İştahkəsən ən təsirli qidalar

İştahkəsən ən təsirli qidalarGün ərzində tez-tez acır və çox yeməyinizə baxmayaraq, özünüzü tox hiss etmirsinizsə, bu yazımızı mütləq oxuyun. Moruq İştahkəsən ən təsirli meyvələrdən biridir. 100 qram moruqda 9 qram lif var. Üstəlik, sadəcə 80 kaloridir. C vitamini, manqan, kaliumla zəngin olan moruq ürək xəstəliklərindən qorunmaq, iflic və infarkt riskini azaltmaq, xərçəngə qarşı mübarizə aparmaq üçün ən yaxşı vasitədir. Moruğu meyvə salatlarına əlavə edərək yeyə bilərsiniz. Həmçinin, yağsız qatıq və yulafla qarışdırıb səhər yeməklərində və ya qəlyanaltı zamanı yemək olar. Su yosunu Asiyada yüz illərdir ki, istifadə edilən su yosunu artıq sizin də qida menyunuzun tərkib hissəsinə çevrilməlidir. Çünki su yosunu iştahanı azaldır və arıqlamağa kömək edir. Bununla yanaşı sağlamlıq üçün çox yararlıdır. Zülal və lif anbarı olan su yosunu həzmi yavaşladır, qanda şəkərin səviyyəsini sabitləşdirir, aclıq hissini aradan qaldırır. Fıstıq Elə bilirsiz ki, çərəzlər insanı kökəldir? Əslində, haqlısınız, qoz, fındıq kimi çərəzlərin tərkibində həddən artıq yağ və kalori var. Çox yedikdə kökəlməyə səbəb ola bilərlər. Ancaq fıstıq onlardan tamamilə fərqlənir. Araşdırmalar göstərib ki, fıstığın tərkibindəki yağlar orqanizm üçün faydalıdır və kökəlməyə səbəb olmur. Ancaq bu qovrulmuş və duzlanmış fıstıqlar üçün keçərli deyil. Fıstığı qatıq və yulafla qarışdırıb yesəniz, daha tez effekt verər. Paxlalı bitkilər Mərci, noxud, paxla, lobya kimi paxlalı bitkilər lif və zülalla zəngindirlər. Ona görə də iştahı azaldır və aclıq hissini aradan qaldırırlar. "Journal of Human Nutrition and Dietetics" adlı dərgidə yayımlanan araşdırma göstərib ki, qida menyusunda lobyaya üstünlük verən kök insanlar 16 həftə ərzində 5 kiloqram arıqlayıblar. Üstəlik, onlarda xolesterinin səviyyəsi aşağı düşüb. Başqa bir araşdırma isə göstərib ki, bir boşqab lobya və ya mərci salatı yeyənlər lifsiz qidalar yeyənlərlə müqayisədə özlərini daha tox hiss edirlər. Paxlalı bitkiləri yeməklərə, salatlara, şorbalara əlavə etmək olar. Yumurta "European Journal of Clinical Nutrition" adlı jurnalda nəticələri dərc olunan bir araşdırma isə sübut edib ki, səhər yeməyində eyni kaloridə olan digər qidaların əvəzinə yumurta yeyənlər gün ərzində daha az acırlar. Onlar həmişəkindən 438 kalori az qəbul edirlər. Buna rəğmən, xolesterinin səviyyəsinin qalxmaması üçün gündə bir ədəddən artıq yumurta yemək məsləhət deyil. Mənbə:publika.az

Xəbərlər     Baxılıb: 1695   Tarix: 11 yanvar 2017
f Paylaş

Turlar.az

Oxşar xəbərlər

.

Depressiya və narahatlıq üçün yeni müalicə üsulu tapılıb

ABŞ-ın Florida Universitetinin alimləri müəyyən ediblər ki, qeyri-invaziv beyin stimulyasiyası yaşlı insanlarda depressiya və narahatlıq əlamətlərini yaxşılaşdırır.   -a istinadən xəbər verir ki, elmi işin nəticələri "Brai

.

Xərçəng və şəkərdən qoruyacaq UNİKAL PƏHRİZ

Arıqlamaq üçün müxtəlif pəhrizlər var, lakin onların əksəriyyəti müvəqqətidir və sağlamlığınıza zərər verə bilər. Bununla belə, Harvard alimləri qidalanmaya unikal yanaşma təqdim ediblər ki, bu da təkcə arıqlamağa kömək etmir

.

Qida əlavələri və vitaminlərin ziyanları haqda bilmədiklərimiz

Təbii qida əlavələrindən sui-istifadə və onlara qarşı qərəzli münasibət böyrək daşlarının əmələ gəlməsinə, həzm problemlərinin yaranmasına və dərmanların yanlış hərəkətinə səbəb ola bilər. Bu barədə Corc Vaşinqton Universitetini

.

Makaronla bağlı dəhşətli fakt - belə yedikdə

Makaron bişirildikdən dərhal sonra yeyilməlidir.   -a istinadən bildirir ki, mütəxəssislərin fikrincə, bu, sağlamlıq problemlərinə səbəb olmaya bilər. Yenidən qızdırıldıqda makaronda olan nişasta dəyişdirilmiş nişastaya çevrilir

.

Niyə hər gün darçın istehlak edilməlidir?

Darçının tərkibində sümük toxumasının saxlanmasında mühüm rol oynayan kalium, kalsium, vitamin A və K kimi faydalı elementlər var. Darçın təkcə əhvalınızı yüksəltmir, həm də sağlamlığınıza faydalı təsir göstərir.   -a istinadən xəbə

.

Qan durulducu dərmanlardan istifadə edənlərə XƏBƏRDARLIQ – Ölüm riski yaradır

Bu gün çoxları həkim məsləhəti və resept olmadan apteklərdən müxtəlif dərmanlar alıb istifadə edirlər. Həkim rəyi olmayan dərmanların qəbulu də çox zaman ciddi fəsadlara səbəb olur. Vətəndaşların reseptsiz aldıqları dərmanla

.

Qulaq cingildəməsinin elmi izahı

Qulaqlardakı davamlı səslər təhlükəli bir siqnal ola bilər. Bu əlamətin səbəbinin B12 vitamini çatışmazlığı olduğu bilinir. -a istinadən xəbər verir ki, mütəxəssislər bu əlaməti "tinnitus" adlandırırlar. Bu əlaqəni

.

Göz ətrafı qaralma, diş əti qanaması... – Hansı vitamin çatışmazlığının əlamətləridir?

Dietoloq Rıdvan Arslan K vitamini çatışmazlığından danışıb. -a istinadən xəbər verir ki, həkim bunun qanın laxtalanmasına ciddi təsir göstərə biləcəyini söyləyib. Həkim sağlam qalmaq üçün düzgün qidalanma qaydasını AÇIQLADI

.

Hər gün bir qaşıq zeytun yağı içmək üçün 6 səbəb

Son araşdırmalara görə, səhər yeməyinizə zeytun yağı əlavə etmək faydalarını artıra bilər. .   -a istinadən bildirir ki, alimlərin fikrincə, bu yağdan yalnız bir yemək qaşığı bədənə əhəmiyyətli faydalar gətirə bilər. Depressiyada

turlar.az

sonxeber.az geyim şəkilləri qadın geyimi makiyaj instagram her sey daxil tutma reseptleri dunyanin en seksual qadinlari dil haqqinda atalar sozu kosmetika namiq qaraçuxurlu gozde olar naz mila birlik haqqinda novruz bayramina aid