İsralin "Qızıl səsi" azərbaycan dilində Bakıda ilk klipini çəkib - FOTO - VİDEO

İsralin "Qızıl səsi" azərbaycan dilində Bakıda ilk klipini çəkib - FOTO - VİDEOÜç il əvvəl Hadera şəhərindən (İsrail) Bakıya köçən populyar ifaçı Hava Dolev burada sözləri Həsən Babayevə, musiqisi isə Fəridə Kərimliyə məxsus olan "Bir söz var" adlı ilk klipini çəkib.
Open.az-ın xəbərinə göpə, klipin rejissoru Nail Naiboğlu, operatoru Fahir Səmədoğlu, montajçısı Rahid Bayramlıdır, işıq korreksiyası isə Aleks Anişenkoya məxsusdur.
Hava Dolev bildirib: "Bu mənim Azərbaycanda ilk klipimdir və mən çox həyəcanlıyam, çünki istəyirəm ki, bu işimi bütün azərbaycanlılar bəyənsin. Hər şey böyük sevgi, böyük gözlənti və böyük həyəcanla görülüb. Layihənin həyata keçirilməsinə görə yaradıcı kollektivə təşəkkür edirəm".
Qeyd edək ki, H.Dolev Dərbənddə, Avdalimovlar - musiqiçi ailəsində anadan olub. Müğənninin babası Abram Avdalimov Dağıstanın xalq artisti olub, atası Şamay (Papik) Avdalimov və əmisi Binyamin Avdalimov tanınmış qarmon ifaçılarıdır. Hava 17 yaşında ailəsi ilə birlikdə İsrailə köçüb. O, orada 20 il ərzində uğurlu ifaçı kimi fəaliyyət göstərib. Havanı İsralin "Qızıl səsi" adlandırıblar. İvrit, rus, Azərbaycan dillərində olan kompozisiyalardan ibarət zəngin repertuara malikdir. Avropa, Türkiyə, Fransa, İtaliya və ərəb estradasının xit mahnılarını ifa edir. Lakin Azərbaycan musiqisi onun yaradıcılığında xüsusi yer tutur. O, İsraildə Azərbaycan musiqi sənətini fəal təbliğ edib, layihələrdən birini əfsanəvi Şövkət Ələkbərovanın xatirəsinə həsr edib, xalq artisti Aygün Səmədzadə, ifaçılar Ayaz Qasımov və Nazim Pişyari və başqaları ilə layihələr həyata keçirib.
O deyib: "Mən Azərbaycanı səmimi qəlbdən sevirəm! Azərbaycan bayrağını görəndə gözlərim yaşarır, bu qədim torpaqda baş verən hər şeyə həyəcanla yanaşıram. Və bu sevgi erkən yaşlardan başlayıb. Uşaqlıqdan bizim evdə Azərbaycan mahnıları – muğam, klassik və estrada mahnıları çalınıb. Həmin vaxt məndə Azərrbaycan mədəniyyətinə və musiqisinə qeyri-adi sevgi yaranıb. Babam dahi Nizami Gəncəvinin "Leyli və Məcnun" poemasını dağ yəhudilərinin dilinə tərcümə edən ilk adamdır, Zülfüqar Hacıbəyovun əsəri üzrə "Aşıq Qərib" tamaşasını və Azərbaycan nağılı "Pəri xanım"ı səhnələşdirib. Mən əfsanəvi Rəşid Behbudov və Şövkət Ələkbərovanın heyrətamiz səsləri fonunda yuxudan oyanırdım. Həmişə demişəm ki¸ günlərin birində Azərbaycana yaşamağa gedəcəyəm. Bu torpaq yaradıcılığa səsləyir, mədəniyyət və incəsənət canına hopub, Üzeyir Hacıbəyov, Müslim Maqomayev, Fikrət Əmirov, Qara Qarayev, Niyazi, Arif Məlikov kimi dahilər yetişdirib. Buna görə də mən bu mübarək torpaqda yaşamaq və yaratmağa görə xoşbəxtəm".

/open.az

Şou Biznes     Baxılıb: 1477   Tarix: 08 oktyabr 2019
f Paylaş

xidmetler

Oxşar xəbərlər

.

Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir?

Mərhum "Toppuş bacı" ləqəbli Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyalın yenidən evlənməsi ilə bağlı məlumat yayılıb. Bu barədə o, özünün "Instagram" hesabında məlumat paylaşıb. Qeyd edib ki

.

Əfsanəvi Thomas Anders Bakıya gəlir

Əfsanəvi "Modern Talking" qrupunun solisti, dünyaşöhrətli ifaçı, bəstəkar və prodüser Tomas Anders Bakıya gəlir. xəbər verir ki, sənətçi "Dream fest" beynəlxalq musiqi festivalında çıxış edəcək. O, iyulu

.

Hiss yenə dəyişdi - FOTOLAR

Gənclərin sevimli müğənnisi Hiss bu dəfə yeni imici ilə təəccübləndiri. xəbər verir  ki, sənətində də fərqlilikləri ilə tez-tez adından söz etdirən sənətçi bu dəfə kamera qarşısına yeni obrazda çıxıb. Saçlarını uzadaraq rəngin

.

Avroviziya'dan sonra uğurlu kariyera quran müğənnimiz yoxdur' - Çinarədən iddia

Müğənni Çinarə Məlikzadə "Avroviziya" da ölkəmizi təmsil edən namizədlərə münasibət bildirib. xəbər verir ki, sənətçi bəzi iştirakçıları uğursuz adlandırıb. O, bu haqda "El canlı" verilişində danışıb:

.

Castin Biber ata olacaq - FOTOLAR

Dünyaca məşhur cütülk Heyli və Castin Biber valideyn olmağ ahazırlaşır. xəbər verir ki, cütlük bu barədə "instaqram" hesablarında məlumat veriblər. Cütlük bu anı yaddaşlara həkk etmək üçün kamera qarşısına keçib

.

Murad Arifin yeni duet ortağı kim olacaq?

Mayın 23-ü Heydər əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək bəstəkar-müğənni Murad Arif yeni duetini  konsertində təqdimat edəcək. xəbər verir ki,o, bu haqda özü məlumat verib.   . Murad yeni dueti haqqında yalnı

.

"Avroviziya-2024"ün ikinci yarımfinalı başlayıb

İsveçin Malmö şəhərində 68-ci "Avroviziya-2024" mahnı müsabiqəsinin ikinci yarımfinalına start verilib. xəbər verir ki, Malmö arenanın əsas səhnəsində 16 ölkənin təmsilçiləri musiqi nömrələrini nümayiş etdirəcəklər

.

Dünya ulduzları 'Gucci' üçün bir arada - FOTOLAR

Mayın 13-də Londondakı Tate Modern qalereyasında "Gucci" brendinin yeni kolleksiyasının nümayişi baş tutub. xəbər verir ki, dünyaca məşhur simalar moda nümayişinin qonaqları sırasında yer alıblar. Salma Hayek v

.

Orxan Zeynallının konserti baş tutdu - FOTOLAR

Reper Orxan Zeynallının "Buz uşağı" adlı konserti baş tutub. xəbər verir ki, Bakı İdman Sarayında keçirilən gecə anşlaqla keçib. Sənətçi 500-ə yaxın insan qarşısında çıxış edib. Konsertdə Orxan Bakı Opera Orkestr

turlar.az

sonxeber.az qadin dunyasi kosmetoloq geyim necə seçməli xina ucun hakistalar kişi dünyası bal maskasi uz ucun səyahət kosmetika yumurta novruz bayramı haxışta gəncə azerbaycan hakisdalar