İlhamə Quliyevanın qoyub getdiyi tac. Silsilə davam edir…

İlhamə Quliyevanın qoyub getdiyi tac. Silsilə davam edir…Qədim dövrlərdə taxt-tac uğrunda baş verən müharibələri hazırda şou-biznes nümayəndələrimiz yenidən davam etdirir.

Düzdür hərənin özünə görə taxtı olsa da bölüşə bilmədikləri tək tacdır.

Sözügedən aksessuarın yaranma tarixi qədim Misir və Romaya dayansa da, bizdə tac söhbəti daha çox şou-biznes sahəsinə aktualdır. Təxminən 2000-ci illərdə mərhum xalq artisti İlhamə Quliyevanın "Primadonna" titulunu alması tacın sahibini də bəlli edib.

Xalq artisti həmin dövrlərdə başına tac taxan məşhurları "Baltalayırdı".

İ.Quliyevanın sağlığında çoxları onunla düşmən olmağı gözə almadıqları üçün həmin aksessuara yaxın getməyə belə çəkinirdilər.

"Primadonna"nın ölümündən sonra tacla görüntülənən ilk məşhur əməkdar artist Elza Seyidcahan oldu. Hansı ki, hələ sağlığında İ.Quliyeva ilə yola getmirdi. İfaçının bu hərəkəti həmkarları tərəfindən böyük qınağa səbəb olmuşdu.

Ötən il isə prodüsser Tarix Əliyev (Tolik) "Lider" TV-də aparıcısı olduğu "Bu bizik Toliklə" verilişində əməkdar artist Fərqanə Qasımovaya tac hədiyyə etmişdi.

Prodüsserin bu hərəkəti hər kəs tərəfindən bəyənilsə də növbəti cəhdi qınağa səbəb oldu. Belə ki, Tarixin "Xəzər" TV-də "Hər Şey Daxil" verilişində xalq artisti Nazpəri Dostəliyevanın başına tac taxmasından sonra bu aksessuar ətrafında söz-söhbətlər böyüdü.

Tolik canlı efirində N.Dostəliyevaya tac hədiyyə etdikdən sonra ilk narazılığını bildirən müğənni Nadir Qafarzadə oldu. Emosional ifaçı deyib ki, bu tac yalnız mərhum sənətkar İlhamə Quliyevaya məxsusdur. Onun Tolikə qarşı çıxması yeni qarşıdurmanın təməlini qoydu.

Əldə etdiyimiz məlumata görə ifaçı Nazənin Salayevanın Nadiri dəstəkləməsi də Toliklə onun arasının dəyməsinə səbəb olub. Tolik bu gün Nadirlə arasındaki soyuq müharibəyə aydınlıq gətirsə də Nazəninlə aralarında yaşanan problem davam edir.

Şou-biznesin kişi və qadın nümayəndələri prodüsserin bu hərəkətini həm tənqid edib, həm də təqlid ediblər.

Tolik onu tənqid edənlərə cavab olaraq növbəti efirində özü də daxil olmaqla dəvət etdiyi bütün qonaqların başına tac taxıb və qeyd edib ki, onun təqdim etdiyi bu aksesuar simvolik xaratker daşıyıb.

Qalmaqal mövzusuna çevrilən aksessura müraciət edənlər sırasında Elnarə Xəlilova və Təranə Qumral da olub.

PrimeTime.az

Xəbərlər     Baxılıb: 1579   Tarix: 15 fevral 2018
f Paylaş

Turlar.az

Oxşar xəbərlər

.

Yaranı necə tez sağaltmaq olar?

Dəri yaraları həyatımızın hər mərhələsində qarşılaşa biləcəyimiz bir problemdir. Bəzən kiçik kəsiklər, dərin yaralarla qarşılaşa bilərik. -a istinadən bildirir ki, mütəxəssislər dəridə yaralar yaranan kimi həkimə müraciə

.

Cavan dərinin bir nömrəli sirri

Nəmləndirmə dərinin cavan qalmasında böyük rol oynayır. Məhz nəmlilik dəriyə elastiklik, hamarlıq və təravət bəxş edir. axşam.az-a istinadən bildirir ki, quru dəri həmişə qoca görünür. Dəriyə makiyaj edən də səliqəsizdi

.

İnsanlar niyə solaxay doğulur və beyinləri necə fərqlənir?

Sağ əli ilə rahat hərəkət edənlərin üstünlük təşkil etdiyi dünyada əksər şey solaxayları qeyri-dominant əllərindən istifadə edərək uyğunlaşmağa məcbur edir. Dünyada solaxayların payının əhəmiyyətli bir faiz təşkil etməsin

.

Qara zirənin inanılmaz faydaları - Hər gün səhər acqarına

Təbii dərman kimi istifadə olunan qara zirə(çörəkotu) əsrlər boyu alternativ təbabətdə istifadə olunur. Hazırda da qara zirə həm müalicə məqsədi, həm də ləzzətli dadına görə tez-tez yediyimiz yeməklərdə istifadə olunur. Anca

.

Hansı yeməkləri sabaha saxlamaq olmaz? - SİYAHI

İnsanlar çox vaxt ertəsi günə saxlanılan yeməklərin sağlam olub-olmadığını düşünmür. Lakin mütəxəssislər iddia edirlər ki, bəzi yeməklər bir neçə saat keçdikdən sonra xəstəlik mənbəyinə çevrilir. Belə ki, onlar soyuducud

.

Tünd şokoladın müalicəvi əhəmiyyəti üzə çıxdı

Alimlər ürək-damar sağlamlığını dəstəkləmək üçün yeni yollar tapmağa davam edirlər. Çindən edilən son araşdırmalar maraqlı nəticə ilə diqqəti cəlb edir: tünd şokolad təkcə müalicəvi deyil, həm də hipertoniya ilə mübarizəd

.

Yuxusuzluğun beş əsas səbəbi

Xroniki yuxusuzluğun fizioloji səbəbləri ola bilər. .   -a istinadən xəbər verir ki, bunu ingiltərəli mütəxəssis Mayk Koçiş deyib. Koçiş yuxu problemlərinin beş səbəbini açıqlayıb. Onun sözlərinə görə, yuxu pozğunluğunu dah

.

Bu yeməkləri sabaha saxlamaq olmaz - Siyahı

İnsanlar çox vaxt ertəsi günə saxlanılan yeməklərin sağlam olub-olmadığını düşünmür. Lakin mütəxəssislər iddia edirlər ki, bəzi yeməklər bir neçə saat keçdikdən sonra xəstəlik mənbəyinə çevrilir. Belə ki, onlar soyuducud

.

Novruz bayramından sonra hansı xəstəliklər kəskinləşir?

Bayram günlərində hər evdə masalarda məcməyi dolu şirniyyat, qoz-fındıq, müxtəlif çərəzlər qoyuldu. Ailənin bütün üzvləri uşaqdan tutmuş yaşlıya kimi çayla paxlava, şəkərbura, qoğal yeyəcək, tez-tez də ağzına ləbləbi atacaq

turlar.az

sonxeber.az gelinlikler geyim necə seçməli yemek reseptleri ayaqqabi ve cantalar doğuşdan sonra saglamlig cennet almasi murebbesi kosmetika birlik klitor sekisler əfsanələr maska