İnsan qüsurlarının tənqidi haqqında atalar sözləri

İnsan qüsurlarının tənqidi haqqında atalar sözləriAbdalın qarnı doyunca, gözü qapıda qalar
Abırlı abrından çəkinər, abırsız nədən çəkinər.
Abırsızdan abrını gözlə.
Ağa gətirər navala, xanım tökər çuvala.
Ağa Nəzərəm, belə gəzərəm, bir vuranda qırxın əzərəm.
Ağzına çullu dovşan sığışmır.
Ağıl çox - pul yox, ağıl yox - pul çox.
Ağıllı olan bir dəfə aldanar.
Ağır otur, batman gəl.
Adam var ki, adamların naxşıdır,

Adam var ki, dindirməsən yaxşıdır.

Adam olmayan yerdə adamdır.

Adamın başına nə bəla gəlsə, dilindən gələr.

Adı it dəftərində də yoxdur.

Atasının gözünü çıxardıb, adını qoyub Koroğlu.

Az idi arıq-uruq, biri də gəldi dabanı yarıq.

Aza qane olmayan, çoxa çatmaz.

Ay doğar gədiyindən,

Utan bir dediyindən.

Ayı qandı, abid qanmadı.

Al - ver deyiblər, al vermə deməyiblər.

Ala itdən məşhurdur.

Aldığını verməz, bildiyini deməz.

Alim olmaq asandır, adam olmaq çətin...

Artıq tamah baş yarar.

Arı yeyib, namusu atıb dalına.

Bağa qınından çıxdı, qının bəyənmədi.

Bazarın bazar, qadam sənə mərdumazar!

Barmağının beşini də bal elə, pis adamın ağzına sal, yenə deyər: acıdır.

Başını yarıb, ətəyinə qoz tökür.

Başından böyük danışma.

Başı daşa dəyməyincə ağlı başına gəlməz.

Belə otlayan idin, niyə arıq düşdün?

Beşdə alacağın yox, üçdə verəcəyin.

Bədəsil əsil olmaz, boyunca qızıl qala.

Bədəsili başa çəkərsən, sürüşüb ayağa düşər.

Bildiyini babasına da verməz...

Bir ac qudurar, bir yalavac.

Bir dadanandan qorx, bir qudurandan.

Bir versən bir də istər,

Yatmağa yer də istər.

Bir qəpiklik qutab kimi özünü ortaya soxma.

Bir yeyərəmdən qorx, bir də yemərəm deyəndən.

Bir ziyandan min böhtan doğar.

Bir gözü alça dərir, bir gözü gavalı.

Bir napakdan qorun, bir də köpəkdən.

Bir tikəni bilməyən, min tikəni də bilməz.

Birə bir deyiblər, birə iki deməyiblər.

Boşdan bir çıxar, bərkdən iki.

Boyaqxana küpünü azdırma.

Bu uşaqlıq deyil, şıltaqlıqdır.

Buğda göstərir, arpa satır.

Buğda çörəyin yoxdursa, buğda dilinə nə gəlib...

Buynuzsuz qoçun qisası, buynuzlu qoçda qalmaz.

Burda mənəm, Bağdadda kor xəlifə.

Burnun girməyən yerə başını soxma.

Bığdan götürüb, saqqala qoyur.

Varlılığa tələsən, yoxsulluğa tez düşər.

Vəz oxumaq asan işdir, əməl eləyən gərək.

Qabaq dinən bilsə ki, sonra dinən nə deyəcək, heç dinməz.

Qazan qarası gedər, üz qarası getməz.

Qazancını it yeyər, yaxasını bit.

Qaydanı pozan peşman olar.

Qayınananın gücü qızına çatar.

Qamış ola, gomuş ola, görməmiş ola...

Qanmaza qoşulanı qanmaz çağırarlar.

Qanı qan ilə yumazlar.

Qanana da can qurban, qanmayana da, dad yarımçıq əlindən.

Qapıdan qovursan, bacadan gəlir.

Qanmaza hörmət edərsən, deyər: - Məndən qorxur.

Qaraçı bir ələk verib, elə bil evə dirək verib.

Kifirə sabun, dəliyə öyüd neyləyər.

Qarğa özün quş bilir, xaşıl özünü aş.

Qarğanı qırğı bilir.

Qarnı tox olan, qayğısız olar.

Qarın başa bəladır.

Qarın qardaşdan irəlidir.

Qarın səndən aşağıdır.

Qəlb odur ki, qəlbindəkin deməyə...

Qorğaya öyrənən çərəzsiz qalmaz.

Qonaq bu il burdadır, gələn il də sərasər.

Qonağa get deməzlər, altından palazı çəkərlər.

Qonşunun toyuğu, qonşunun gözünə qaz görünər.

Qurddur, qoyun dərisinə girib.

Qırqovul kimi başını kola soxub, elə bilir görünmür.

Dağarçığını çuval yanına qoyur.

Dadanan qudurandan pis olar.

Dedi - qodu ev yıxar.

Demək olmur gözün üstə qaşın var.

Dəymişin qoyub, kalın dərir.

Dəli qazandı, ağıllı yedi.

Dəli qırmızı sevər, gic - sarı.

Dəli dəlini görəndə çomağını yan tutar.

Dərə xəlvət, tülkü bəy...

Dərə yiyəsiz olanda, donuz təpəyə çıxar.

Dilinin bəlasını çəkir.

Dilim səni görüm dilim-dilim olasan.

Dili dost, qəlbi qara.

Dini yeyib, imanını dalına atıb.

Diriyə hay verməz, ölüyə pay.

Dolunu yeyib, boşa təpik atır.

Duzu yeyib, duzqabını sındırır.

Dığ-dığ adamı azara salar.

Eyibli öz eybini bilsə, başına kilim örtər.

Elə bilir yuxa arasında halva var.

Elə yerdə otur, altına su çıxmasın.

Elə söz deyir ki, bişmiş toyuğun gülməyi gəlir.

Elə elə ki, nə şiş yansın, nə kəbab.

Eşşək palçığa bir dəfə batar.

Əvvəl arxı tullan, sonra bərəkallah de.

Əvvəldən nə idi hüsnü-camalı, indi oldu dəli Bayramalı.

Ədəbi kimdən öyrəndin, ədəbsizsən.

Əzizim əziz, tərbiyəsi ondan əziz.

Əl qatma harama.

Əlindən bir iş gəlməyən on danışar.

Əsli, nəcabəti olmayana qamçı neylər?

Əhl ilə daş daşı, naəhl ilə yemə aşı.

Zər ilə olan, zor ilə olmaz.

Zorla qoyuna gedən köpəyin qoyuna nə faydası?

İki canbaz bir ipdə oynamaz.

İlqarı olmayanın imanı da olmaz.

İnsan zülmə tabedir.

İnsan olmayan insan qədrin nə bilər!

İsti aşa soyuq su qatma.

İtdən çox çarıq aparan olmaz, yenə ayağı yalındır.

İçdin üzüm suyunu,

Tökdün üzün suyunu.

İşini möhkəm tut, qonşunu oğru tutma.

Yanan da mən - yaman da mən.

Yiyəsinə baxıb atın nallayırlar.

Yemə namərd çörəyini, axırda başına vurar.

Yükünü yığdı təpəyə, elə arxa çevirdi.

Yıxılanı vurmazlar.

Yuxarı evə baxıb, aşağı evi yıxma.

Kasıblıq eyib deyil, oğurluq eyibdir.

Keçi can hayında, qəssab piy hayında.

Kiminin əvvəli, kiminin axırı.

Kişi sözü üzə deyər.

Kişi tüpürdüyünü yalamaz.

Kişini tez qocaldar axşamdan yatan arvad.

Kişinin özünə baxma, sözünə bax.
Kişiüzlü arvaddan, arvadüzlü kişidən həzər.
Kor kor, gör gör.
Kor tutduğun buraxmaz.
Köpək araba kölgəsində yatar, elə bilər öz kölgəsidir.
Köhnə kəndə təzə nırx qoyur.
Quyu var, suyu yox.
Külək kimi hərdən bir tərəfə əsmə.
Gah nala döyür, gah mıxa.
Gədaya borclu olsan, bir toyda deyər, bir də yasda.
Gedər bağlar qorası, qalar üzlər qarası.
Gedər bu dövran sənə də qalmaz.
Gəlin bəzənincə toy əldən gedər.
Gəlmisən ayran içməyə, gəlməmisən ara açmağa.
Gəmidə oturub gəmiçi ilə vuruşur.
Goru var ki, kəfəni də ola.
Gözlərindən qan damır.
Gözünü qırpdın, sənin deyil
Gündüz gəzər obanı,
Gecə sancar dabanı.
Günü günə satmazlar.
Gününü düyünləyib göy əsgiyə.
Meşə çaqqalsız olmaz.
Miyançının kisəsi gen olar.
Milçək bir şey deyil, könül bulandırır.
Nəğdi qoyub, nisyə dalınca düşmə.
Nadiri taxtda görüb, Süleymanı qundaqda.
Nə qanır, nə qandırır.
Niyyətin hara, mənzilin ora.
Od düşdüyü yeri yandırar.
Od ilə oynamaq olmaz.
Od olub aləmi yandırır...
Oddan kül törər, küldən nə törər?
Oynamaq bilmir, deyir: yerim dardır.
Onun üzü - dəvənin dizi.
Ortada yeyir, qıraqda gəzir.
Ot kökü üstə bitər.
Oxun atıb, yayın gizlətmə.
Öz ağlını özgəyə vermə.
Özgə evində koxalıq eləməzlər.
Ölüdən də pay istəyir.
Ölünün dalınca danışmazlar.
Örtülü bazar, dostluğu pozar.
Ölünü öz başına qoyarsan, vurar kəfənin yırtar.
Pay verdi, dalınca xəbər göndərdi.
Paxıl artmaz.
Paxıl olmasan dərdin olmaz.
Pişiyi bağlayıb süfrə açır.
Pul verməz, can verər.
Sayanın quluyam, saymayanın ağası.
Saman sənin deyil, samanlıq ki, sənindir.
Sən ağa, mən ağa, inəkləri kim sağa.
Sən vurmadın, mən yıxmadım, bəs buna nə oldu?
Sənə vur dedilər, öldür ki, demədilər.
Sənin ipinlə quyuya girmək olmaz.
Səhər gedər naxıra, axşam gələr axıra.
Sirkə nə qədər tünd olsa, öz qabını sındırar.
Siçandan törəyən kəsəyən olar.
Soğan yeməmisən için niyə göynəyir.
Su bir yerdə qalanda iylənər.
Tazıya deyir tut, dovşana deyir qaç.
Tikan olub ayağa batınca, gül ol yaxaya sancıl.
Tutub ucundan, gedir ucuzluğuna.
Tülkünün meydanda nə işi var ki, dərisinə qiymət qoyalar.
Uman yerdən küsərlər.
Üstü bəzək - altı təzək.
Hazırın naziri.
Hamam suyu ilə özünə dost tutur.
Haram malın bərəkəti olmaz.
Heç bilmir harada bişib, deyir bir çömçə də bəri ver.
Hələ quyruğu qapı arasında qalmayıb.
Hər işi tutdun, insafı əldən qoyma.
Hər kəs nə eləsə, özünə elər.
Hayasızdan hayanı saxla.
Çanax öz başında sınar.
Çatana çatır, çatmayana bir daş atır.
Çörəyini özü öz ayağı ilə tapdaladı.
Çörək itirən çörək tapmaz.
Canavardan qorxan meşəyə girməz.
Canavarın nə qocası, nə cavanı.
Cəhənnəmə gedən özünə yoldaş axtarar.
Cücəni payızda sayarlar.
Şadlığına şitlik eləmə.
Şaftalı tabağı kimi ortada durma.

Maraqlı     Baxılıb: 10672   Tarix: 22 dekabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Alim qlobal istiləşmənin inanılmaz səbəbini açıqladı

Qlobal istiləşmənin mümkün əsas səbəbi insan fəaliyyəti deyil, havada və okeanda karbon qazının tərkibindəki disbalans ola bilər. -a istinadla xəbər verir ki, bu sözləri Rusiya Elmlər Akademiyasının Fizika İnstitutunun Geosferləraras

.

Saturnda həyatın mümkünlüyünə dair yeni sübutlar tapıldı

Beynəlxalq alimlər qrupu Saturnun peyklərindən biri olan Enseladda həyatın mümkün olması ilə bağlı fərziyyəyə dair yeni sübutlar tapıb. "Report"a istinadən bildirir ki, Çin Universitetinin geokimyaçısı Hao Jihuanı

.

Ölkəmizdə məktəblər bağlanır? – Xəbərdarlıq

Ölkədə qızılca xəstəliyi sürətlə yayılmaqdadır. Son məlumata görə, hazırda 284 xəstə var. Onlar arasında isə daha çox uşaqlar bu xəstəliyə yoluxub. Maraqlıdır, belə davam edəcəyi təqdirdə məktəblərdə karantin elan oluna bilərmi?

.

Direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi başlayır

Bu gün şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi keçiriləcək. report-a istinadən xəbər verir ki, esse mərhələsi barədə məlumat namizədlərin şəxsi səhifələrin

.

ADA Universiteti üçillik ali təhsil modelinin tətbiqi üzərində işləyir - Rektor

ADA Universiteti fəaliyyətdə olduğu 17 il ərzində keyfiyyətli müəllimlərin axtarışını və yetişdirilməsini qarşısına prioritet məqsəd kimi qoyub.  Trend-ə istinadən xəbər verir ki, bunu ADA Universitetinin rektoru, səfir Hafi

.

Azərbaycanın "Şöhrət" ordenli alimi vəfat edib - FOTO

Azərbaycanın tanınmış alimi, Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dosenti Ramin Mahmudzadə vəfat edib. R.Mahmudzadə dünən 87 yaşında dünyasını dəyişib. Qeyd edək ki, onun Azərbaycand

.

Neptunun halqalarının fotosu çəkildi - FOTO

"James-Webb" kosmik teleskopu Günəş sisteminin ən uzaq planeti olan Neptunun halqalarının fotosunu yerə yollayıb. Fotonu NASA yayıb. Bildirilir ki, Neptun planetinin ən yaxın fotosunu 1989-cu ildə Voyager-1 kosmi

.

27 ildən sonra Yeri gözləyən təhlükə... - Bu, 6-cı hadisə olacaq

Alimlər hesab edirlər ki, Yer kürəsi bu əsrin sonunda 6-cı dəfə yoxa çıxacaq. "qafqazinfo"-ya istinadən xəbər verir ki, bununla bağlı araşdırma Kanadada aparılıb. Belə ki, BMT-nin Bioloji müxtəliflik adlı konfransınd

.

Əziz Sancar AMEA-nın fəxri üzvü seçildi

Nobel mükafatı laureatı Əziz Səncər AMEA-nın fəxri üzvü seçilib. xəbər verir ki, bununla bağlı məsələ AMEA-nın bu gün keçirilən ümumi yığıncağında müzakirəyə çıxarılıb. Qeyd olunub ki, AMEA prezidenti, akademik İsa Həbibbəyl

turlar.az

sonxeber.az aksessuarlar kosmetika mehsullari maskalar qadinin arxadan olmasi küftələr ana haqqinda atalar sözləri saç həkimi kosmetika hakisda qiz evi haxista 8 mart pomidor qadin saglamlig