İllər üzrə 2017-nin PROQNOZU: Xoruz ilində bizi nə gözləyir?

İllər üzrə 2017-nin PROQNOZU: Xoruz ilində bizi nə gözləyir?Yeni il - yeni imkanlar deməkdir. Bəs qarşıdan gələn Xoruz ilində digər illər altında dünyaya gələnləri nə gözləyir?
Publika.az xarici mətbuata istinadən astroloqların illərə görə hazırladığı ulduz falını təqdim edir.
Siçan ili (1960.1972.1984.1996.2008)

Xoruz Siçan ilində doğulanlara himayədarlıq etməyəcək. Çünki onlar arasında həddindən artıq fikir ayrılığı hökm sürür. Elə buna görə də Siçanlara nəhəng planlar qurmaq məsləhət deyil. Əslində, 2017-ci ildə onların qarşısında duran əsas məsələ olduqları mövqeni qoruyub saxlamaqdır. Xoruzlar Siçan ilinin nümayəndələrinə qəsdən maneələr törətməyə və problemlər yaratmağa çalışacaq. Halbuki, Siçan və Xoruzu bir-biri ilə müqayisə etsək, birincinin daha güclü olduğunu demək olar. Odur ki, Siçan ilindən olanları gərgin bir il gözləyir, lakin il maraqlı və müəyyən dərəcədə faydalı keçəcək.
Öküz ili (1961.1973.1985.1997.2009)

Baxmayaraq ki, Xoruz Öküzlərə açıq-aşkar rəğbət bəsləyir, bu adamlar nə cürsə özlərinə problem yaratmaq yolunu tapacaq. Ədalət naminə onu da qeyd etmək lazımdır ki, Öküzlərin çətinliklərin öhdəsindən məharətlə gəlmək kimi bacarıqları var və bu ilin nümayəndələrini 2017-ci ildə yalnız yüksəklik gözləyir. Bundan əlavə, onların 2017-ci ildə əvvəllər buraxdıqları səhvlərini düzəltmək şansları da olacaq. Onlar bu müddət ərzində güclü emosiya, yeni təəssüratlar, böyük hadisələrlə qarşılaşacaq.
Pələng ili (1962.1974.1986.1998.2010)

Xoruzların Pələnglərdən açıq-aşkar xoşu gəlmir. Onlar arasında anşılmazlıq dərhal yaranmır, bu, tədricən baş verir. Bu ilin nümayəndələri qarşıda duran əsas vəzifələrini yerinə yetirməyə müvəffəq olacaq və tamamilə qənaətbəxş nəticələr əldə edəcəklər. Amma onlar strateji məqsədlərini 2017-ci ildə həyata keçirə bilməyəcək. Yeri gəlmişkən, Pələnglər istəsə, ilin Sahibi ilə ümumi dil tapa bilər. Bunun üçün müəyyən səylər göstərmək tələb olunur. Görəsən, onlar buna hazırdır? Bax, ən ciddi diqqət edilməli məsələ budur.
Dovşan ili (1963.1975.1987.1999.2011)

Dovşan üçün 2017-ci il heç də xoşbəxt keçməyəcək. Lakin onların əksəriyyətini qurban kimi təsəvvür etmək çətindir. Dovşanların əsas xarakteristikası mübarizə aparmaqdır, onlar çətinliklərlə barışmaq niyyətində olmadığını ən pis vəziyyətdə belə açıq-aşkar göstərir. İlin Sahibinin Dovşanlara münasibətini ədavətli adlandırmaq olmaz və sürprizlər gözlənilmir. Onların Dovşanlara iddiaları əsasən anlaşılmaz olmaları ilə bağlıdır. Nəticədə Xoruzlar il boyu Dovşanların özünü necə aparmasını müşahidə edəcək və düzgün qərarlar verməsinə kömək edəcək.
Əjdaha ili (1964.1976.1988.2000.2012)

Xoruz Əjdahalara rəğbət bəsləyir. Düzü, o, ilin sahibindən yerləşmənin aşkar təzahürünü gözləməli olacaq. Xoruz çox güman ki, Əjdahanı izləyərək onun köməyə ehtiyacı olduğu ən dəqiq və ən doğru məqamı gözləyəcək. 2017-ci il Əjdahalar üçün uğurunu və uğursuzluğunu müəyyən edən, onları ikincidən xilas edən gücün məxfi üstünlüyü altında keçəcək. Əjdaha ilinin nümayəndələri bu gizli dəstəkdən istifadə edə və bundan özü üçün maksimum fayda götürə biləcəklərmi? Yaşayıb, görəcəyik.
İlan (1965.1977.1989.2001.2013)

İlin ağası şübhəsiz ki, İlanlara mərhəmət göstərəcək. Bu iki nişan astrologiyada əsl dostlardır. Bəs Xoruz İlanı konkret olaraq nə ilə sevindirməyə hazırdır? Birincisi, müsbət dəyişikliklər olacaq, hansı ki, İlanların çoxu onları sonradan həyatının yeni mərhələsinin başlanğıcı adlandıracaqlar. İkincisi, 2017-ci il onlar üçün öz şəxsi keyfiyyətlərini göstərmək baxımdan yaxşı fürsətdir. Üçüncüsü, qərarları müstəqil qəbul edəcək və başqalarından asılı olmayacaqlar. Bir sözlə, İlan ilinin nümayəndələrini qarşıda gözəl və maraqlı bir il gözləyir. Sözsüz ki, İlanlardan bu fürsətlərdən istifadə etmək bacarığı da tələb olunur.
At (1966.1978.1990.2002.2014)

Xoruzun Ata münasibətini mehriban adlandırmaq doğru deyil. Etiraf etmək lazımdır ki, qarşı tərəf də ona təxminən eyni cavabı verir. 2017-ci ildə Atlar həyat yolunda ilin sahibinin dəstəyi olmadan, müstəqil irəliləməli olacaq. Lakin buna görə həddindən artıq dilxor olmaq lazım deyil. Çünki bəzi hallarda yersiz və yöndəmsiz köməkdənsə, olmaması daha yaxşı dəstəkdir. Bəli, At ilinin nümayəndələri öz problemlərinin öhdəsindən gəlməyə qadirdir.
Keçi/Qoyun ili (1967.1979.1991.2003.2015)

Xoruzun Keçilərə bir çox iddiaları gözlənilir. Amma onlar ilin sahibindən böyük rəğbəti özlərinə rəva görmür. Buna baxmayaraq Keçilər sərt deyil, dözümlü və kifayət qədər diqqətlidir. Onlar hər hansı yolla Xoruzla dil tapacaq və onları özünə loyal yanaşmağa məcbur edə biləcək. Əgər buna öz istedadını əlavə etməyə tənbəllik göstərməsələr, onda bir çox problemlərin qarşısını ala və istəklərinə də çata biləcəklər.
Meymun (1968.1980.1992.2004.2016)

Xoruz Meymunlara qarşı bir qədər şübhə ilə yanaşır. İlin sahibi Meymunla dost olmağa qərar verməzdən əvvəl yaxşı-yaxşı fikirləşir. Meymunlara bu vəziyyətdə sübut etmək lazımdır ki, onlar Xoruzun havadarlığına və rəğbətinə tamamilə layiqdir. Bəlkə onda hər şey çox yaxşı qurtara bilər. Sözsüz ki, özləri də səy göstərməlidir.
Xoruz (1969.1981.1993.2005)

Xoruzla Xoruz dostluq edə bilirmi? Müəyyən edilib ki, bəli! Amma burada vəziyyətin dəyişməsi ilə bağlı faktlar da var. Bu ilin nümayəndələrini digərləri ilə müqayisədə 2017-ci ildə aşkar üstünlük gözləyir, onlardan istifadə etməmək tamamilə bağışlanmaz səhv olardı, bəziləri isə hətta özlərinə ziyan vurmağa müvəffəq olacaq.
Bu arada, Xoruzlar ilin sahibi olsa da, meydanda tək qalacaqlar. Belə ki, onlar qabaqcadan sevinməyə və narahat olmağa tələsməsin. İlin səmərəli keçməsi üçün onlar soyuq ağılla yaşamalı və özlərinə aid olan məsələlərə qarşı diqqətli davranmalıdır.
İt (1958.1970.1982.1994.2006)

İtlər ilin Sahibindən narazı qalmaq üçün mütləq bir bəhanə tapacaq. Xoruz isə öz tərəfindən əmindir ki, onlar üçün yalnız yaxşı işlər görür. Problem ondadır ki, Xoruz və İtlərin yaxşılıq anlayışı bir-birindən çox fərqlidir, hətta təzadlı olduğunu demək olar. Xarakterli İtlər heç nəyə baxmayaraq öz fikrində israr edəcək. Hər halda onlar öz sözünün üstündə dura və həqiqət barədə şəxsi baxışlarını ifadə etməyə nail olurlar.
Donuz/Qaban (1959.1971.1983.1995.2007)

Donuzlar ilin Sahibi ilə dil tapa biləcək, onların münasibətləri qənaətbəxşdir. Donuzlar Xoruza itaətsizlik etməyəcək, əksinə ilin sahibinə onları problemlərdən xilas etməyə imkan verəcəklər. Xoruz da öz növbəsində onlara bəzi anlaşılmaz məsələlərin öhdəsindən gəlməyə kömək edəcək. Məhz buna görə də kənardan elə təəssürat yaranacaq ki, hətta vaxt da Donuzların xeyrinə işləyir, bir çox anlaşılmazlıqlar isə öz-özünə "yox olur". Bəzən bu, doğrudan da belə olacaq, amma Donuzların da haqqını yemək olmaz. Çünki onlar əllərini sallayıb oturaraq həyatdan möcüzə gözləyənlər qrupuna aid deyil.

Maraqlı     Baxılıb: 3461   Tarix: 28 noyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Məktəblərdə payız tətili yekunlaşdı

Ümumi təhsil müəssisələrində beşgünlük payız tətili yekunlaşıb. Bu barədə  -a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Payız tətili ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil olunub. Xatırladaq ki

.

Daha 200 gənc Dövlət Proqramı ilə xaricdə oxuyacaq

"2022-2026 Dövlət Proqramı"nın növbəti iştirakçıları müəyyən olunub. xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrind

.

Müəllimlərin NƏZƏRİNƏ - İmtahan vaxtı açıqlandı

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı ilə bağlı məlumat iştirakçıların şəxsi kabinetlərinə göndərilib. Bu barədə  -a Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib. Bildirili

.

Məktəbli forması almaq istəyən valideynlərin NƏZƏRİNƏ - Bir həftə ərzində

Növbəti tədris ilində şagirdlər yeni məktəbli geyimləri ilə oxuduqları təhsil müəssisələrinə üz tutacaqlar. Qəbul olunmuş yeni qərara əsasən, 2023-2024-cü tədris ilindən etibarən yalnız yeni məktəbli formalarından istifad

.

Alim qlobal istiləşmənin inanılmaz səbəbini açıqladı

Qlobal istiləşmənin mümkün əsas səbəbi insan fəaliyyəti deyil, havada və okeanda karbon qazının tərkibindəki disbalans ola bilər. -a istinadla xəbər verir ki, bu sözləri Rusiya Elmlər Akademiyasının Fizika İnstitutunun Geosferləraras

.

Raqif Hüseynova yüksək vəzifə verildi

Azərbaycan Texnologiya Universitetində tədris işləri üzrə prorektor vəzifəsinə təyinat olub. APA-ya istinadən bildirir ki, bununla bağlı Azərbaycan Respublikasının elm və təhsil naziri müvafiq əmr imzalayıb. Əmrə əsasən Raqi

.

Azərbaycanda elmin inkişafı ilə hansi qurum məşğul olacaq?

Azərbaycanda elmin inkişafı məsələləri ilə həm AMEA, həm də yeni yaradılmış Elm və Təhsil Nazirliyi məşğul olacaq. "Report"a istinadən bildirir ki, Milli Elmlər Akademiyasının əsasən texniki, təbiət elmləri il

.

Yeniliklər hədəflərə çatmağa geniş imkan yaradacaq - Günel Səfərova

Azərbaycanda son illərdə önəmli bir proses başlayıb. Bu prosesin əsasını, ilk növbədə beynəlxalq hüququn norma və prinsiplərinə, ölkə konstitusiyasının tələblərinə tam riayət etməklə Qarabağın yenidən qurulması və həmvətənlərimizi

.

MİQ üzrə müsabiqənin müsahibə mərhələsinə start verilir

Bu gündən müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsində uğur qazanmış namizədlər üçün müsahibə mərhələsinə start verilir. Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən  -a bildirilib ki, müsahib

turlar.az

sonxeber.az gozel gorunmek həkim məsləhəti qadin dunyasi üzdə civzələr ariqlama faydalı məlumat dişlər kosmetika qizlar gulmeli hakista novruz bayramına aid bakışta lakonizm xərçəng bürcü