İmmun sistemin bərpası 2-4 həftə çəkə bilir - İmmunoloq professordan tövsiyələr

İmmun sistemin bərpası 2-4 həftə çəkə bilir - İmmunoloq professordan tövsiyələr"İnfeksion və ya şiş xəstəlikləri immun sistemində tarazlığı poza bilər"
Yalnız ciddi və davamlı pozğunluqlar aşkar olunduqda, immun sisteminə dərman müdaxiləsi təyin edilir.
Dünya Kliniki İmmunoloqlar Assosiasiyasının araşdırmalarına görə, dünya əhalisinin 7-15 faizi immunitet zəifliyindən əziyyət çəkir. Bu problemə diqqət çəkmək üçün Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2002-ci ildən etibarən hər il martın 1-i Ümumdünya İmmunitet Günü kimi qeyd olunur. İmmunitetin zəifliyi və immun sisteminin gücləndirilməsi mövzusu koronavirusun dünyada təşvişə səbəb olduğu bir məqamda daha çox aktuallıq kəsb edir.
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı ATU-nun Elmi Tədqiqat İmmunologiya Laboratoriyasının müdiri, professor Gülnarə Nəsrullayeva immunitet sistemi haqda məlumat verib: "İmmunitet insanın özünün daxili tamlığını və yeganəliyini qoruyan bir müdafiə mexanizmidir. Bu mexanizm ilk növbədə bakteriya, virus və digər törədicilərdən, həmçinin infeksiyalardan qoruyur. Bəzi səbəblərdən immun sisteminin funksional yetməzliyi baş verir və insan tez-tez təkrarlanan, ağır gedişli xəstəliklərə düçar olur.
İmmunitetin zəifləməsi və yaxud immun çatışmazlığı müxtəlif səbəblərdən ola bilər. Bunlardan bəziləri anadangəlmə xarakter daşıyır, həyat boyu davam edir, ağır və generalizə olunmuş infeksiyalarla müşayiət olunur, hətta əllilik və ya ölümə də gətirib çıxara bilər. Anadangəlmə (birincili) immun çatışmazlığı genetik patologiyadır və xüsusi müayinə tələb edən uzunmüddətli müalicədir. Bundan fərqli olaraq əhali arasında daha geniş yayılan və bütün yaşlarda rast gəlinən ikincili immun zəifliyi də var ki, bu hal adətən müvəqqəti xarakter daşıyır və bir çox səbəblərlə bağlı olur - yorğunluq, zəif qidalanma, ağır fiziki və psixi gərginlik, hormonal və immunsupressor dərmanlardan istifadə və s."
Professor deyir ki, infeksion və ya şiş xəstəlikləri, immunsupressiya təsirli dərmanlar, şüalanma, güclü stress və s. hallar da immun sistemində tarazlığı poza bilər:
"Normal immun mexanizmlərdə tarazlıq pozulduqda, onun müdafiə funksiyasının yerinə patoloji reaksiyalar baş verir və nəticədə autoimmun, allergik və limfoproliferativ xəstəliklər yarana bilər. İkincili immun zəifliyinin simptomları səciyyəvi xarakter daşımır. İndiyə kimi sağlam hesab olunan şəxslərdə dəridə və selikli qişalarda səpkilərin, bir neçə limfa düyününün 1-2 ay ərzində böyüməsi, dəridə uzun müddət sağalmayan yaralar, tənəffüs və mədə-bağırsaq xəstəliklərin təkrarlanması immun sistemin funksiyasını yoxlamağa zəmin yaradır.
Genetik patologiya ilə əlaqəli anadangəlmə immun çatışmazlığı yoxdursa, tez-tez xəstələnən uşaq və böyüklərə immuniteti gücləndirmək üçün bir sıra təbii vasitələr təyin oluna bilər. Bunlara adaptogen adı altında bitki və heyvan mənşəli preparatlar, təbii endogen interferonun sintezini və virus əleyhinə immuniteti gücləndirən vasitələr aiddir. Xroniki bakterial infeksiya ocaqları olan şəxslərə isə bir qrup bakteral lizatları birləşdirən müasir immunomodulyatorlar təyin oluna bilər".
G.Nəsrullayevanın sözlərinə görə, immunitet çox zərif və qeyri-stabil bir müdafiə mexanizmidir:
"Bir çox hallarda immunitetin zəifləməsi müvəqqəti xarakter daşıyır və müəyyən bir səbəblə bağlı olur. Məsələn, respirator virus infeksiyası, mədə-bağırsaq bakterial infeksiya və s. Bu sistemin özünün bərpa qabiliyyəti var. Orqanizm qısa müddətdə öz immun funksiyasını normal vəziyyətə qaytara bilir. Bu zaman xəstəyə gücləndirilmiş qidalanma, daha çox fiziki və psixoloji istirahət, yuxunun normallaşdırılması və təmiz havada daha çox vaxt keçirməsi tövsiyə olunur, dərman vasitələri təyin edilmir. Adətən bu bərpa 2-4 həftə çəkir. İmmun sisteminə müdaxilə yalnız ciddi və davamlı pozğunluqlar aşkar olunduqda təyin edilir və bunun üçün əsaslı göstərişlər lazımdır. Belə hallara güclü qanaxmada, hemolitik xəstəliklərdə, şualanma zamanı, onkoloji xəstəliklərdə və digər hallarda rast gəlinir. Xəstələr ikincili virus, bakterial və opportunustik infeksiyalara tutulurlar, ağır fəsadlara məruz qalırlar və həyat üçün təhlükə yaranır. Bu zaman immunoterapiyanın aparılmasına zəmin yaranır. İmmun sistemində tarazlıq bərpa olunduqdan sonra müalicə dayandırılır. Yalnız xəstələrdə anadangəlmə immun çatışmazlığı aşkar edildikdə, onun tipinə və ağırlıq dərəcəsinə müvafiq əvəzedici terapiya təyin olunur (timik hormonlar, damar daxili immunoqlobulinlər və s.) Bu halda müalicə həyat boyu davam etməlidir" /aztibb.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 962   Tarix: 06 mart 2022
f Paylaş

Oxşar xəbərlər

.

Sarımsağı belə yetişdirin – Alma boyda olacaq

Sarımsaq yetişdirən insanlar əməklərinin nəticələrini geniş miqyasda görüşmək istəyirlər. Ancaq çox zaman istənilən nəticə əldə edilmir. Çünki bunun üçün düzgün yetişdirilmə forması vacibdir. .   -a istinadən xəbər verir ki

.

Gündə nə qədər "arı çörəyi" yemək olar? – Doğru istifadə qaydası

Arı məhsulları dedikdə ağla bal, polen, arı südü, propolis, arı zəhəri, apilarnil və arı çörəyi gəlir. Bunların hamısı apiterapevtikdir. Elm adamları son illərdə bu məhsullarla bağlı geniş tədqiqatlar aparırlar.   -a istinadən xəbə

.

Baş ağrısına dözmək görün nələrə səbəb olur

Həkimlər baş ağrısına dözməyin təhlükəli olduğunu açıqlayıblar.   -a istinadən xəbər verir ki, baş ağrısı təhlükəli xəstəliklərin əlaməti ola bilər. Baş ağrıları müxtəlif tibbi şərtlərin əlaməti ola bilər, lakin çox vax

.

Şabalıdın bilinməyən faydaları: Siz də yararlanın

Şabalıd pəhriz lifləri, minerallar, sağlam yağlar, vitaminlər və antioksidantlar da daxil olmaqla qida maddələri ilə zəngindir. -ə istinadən bildirir ki, şabalıd C vitamini ilə zəngindir. Xüsusilə soyuq qış günlərində qızardılmış

.

Elektron siqaretlərin ciddi fəsadları - Həkimdən XƏBƏRDARLIQ

"Elektron siqaretlərin istifadəsi adi siqaretlə müqayisədə orqanizmə nikotinin daha çox daxil olmasına gətirib çıxarır ki, bu da orqanizmin müxtəlif həyati sistemlərinə mənfi təsir göstərir". -a istinadən bildiri

.

Kartof əvəzinə bu tərəzdən istifadə edin - 70 dəfə daha faydalıdır

Kərəviz də kartof kimi kök tərəvəzdir. Tərkibində çoxlu mineral olan kərəvizi kartof əvəzinə istifadə etmək olar.   -a istinadən xəbər verir ki, xüsusilə karbonhidratdan uzaq durmaq istəyənlər, pəhriz saxlayanlar yemək v

.

Ölkə əhalisi ən çox bu xəstəliklərdən əziyyət çəkib

Keçən il ailə planlaşdırılması xidmətinin təşkili üzrə 22 361 tibbi xidmət göstərilib. -ın xəbərinə görə, bu, bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan "Azərbayca

.

Səhər saatlarında şirin sıyıq yeməyin zərərləri

Səhər saatlarında yeyilən şirin sıyıq orqanizmə zərərli təsir göstərir.   -a istinadən xəbər verir ki, mütəxəssislərin gəldiyi qənaətə əsasən, xüsusən səhər saatlarında karbohidratlardan uzaq durmaq daha yaxşıdır. Eyni zamand

.

Xroniki bel ağrılarının çarəsi tapıldı

Alimlər xroniki bel ağrılarından qurtulmağın yolunu tapıblar. -a istinadən bildirir ki, ABŞ-nin Ohayo Dövlət Universitetinin tədqiqatçıları siçanlarda zədələnmiş onurğa disklərini bərpa edən və ağrı ilə mübarizə üçün yen

turlar.az

sonxeber.az yaz geyimleri 2024 geyim seçimi toy makiyajlari autizm xesteliyi edebi janrlar qaraciyər qadini ehtiraslandiran sozler kosmetika qu quşu tut ağacı tutdudu novruz bayramina aid hakistalar namiq qaraçuxurlu intim