İmanlı qadının həyası

İmanlı qadının həyasıİmam Səccad (ə) buyurur:
Bir şəxs ailəsi ilə birlikdə dəniz səfərində ikən gəmi qəzaya uğrayır və onun arvadından başqa bütün müsafirlər həlak olur. Qadın bir taxta parçasından yapışıb, yaxındakı adalardan birinə çıxa bilir.

Bu adada yaşayan günahkar bir quldur ölümdən xilas olmuş qadınla rastlaşır. "Sən insansan, yoxsa cin", deyə qadından soruşur. Qadın cavab verir ki, "insanam". Zalım quldur qadınla bir söz danışmamış ona öz arvadı kimi yaxınlaşır. Qadın onun bu hərəkətindən həyəcanlanıb, titrəməyə başlayır. Quldur soruşur ki, "nə üçün narahatsan?" Qadın əli ilə yuxarıya işarə edib, "ondan qorxuram" deyir. Quldur sual verir: "Nə etmisən ki, Ondan qorxursan?" Qadın elə bir iş görmədiyinə and içir. Quldur deyir: "Sən elə bir iş görmədiyin halda Allahdan qorxursan, səni ki, bu işə mən məcbur edirəm. Ona görə də mən daha çox qorxmalıyam". Quldur bu sözləri deyib, qadına toxunmadan ondan uzaqlaşır.
Bir gün bu şəxs yolda bir rahiblə yoldaş olur. Günəşin yandırıcı şüaları hər iki yolçunu taqətdən salır. Rahib öz yoldaşına deyir: "Dua et ki, Allah bir bulud yetirib, bizi günəşin istisindən qorusun". Gənc cavab verir: "Mənim elə bir yaxşı əməlim yoxdur ki, Allahdan nə isə istəməyə cürət edim". Rahib deyir: "Onda mən dua edim, sən "amin" de". Rahib dua edir, gənc "amin" deyir. Tezliklə başlarının üzərində görünən bulud onların üstünə kölgə salır. Günün yarısını kölgədə gedən yolçular, nəhayət yol ayrıcına çatırlar. Bulud gəncin getdiyi yola yönəlir. Rahib gənci çağırıb deyir: "Sən məndən üstünsən. Duamız da sənə xatir qəbul oldu. Mənə bu üstünlüyün sirrini aç". Gənc, qadınla adada olan görüşünü açıb söyləyir. Rahib deyir: "Sən Allahdan qorxduğun üçün günahların bağışlanıb. Bundan sonra gələcəyini düşün"

Gözəllik və Moda     Baxılıb: 2598   Tarix: 27 dekabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Yaz üçün saç düzümləri: 80-dən bir PARTLAYIŞ

1980-ci illərdə məşhur olan saç düzümü yenidən dəbdədir. Bu barədə "New York Post" məlumat yayıb. Söhbət "permanent wave" (daimi dalğalı) saçlardan gedir. Bu tendensiya modellər Emili Ratajkovski, Bell

.

Dəb ikonalarının gözəllik reseptləri

İllərə meydan oxuyan dəb ikonalarının hər birisinin özünəməxsus gözəllik reseptləri var. Onlardan bəzilərini  sizə təqdim edirik. Ceniffer Lopez. Hollivudun dəb ikonası Ceniffer Lopez heç dəyişilməyən və daim təravətli ola

.

Qızlar pomada alarkən əsas buna diqqət etməlidir

Pomada hər bir qadının istənilən obrazını vurğulayan əsas ştrixdir, buna görə də qadınlar onun seçiminə xüsusi hörmətlə yanaşır, mükəmməl rəng tapmağa çalışırlar. Bir çox makiyaj ustası rəng seçimlərini məhdudlaşdırmamağ

.

2024-də hansı qaş formaları dəbdə olacaq?

Biz çox zaman qaşların əhəmiyyətini düzgün qiymətləndirmirik, baxmayaraq ki, onların rəngi və forması bəzən üzü tanınmaz dərəcədə dəyişə bilər. Həm yaxşı, həm də pis mənada. Hər kəsə uyğun olacaq bir qaş forması yoxdur, bu

.

Bu vərdişlər üzünüzdə QIRIŞ YARADIR

Estetik əməliyyatlara istək, yaşlanan dərini gizlətməyə çalışmaq, daha cavan görünmək arzusu gün keçdikcə daha da çoxalır. Yaşlanma molekulların dəyişməsi nəticəsində baş verir. Bu molekulların dəyişməsində təbii ki, ətra

.

Cazibadar görünmək istəyən qadınlar üçün 4 qayda

Unudulmaz qadın olmaq əslində çətin deyil. Cazibədar qadınlar həmişə özünə güvənən qadındır. Heyrətlənən və sevilən qadın olmaq əslində heç də çətin deyil. Cilvəli və incə xanımlar hər mühitdə özlərinə diqqət çəkməyi bacarırlar

.

Fransız makiyajını necə etmək olar?

Təbiiliyi ön planda tutan və dərinizi olduğu kimi göstərən fransız makiyaj tərzi öz gözəlliyinizi vurğulamaq üçün ən doğru seçimdir. Son zamanlar məşhurlaşan fransız üslublu makiyaj, özünüzü daha gözəl və özünə inamlı his

.

2024-cü ilin gözəllik trendi necə olacaq?

2024-cü ildə plastik cərrahlar daha orijinal, təmkinli estetika üçün həddindən artıq estetik prosedurlara qarşı xəbərdarlıq edərək, hüceyrə baxımı və sağlam yaşayışı vurğulamaqla təbii gözəlliyi qəbul etmək istiqamətind

.

Dünyanın ən cazibədar qadınları illər əvvəl və indi

Sindi Krouford, Naomi Kepmbel, Haydi Klum, Linda Evanqiliya, Tatyana Patiç, Klaudiya Şiffer, Kristi Terlinqton, Karla Bruni 70-80-ci illərin ən çox məşhur modelləri olsalar da, bu günədək onlara moda dünyasında böyük tələba

turlar.az

sonxeber.az geyim şəkilləri gozel gorunmek geymler 2024 moruğun faydasi şirniyyat ve tortlar aybasi ucun derman mimoza salatinin hazirlanma qaydasi kosmetika irem derici qu quşu dovsan baliq burcu sevgi