƏ

Üç aylıq körpələrin dərisinə tez-tez nəmləndirici sürtmək körpəlikdə qida allergiyasının ortaya çıxmasına səbəb ola bilər. "Allergy and Clinical Immunology" jurnalında dərc edilən yeni araşdırmanın nəticələrind

.

Ana südünün daha bir faydası: DOĞUMDAN SONRA…

Ana südü həm körpə, həm də ana sağlamlığı üçün ən əhəmiyyətli qida qaynağıdır. Bununla əlaqədar türkiyəli professor Nalan Karabayır məlumat verib:. "Ana südü körpələr üçün ən sağlam qida mənbəyidir. Əmizdirmə ana-uşa

.

Bu səbəbdən hər il 65 min uşaq 5 yaşına çatmamış ölür

30 yaşlarında siqaretdən imtina edənlərin ömrü təxminən 10 il uzanır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, dünyada 1,3 milyard tütün məhsulu istifadəçisinin 80 faizindən çoxu aşağı və orta gəlirli ölkələrd

.

İkili skrininq testi ilə DAUN SİNDROMU riskini öyrənmək mümkündür?

İkili skrininq testi ilə hamiləlikdə risk faktorunun qarşısını alın. İkili skrininq testi hamiləliyin 11-14-cü həftələri arasında tətbiq edilən bir testdir. Bu test daun sindromu üçün riskli bir vəziyyətin olub-olmadığın

.

Uşaqlar arasında yayılan KOKSAKİ virusu

 Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən şikayətlər son günlərdə uşaqlar arsında sıx rast gəlinən virus xəstəlikdir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədə

.

Hər yaşın öz musiqisi - Uşaqlarınızın seçimini bu SİYAHI-dan edin

Hər yaşda musiqi insana bircür təsir edir və zövqləri də müxtəlif istiqamətlərə yönləndirir. Musiqi bir incəsənət növüdür, amma sağlanlığımızı da formalaşdırmağa qadirdir. Sağlamolun.az müxtəlif yaş qrupları üzrə sağlam v

turlar.az

sonxeber.az qis geyimləri 2024 sade makiyaj sekilleri qadin sayti testosteron nədir faydalı məlumat qırmızı xalça qarağatın faydaları kosmetika qaynana hakista video baliq seksual aysel