İnsanı həmişə cavan saxlayan hormonun SİRRİ: mütləq bunları edin!

İnsanı həmişə cavan saxlayan hormonun SİRRİ: mütləq bunları edin!Melatonin insanın gündəlik ritmlərini nizamlayan epifizin əsas hormonudur. Elektromaqnit sıxlığı artdıqca onun ifraz olunması azalır. Bu hormon yorğunluğu artırır və insan onun sayəsində yuxuya gedir. Proses gecə saat 23:00-dan 03:00-dək gedir. İfraz olunması işıqda azalır, qaranlıqda isə artır. Melatonin hormonunun yaşlanmağa gecikdirici təsiri də var.

Bu hormon orqanizmə qidalar vasitəsilə düşən triptofan-amin turşusu sayəsində istehsal olunur. Proses aşağıdakı şəkildə baş verir: triptofan qan dövranı vasitəsilə epifiz vəzisinə çatır. O, burada gümrahlıq və xoşbəxtlik hormonu adlandırdığımız serotoninə çevrilir. Gecənin düşməsi ilə bu hormon melatonin hormanlarına çevrilir. Günəş doğan kimi triptofandan yenidən melatonin əmələ gəlir.
Melatonin konsentrasiyası qanda 60 yaşda daha çox aşağı düşür, məhz buna görə də yaşlı insanlar həmişə yuxu problemindən əziyyət çəkir. Lakin melatonin hormonlarının istehsalını yaşa dolduqca tənzimləmək olar.
Bunun üçün öz orqanizmini hər gün eyni vaxtda yuxuya getməyi öyrətmək, tərkibində melatonin olan məhsulları yemək və vitamin qəbul etmək lazımdır. Yadda saxlayın: Nə qədər gec yatsanız, melatonin bir o qədər az istehsal olunur. Dolayısı ilə nə qədər tez yatsanız, bunun sayəsində sağlam və daha cavan olursunuz. Yalnız dərin yuxu fazasında melatonin hesabına orqanizmin hüceyrə səviyyəsində yenilənməsi baş verir.
Yuxu rejimi qaydaya salmaq üçün nə etməli?
Gecələr münasibətlərin aydınlaşdırılması stressdən başqa heç nə gətirmir. Sinir sistemi axşamlar təmkinli və sakit vəziyyətdə olmalıdır. Çünki stress sözügedən hormonun istehsalını ləngidir.
Şam yeməyində tərkibində triptofan-amin turşusu olan məhsulları daxil etməyə çalışın. Belə məhsullara toyuq əti, hinduşka, balıq, dəniz məhsulları, qaraciyər, yumurta, süd, kəsmik, yulaf yarması, qızardılmış kartof, tərəvəz, araxis, badam, qabaq tumları, xurma, banan aiddir.
Yatmazdan əvvəl yemək məsləhət deyil, yaxşı olardı ki, süd məhsulları, bal ilə qarışdırılımış bir stəkan süd və ya sakitləşdirici ot çayları içəsiniz. Bu məhsullar melatonin istehsalını stimullaşdırır.
Sizin yatağınız yalnız yuxu üçün nəzərdə tutulmalıdır. Çarpayı televiziya proqramlarına baxmaq, telefonla danışmaq üçün deyil.
Melatonin istehsalını gücləndirmək üçün sərin otaqda yatmaq daha yaxşıdır. Odur ki, nəfəsliyi açıq qoyub yatın və ya yatmazdan əvvəl otağın havasını dəyişin.
Melatonini dərman şəklində də qəbul etmək olar. Bu zaman o, sintetik yolla - həb və kapsulları şəklində istehsal olunur. Dərmanın dozasını yalnız həkim müəyyən edir. Əgər orqanizmin dəstəyə ehtiyacı varsa, mütəxəssisə müraciət edin.
Bir saatlıq idman da melatonin istehsalını dəfələrlə artır.
Zaman keçdikcə mellatonin yaranma prosesi ləngiyir və onun məhsuldarlığı azalır. Bunun qarşısını almaq üçün sərbəst radikalları neytrallaşdıran antioksidantlarla zəngin olan bitki pəhrizləri saxlayın. Alkoqol, eləcə də yağlı yeməklərdən çəkinin və heç vaxt siqaret çəkməyin.
Melatonin istehsalı nə üçün faydalıdır?
Həyat gücünü bərpa edir;
Orqanizmi cavanlaşdırır;
Hüceyrələri kanseregon maddələrdən, radiasiya və pestisidlərdən qoruyur;
Xərçəng şişinin yaranmasına müqavimət göstərir;
Qocalma prosesini ləngidir;
İmmun sistemini möhkəmləndirir;
Bədənin çəkisinə nəzarət edir, piylənməyə mane olur;
Stressin öhdəsindən gəlməyə kömək edir;
Sevinc və məmnunluq duymaq qabiliyyətini artırır;
Qanda xolesterinin miqdarını azaldır;
Qan təzyiqini azaldır, baş ağrılarını azaldır;
Ürək aritmiyalarının öhdəsindən gəlməyə kömək edir;
Osteoporoz riskini azaldır.
Bir sözlə, melatonin cavanlıq hormonu və güclü antioksidantdır.Publika.az

Gözəllik və Moda     Baxılıb: 2421   Tarix: 23 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Gözəl görünmək üçün nələri etməlisiniz?

Saçınızı hər gün yuyun. Mütəxəssislərin məsləhətlərinə görə , sadəcə saçları gur olan və ya tez yağlanan insanlar hər gün saç yumalıdırlar. Quru və zəif saçlara sahib olan insanların saçlarını 2 gündən bir yumaları məsləhətdir

.

Cazibadar görünmək istəyən qadınlar üçün 4 qayda

Unudulmaz qadın olmaq əslində çətin deyil. Cazibədar qadınlar həmişə özünə güvənən qadındır. Heyrətlənən və sevilən qadın olmaq əslində heç də çətin deyil. Cilvəli və incə xanımlar hər mühitdə özlərinə diqqət çəkməyi bacarırlar

.

Yeni il bayramından öncə hansı prosedurlar edilməməlidir?

Bir çox qadınlar cazibədar görünmək üçün Yeni il öncəsi müxtəlif fəndlərə əl atırlar. Bəziləri bayramdan öncə müxtəlif qocalma əleyhinə prosedurlar edirlər. Mütəxəssislər isə nəticənin həmişə gözləntiləri doğrultmadığı barəd

.

Dəb ikonalarının gözəllik reseptləri

İllərə meydan oxuyan dəb ikonalarının hər birisinin özünəməxsus gözəllik reseptləri var. Onlardan bəzilərini  sizə təqdim edirik. Ceniffer Lopez. Hollivudun dəb ikonası Ceniffer Lopez heç dəyişilməyən və daim təravətli ola

.

Tünd dərilər üçün xüsusi makiyaj DETALLARI

Düzgün vurğu və yüngül oyunlardan ibarət olan makiyaj sənəti hər dəri rənginə görə fərqlənir. Açıq dəri işığı fərqli şəkildə əks etdirdiyi halda, tünd dərili insanlar tamamilə fərqli şəkildə göstərir. Dərinin rənginə uyğu

.

2024-cü ilin gözəllik trendi necə olacaq?

2024-cü ildə plastik cərrahlar daha orijinal, təmkinli estetika üçün həddindən artıq estetik prosedurlara qarşı xəbərdarlıq edərək, hüceyrə baxımı və sağlam yaşayışı vurğulamaqla təbii gözəlliyi qəbul etmək istiqamətind

.

Bahalı qulluq olmadan 7 yaş gənc görünməyin sirri

Bir çox qadın daha gənc görünmək üçün kosmetoloqlara üz tutur. Ancaq bəzən kosmetoloq tərəfindən bahalı manipulyasiyalar istənilən nəticəni əldə etmir. Bir neçə sadə yolla daha gənc görünmək mümkündür. Onlara əməl etsəniz

.

Saçınızı özünüz rəngləyəndə bu səhvləri edirsiniz

Bəzi xanımlar saçlarını evdə özü rəngləməyi sevir. Lakin bu zaman onların yol verdiyi xətalar arzuolunan nəticəni əldə etməyə imkan vermir. Beləliklə, oxucuları saçları ev şəraitində rəngləyərkən yol verilən əsas səhvlərl

.

40 yaşdan yuxarı qadınlar üçün saç modelləri

Hazırda moda sahəsində 40 yaşdan yuxarı qadınlar üçün lakonik saç düzümü dəbdədir.  Belə saç modelləri xanımların təbii gözəlliyini vurğulamağa imkan verir. Bu saç düzümləri həmçinin çox diqqət də tələb etmir. Belə ki, səhə

turlar.az

sonxeber.az geyim necə seçməli yay kolleksiyasi gelinlikler geyimler 2024 zeytun mürəbbəsi karikatura donlar 2024 yay kosmetika yemek reseptleri klitor veten haqqinda atalar sozu bayati ikizler