İşsizlərə ŞAD XƏBƏR! - Dövlət sizə PUL ÖDƏYƏCƏK

İşsizlərə ŞAD XƏBƏR! - Dövlət sizə PUL ÖDƏYƏCƏKAzərbaycanda işsizliyə görə sığorta ödənişinin kimlərə və nə qədər veriləcəyi müəyyənləşdirilir.

Xanim.az xəbər verir ki, "İşsizlikdən sığorta haqqında" qanun layihəsinə əsasən, Azərbaycanda işsizlikdən sığorta ödənişini yalnız bəzi işsizlər ala biləcəklər.

Bu sığorta ödənişinin təyin edilməsi hüququna yalnız dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərinin ştatlarının ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş və "Məşğulluq haqqında" qanunla müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər.

Qanun layihəsinə əsasən, sığorta ödənişi şəxslərə bəzi qaydalar və hesablamalar əsasında veriləcək. İşsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox, lakin ən azı 3 il sığorta stajına malik olan əmək qabiliyyətli şəxslər üçün sığorta ödənişi sığorta stajından asılı olaraq, itirilmiş orta aylıq əmək haqqının məbləğinə 50-60 faiz dərəcəsi əlavə edilməklə hesablanacaq.

İşsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı 3 il sığorta stajına malik olan əmək qabiliyyətli şəxslər üçün minimum sığorta ödənişi məbləğində sığorta ödənişi hesablanır. Minimum sığorta ödənişi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum aylıq əmək haqqı məbləğinə bərabər tutulur.

İlk dəfə təyin olunan sığorta ödənişi işsizlik müddətinin davamlılığına uyğun olaraq, lakin minimum sığorta ödənişinin məbləğindən az olmayaraq ödənilir. İlk 2 təqvim ayı üçün 100, 3-4-cü ay üçün 80 faiz, 5-6-cı ay üçün 70 faiz məbləğində hesablanır. Təkrar müraciət zamanı minimum sığorta ödənişi ödənilir.

Sığorta ödənişinin verilməsi bir sıra hallarda dayandırılacaq. Belə ki, onu alan şəxs iki təklif olunan münasib işdən, peşə hazırlığından və ya əlavə təhsildən imtina etdikdə, sığorta ödənişi aldığı dövrdə müvafiq icra hakimiyyəti orqanına məlumat vermədən işə düzəldikdə, işə bərpa edildikdə, ali və orta ixtisas təhsil müəssisələrinə qəbul olunduqda, hərbi xidmətə çağırıldıqda və sair hallarda ödənişdən məhrum olur.

İşsizlikdən sığorta üzrə sığorta tarifləri işçinin əmək haqqının 0,5 faizi, hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi həcmində müəyyən edilir.

Qeyd edək ki, "İşsizlikdən sığorta haqqında" qanun layihəsi Milli Məclisin mayın 31-də keçiriləcək plenar sessiyasında müzakirəyə çıxarılacaq.

Xəbərlər     Baxılıb: 3863   Tarix: 25 may 2017
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qarın yağlarını əridən 6 QİDA

Daha çox oturaq həyat tərzi, balanssız qidalanma vərdişləri və genetik faktorlar qarın nahiyəsində yağlarına səbəb ola bilər. Ancaq bu yağları sağlam qidalanma ilə əritmək mümkün ola bilər.   -a istinadən qarın yağını azald

.

İnsanlar niyə solaxay doğulur və beyinləri necə fərqlənir?

Sağ əli ilə rahat hərəkət edənlərin üstünlük təşkil etdiyi dünyada əksər şey solaxayları qeyri-dominant əllərindən istifadə edərək uyğunlaşmağa məcbur edir. Dünyada solaxayların payının əhəmiyyətli bir faiz təşkil etməsin

.

Ən təhlükəli xərçəng növlərindən birinin ilk əlamətləri

Britaniyalı həkimlər dörd narahatedici əlamət açıqlayıblar. Bəzi xərçəng növləri əlamətlərinə görə erkən mərhələdə tanınır. .   -a istinadən bildirir ki, bu barədə Böyük Britaniya Milli Səhiyyə Xidmətinin ekspertləri bildiriblər

.

Kolbasanı qızartmaq olmaz – Xərçəngə səbəb olur

Termal üsulla işlənmiş kolbasaları yemək sağlamlığa son dərəcə zərərlidir. Amma bununla yanaşı, insanlar üstəlik kolbasını qızardıb yeyir. .   -a istinadən bildirir ki, kolbasaları qızartmaq və ya qaynatmaq olmaz. Bəs, bun

.

Oruclu insan niyə daha sağlam olur?

Oruc tutmaq hər bir müsəlmanın vacib ibadətlərindən biridir. Lakin oruc həm də fiziki-ruhi sağlamlıq üçün çox əhəmiyyətlidir. qafqazinfo-ya istinadən xəbər verir ki, oruc zamanı orqanizmdə hüceyrə yenilənməsi baş verir və toksinlə

.

Müxtəlif yemək çeşidlərinin verdiyi fəsadlardan necə qorunaq? - AÇIQLAMA

"50 yaşdan yuxarı insanlar balıq yeməlidirlər, çünki bu yaşda bədənin əzələ kütləsini və gücünü saxlamaq üçün daha çox proteinə ehtiyacı var". Bu barədə -a Tibet təbabəti üzrə menecer Günay Seyfullayeva Novruz Bayram

.

Zeytun yağının içinə limon sıxıb içsəniz

Ən sağlam yağlar arasında yer alan zeytun yağı istehlakı ilə bir çox fayda təmin edir. Zeytun yağının tək başına faydaları ilə yanaşı, alternativ istifadəsi də var. Bu barədə -ə istinadən xəbər verir. Sağlam həyat vərdişlərini

.

Dünya əhalisi ilə bağlı HƏYƏCAN TƏBİLİ: 2050-ci ilə qədər

Dünyada doğum nisbətləri azalmağa davam edir. -a istinadən bildirir ki, bu barədə beynəlxalq alimlər qrupunun "MedicalXpress"də dərc olunan araşdırmalarında bildirilir. Məlumatda deyilir ki, dünya ölkələrinin yarısınd

.

Tünd şokoladın müalicəvi əhəmiyyəti üzə çıxdı

Alimlər ürək-damar sağlamlığını dəstəkləmək üçün yeni yollar tapmağa davam edirlər. Çindən edilən son araşdırmalar maraqlı nəticə ilə diqqəti cəlb edir: tünd şokolad təkcə müalicəvi deyil, həm də hipertoniya ilə mübarizəd

turlar.az

sonxeber.az qadın geyimi yay geyimləri 2024 hamiləlik kətə reseptləri cins salvar 2024 üzdə civzələr testlər kosmetika arxadan olmag faydalı maskalar oyunlar sanamalar məsəllər