İslama görə yemək yeməyin vacib xüsusiyyətləri

İslama görə yemək yeməyin vacib xüsusiyyətləriİslam dini, Müsəlmanın gündəlik həyatının nizamlı bir şəkildə olmasını buyurur və bu xüsusiyyəti Qur`anİ Kərim və Hədisi Şəriflərlə açıqlamışdır.

Gündəlik yaşayış haqqında Peyğəmbər Əfəndimiz (s.a.s)dən rəvayət edilən Hədislərdən bir çoxu yemək ədəbinə aiddir. Rasulullah (s.a.s) hər işinə ALLAH Təalanın adını zikr edərək başlamağı sevərdi. Bu mübarək adətləri, yeməyə başlarkən də eyni idi. Yeməkdən əvvəl əllərini yumağı təxirə salmazdı, sağ əliylə və qarşısından yeyərdi. Başlayarkən "Bismilləh" və ya "Bismilləhir-rahmənir-rahim" deyərdi. Hz. Peyğəmbər (ə.s), yeməyə başlarkən bismillah deməyi unudan kimsənin "Bismilləhi evvelihi və axirihi" deməsini tövsiyə etmişdir.(Əbu Davud, III, 475).
Yemək ədəbi mövzusunda diqqət yetirilməsi lazım olan digər xüsusiyyətlər beləcə sıralana bilər:

1-Tikəni ağıza görə götürməli və yaxşıca çeynədikdən sonra udmalı;

2- Tikəni udmadıqca ikinci tikəyə əl uzatmamalı;

3- Çörəyi dişlərlə qoparmamalı;

4- Ağızda çörək varkən kimsə ilə danışmamalı;

5- Yeməyin soyudulması üçün içinə üfləməməli;

6- Başqalarını iyrəndirəcək davranışlar etməməli;

7- Başqalarının tikəsinə və yeməsinə baxmamalı;

8- Tikəni ağıza qoyarkən, başı qaba doğru uzatmamalı;

9-Yeməkdə israf etməməli, tikəni və verilən yeməyi bitirməyə çalışmalı;

10- Ağızdan bir şey çıxarmaq lazım olsa, üzü süfrədən çevirməli və o şeyi sol əl ilə etməli;

11- Qoparılan tikəni yeməklərin içinə batırarkən diqqət yetirməli, barmaqların yeməyə girməməsini təmin etməli;

12- Camaatla yemək yeyərkən, hər kəsin yeyib bitirməsini gözləməli, daha əvvəl süfrədən qalxmamalı;

13- Yeməyə əvvəl yaşca və ya mövqecə böyük olan adamın başlamasını gözləməli;

14- Küçələrdə və ayaqda çörək yeməməyə diqqət yetirilməli;

15-Çörək qırıntılarının nemət olduğunu unutmamalı və onlara lazım olan diqqət göstərilməli;

16- Yemək yemə işi bitincə allahın verdiyi bu qədər nemətlə qarşı bir şükr ifadəsi olaraq dua etməli və qısaca "Əlhəmdülillah" deməli ;

17- Yeməkdən sonra əllər yaxşıca yuyulmalı, dişlər fırça və ya misvak ilə təmizlənməlidir.

Mətbəx     Baxılıb: 2881   Tarix: 20 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Mövsümi şorba: Düyü Yoğurt Şorbası Resepti

Pirinç Yoğurt Şorbası Resepti üçün Tərkibi. 2 -ci. litr. Bu. 5-6. yemək qaşığı. düyü. bir. yemək qaşığı (yığma). Şöhrət. bir. nömrə. yumurta. 1.5. su şüşəsi. qatıq. 2 -ci. çay qaşığı. duz. bir. desert qaşığı. quru nanə. Yuxarıdakıla

.

BALQABAQ VƏ BİSKVİTLİ TORT RESEPTİ

Tərkibi:. 3-4 dilim iri balqabaq. 2,5 stəkan şəkər tozu. 1 litr süd. 3 xörək qaşığı un. 1 xörək qaşığı nişasta. 1/2 paket marqarin. 1 paket vanil. 200 qram qoz ləpəsi. 100 qram fındıq. 3 paket biskvit (peçenye). Hazırlanması:

.

Əsl kəllə-paça RESEPTİ

Qışda sümükləri, toxumaları, bədəni xaş və kəllə-paçadan başqa nə isidə bilər, nə canlandırar? Övladlarınızı bu milli yeməklərə alışdırın, sevdirin. Ərzaqlar:. - 2 ədəd mal (dana) ayağı. - su. - baş soğan. - duz. - yumr

.

Gül kələmi pendirlə

Gül kələmi ən faydalı tərəvəzlərdən biridir. Təəssüf ki, bizdə bu tərəvəzdən az istifadə olunur. Bu gün biz sizə çox dadlı və faydalı yemək reseptini təqdim edirik - gül kələmi pendirlə. Lazım olan məhsullar:. - gül kələm

.

Badımcan Pizzası

Yəqin ki, badımcanı nə qədər çox sevdiyimi bilirsiniz. Badımcanla klassik dolma, cığırtmadan tutmuş, Çin mətbəxində badımcanın hazırlanması və bir çox başqa reseptlər ilə sizinlə artıq paylaşmışam. Bu gün isə sizə bosta

.

Pomidorlu tart resepti

Tərkibi. 250 qr un. ½ çay qaşığı qabartma tozu. 100 ml günəbaxan yağı. 100 ml ilıq su. 150 qr holland pendiri. 4 ədəd pomidor. ½ xörək qaşığı zeytun yağı. 2 çay qaşığı xardal. 1 çay qaşığı kəklikotu. 1 çay qaşığı duz

.

Ev şəraitində pendirin hazırlanma qaydası

Lazım olan məhsullar:. 3 litir süd. 300 qram xama. 2 ədəd yumurta. 1 yemək qaşığı duz. Qeyd edək ki, bu reseptlə 600 qram pendir hazırlanır. Hazırlanma qaydasını videoda izləyin. Nuş olsun!

.

Padimcan pancake resepti

Nə vaxtsa badımcanlı pancake alacaqsınız? Damağınızı qıracaq dadlı bir reseptlə buradayıq. Çalışdığımız dadlardan birindən badımcanlı pancake resepti. Gündüz masası üçün, çayın yanında, qonaqlarınıza yemək və ya isti qəlyanalt

.

Kələm Salatı

Ərzaqlar. Kələm — 300 q. təzə pomidor — 4 əd. pendir (bərk sort) — 150 q. göyərti (şüyüd, cəfəri) — 50 q. duz – zövqə görə. mayonez. Hazırlanması. Kələm doğranır, duzlanır ,azacıq sıxılır ki bir qədər suyunu buraxsın. Pomidorla

turlar.az

sonxeber.az makiyaj instagram geyim necə seçməli qadin sayti hamilələrin qidalanması qadindunyasi biz və kişilər mayasiz pizza xemiri kosmetika novruz bayramina aid hakista sekis sirin qogal rus dilin nece orenek 8 mart