İradə İbrahimova xəstəliyə tutulub: Günləri sayıram

İradə İbrahimova xəstəliyə tutulub: Günləri sayıramTürkiyədə yaşayan müğənni İradə İbrahimova koronavirusa yoluxub.
Azxeber.com xəbər verir ki, ifaçı bu barədə sosial şəbəkədəki səhifəsində yazıb: 
Özümü tanıdığım ilk gündən bəri məsafəsiz günüm olmadı. Məsafə mənim qalxanım, bir parçam oldu. Koronovirusla bərabər təkrar məsafə saxladıqlarım, geri çəkildiyim, yaxınıma yaxınlaşdırmadıqlarım da oldu. Bu virusa gəlincə, gəldiyi kimi gedəcəyini bilirəm. Yaradan yaratdığı kimi yox da edəcək. Hələki vəzifə başında olduğunu da, bizləri tərbiyə etdiyini, öyrətməyə çalışdığını da bilirəm. Duam, hər nə öyrətməyə gəlibsə başa düşərik, öyrənərik. Can aldığı, nəfəssiz qoyduğu vaxtlarda belə mənə dəyib-dolaşmadı. Bunun üçün məndə çox əmək verdim açığı. Yanıma yaxınlaşmamağı üçün çox səy göstərdim, amma olmadı. Ölümdən qorxduğum üçün deyil əlbəttə. Mən həmişə ölməkdən yox, öldürməkdən, pis bir işə səbəb olmaqdan, insanların yaşam sevinclərini əllərindən almaqdan qorxmuşam. Evin ən "pozitiv"i olaraq sevdiklərimdən uzaq, otağıma bağlı şəkildə "neqativ"ə dönəcəyim günləri sayıram. Bağlı qapının arxasından həyatın davam etdiyinin şahidi olmaq məni həm sevindirir həm də düşündürür... Demək mən yox ikən də həyat mənsiz öz axarında, gözəl bir şəkildə davam edir.
Bu arada "yaxşıyam, narahat olmayın!" deməyi unutmuşam. Bu səhər bir qızıma, bir də oğluma baxdım və inşallah ataları kimi olarlar deyə dualar etdim. İnsanlıq uşaqlarımıza balaca vaxtlarından öyrədilməlidir. Fərqi yoxdur istər qadın, istər kişi olsun vicdanlı, xoş görülü, mərhəmətli olmaq, əl uzatmaq insan olmaqla, insanlıqla əlaqəlidir. Səhər yeməyində günortanı, günotada axşamı soruşan, uşaqların dərsləri, işinin, mənim, evin yükünü alıb kürəyinə daşıyan canım həyat yoldaşım. Mən səndən çox razıyam, Allah da səndən razı olsun! Ürəyimdən xəstəlikdə, sağlıqda, yaxşı gündə, pis gündə deyərək illər öncə söz verdiyimiz günə, şahidlərinə salam olsun demək gəldi. Qabaqcadan xoş diləkləriniz, dualarınız üçün hər birinizə çox təşəkkür edirəm. Nə xoş mənə ki, dualarınızla, xoş diləklərinizlə geyinib-keçinəcəm. Yaxşı ki, varsınız!
Sağlıq! Sağlıq! Sağlıq! Hər şeyin başı sağlıqdır! Gerisi təfərrüat".

Şou Biznes     Baxılıb: 1242   Tarix: 24 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

.

Baliyə köçərkən burada itirdiklərimə peşman deyiləm' - Çingiz Mustafayev

Uzun zamandır səhnədən uzaqlaşıb Baliyə köçən müğənni Çingiz Mustafayev maraqlı etiraf edib. xəbər verir ki, bir müddətdir Balidə yaşayan və fərqli musiqilərə olan marağı ilə bilinən Çingiz pop musiqi ifa eməkdən zövq almadığın

.

Hüseyn Həsənovun vergi orqanlarına 153 milyon borcu var

Rusiyada yaşayan azərbaycanlı bloger Hüseyn Həsənovun Rusiya Federal Vergi Xidmətinə 153 milyon rubl borcu var. Rusiy mətbuatına əsasən xəbər verir ki, mayın 1-də vergi orqanları "influencer"ə borcunu ödəməyi bildirib

.

Rihanna oğluna doğum günü etdi - FOTOLAR

Rihanna və Aşap Rocky böyük oğullarının ad gününü interaktiv incəsənət muzeyində qeyd ediblər. xəbər verir ki, cütlüyün böyük oğlu Rzanın iki yaşı tamam olub. Jurnalistlər ailəni məkandan çıxarkən görüntüləyib.  Aysel.  

.

Burada tamaşaçıdan diqqət görmürük' - Samirə Əfəndi

"Böyük səhnədən sonra bura gəlirsən, amma o diqqəti burda görmürsən". xəbər verir ki, bu sözləri Avroviziya təmsilçimiz Samira Əfəndi "Rəngarəng səhər" verilişində deyib. "Bir az kobud səslənsə d

.

Murad Arifin yeni duet ortağı kim olacaq?

Mayın 23-ü Heydər əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək bəstəkar-müğənni Murad Arif yeni duetini  konsertində təqdimat edəcək. xəbər verir ki,o, bu haqda özü məlumat verib.   . Murad yeni dueti haqqında yalnı

.

Genco Ecer Aygünə sevgisini duetlə bildirdi - "Divaların divasısan

Xalq artisti Aygün Kazımova türkiyəli müğənni-bəstəkar Genco Ecerlə olan layihəsini təqdim edib. . AZXEBER/COM xəbər verir ki, "Maşallah" adlı mahnı DMC musiqi şirkəti imzası ilə dijital platformalarda yer alıb

.

Uzun ayrılığın ardından yenidən barışdılar

1.5 il öncə dostluqları "Bəxt oyunu" serialının çəkilişlərində başlayıb sevgiyə çevrilən Cemre Baysel və Aytaç Şaşmaz evlilik yolunda ikən təəccüblü şəkildə ayrılımışdılar. xəbər verir ki, cütlük ayrıldıqdan 1,

.

Evlilik tarixi bəlli oldu

Aktyor Tolqa Sarıtaş evlilik hazırlıqlarına başlayıb. xəbər verir ki, aktyor pərəstişkarlarına şad xəbəri verərək iyunda nikah masasına oturacağını açıqlayıb. Gəlinlik və bəy kostyumunu gələcək həyat yoldaşı Zeynep Mayruku

.

Dünya ulduzları 'Gucci' üçün bir arada - FOTOLAR

Mayın 13-də Londondakı Tate Modern qalereyasında "Gucci" brendinin yeni kolleksiyasının nümayişi baş tutub. xəbər verir ki, dünyaca məşhur simalar moda nümayişinin qonaqları sırasında yer alıblar. Salma Hayek v

turlar.az

sonxeber.az qis geyimləri 2024 qadin sayti kosmetik vasiteler hüquqşünas hamiləlik təqvimi zirincin faydaları münasibətlər kosmetika veten seirleri baldiza aid sanama vətənə aid atalar sözləri dolca