İmmunitet nədir? – İmmuniteti artırmaq üçün VASİTƏLƏR

İmmunitet nədir? – İmmuniteti artırmaq üçün VASİTƏLƏRMilli.Az tanınmış fitoterapevt Fizuli Hüseynovun məqaləsini təqdim edir.
İmmunitet nədir sualına ilk cavab "orqanizmin xəstəliklərə qarşı müqavimət gücü" olur. Bəs necə etmək lazımdır ki, orqanizm xəstəliklərə az məruz qalsın və tutulduqda da onları rahat keçirsin? Bəziləri bunun çarəsini çox yeməkdə, bəziləri çox yatmaqda görürlər.
Allah bizim hamımıza bəlli bir ömür vermişdir, biz bu ömrü sağlam da yaşaya bilərik, xəstə də. Elə yaşamaq lazımdır ki, bizə Allahın əmanəti olan can həmişə sağlam olsun. İmmunitetin əsası hələ ana bətnində qoyulur. Hamilə qadınlar bol-bol meyvə-tərəvəz yedikdə, çiy su içdikdə, açıq havada gəzdikdə və əsəbdən özünü qoruduqda doğulacaq körpənin immun sistemi də düzgün formalaşır.
Çalışmaq lazımdır ki, doğuş təbii yolla olsun, bunun yenidoğulmuşun immun sisteminə faydası çoxdur. Analar maksimum dərəcədə körpəni ana südü ilə böyütməlidir. Televiziya reklamlarında süni qidaların ana südündən daha faydalı olduğu deyilsə də bu fikirlər əsassızdır. Çünki ana südünün tərkibində xüsusi antitellər var, bunlar uşağın orqanizminə daxil olaraq immuniteti formalaşdırır.
Sağlam olmaq üçün nə etməliyik?
Birinci növbədə immun sistemi zəiflədən yeməkləri tanıyıb onlardan imtina etmək lazımdır. Bunlara ağ çörək, şirniyyatlar, çipslər, qazlı içkilər, konserv məhsulları, bişirmə zamanı yanmış yeməklər aiddir. Ümumiyyətlə, imkan daxilində təbii ərzaqlara üstünlük verilməlidir, sənaye üsulu ilə hazırlanmış qidaların tərkibindəki qatqılar immunitetə mənfi təsir edir.
Hər yemək qəbulundan əvvəl meyvə, salat və tərəvəzlərin qəbulu, hər dəfə yalnız 1 növ yeməyin yeyilməsi və qida məhsullarının bir-birinə qarışdırılmaması önəmlidir. Ət yeməklərini çox yeməyə vərdiş etməyin, mədəni yeməklə tam doldurmayın, acmamış yemək yeməyin, doymamış süfrədən durun. Yemək zamanı göyərtilərdən, soğandan, sarımsaqdan bol istifadə edin. Meyvəni ya yeməklərdən yarım saat əvvəl, ya da 2 saat sonra yeyin.
Hər gün açıq havada 2 saata yaxın gəzmək bədənin müqavimətini artırır.
İmmunitetin ən əsas düşmənlərindən biri də əsəb gərginliyidir. Özünüzü əsəb və stresdən qoruyun.
Yeməkdən sonra ya 1 stəkan qatıq, ya da kefir içməyə vərdiş edin, bu, bağırsaq mikroflorası üçün önəmlidir. Yayda 2 litr, qışda 0.8 litr çiy su için. Gündə 1 stəkan bal şərbəti için, ona alma sirkəsi də qarışdırılsa daha yaxşıdır. Gündə 1 xörək qaşığı qara zirə yağı içmək immuniteti artırır. Çobanyastığı, cökə, dazıotu, bağayarpağı, biyan kökü, andız, udi hindi, güldəfnə, məkkəgülü, zəfəran, zəncəfil, darçın, dəvədabanı, bibəriyyə, adaçayı, solmazçiçəyi, ballınanə, kəklikotu, itburnu, qatırquyruğu kimi bitkiləri növbəli şəkildə çay kimi dəmləyib içdikdə və ya 10 gün müddətində gündə 3 stəkan İmmunotea çayı qəbul etdikdə immun sistemi gücləndirmiş oluruq.
İmmuniteti artırmaq üçün məcun:
- Zəncəfil tozu - 50 qram
- Jenşen kökünün tozu - 50 qram
- Çiçək tozu - 50 qram
- Ud hindi tozu - 50 qram
- Exinaseya kökünün tozu - 50 qram
- Biyan kökünün tozu - 50 qram
- Bal - 750 qram
- Keçibuynuzu bəkməzi - 750 qram.
Mövsümi meyvələri bol-bol yeyin, infeksion xəstəlik yayılmış yerlərə getməyin. İnsanın sağlam olması üçün orqanları qida maddələri və oksigenlə təmin edən qanın mütləq təmiz və saf olması lazımdır. Bunun üçün ildə 2 dəfə həcəmət (hicama) etdirmək, həmçinin ildə 2 dəfə, hər dəfə 40 ədəd olmaq şərti ilə zəli qoydurmaq faydalıdır.
İmmunitetin həmişə yüksək səviyyədə olması üçün xüsusi məcun hazırlamaq olar. Böyüklər ildə iki dəfə hər dəfə də 1 kq, uşaqlar isə 0.5 kq hazırlanan məcundan yeməlidir. Qəbul dozası belədir: böyüklər 1 çay qaşığı, uşaqlar yarım çay qaşığı gündə 3 dəfə yeməkdən əvvəl qəbul edir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1192   Tarix: 10 yanvar 2021
f Paylaş

Oxşar xəbərlər

.

Yay aylarında bu həşəratdan özünüzü qoruyun - ölümcül virus daşıyırlar

İnsan sağlamlığı üçün böyük risk daşıyan gənələrin yaratdığı təhlükə düşünüldüyündən qat-qat artıqdır. . -a istinadən xəbər verir ki, mütəxəssislər həmin həşəratın 200-dən çox xəstəliyin daşıyıcısı və yoluxucu olduğunu bildirirlər

.

İmtahandan əvvəl bunları YEYİN

Son elmi araşdırmalara görə, tərkibində yüksək şəkər olan şirniyyatlar müvəqqəti olaraq enerjini artırsa da, yekun nəticədə konsentrasiyanı azalda bilər. -a istinadən bildirir ki, yaddaş və konsentrasiyanı yaxşılaşdırma

.

Kəklikotunun çoxsaylı faydaları

Kəskin qoxusu ilə diqqət çəkən bir bitki olan kəklikotu daha çox yeməklərdə istifadə olunur. Kəklikotu bir çox xəstəliklərin təbii müalicəsində də istifadə olunur. Müntəzəm olaraq kəklikotu istehlak edən insanlar bədənlər

.

Arzuları yerinə yetirən sehirli ot – Zəncirotu barədə bilmədiklərimiz

Ana təbiət əslində hamıya səxavətlə davranır,  otunu, çiçəyini insanların ayaqları altına sərir. Sadəcə, biz onun dilini bilmirik, hansı otun, çiçəyin hansı dərdə dərman olmasından xəbərsizik. "Şəfalı bitkilər"

.

Soğanın hansı növü daha faydalıdır?

Soğan immuniteti möhkəmlədir, dərini cavanlaşdırır, virusları öldürür, damarları təmizləyir. Amma hansı soğanı daha çox yeməliyik- yaşıl, ağ, yoxsa qırmızı?. Eləcə də porey soğanı unutmamalıyıq. İmtahandan əvvəl bunları YEYİN

.

Pomidorları soyuq su ilə sulamaq olarmı? – Bağbanlar bilməlidir

Bəzi bağbanlar pomidorlarını soyuq su ilə sulayırlar və sonra az məhsula isə təəccüblənirlər.   -a istinadən xəbər verir ki, məsələ ilə bağlı aqronom Anastasiya Kovrizhnux danışıb. . Onun sözlərinə görə, heç bir halda pomidorlar

.

Gözəllik prosedurları üçün ən ideal yaş dövrü hansıdır?

Rusiyalı kosmetoloq Yekaterina Şostak xüsusi inyeksiyaların köməyi ilə cavanlaşmaq üçün hansı yaşın daha uyğun olduğunu açıqlayıb. -a istinadən bildirir ki, inyeksiya ilə üz dərisini cavanlaşdırmaq üçün ən uyğun yaş menopauzada

.

Kivini qabığı ilə yesək nə olar?

Kivinin faydaları haqqında hər kəs eşidib. Lakin az adam bilir ki, bu meyvəni qabığı ilə yemək daha faydalıdır.   -a istinadən bildirir ki, kivi qabığı çox sağlamdır. Tərkibində çoxlu lif, fol turşusu, kalium, C və E vitaminlər

.

İmtahana hazırlaşanların NƏZƏRİNƏ: Günün bu saatları dərs oxusanız, beyin

Qısa müddət sonra on birinci sinif şagirdləri buraxılış və qəbul imtahanları verəcək, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri üçün isə yay sessiyası başlayacaq. Bir çox tələbə vərdiş etdiyi gecə dərslərində

turlar.az

sonxeber.az qaşların formalari qis geyimləri 2024 geyim seçimi bitki dərmanları xiyar tursusu nece hazirlanir qoç bürcü uşaqlar və tərbiyə kosmetika qardasa aid haxistalar salam irem derici vətən haqqında bayatılar xanim.az