İnsanda allergiya necə yaranır? - CAVAB

İnsanda allergiya necə yaranır? - CAVABLent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu allergiya ilə bağlıdır.
Allergiya - orqanizmin allergen adlanan, ətraf mühitdəki bəzi faktorlara qarşı yüksək həssaslığıdır.
Maraqlıdır, görəsən, insanda allergiya necə yaranır?
Lent.az xəbər verir ki, araşdırmalara görə, allergiya - adətən immun sisteminin zəifləməsi nəticəsində yaranır. Allergiya bəzi heyvanların tükünə, müxtəlif məhsullara, toza, dərmanlara, kimyəvi maddələrə, həşərat sancmasına və bitki tozcuğuna qarşı yarana bilər. Allergiyanı törədən maddələr allergen adlanır. Bəzi hallarda allergik reaksiyalar o qədər zəif təzahür edir ki, hətta siz özünüz də allergiya olduğunuzdan bixəbər ola bilərsiniz.
Allergiya çox ağır fəsadlar yarada bilər. Bu hal insanda həyati təhlükəyə səbəb ola bilər. Allergiyaya düçar olan insanlarda anafilaktik şok əmələ gələ bilər - bu, orqanizmin allergenə qarşı son dərəcə kəskin reaksiyası olan ağır patoloji vəziyyətdir. Anafilaktik şok müxtəlif allergenlərdən törəyə bilər: dərman preparatlarından, həşəratların sancmasından, qida məhsullarından. Anafilaktik şok, həmçinin dərinin allergenlə, məsələn, latekslə kontaktından da yaranır.  
Qida allergiyası - müəyyən məhsulların törətdiyi və müvafiq simptomlarla müşayiət edilən immun reaksiyadır. Orqanizm hər hansı bir məhsulu təhlükə hesab edəndə, qida allergiyası yaranır. Bu halda orqanizm özünü qorumaq üçün immun sistemini anticismlər istehsal etməyə məcbur edir. Allergenin bədənə təkrar daxil olduğu halda, immun sistemi o maddəni tez tanıyır və yenidən anticismlər istehsal etməklə dərhal reaksiya verir. Məhz elə bu maddələr allergik simptomlar yaradır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Xəbərlər     Baxılıb: 690   Tarix: 19 fevral 2024
f Paylaş

Oxşar xəbərlər

.

Siqareti tərgitdikdən sonra niyə kökəlirik?

"Siqareti buraxdıqdan sonra çəki artımı siqareti tərgitmə faktı ilə deyil, pis qidalanma vərdişləri (şəkər, duz və qızardılmış qidalardan sui-istifadə) ilə əlaqələndirilir". "Unikal"a istinadən xəbər veri

.

Bu ədviyyatı zeytun yağı ilə qarışdırın – Orqanizmi qalxan kimi qoruyur

Sarıkök və zeytun yağı ayrı-ayrılıqda sonsuz faydaları olan iki qida olsa da, bir araya gəldikdə gücünü ikiqat artırır. Ekspertlər bir qaşıq zeytun yağına bir çimdik sarıkök əlavə edəndə möcüzəvi təsirlərin üzə çıxdığın

.

Satışda saxta gigiyenik vasitələr var: Necə tanımaq olar?

Ölkədə bir müddətdir ki, saxta gigiyenik vasitələr və kimyəvi məhsullar istehsal edən sex aşkar edilib. Bu isə bazarda satılan gigiyenik və yuyucu vasitələrin orijinallığı məsələsini gündəmə gətirib. Beləliklə, müştərilə

.

Həkimlər həyəcan təbili çalır: "İnfeksional xəstəliklər öldürür"

Son günlər qızdırmadan ölənlərin sayı artıb. Həmçinin azyaşlılar arasında geniş yayılan qızılca səbəbindən bir neçə uşaq baş verən virus və bakterial infeksiyanın ağırlaşmasına görə həyatını itirib.  Baku TV-yə istinadə

.

İdmanla məşğul olanlara ŞAD XƏBƏR: güc məşqlərinin gözlənilməz faydası

Güc məşqləri bədənlə yanaşı beyindəki əzələləri də gücləndirir.   -a istinadən xəbər verir ki, bu, aparılan araşdırmalar nəticəsində məlum olub. Ağırlıq məşqləri beynin qlükoza əldə etmək və emal etmək qabiliyyətini yaxşılaşdırır

.

Bu insanlara kartof püresi yemək olmaz

Dünyanın ən məşhur tərəvəzlərindən biri olan kartof vitaminlər, minerallar və qida maddələri ilə zəngindir. Bununla belə, onun faydalı xüsusiyyətləri hazırlanma üsulundan asılı olaraq əhəmiyyətli dərəcədə dəyişə bilər. Məsələn

.

Kivini qabığı ilə yesək nə olar?

Kivinin faydaları haqqında hər kəs eşidib. Lakin az adam bilir ki, bu meyvəni qabığı ilə yemək daha faydalıdır.   -a istinadən bildirir ki, kivi qabığı çox sağlamdır. Tərkibində çoxlu lif, fol turşusu, kalium, C və E vitaminlər

.

Arağın öldürücü dozası ilə bağlı XƏBƏRDARLIQ

Çoxlu miqdarda arağın çox tez içilməsi həyat üçün təhlükəli ola bilər. .   -a istinadən xəbər verir ki, Rusiya Dövlət Təhsil Universitetinin tibb fakültəsinin müəllimi, cərrah Aleksandr Umnov spirtli içkinin ölümcül dozas

.

Gözlənilən ömür uzunluğu artacaq - Neçə il?

Beynəlxalq alimlər qrupu əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun artmağa davam edəcəyini müəyyən ediblər.   -a istinadən xəbər verir ki, 2050-ci ilə qədər qlobal ömür uzunluğunun nə qədər artacağı proqnozlaşdırılıb

turlar.az

sonxeber.az aksessuarlar qaşların formalari hamiləlik enli koftalar tərəvəzlər qısa saç düzümləri qarazire faydalari kosmetika ziyafet geyimleri cinsi xerçeng olumu qadin.az