İmadəddin Nəsimiyə həsr olunan beynəlxalq elmi konfrans keçirilib - FOTO

İmadəddin Nəsimiyə həsr olunan beynəlxalq elmi konfrans keçirilib - FOTOPrezident İlham Əliyevin "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında" və "Azərbaycan Respublikasında 2019-cu ilin "Nəsimi ili" elan edilməsi haqqında" sərəncamlarına uyğun olaraq, Şəkidə "İmadəddin Nəsiminin dövrü: ictimai-siyasi həyat və mədəniyyət" mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutundan verilən məlumata görə, beynəlxalq konfransın təşkilatçıları akademiyanın Tarix, Şərqşünaslıq, Elm Tarixi institutları və Şəki Şəhər İcra Hakimiyyətidir.
Konfransın əvvəlində Şəki Dövlət Regional Kollecin müəllim və tələbələrinin Nəsiminin şeirləri əsasında hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Konfransı Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov açaraq iştirakçıları salamlayıb. O, respublikamızda və xarici ölkələrdə Nəsimi yaradıcılığına həsr edilmiş tədbirlərin keçirildiyini bildirib.
Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov deyib ki, sovet dönəmində Nəsiminin guya İslam əleyhinə olduğu bildirilirdi. Əslində isə o, dini elmin, maarifin inkişafına yol açmağa çağırır, xurafata və cəhalətə qarşı çıxış edirdi. O, dində islahatlar tərəfdarı idi. Dində islahatlar keçirmək təşəbbüsü Avropaya nisbətən Şərqdə daha tez başlamışdı. Sadəcə orta əsrlər Şərqində islahat ideyaları baş tutmadı. Avropada isə Lüterçilik, Münserçilik, Kalvinizm inkişafa geniş yol açdı.
Yaqub Mahmudov bildirib ki, dahi bəstəkarımız Firəngiz Əlizadənin "Nəsimi" passionu böyük şairimizin sönməz həyat eşqinin, haqq-ədalət uğrunda mübarizəsinin dünyaya tanıdılmasında mühüm rol oynayıb.
Daha sonra konfransda türkiyəli alimlər - Türk Tarix Qurumunun sədri, professor Rəfiq Turan "Mədəniyyətdə böhran, ayaqda qalan şəxsiyyətlər və İmadəddin Nəsimi", Qazi Universitetinin professoru Selma Yel "Azərbaycan-Türkiyə ortaq türk mədəniyyəti və İmadəddin Nəsimi" və Hacı Bayramvəli Universitetinin professoru Fatma Turan "Nəsiminin şeirlərində Həzrəti Məhəmməd və Əhli-beyt sevgisi" mövzularında çıxışlar ediblər.
Bildirilib ki, ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin anadan olmasının 600 illik yubileyi UNESCO səviyyəsində qeyd edilib, Bakıda şairin heykəli ucaldılıb, haqqında bədii film çəkilib. 2017-ci ildə isə Nəsiminin vəfatının 600 illiyi UNESCO səviyyəsində qeyd olunub.
Konfrans çərçivəsində türkiyəli professorlar Rəfiq Turan və Selma Yelə Azərbaycan-Türkiyə elmi əlaqələrinin inkişafındakı böyük xidmətlərinə görə Tarix İnstitutunun fəxri doktoru diplomu təqdim olunub.
Elmi konfransın bölmə iclaslarında "Azərbaycan dövlətçiliyində hürufilik hərəkatının yeri", "İmadəddin Nəsimi və hürufiliyə dair bəzi məqamlar ərəbdilli qaynaqlarda", "Nəsimi düşüncəsində insan məfhumu" və digər mövzularda məruzələr dinlənilib.
Trend-in ən mühüm və maraqlı xəbərl
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1304   Tarix: 01 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Avropada hər gün minlərlə insan bu səbəbdən ölür

Avropada hər gün 10 min insanın ürək-damar xəstəliklərindən ölümünün əsas səbəbi həddindən artıq duz istehlakıdır. -a istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Avropa Bürosunun hesabatında deyilir. Bildirili

.

Bu yağlar qanda laxtalanma riskini artırır

Həkimlər qan laxtalanma riskini artıran yağ növlərini açıqlayıblar.   -a istinadən bildirir ki, bu yağlar qızartma zamanı xüsusilə təhlükəli olur. Banan yeməyin faydaları və zərərləri. Soğanın hansı növü daha faydalıdır?

.

Arzuları yerinə yetirən sehirli ot – Zəncirotu barədə bilmədiklərimiz

Ana təbiət əslində hamıya səxavətlə davranır,  otunu, çiçəyini insanların ayaqları altına sərir. Sadəcə, biz onun dilini bilmirik, hansı otun, çiçəyin hansı dərdə dərman olmasından xəbərsizik. "Şəfalı bitkilər"

.

Dönər alarkən bunlara diqqət etmək lazımdır

Dönər alarkən vətəndaşların diqqət etməli olduğu məqamlar açıqlanıb. xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin məlumatında bildirilib. Dönər alarkən aşağıdakılara diqqət edilməlidir:. -Qida təhlükəsizliy

.

Xərçəng əmələ gətirməyə qadir - 5 ət məhsulu

Xərçəng tətikləyən qidalar içində ilk pillədə kanserogenlərlə zəngin ət məhsulları gəlir. -a istinadən xəbər verir ki, əslində həyatımız boyu müəyyən qədər kanserogenli qida qəbul etməyimiz mümkündür. Amma əgər rasionda

.

Elektron siqaret çəkmək hansı xəstəliklərə səbəb olur?

Elektron siqaret çəkmək hobbisi son dərəcə təhlükəlidir, çünki nəticələri müxtəlif yollarla özünü göstərə bilər.   -a istinadən xəbər verir ki, Ukraynanın İctimai Sağlamlıq Mərkəzi bu cür təhlükəli əyləncələri sevənləri

.

Yatmazdan əvvəl bunu etmək sağlamlığınıza zərər verə bilər - Həkim AÇIQLADI

Baylor Tibb Kollecindən (ABŞ) dietoloq Roberta Andinqin sözlərinə görə, yatmazdan əvvəl qəbul edilən zəngin qidalar və kofeinli içkilər gecə istirahətinin keyfiyyətinə mənfi təsir göstərə bilər. Eyni zamanda, yüngül bir şa

.

Ömrü uzadan ən vacib 5 qida

Hamımız 100 il sağlam yaşamaq istərdik, lakin buna necə nail olacağımızı tapmaq çətin ola bilər. qaynarinfo-ya istinadən xəbər verir ki, "SheFinds" portalı pəhrizinizə canlı maddələrlə zəngin bir sıra qidalar əlav

.

Cökə çayının bilmədiyimiz faydaları

Mütəxəssislər cökə çayının bilinməyən faydalarını açıqlayıblar.   -a istinadən bildirir ki, bu çay qan təzyiqini normallaşdırmağa, həzmi yaxşılaşdırmağa və bədəndə iltihabı azaltmağa kömək edir. Xərçəng əmələ gətirməyə qadi

turlar.az

sonxeber.az makiyaj etmek qaydalari aksessuarlar makiyaj instagram nar bilerziyi salati ariqlamaq ucun yasil cay saglamliq haqqinda endirimli paltarlar kosmetika muellim seiri kahfe fali usaq seirleri oglan evi bahar