İNANMAYACAQSINIZ! Talıb Taleh görün nə səbəbə evlənmir

İNANMAYACAQSINIZ! Talıb Taleh görün nə səbəbə evlənmir"ARB Ulduz"un "Şou məkan" verilişinin qonağı olan müğənni Talıb Tale maraqlı açıqlamalar verib.

Xanim.az bildirir ki, verilişlərdə, kamera önündə özünü kifayət qədər narahat hiss edən müğənni elə başını aşağı salıb işi, sənəti ilə məşğul olmağa üstünlük verir:

"Mənə mahnı yazıb, klip çəkdirmək daha rahatdır, nəinki hansısa verilişdə qonaq olmaq, danışmaq. Bu, mənə maraqlı gəlmir. Verilişlərdə sıxılıram".

Sənətçi, son zamanlar onu yekəxanalıqda, özündən razılıqda günahlandıranlara üzünü tutub, problemi, sadəcə, vaxtının olmaması ilə əlaqələndirdi:

"Dost-tanışın hamısı əlaqə saxlamaq, görüşmək istəyir. Ancaq vaxt çatdıra bilmirəm. Fikrim işdə olur. Zəng edəndə belə uzun-uzadı söhbətlər etmirəm. Başa düşmürlər ki, hamıya vaxt ayırmaq olmur. Deyirlər ki, yekəxana olub. Zəng gəlir, deyir tanıdınmı? Deyirəm yox. Cavab verir ki, tanımazsan da".

Dostunun düşmənlərindən daha çox olduğunu söyləyən Talıb Tale onun pisliyini istəyənlərin yox, paxıllığını çəkənlərin olduğunu etiraf etdi:

"Məncə, dostum daha çoxdur. Pisliyimi istəyənlər hər halda yoxdur. Ola bilər ki, paxıllığımı çəkən insanlar olsun. Onlara da düşmən deməzdim. Digər insanlara qarşı mənfi rəylər olsa da, mənə qarşı bu kimi mənfi fikirlər azdır. Neqativ baxan insanlar da azdır. Bəzən sənətçilərlə harasa gedirik. Görürsən ki, hardasa onları bəyənməsələr də, mənə qarşı belə halla rastlaşmıram. Bu gün insanların mənə olan sevgisi bahalı maşınlardan qat-qat dəyərlidir. Elə sənətçilər var, ən bahalı maşın sürür. Sən taksidə də gəzə bilərsən, amma sənin işinə, sənətinə görə daha başqa hörmət qoyula bilər".

Talıb Tale daha böyük kütlə önünə çıxmaq və fanatlarına daha yaxın olmaq üçün gələn ilin fevralında Heydər Əliyev Sarayında konsert verməyə hazırlaşır:

"Konsertə hazırlaşırıq. Geniş miqyaslı konsertdir. Proqramı iki günlük planlaşdırmışıq. Ola bilər ki, üç günlük də olsun. Konsert 14-15 fevral tarixlərində Heydər Əliyev Sarayında olacaq. Ansamblla bərabər indidən hazırlıqlar gedir. Düşünürəm ki, mənim konsertim tam fərqli olacaq. Çünki artıq təcrübə də toplamışam. Bu il təxminən 20-yə yaxın konsert vermişəm".

Evlilik məsələsində günü günə satıb xeyir işini ertələyən müğənni, belə görünür ki, hələ ürəyincə olan bir xanımla rastlaşmayıb:

"Evlənməyimi çoxdan deyirlər. Gərək daxildən həvəs olsun. Bir ara gəldi o həvəs, indi o qədər iş həvəsi var ki. İstəyirəm evlilik məsələsini önə çəkim, alınmır. Digər bir tərəfdən hələ ürəyimcə olan insan da qarşıma çıxmayıb.

Konsertlərin birində tamaşaçılardan mahnı adı soruşuram ki, desinlər, onu ifa edim. Görürəm ki, bir nəfər özünü öldürür ki, "nə olar, evlənməyin". Deyirəm "nə olar evlənməyin" adda mahnı çıxarmamışam. Pərəstişkarlarım evlənməyimi istəmirlər. Əsas xarakterimiz düz gəlməlidir. Qorxuram bundan. Evlililik çox ciddi addımdır. Mənə çox çətin gəlir. Mənə gün ərzində qohumlardan ən az iki şəkil gəlir. Baxıb deyirəm ki, şəkillə evlilik olmur".

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Xəbərlər     Baxılıb: 4168   Tarix: 15 dekabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Müxtəlif yemək çeşidlərinin verdiyi fəsadlardan necə qorunaq? - AÇIQLAMA

"50 yaşdan yuxarı insanlar balıq yeməlidirlər, çünki bu yaşda bədənin əzələ kütləsini və gücünü saxlamaq üçün daha çox proteinə ehtiyacı var". Bu barədə -a Tibet təbabəti üzrə menecer Günay Seyfullayeva Novruz Bayram

.

Yeməkdən sonra yatmaq arıqlamağa necə təsir edir?

Yuxunun normal beyin funksiyasını bərpa etdiyi məlumdur və bunun da arıqlamaq prosesi ilə birbaşa əlaqəli olduğu ortaya çıxır. -a istinadən xəbər verir ki, araşdırmalara görə, yaxşı yuxu arıqlamağa inanılmaz təsir göstərir

.

İnsanlar niyə solaxay doğulur və beyinləri necə fərqlənir?

Sağ əli ilə rahat hərəkət edənlərin üstünlük təşkil etdiyi dünyada əksər şey solaxayları qeyri-dominant əllərindən istifadə edərək uyğunlaşmağa məcbur edir. Dünyada solaxayların payının əhəmiyyətli bir faiz təşkil etməsin

.

Yaranın üzərinə bir az tökün, MÖCÜZƏNİ GÖRÜN

Dəri yaraları həyatımızın hər mərhələsində qarşılaşa biləcəyimiz bir problemdir.   -a istinadən bildirir ki, bəzən kiçik kəsiklər, dərin yaralarla qarşılaşa bilərik. Mütəxəssislər dəridə yaralar yaranan kimi həkimə müraciə

.

Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı

ABŞ-ın Fred Hatçinson Xərçəng Mərkəzinin alimləri aşkar ediblər ki, ağız boşluğunda yaşayan "Fusobacterium nucleatum" bakteriyası bağırsaqlara keçərək aqressiv şişlərin əmələ gəlməsinə səbəb ola bilir. Araşdırmanı

.

Oruc tutmaq xərçəng hüceyrələrinin qarşını alır

Oruc tutmaq immun sistemini yaxşılaşdırır, orqanizmdəki toksinləri aradan qaldırır, iltihabı azaldır, xərçəng hüceyrələrinin yayılmasını ləngidir.  AZƏRTAC-a istinadən türkiyəli həkim Özkan Akyolun mövzu ilə bağlı araşdırmasın

.

Uşaqlar üçün qida məhsullarına yeni tələb müəyyənləşdi

Uşaqlar üçün qida məhsullarına dair yeni tələb müəyyənləşib.   -a istinadən bildirir ki, bu, Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının təsdiqlədiyi "Qida əlavələrinə dair sanitariya norma və qaydaları"nd

.

İnsan hər gün ağlasa nə olar?

Duyğularınızı daim nəzarətdə saxlamaq və ağlamağa imkan verməmək son dərəcə zərərlidir. Ancaq hər gün uzun müddət ağlamaq sağlamlığa zərər verə bilər. İnsan hər gün ağlasa nə olar?. -a istinadla xəbər verir ki, tez-tez ağlama

.

Yuxusuzluğun beş əsas səbəbi

Xroniki yuxusuzluğun fizioloji səbəbləri ola bilər. .   -a istinadən xəbər verir ki, bunu ingiltərəli mütəxəssis Mayk Koçiş deyib. Koçiş yuxu problemlərinin beş səbəbini açıqlayıb. Onun sözlərinə görə, yuxu pozğunluğunu dah

turlar.az

sonxeber.az toy makiyaji sekilleri yaz geyimleri 2024 maskalar daglar haqqinda ədəbiyyat testləri qəbizlik geyimlər kosmetika toyuq salati atalar sözləri vətənə aid bayatılar qizliq perdesi ağır itki