İlham Əliyevdən SƏRT ÇIXIŞ: "Dilənçi Ermənistandan fərqli olaraq, biz...

İlham Əliyevdən SƏRT ÇIXIŞ: "Dilənçi Ermənistandan fərqli olaraq, biz..."Dilənçi Ermənistandan fərqli olaraq, biz Ordumuzu öz hesabımıza təmin edirik, müstəqil ölkə kimi yaşayırıq".
Xanim.az xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 26-da "Buta" sarayında Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə keçirilmiş rəsmi qəbulda çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir: "Bu istiqamətdə bizim prinsipial mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Bu gün də belədir, sabah da belə olacaqdır. Münaqişə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun ölkələrin ərazi bütövlüyü çərçivəsində, Helsinki Yekun Aktının qərarlarına uyğun şəkildə öz həllini tapmalıdır. Azərbaycan heç vaxt imkan verməyəcək ki, bizim tarixi torpağımızda ikinci qondarma erməni dövləti yaradılsın. Elə mövcud olan erməni dövləti bizim torpağımızda yaradılıbdır. Biz yaxşı bilirik ki, 1918-ci ildə İrəvan Ermənistana hədiyyə kimi verilmişdir. Ona görə, torpağımızda ikinci qondarma erməni dövlətinin yaradılması mümkün deyil. BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməlidir, işğalçı qüvvələr torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmalıdır".

İlham Əliyev qeyd edib ki, beynəlxalq təşkilatların qərar və qətnamələri bizi qane edir. Bu, münaqişənin həlli üçün hüquqi əsasdır: "Eyni zamanda, son müddət ərzində səslənən bəyanatlar və atılan addımlar da yüksək qiymətləndirilməlidir. Xüsusilə həm Minsk qrupuna həmsədrlik edən ölkələr, həm Avropa İttifaqı, digər qurumlar artıq birmənalı şəkildə deyirlər ki, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Düzdür, hələ ki, bu bəyanatlardan sonra heç bir addım atılmır. Gözləyirik ki, bu addım da atılacaq və işğalçıya təzyiq göstəriləcək. Onlara qarşı sanksiya tətbiq olunacaq və mütləq olmalıdır. Əgər Ermənistana bu işğalçı siyasətinə görə sanksiyalar tətbiq edilməsə, bu, ikili standartların növbəti əlaməti olacaqdır. Buna baxmayaraq, belə bəyanatların özü də hesab edirəm ki, müsbət addımdır.

Eyni zamanda, Dağlıq Qarabağda keçirilmiş qondarma "referendum"a çox sərt reaksiya verildi, həm qonşu ölkələr tərəfindən, həm Minsk qrupundan, həm Avropa İttifaqından və digər ölkələrdən. Heç kim bu qondarma yığıncağı, bu biabırçılığı qəbul etmədi, əksinə bunu pislədi. Bir daha sübut etdilər və göstərdilər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz torpağıdır, ölkəmizin ayrılmaz hissəsidir. Biz isə öz siyasətimizi davam etdirəcəyik. Danışıqlarda bizim prinsipial mövqeyimiz tam əsaslıdır və biz bu siyasətdən bir millimetr də geri çəkilən deyilik".

Azərbaycan Prezidenti əlavə edib: "Məcburi köçkünlərlə bağlı bizim siyasətimiz göz qabağındadır. Son illər ərzində 100-ə yaxın qəsəbə salınıb. Hazırda yeni qəsəbələr salınır. Eyni zamanda, biz Bakı, Sumqayıt şəhərlərində qəzalı binalarda yaşayan köçkünlər üçün də yeni binaların tikintisinə başlayırıq. Bu da çox geniş bir proqram olacaqdır. Bir neçə min ailə, məcburi köçkün yaxın gələcəkdə yeni, gözəl evlərə, mənzillərə köçürüləcək".

Dövlət başçısı deyib ki, ordu quruculuğu istiqamətində siyasətimiz özünü tam doğruldub: " Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Beynəlxalq reytinqlər də bunu göstərir. Ordumuzun maddi-texniki təchizatı, döyüş qabiliyyəti, orduda vətənpərvərlik ruhu yüksək səviyyədədir. Bu gün biz ən qabaqcıl texnologiyalara malik olan texnika alırıq, silahlar alırıq və alacağıq. Ordumuz üçün nə qədər vəsait ayırmaq lazımdırsa, biz o qədər də ayıracağıq. Dilənçi Ermənistandan fərqli olaraq, biz Ordumuzu öz hesabımıza təmin edirik, müstəqil ölkə kimi yaşayırıq. Onlar isə başqa yolu seçiblər, bu, müstəmləkə yoludur, bu, onların seçimidir".

Prezident qeyd edib ki, bu gün Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə hazırdır, buna qadirdir: "Keçən ilin aprel döyüşləri bunu göstərdi. Aprel döyüşləri xalqımızın, Ordumuzun gücünü göstərdi. Bir daha göstərdi ki, Azərbaycan Ermənistanın silahlı təxribatlarına heç vaxt dözməyəcək və göstərdi ki, Azərbaycan indiki vəziyyətlə heç vaxt barışmayacaq".

Xəbərlər     Baxılıb: 1846   Tarix: 27 may 2017
f Paylaş

Turlar.az

Oxşar xəbərlər

.

Hər səhər bir ovuc badam yeməyin faydaları

Badamın sağlamlıq üçün olduqca faydalıdır. Xüsusilə də hər səhər bir ovuc badam yesəniz. -ə istinadən bildirir ki, səhərləri ac qarına yeyilən badamın orqanixmə verdiyi inanılmaz faydaları təqdim edir:. Pəhriz saxlayand

.

Arıqlamağa əngəl olan səbəblər

Əgər kalorilərin məhdudlaşdırılması və idman arıqlamağa kömək etmirsə, endokrinoloqa müraciət etməlisiniz. .   -a istinadən xəbər verir ki, bu barədə rusiyalı məşhur qastroenteroloq Rüstəm Sadıqov danışıb. Həkim bildiri

.

İnsanlar arasında maral zombi xəstəliyi yayıla bilər

Amerikalı elm adamları insanlarda xroniki arıqlama xəstəliyinin (CWD) şübhəli iki halının müəyyən edildiyini bildirdilər. Bu prion xəstəliyi maralların beyninə və sinir sisteminə təsir edərək, onları zombiyə bənzər canlılar

.

Qazlı içki, dondurma və saqqızdakı TƏHLÜKƏ

Tədqiqatçıların fikrincə, xüsusilə yeni nəsil "neotam" adlı süni dadlandırıcının iltihablı bağırsaq sindromunu və sepsisi tətikləmə potensialına malik olduğu müəyyən edilib. Mütəxəssislərin dediyinə görə, araşdırm

.

Qan şəkərini aşağı salan və xolesterolu "parçalayan" meyvə

Həkimlər meyvələri pəhrizinizə mümkün qədər tez-tez daxil etməyi məsləhət görürlər. Bu da orqanizmi xolesteroldan təmizləməyə, qan şəkərinin səviyyəsini aşağı salmağa və hətta daha sürətli arıqlamağa kömək edir.   -a istinadən xəbə

.

Plova 2 qaşıq əlavə edin, bu xəstəlikdən xilas olun

Bədənimizdəki balanssız qan şəkəri səviyyəsi adətən qidalanmamızla əlaqədardır. Pre-diabet xəstələri, insulin müqaviməti və qan şəkəri problemi olan bir çox insan bunun üçün həll yolu axtarır. Qanımızda müəyyən miqdarda şəkəri

.

Niyə hər gün avokado yemək lazımdır? - Mütəxəssislər AÇIQLADI

Alimlər hər gün avokado yeməyin orqanizmə təsirlərini açıqlayıb.   -a istinadən bildirir ki, araşdırmalara görə, avokado yemək həzmi yaxşılaşdırır. Alimlər avokadonun abdominal piylənmədən əziyyət çəkən insanlarda sağlamlığ

.

Yeniyetmələrin siqaret aludəçiliyi təhdid yaradır

11-15 yaşlı yeniyetmələr arasında alkoqol və elektron siqaret istifadəçilərinin sayı narahatlıq doğuran həddə artıb. Dövlətlər bunun qarşısını almaq üçün konkret addımlar atmalıdır. -a istinadən xəbər verir ki, bunu Ümumdüny

.

Hər gün bir qaşıq zeytun yağı içmək üçün 6 səbəb

Son araşdırmalara görə, səhər yeməyinizə zeytun yağı əlavə etmək faydalarını artıra bilər. .   -a istinadən bildirir ki, alimlərin fikrincə, bu yağdan yalnız bir yemək qaşığı bədənə əhəmiyyətli faydalar gətirə bilər. Depressiyada

turlar.az

sonxeber.az reseptler gözəllik məhsulları geyim və ayaqqabılar atalar sozu veten haqqinda 2024 yaz yay kolleksiyasi sac horukleri xinayaxdi sozleri kosmetika hakiwda qizlar aybawi vidyolar xərçəng bürcü