İşə aludə olanlar, içkiyə aludə olanlardan az yaşayır
1. Heç vaxt, heç bir bəhanə ilə məzuniyyətdən imtina etməyin.
2. Məzuniyyət vaxtı işi, problemləri tamamilə unudun, istirahətinizdən zövq alın. Düşünməyin ki, yalnız mənzərə dəyişikliyi istirahət deməkdir. Mobil telefonunuzu söndürün, laptopunuzu isə evdə qoyun. Əgər mobil telefonu bilərəkdən söndürmək sizə işdə problem yaradacaqsa, internet olmayan və mobil telefon tutmayan ərazidə dincəlməyə üstünlük verin. Qeyd edək ki, yer kürəsində siz hələ də belə yerlər tapa bilərsiniz.
3. Məzuniyyətinizi hisssələrə bölməyin. İstirahət müddəti 3 həftədən az olmamalıdır. İstirahət müddətində orqanizm bir həftədən sonra işin təsirindən çıxa bilir. Onu da bilin ki, cəmi 7 gün dincəlib yenidən işə qayıtsanız bu istirahətin heç bir nəticəsi olmayacaq.
4. İstirahətdə əsas məsələ fəaliyyət növünün dəyişikliyidir. Ona görə də bütün günü çimərlikdə qalmağın mənası yoxdur. Gəzintiyə çıxın, ekstremal turlara qoşulun və yaxud da sadəcə velosiped sürün. Bu orqanizminiz üçün də xeyirli olacaq.
5. Yadınızda saxlayın! İstirahətsiz nə qədər çox işləsəniz, bilin ki, işin keyfiyyəti bir o qədər aşağı düşəcək. Keyfiyyətli iş üçün tam məzuniyyət vacibdir. Ona görə də əşyalarınızı toplayın və irəli! Orqanizminizi yeni karyera yüksəlişlərinə hazırlayın!
f Paylaş